Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-864/2024 14.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, İddiaçılar İddiaçı iştirakları ilə, İddaçı İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddaçı İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 8450 manat maddi zərərin, 105 dövlət rüsumunun əvəzi olmaqla, cəmi 8555 manat pul vəsaitinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddaçı İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, o, taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2023-cü il tarixdə, saat 23:00 radələrində, Bakı- Qazax avtomobil yolunun Göygöl rayonunun Hacıməlik qəsəbəsindən keçən hissəsində, yol kənarında dayanmış vəziyyətdə olan ona məxsus 90VS298 dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C 220 CDİ” minik universal, 1999-cu il buraxılışlı yüngül avtomaşının, Cavabdeh idarə etdiyi “Renault Premium” yük markalı 77KM943 dövlət qeydiyyat nişanlı avtomobili vuraraq ona zərər vurmuşdur. “Gəncə avtomotoservis və ticarət müəssisəsi 9 saylı TXE”-nin xx.xx.2023-cü il tarixli qüsur aktı ilə 90VS298 dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C 220 CDİ” minik universal, 1999-cu il buraxılışlı avtomobilə 8450 manat zərər vurulması təsdiq edilmişdir. Azərbaycan Respublikasının DİN BDYPİ-nin Vİİİ tağım YPX-nin TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzbati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh idarə etdiyi “Renault Premium” yük markalı 77KM943 dövlət qeydiyyat nişanlı avtomobil 90VS298 dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C 220 CDİ” minik universal, 1999-cu il buraxılışlı yüngül avtomobili vurmaqla, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələblərini pozmuşdur. Yəni Cavabdeh “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq, onun idarə etdyi avtomobilə vurmaqla tam yararsız vəziyyətə salaraq 8450 manat zərər vurmuşdur. Cavabdeh vurduğu zərəri ödəməkdən imtina edir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - xx.xx.2019-cu il tarixdə verilmiş AC N 673584 seriya nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən, buraxılış ili 1999-cu il olan “Mercedes Benz C 220 CDİ” markalı, 90VS298 dövlət qeydiyat nişanlı avtomobil alqı-satqı müqaviləsinə əsasən İddiaçı mülkiyyətindədir. - “Gəncə avtomotoservis və ticarət müəssisəsi 9 saylı TXE”-nin xx.xx.2023-cü il tarixli qüsur aktına əsasən, 90VS298 dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C 220 CDİ” minik universal markalı, 1999-cu il buraxılışlı avtomobilin təmir və ehtiyat hissələrinə 8450 manat xərc tələb olunur. - xx.xx.2023-cü il tarixli “Qarabağ Transport LTD” tərəfindən 77KM943 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə müvafiq yüklərin daşınması və nəqliyyat vasitələrinin idarə olunması üçün Cavabdeh xx.xx.2023-cü il tarixdək qüvvədə olan etibarnamə verilmişdir. - TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh idarə etdiyi “Renault Premium” yük markalı, 77KM943 dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşin mübahisəsiz halı bundan ibarətdir ki, xx.xx.2023-cü il tarixdə saat 23:00 radələrində Cavabdeh idarə etdiyi “Renault Premium” yük markalı 77KM943 dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı məxsus “Mercedes Benz C 220 CDİ” minik markalı, 90VS298 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə, iş üzrə məhkəmə iclasında tədqiq olunan sübutları qiymətləndirərək belə hesab edir ki, mülki hüqüq pozuntusu (delikt) “Renault Premium” yük markalı 77KM943 dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edən Cavabdeh tərəfindən törədilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən və i.a. istifadə edilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.3-cü maddəsinə görə, yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Məhkəmənin qərardadı əsasında təqdim edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/993 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan xx.xx.2023-cü il tarixli, “Gəncə avtomotoservis və ticarət müəssisəsi 9 saylı TXE” tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1999-cu il buraxılışlı, “Mercedes Benz C 220 CDİ” minik markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcinin təxminən 7400 manat olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsində göstərilir ki, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə alınmış xx.xx.2024-cü il tarixli ekspert rəyi toplanmış mötəbər sübutlarla müəyyən edilən halları özündə əks etdirən məlumatlar əsasında elmi metodlara tam uyğun və prosessual qaydalara riayət olunmaqla aparılmış və işin müəyyən olunmuş halları ilə üst-üstə düşür. Bununla əlaqədar olaraq, həmçinin qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini və işin araşdırılan hallarını nəzərə alaraq məhkəmə, belə nəticəyə gəlir ki, iddiaçıya dəymiş maddi ziyan 7300 manat məbləğində qiymətləndirilməklə, iddia tələbi qismən təmin edilərək Cavabdeh İddiaçı vurulmuş 7300 manat maddi ziyanın məbləği sonuncunun xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsinin məhkəməyə verilməsi üçün 102 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun 93 manat hissəsi cavabdehə aid edilməli və ondan tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Eyni zamanda, iş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixli ekspert təqdiqatının dəyəri 50 manat təşkil edir və həmin məbləğ də cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş 7300 (yeddi min üç yüz) manat maddi ziyanın və 93 (doxsan üç) dövlət rüsumunun əvəzi olmaqla, cəmi 7393 (yeddi min üç yüz doxsan üç) manat məbləğində pul vəsaiti tutulsun. İş üzrə çəkilmiş 50 (altmış) manat ekspertiza xərci cavabdehə aid edilməklə, ondan tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-864/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-864/2024
14.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver