Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-870/2023 06.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 6300 (altı min üç yüz) manat pulun və iddia ərizəsi üçün ödənilmiş 84 manat dövlət rüsumunun tutularaq, onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o - İddiaçı 2019- cu il tarixində özünə ev almaq istəyirdi. Bu barədə oğlu X5 dostu Müşfiq ilə söhbət edən zaman ona bildirmişdi. Müşfiq də Babək adlı qohumunun olduğunu və aşağı faizlə ipotekada olan evlərinin satışı ilə məşğul olduğunu bidirmişdir. Oğlu bu barədə ona dedikdən sonra, qərara aldı ki, gedib Babək adlı şəxslə görüşdür. Nəhayət oğlu X5 ilə o Müşfiq ilə görüşdü. Sonra isə üçü birikdə Sabunçu bazarının yanında Babəklə görüşməyə getmişlər. Həmin yerə çatan zaman Babəkin yanında Əlirza adlı şəxs də var idi. Onlar hər ikisi onlara hazır tikili evin olduğunu bildirdilər. Onlar razılaşdılar və birlikdə gedib həmin evə baxdı, ev su kanalının yanında olduğuna görə evi bəyənməmişlər. Buna görən Əlirza və Babək adlı şəxslər Abşeron rayonu, Şuşa qəsəbəsi ərazisində torpaq sahəsinin olduğunu onlara bildirdi. Onlar bundan sonra xx.xx.2019-cu il tarixdə Abşeron rayonunda yerləşən torpaq sahəsinə baxdı və bəyəndi. Orada olan zaman Babək və Əlirza onlara torpaq sahəsində evi tikib təhvil verəcəylərini vəd etdilər. Onlar da onlara inanıb 6300 manat nəğd pulu Əhmədlidə kirayə yaşadığı evdə Cavabdeh2 oğlu və Cavabdeh1 vermişdir. Pulu onlara verəndə qonşusu Şahid Əli oğlu da onların yanında idi. Onlar pulu alan zaman evi bir ay müddətə tikib onlara verəcəylərinə söz vermişlər. Lakin üstündən 3 il keçsə də cavabdehlər hələ də evi tikib onlara təhvil verməyiblər. Cavabdeh2 və Cavabdeh1 ondan aldığı 6300 manat pulu geri qaytarmaqdan yayındığlarına görə hesab edir ki, həmin pul vəsaiti məhkəmə qaydasında Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, ona ödənilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, bildirdiki əvvəlcə torpağın etibarnaməsinin hazırlamaq üçün cavabdehlərə 300 manat verdiyini, sonra etibarnamə hazır olduğdan sonra Samiq və cavabdehlərin onların qonşusu olan Sənanaın həyətinə gəldiyini, orada evə dair müqavilə imzalandığını, həmin müqavilə Əlirza Yusibov tərəfindən tərtib edildyinii, bundan sonra o 6000 manat pulu stolun üstünə qoyduğunu və Əlirzada pul götürdüyünü bildirdi. Onların daha sonra həmin pulu Samiqə verdiyindən məlumatı yoxdur. O ancaq cavabdehləri tanıdığını, Samiqi tanımadığını bildirdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək pulu onların götürmədiyini, müqaviləni onun təşkil etdiyini, onların vasitəçi olduğunu, makler işi ilə məşğul olduğunu, pul verilən gün iddiaçı pulu Samiqə verdiyini, o sadəcə makler olduğundan həmin prosesdə iştirak etdiyini, Samiqin barəsində bu məsələlər ilə bağlı hökm çıxarıldığını bildirmiş və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək Cavabdeh1 izahatı ilə razılaşdığını və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, tərəflərin istinad etdiyi halları nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. - Evlərin alqı-satqısı adlandırılan 30 iyun 2019-cu il tarixli müqaviləsindən görünür ki, X4 tərəfindən İddiaçı 23.000 manat dəyəri olan Şuşa şəhərciyi (Ramana) yerləşən evə 6300 manat beh ödənilmişdir. Həmin müqavilə satıcı Məmmədov Samiq, alıcı İddiaçı, sahidlər Cavabdeh1, Kərimov Tahir və Sənan adlı şəxs tərəfindən imzlanmışdır - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-19/2021 nömrəli, xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət əməlini törətməkdə təqsirli bilinmiş, təqsirləndirilən şəxs X2 Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən «04» (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-19/2021 nömrəli, xx.xx.2021-ci il tarixli hökmünün sürətindən görünür ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X4 ifadə verərək bildirmişdir ki, ona Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, hal-hazırda Sabunçu rayon Məhkəməsinin 26 noyabr 2019-cu il hökmünə əsasən 3 il müddətə azadlıqdan məhrum edilmiş və 17 saylı CÇM-də saxlanılır. 2008-ci ildən ev alqısatqısı ilə məşğul olur. Dələduzluq cinayətinə görə bir neçə dəfə məhkum olunmuşdur. G.N.İbrahimli tanıyır. Allahverdi kimi tanınan ev alqı-satqısı ilə məşğul olan Vidadi və bacısı oğlu Cabir vasitəsilə təsadüfən tanımışdır. Belə ki, Cabir Gülnara evlər göstərəndə onlara yaxınlaşaraq X9 qəsəbəsində ev satdığını bildirmişdir. Sonra göstərmiş və Gülnar həmin evi bəyənmişdir. Sonra həmin evi 35.000 manata satdığını deyərək ilkin ödəniş olaraq 5.000 manat versələr evi yaşayışa hazır vəziyyətdə üç aya təhvil verəcəyini vəd etmişdir. Qalan pulu isə 9 il ərzində kreditlə ayda 300 manata razılaşmışlar. Təxminən bir neçə gün sonra 5.400 manat pulu Gülnardan almışdır. Bundan başqa həmin yarımtiklini həm də Nazilə adlı xanıma və Sənan adlı xanıma da satmışdır. Naziləni ev alqı-satqısı ilə məşğul olan Elmin vasitəsi ilə tanımışdır. Elmin Naziləni müştəri kimi gətirmiş və o həmin yarımçıq tikilini Naziləyə özününkü kimi təqdim edərək 8.500 manat pul almışdır. Bundan başqa həmin yarımçıq tikilini Sənan adlı qadına da 12.500 manata satmışdır. O müxtəlif maklerlərə həmin yarımçıq tikilini satmağı barədə elanlar vermişdir. Həmin elanlara görə Sənan və həyat yoldaşı Azər zəng vurub görüşmüşlər və evi onlara 12.500 manata sataraq 12.500 manat pulu Şuşa qəsəbəsində yerləşən həmin yarımtikilidə Sənangildən almışdır. Torpağı satdığı şəxslərə Qalibin adından etibarnamə verirdi. Həmin etibarnamə qanuni sənəd olsa da sxem və kadastr əlavə olunmadığına görə 7 ha torpaq sahəsindən hansı hissəsi olması bilinmirdi. Sənan xanım, Gülnar və Nazilə xanıma satdığı torpaq sahəsi Səbuhiyə məxsusdur. Həmin yerdə tikinti aparırdı. Tikinti qrupunun rəhbəri olmuşdur. Bundan başqa həmçinin Səbuhidən Şuşa qəsəbəsində digər torpaq sahəsində olan təmirsiz evi 25.000 manata almışdır. Səbuhiyə xahiş edərək bildirmişdir ki, 15.000 manat ilkin olaraq ona verib qalan 10.000 manat pulu isə evi təmir edib müştəriyə satandan sonra verəcək. Həmin evi də Şahlı, Ədalət və Ruhiyyə adlı şəxslərə, həmçinin Kənan adlı şəxsə özününkü kimi təqdim edərək satmışdır. Kənana 43.000 manata sataraq 33.000 manat pul almışdır. Ədalətə 33.400 manata, Şahlıya isə İsmayıl adlı makler vasitəsi ilə satmışdır. Belə ki, İsmayıl evi ondan alıb Şahlıya satırdı. O evi İsmayıla özününkü kimi təqdim edib təmirsiz vəziyyətdə 20.000 manat satmışdır. Sonradan bilmişdir ki, İsmayıl da həmin evi təmir edib 30.00 manata Şahlıya satmağa razılaşıb. Sonradan problemlər olduğu üçün İsmayılın evdə təmirini dayandırmışdır. İsmayıl bir müddət evi təmir etdikdən sonra döşəmə, tavan, divarları təmir etdirib qapılar qoyduqdan sonra oraya gələrək İsmayılın ustalarını qovmuş və qapını bağlayaraq açarını götürmüşdür. Şahlı gələrək nəyə görə qapını bağladığını deyəndə İsmayılın pulu az verdiyini deyib əlavə olaraq sənəd üçün 1.850 manat da Şahlıdan almışdır. Lakin həmin evi Kənan və Ədalətə də satdığı üçün Şahlıya verə bilməmişdir. İsmayıl ona həmin evə görə 20.000 manat verməli idi. İsmayıl evə görə ayrı-ayrı vaxtlarda təxminən 19.500 manat pul vermişdir. Həmçinin həmin evi də təmir etmişdi. Sonradan Kənan onun icazəsi olmadan evə daxil olduğu üçün onunla razılaşıb evi Kənana vermişdir. Həmin evi Ruhiyyəyə də satmışdır. Ruhiyyəni qonşusu və tanışı Elnarə tanış edib. Elnarə iş yoldaşı Ruhiyyə xanımın ev almaq istəməsini bildirmişdir. O isə ev təklif edərək satdığını demişdir. Şahlı və Ədalətə göstərdiyi həmin evi Ruhiyyəyə də göstərərək özünə məxsus olmasını bildirmiş və 36.500 manata satdığını 6.000 manat ilkin ödəniş versələr qalanını kredit şəklində ayba-ay ödəyə biləcəyini demişdir. Ruhiyyədən ilkin ödəniş olaraq cəmi 4.500 manat almışdır. Lakin həmin evi verə bilməmişdir. Həmin evi başqalarına da satmışdır. Bundan başqa Minayə və Ramiz adlı şəxslərə də Şuşa qəsəbəsində yerləşən 0.02 ha torpaq sahəsini göstərib orada ev tikib verəcəyimi vəd edərək pul almışdır. Qeyd olunan torpaq ona məxsus olmamışdır. Belə ki, ayrı-ayrı vaxtlarda Minayədən 6.300 manat pul alaraq həmin pulun müqabilində üç otaqlı ev tikib yaşayışa hazır vəziyyətdə təhvil verərək qalan pulunu da ayda 250 manat olmaqla bir neçə ilə ödəyəcəyini vəd etmişdir. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-19/2021 nömrəli, xx.xx.2021-ci il tarixli hökmünün sürətindən görünür ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş İddiaçı ifadəsində göstərmişdir ki, bir müddətdir ki, oğlu Tahir və oğlunun ailəsi ilə Bakı şəhərində müxtəlif ünvanlarda kirayə yaşayır. Uzun illərdir ev problemi yaşadığı üçün ev almaq məqsədi ilə min bir əziyyətlə bir qədər pul toplamışdır. 2019-cu ilin iyul ayında oğlunun tanışı Müşviq adlı şəxs oğluna Bakı şəh., Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində qohumu Babək adlı şəxsi daşınmaz əmlak alqı-satqısı ilə məşğul olduğunu demişdir. Oğlu Tahirə bu barədə bildirdikdən sonra 27 iyul 2019-cu il tarixdə oğlu Tahir, tanışı Müşviq, Müşviqin qohumu Babək ilə birlikdə evlərə baxmaq üçün Şuşa şəhərciyinə taksi ilə yollanmışlar. Yolda Babək adlı makler Əlirzanı da Subunçu qəsəbəsindən götürmüşdür. Birlikdə Şuşa şəhərciyinə getmişlər. Ramana qəsəbəsi Şuşa şəhərciyinə çatanda Babək demişdir ki, «Samiq adlı şəxs var, ev tikib satır». Razılaşdıqdan sonra Babək Samiqə zəng vurub çağırmışdır. Samiq gəlmiş və Şuşa şəhərciyində 2 sot boş torpaq sahəsi göstərib demişdir ki, ev tikib satır. Sonra nəyə gücü çatdığını soruşanda o cavabında Samiqə «6.000 manata gücüm çatır» demişdir. Samiq isə «6.000 manat ilkin ödəniş olaraq verərsən, qalan pulu da ayda 250 manat olaraq verərsən, bu torpaq sahəsində 3 otaqlı evi yaşayışa hazır tikib 3 aya təhvil verəcəm» demişdir. Evin ümumi qiymətini 23.000 manata razılaşmışlar. Samiqə 300 manat beh olaraq vermişdir. Sonra çıxıb getmişlər. 30 iyul 2019-cu il tarixdə Samiq Əlirza və Babək ilə birlikdə, saat təxminən 16:00 radələrində Bakı şəh., Xətai rayonu, Kənd Əhmədliyə yaşadığı 8-ci küçəyə gəlmişlər. Samiq ona əldə yazılma alqı-satqı müqaviləsi və etibarnamə vermişdir. Qalib Əliyevin adından onun adına verilmişdir. Etibarnaməyə heç bir sxem və xəritə, həmçinin digər sənəd əlavə olunmamışdır. Həmin vaxt oğlu Tahir də yanında olmuşdur. O sənədi alıb 6.000 manat pulu Əlirzaya vermişdir. Əlirza isə pulu Samiqə vermişdir. Samiq pulu sayıb götürmüş və demişdir ki, sentyabr ayına evi yaşayışa tam hazır vəziyyətə gətirib təhvil verəcək. O demişdir ki, «6.000 manat yox 5.700 verməlidir». Samiq isə «eybi yox 6.000 ver aylıq ödənişdən çıxaram» demişdir. Sonra çıxıb getmişlər. Təxminən 20 gün keçməsinə baxmayaraq Samiq ilə dəfələrlə əlaqə saxlayıb evlə maraqlanırdı. Lakin evdə tikinti getmirdi. Həmçinin Babək və Əlirzaya da dəfələrlə zəng vurub demişdir ki, nəyə görə tikinti getmir. Babək və Əlirza isə deyirmişlər ki, «Narahat olma tikib verəcək». Sentyabr ayında Samiq demişdir ki, tikinti işləri aparır. Lakin sahəyə gedib baxanda aydın olmuşdur ki, yarısını tikib, qalanı isə qalıb. O Samiqi torpaq sahəsinin yanına çağırıb soruşmuşdur ki, nəyə görə onu aldadır. Samiq isə demişdir ki, «tikinti dayanıb icradan icazə vermirlər». O da düzəlmirsə pulunu geri verməsini tələb etmişdir. Samiq isə pulunu qaytaracağını demişdir. Hal-hazırda şikayətçidir. Təqsirləndirilən şəxsə ağır cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı tərəfindən şahid qismində dəvəd edilmiş X5 ifadəsində bildirmişdir ki, iddiaçı onun anasıdır. Onları cavabdehləri Müşviq adlı tanışları vaistəsi ilə tanımışlar. Belə ki, Müşviq onun ev almağ isdədiyini bildiyindən onu Babək ilə tanış etmişdir. Daha sonra isə Babək vaistəsi ilə onlar Əlirza ilə tanış olmuşlar. Babək və Əlirza onlara Ramana qəsəbəsində torpaq sahəsi göstərmiş, həmin yerdə ev tikilərək satdığını bildirmişlər. Bundan sonra onlar həmin yerə gedərək torpağı bəyənmişlər və qiymət ilə bağlı razılaşmışlar. Bundan sonra onlar 300 manat pulu cavabdehlərə beh kimi vermiş, daha sonra da kirayədə yaşadığların evin həyəti ilə qonşu olan Sənangilin həyətində cavabdehlərə 6000 manat məbləğində pul vermişlər. Onun anası pulu Əlirza ilə Babəkə vermişdir. Pul verilən zaman Samiq adlı şəxsdə orda olsa da, onlar Saniqi tanımırdılar. Pul Əlirzaya verilmişdir. Məhkəmə iclasında iddiaçı tərəfindən şahid qismində dəvəd edilmiş X3 ifadəsində bildirmişdir ki, o rəsmi sənədlərdə onun adının Qubad olduğunu bildirsə də, ona Müşviq olaraq müraciət etdiklərini bildirmişdir. İddiaçını cavabdehlərlə onun tanış etdiyini, lakin pulun verilməsində onun iştirakının olmadığını bildirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 647-ci maddəsinə əsasən daşınmaz əmlakın alqı-satqısı zamanı alğı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması xərclərini alıcı çəkir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkmə araşdırılması zamanı məlum olurki iddiaçı ev almaq məqsədi ilə öz tanışlar olan X1 vaistəsi ilə ev-alqı satqısında vaistəçi olan Cavabdeh1 və Cavabdeh2 ilə tanış olmuşlar. Belə ki iddiaçı cavabdehlərin göstərmiş olduğu Abşeron rayonu Quşçuluq qəsəbəsində yerləşən torpaq sahəsini və onun üzərində tikiləcək evin ümumi dəyəri 23000 manat olan evin pulunu hissə-hissə ödəmək məqsədi ilə satıcı kimi çıxış edən Məmmədov Samiqə 6300 manat məbləğində pul vəsaiti vermişdir. İddiaçı məhkəməyə müraciət edərək qeyd edilən pulun Samiqə deyildə makler olan cavabdehlərə vermiş olduğunu israr ilə təkid etsədə, bu halı sübut edəcək möhdəbər dəlilləri məhkəməyə tədim etməmişdir. Bundan başqa məhkəmə onuda qeyd etməyi zərurui hesab edir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-19/2021 nömrəli, xx.xx.2021-ci il tarixli hökmü ilə də iddiaçının qeyd edilən pul məbləğinin cavabdehlərə deyildə X2 vermiş olduğu öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, İddiaçı iddianın əsasları kimi istinad etdikləri hallarla bağlı Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə öhdəsinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “pul tələbi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıa aid edilməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “pul” tələbinə barədə iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-870/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-870/2023
06.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver