Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-853/2022 31.01.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1584 manat pulun və iddia ərizəsi üçün ödənilmiş 36 manat dövlət rüsumunun tutularaq, ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində bildirmişdir ki, 2021-ci ilin aprel ayında ona pul lazım olduğu üçün Cavabdeh müraciət etmişdir. Aralarında olan razılaşmaya əsasən o “Range Rover” markalı avtomobilini girov qoymaq şərtilə, Cavabdeh illik 37 faiz olmaqla, bir il müddətinə, hər ay 800 manat qaytarmaq şərtilə 7000 manat borca pul almışdır. Bu razılaşmaya görə iddiaçıdan əlavə olaraq 300 manat da pul almışdır. Elə birinci ayda aylıq 800 manat ödəniş etməkdə çətinlik çəkdiyi üçün girov qoyduğu “Range Rover” markalı avtomobilini 15000 manata sataraq Cavabdeh olan 7000 manat əsas borcunu və aylıq faiz borcu olan 216 manatı qaytarmaq istəyəndə cavabdeh ona bildirdi ki, faiz borcu olaraq 1500 manat ödəməlidir. O Cavabdeh izah etmişdir ki, o bir aydan sonra cavabdehin borcunu tam qaytardığına görə ondan yalnız bir ayın faiz borcunu tələb edə bilər. Lakin cavabdeh, onunla razılaşmayaraq, iddiaçını hədələmiş və o da məcbur olub ona 1500 manat faiz borcu ödəmişdir. Belə olan halda iddiaçı şikayət ərizəsi ilə Yasamal Rayon Polis İdarəsinə müraciət etmişdir. Yasamal RPİ-nin 29-cu PŞ-nin baş təhqiqatçısı Samir Balakişiyevin 02 sentyabr 2021-ci il tarixli qərarı ilə əməldə cinayət tərkibi olmadığına görə cinayət işinin başlanması rədd edildi. Həmin qərarda Cavabdeh izahatı qeyd edilmiş və o, həmin izahatda bütün bu olanları etiraf etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, o cavabdehdə 7000 manat borc pulu 37 faiz dərəcəsi ilə 12 ay müddətinə aylıq 800 manat olmaqla cəmi 8500 manat qaytarmaq barədə razılaşsa da o borc pulu cəmi bir ay müddətinə qaytarmış olmasına baxmayaraq cavabdeh ondan 12 ayın faizini tələb etmişdir. Hazırda o hesab edir ki, cavabdehə qaytarmış olduğu 1500 manat faiz məbləğindən bir ayın faizi yəni 216 manat çıxılmalı cavabdehə vermiş olduğu 11 ayın fazi yəni 1284 manat pul iddiaçıya geri qaytarılmalı, bundan əlavədə borc müqaviləsindən əlavə iddiaçı cavabdehə 300 manat məbləğində pul vermişdir, həmin pul məbləğidə ona geri qaytarılmalıdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında izahat verərək bildirdi ki, tərəflərin iradə ifadəsinə uyğun olaraq cavabdeh ilə iddiaçı şifahi razılığa gələrək, cavabdeh iddiçıya 7000 manat pulu 37 faiz dərəcəsi ilə 12 ay müddətinə qaytramaq şərti ilə vermişdir. Lakin borc alan hazırkı mülki iş üzrə iddiaçı pulu vaxtından tez qaytarmışdır. Faiz borcunun cavabdehdən geri tələb edilməsi qnunvericiliyin tələblərini uyğun olmadığından redd edilməsini xahiş etdi. Qeyd edilən pul məbləğindən başqa iddiaçının cavabdehə əlavə 300 manat məbləğində pulun verilməsi hissəsini qəbul etməyərək iddia tələbinin həmin hissədə də rədd edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan 02.09.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda Cavabdeh ifadə verərək bildirmişdir ki, fərdi qaydada bər-bər kimi fəaliyyət göstərir həmçinin avtomobillərin alqı-satqısı ilə məşğul olur. Təmxinən 7-8 ay əvvəl X1 tanışına Chevrolet markalı avtomobil alıb vermişdir. O bu barədə Əliyara bildirmiş, təxminən iyun ayının sonlarında o Əliyar ilə sonuncuya məxsus tərəvəz dükanında görüşmüş, Əliyar ona Range Rover markalı avtomobil almaq istədiyini, lakin 7000 manat pulunun çatmadığını demiş, ondan çatmayan məbləği istəmişdir. O həmin avtomobilə baxmış, avtomobili öz adına rəsmiləşdirdikdən sonra ona pul verə biləcəyini demişdir. Bundan sonra Əliyar onunla razılaşmış, o 7000 manat pulu verərək avtomobili öz adma rəsmiləşdirmiş, lakin razılaşmaya əsasən Əliyar ona 7000 manatdan əlavə 2300 manat əlavə pul ödəməli olmuşdur. Onlar 10 aylıq ayda 783 azn ödənilməsini razılaşdırmış, avtomobili idarə etmək üçün Əliyara etibarnamə vermişdir. Üstündən 45 gün keçməsinə baxmayaraq Əliyardan heç bir xəbər olmadığım görüb onunla mağazada görüşmüş, Əliyar pulu ödəyə bilmədiyini dedikdə o Əliyara avtomobili satmağı təklif elmiş və ona çatacaq pulu götürdükdən sonra qalan pulu götürmələrini bildirmişdir. Bir neçə gün sonra Əliyar avtomobili satmaq üçün müştəri tapdığını deyib ondan ödəyəcəyi məbləğdən bir qədərim keçməsini xahiş etmiş, o da 9300 manatdan 1100 manat pul keçərək qalan pulu ödəməsini istəmişdir. Əliyar onunla razılaşaraq avtomobili satmış, borcunu ödəmişdir. Bundan sonra Əliyar ondan şikayət edərək guya ona artıq pul ödədiyini bildirmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə borc müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı madəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 741-ci madəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 742.2-ci madəsinə əsasən yüz on manatdan çox məbləğdə borclar üçün borc müqaviləsinin ləğv edilməsi haqqında xəbərdarlıq müddəti üç ay, daha az məbləğdə borclar üçün bir ay təşkil edir. Əgər borc üzrə faizlər şərtləşdirilməyibsə, borc alanın ləğvetməyə dair bildiriş vermədən də borcu qaytarmaq hüququ vardır. Beləliklə işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında şifahi şəkildə borc müqaviləsi bağlanmaqla cavabdeh iddiaçıya 12 ay müddətinə 7000 manat məbləğində borc pul vermiş, iddiaçı isə həmin pul məbləğinin on iki ay müddətinə faizi ilə birlikdə cəmi 8500 manat məbləğində qaytarmaqı öhdəsinə götürmüşdür. Lakin İddiaçı borc müqaviləsi üzrə üzərinə götürmüş olduğu öhdəliyi 12 ay müddətindən deyil, sadəcə bir ay ərizində yerinə yetirərək əsas məbləği faiz məbləği ilə birlikdə yəni cəmi 8500 manat məbləğində pulu cavabdehə qaytarmışdır. Sonradan iddiaçı məhkəməyə müraciət edərək borc müqaviləsi üzrə üzərinə götürmüş olduğu öhdəliyi vaxtından tez icra etdiyindən ondan 12 ayın deyildə bir ayın faizinin çıxmaqla əlavə ödəmiş olduğu 1284 manat məbləğind pulun cavadbehdən tutularaq iddiaçıya geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, nə qədər ki, tərəflər müstəqil iradələrini ifadə edərək faizlə birlikdə qaytarmaq şərti ilə borc müqaviləsi bağlamışlarsa, borc alanın öhdəliyinin vaxtından əvvəl icra etməsinin yükü borc verənin üzərinə qoyulması yəni onun müqavilə bağlayarkən ümid etdiklərindən məhrum edilməsi qanunvericiliyin tələblərini uyğun olmadığından iddia tələbinin Cavabdeh 1284 manat faiz pulun qaytarılması hissəsi təmin edilə bilməz. Bundan başqa məhkəmə iddia tələbinin iddiaçının Cavabdeha 300 manat pulun verilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı iddia tələbini bu hissəsini təsdiq edəcək sübutları məhkəməyə təqdim etmədiyindən iddia tələbi bu hissədə də təmin edilə bilməz. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən cavabdehə hər hansı pul verilməsini təsdiq edən tutarlı sübut gətirilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, məhkəmənin iddianın rədd edilməsi barədə gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Məhkəmə iddianın dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsində göstərilən dəlillər əsasən formal mülahizələrdir və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia tələbi rədd edildiyindən, iddia ərizəsinə görə verilmiş 36 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Belə ki Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə barədə iddia tələbi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-853/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-853/2022
31.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver