Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-8633/2021 13.12.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə müraciət edərək Cavabdeh, 18.06.2019-cu il tarixli müqaviləyə əsasən 2 ədəd “Hoffmann” markalı kondisioner üçün 1624 manat ödənilməmiş hissə, 543 manat dəbbə pulu, 21.06.2019-cu il tarixli müqaviləyə əsasən “Hoffmann” markalı kondisioner üçün 1940 manat ödənilməmiş hissə, 585 manat dəbbə pulu, 22.11.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********70993 olan, “Samsung Galaxy A10” markalı telefon üçün 149 manat ödənilməmiş hissə, 46,8 manat dəbbə pulu, 17.01.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********32553 və **********33114 olan 2 ədəd “Samsung Galaxy A30s” markalı telefon üçün 935,2 manat ödənilməmiş hissə, 282,1 manat dəbbə pulu, 27.05.2019-cu il tarixli müqaviləyə əsasən “Samsung” markalı televizor üçün 236 manat ödənilməmiş hissə, 73,2 manat dəbbə pulu, 05.03.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********75714 olan “Samsung Galaxy A10” markalı telefon üçün 259,2 manat ödənilməmiş hissə, 88,5 manat dəbbə pulu olmaqla, cəmi 6762 manat borc və 87,62 manat ödənilmiş dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahat verərək onunla əsaslandırdı ki, iddiaçı ilə Cavabdeh arasında bağlanılmış 18.06.2019-cu il tarixli müqaviləyə əsasən qiyməti 7011 manat olan 2 ədəd “Hoffmann” markalı kondisioner, 21.06.2019-cu il tarixli müqaviləyə əsasən qiyməti 3510 manat olan “Hoffmann” markalı kondisioner, 22.11.2019-cu il tarixli müqaviləyə əsasən qiyməti 359 manat olan İMEİ kodu **********70993 olan, “Samsung Galaxy A10” markalı telefon, 17.01.2020-ci il tarixli müqaviləyə əsasən qiyməti 1135,2 manat olan İMEİ kodu **********32553 və **********33114 olan 2 ədəd “Samsung Galaxy A30s” markalı telefon, 27.05.2019-cu il tarixli müqaviləyə əsasən qiyməti 236 manat olan “Samsung” markalı televizor, 05.03.2020-ci il tarixli müqaviləyə əsasən qiyməti 259,2 manat olan İMEİ kodu **********75714 olan “Samsung Galaxy A10” markalı telefon almışdır. Cavabdeh 18.06.2019-cu il tarixli müqaviləyə əsasən 29.07.2019-cu il tarixdə “Hoffmann” markalı kondisionerdən imtina etmiş və məhsul 3510 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Həmin müqavilə üzrə cəmi ödədiyi məbləğ 1877 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 3510 manat, digər 5 müqavilə üzrə cəmi ödədiyi məbləğ 3382 manat təşkil edir. Qeyd edilənlərə əsasən nümayəndə, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, 18.06.2019-cu il tarixli müqaviləyə əsasən 29.07.2019-cu il tarixdə “Hoffmann” markalı kondisionerdən imtina etmiş və 3510 manat pul borcundan silinmişdir. Bununla belə, hesab edir ki, ondan tələb olunan dəbbə pulu məbləği yüksəkdir. Göstərilənlərə əsasən, cavabdeh məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1. maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa bir şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İş materiallarında olan, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 18.06.2019, 21.06.2019, 22.11.2019, 17.01.2020, 27.05.2019 və 05.03.2020-ci tarixli müqavilələr və onlara əlavələrdən görünür ki, sonuncu, iddiaçıdan qiyməti 7011 manat olan 2 ədəd “Hoffmann” markalı kondisioneri ayda 362 manat ödəmək şərti ilə 18 ay müddətinə, qiyməti 3510 manat olan “Hoffmann” markalı kondisioneri ayda 195 manat ödəmək şərti ilə 18 ay müddətinə, qiyməti 359 manat olan İMEİ kodu **********70993 olan, “Samsung Galaxy A10” markalı telefonu ayda 52 manat ödəmək şərti ilə 6 müddətinə, qiyməti 1135,2 manat olan İMEİ kodu **********32553 və **********33114 olan 2 ədəd “Samsung Galaxy A30s” markalı telefonu ayda 94,6 manat ödəmək şərti ilə 12 ay müddətinə, qiyməti 1542 manat olan “Samsung” markalı televizoru ayda 122 manat ödəmək şərti ilə 11 ay müddətinə və qiyməti 355.2 manat olan İMEİ kodu **********75714 olan “Samsung Galaxy A10” markalı telefonu ayda 59,2 manat ödəmək şərti ilə 6 ay müddətinə götürmüşdür. İş materiallarında olan əşyaların təhvil-təslim aktlarından görünür ki, cavabdeh müqavilələrdə qeyd olunan məhsulları tam qüsursuz halda təhvil alınmışdır. İş materiallarında olan 21.10.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh borcu 18.06.2019-cu il tarixli müqaviləyə əsasən 1624 manat əsas, 543 manat dəbbə pulu, 21.06.2019-cu il tarixli müqaviləyə əsasən 1940 manat əsas, 585 manat dəbbə pulu, 22.11.2019-cu il tarixli müqaviləyə əsasən 149 manat əsas, 46,8 manat dəbbə pulu, 17.01.2020-ci il tarixli müqaviləyə əsasən 935,2 manat əsas, 282,1 manat dəbbə pulu, 27.05.2019-cu il tarixli müqaviləyə əsasən 236 manat əsas, 73,2 manat dəbbə pulu, 05.03.2020-ci il tarixli müqaviləyə əsasən 259,2 manat əsas, 88,5 manat dəbbə pulu olmaqla, cəmi 6762 manat təşkil edir. İş materiallarında olan 08.10.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, yuxarıda göstərilən müqavilələrlə üzərinə düşən öhdəliyi yerinə yetirməyəcəyi təqdirdə, məhkəməyə müraciət olunacağı barədə iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4 və 600.5-ci maddələrinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Göründüyü kimi, tərəflər arasında nisyə alqı-satqı müqavilələri bağlanmaqla, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən, həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh öhdəliyini yerinə yetirməyərək, götürdüyü məhsulların ödənişlərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 18.06.2019-cu il tarixli müqaviləyə əsasən 20 manat, 21.06.2019-cu il tarixli müqaviləyə əsasən 20 manat, 22.11.2019-cu il tarixli müqaviləyə əsasən 10 manat, 17.01.2020-ci il tarixli müqaviləyə əsasən 10 manat, 27.05.2019-cu il tarixli müqaviləyə əsasən 10 manat və 05.03.2020-ci tarixli müqavilələrə əsasən 10 manat məbləğində dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 87,62 manat dövlət rüsumunun 70 manatı cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə 18.06.2019-cu il tarixli müqaviləyə əsasən 1624 manat əsas, 20 manat dəbbə pulu, 21.06.2019-cu il tarixli müqaviləyə əsasən 1940 manat əsas, 20 manat dəbbə pulu, 22.11.2019-cu il tarixli müqaviləyə əsasən 149 manat əsas, 10 manat dəbbə pulu, 17.01.2020-ci il tarixli müqaviləyə əsasən 935,2 manat əsas, 10 manat dəbbə pulu, 27.05.2019-cu il tarixli müqaviləyə əsasən 236 manat əsas, 10 manat dəbbə pulu, 05.03.2020-ci il tarixli müqaviləyə əsasən 259,2 manat əsas, 10 manat dəbbə pulu olmaqla, cəmi 5223.4 (beş min iki yüz iyirmi üç manat qırx qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi 70 (yetmiş) manat məbləğində pul vəsaiti tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-8633/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-8633/2021
13.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver