Məhkəmə qərarları › İş №2(008)-8719/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-8719/2021

14.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-8719/2021 14.12.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Cəfərli Nilufər Arif qızı, İddiaçı "xxxx" MMC-nin cavabdeh X4 qarşı «pul» tələbinə dair mülki işə kiçik iddia üzrə (sadələşdirilmiş icraat üzrə) icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdeh X4 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, 09.10.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********08392 olan Samsung Galaxy A21s markalı telefon və Samsung markalı 2 ədəd qoruyucu üzlüklər üçün 356 (üç yüz əlli altı) manat ödənilməmiş hissə, 35 (otuz beş) manat cərimə, 23.09.2020-ci il tarixli müqaviləsinə əsasən LG markalı televizor 1164.8 (min yüz altmış dörd manat, səksən qəpik) manat ödənilməmiş hissə, 116 (yüz on altı) manat cərimə, 18.09.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********43664 olan Samsung Galaxy A21s markalı telefon üçün 497.4 (dördyüz doxsan yeddi manat, qırx qəpik) manat ödənilməmiş hissə, 49 (qırx doqquz) manat cərimə, 18.09.2020-ci il tarixli müqaviləsinə əsasən, Panasonic markalı saçqırxan, CANALİ markalı qazan dəsti və Rondel markalı çaydan üçün 452.2 (dörd yüz əlli iki manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 45.6 (qırx beş manat, altmış qəpik) manat cərimə, ümumilikdə 2716 (iki min yeddi yüz on altı) manat məbləğində pul və 47.16 (qırx yeddi manat, on altı qəpik) manat ödənilmiş dövlət rüsumu cavabdeh X2 alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 284-5-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, "xxxx" MMC ilə X6 arasında bağlanmış 09.10.2020-ci il tarixli müqavilənin surətindən müəyyən olunur ki, X6 İMEİ Kodu **********08392 olan Samsung Galaxy A21s markalı telefon və Samsung markalı 2 ədəd qoruyucu üzlükləri almış, onun dəyərini ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan 09.10.2020-ci il tarixli müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlindən görünür ki, İMEİ Kodu **********08392 olan Samsung Galaxy A21s markalı telefon və Samsung markalı 2 ədəd qoruyucu üzlüklərin aylıq ödəniş məbləği 39.5 manat təşkil edir. İş materiallarında olan 09.10.2020-ci il tarixli təhvil – təslim aktının surətindən görünür ki, İMEİ Kodu **********08392 olan Samsung Galaxy A21s markalı telefon və Samsung markalı 2 ədəd qoruyucu üzlükləri X6 təhvil almışdır. İş materiallarında olan "xxxx" MMC ilə X6 arasında bağlanmış 23.09.2020-ci il tarixli müqavilənin surətindən müəyyən olunur ki, X6 LG markalı televizor almış, onun dəyərini ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan 23.09.2020-ci il tarixli müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlindən görünür ki, LG markalı televizorun aylıq ödəniş məbləği 75.6 manat təşkil edir. İş materiallarında olan 23.09.2020-ci il tarixli təhvil – təslim aktının surətindən görünür ki, LG markalı televizoru X6 təhvil almışdır. İş materiallarında olan "xxxx" MMC ilə X6 arasında bağlanmış 18.09.2020-ci il tarixli müqavilənin surətindən müəyyən olunur ki, X6 İMEİ Kodu **********43664 olan Samsung Galaxy A21s markalı telefon almış, onun dəyərini ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan 18.09.2020-ci il tarixli müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlindən görünür ki, İMEİ Kodu **********43664 olan Samsung Galaxy A21s markalı telefonun aylıq ödəniş məbləği 45.2 manat təşkil edir. İş materiallarında olan 18.09.2020-ci il tarixli təhvil – təslim aktının surətindən görünür ki İMEİ Kodu **********43664 olan Samsung Galaxy A21s markalı telefonu X6 təhvil almışdır. İş materiallarında olan "xxxx" MMC ilə X6 arasında bağlanmış 18.09.2020-ci il tarixli müqavilənin surətindən müəyyən olunur ki, X1 markalı saçqırxan, CANALİ markalı qazan dəsti və Rondel markalı çaydan almış, onun dəyərini ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan 18.09.2020-ci il tarixli müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlindən görünür ki, Panasonic markalı saçqırxan, CANALİ markalı qazan dəsti və Rondel markalı çaydanın aylıq ödəniş məbləği 41.1 manat təşkil edir. İş materiallarında olan 18.09.2020-ci il tarixli təhvil – təslim aktının surətindən görünür ki, Panasonic markalı saçqırxan, CANALİ markalı qazan dəsti və Rondel markalı çaydanı X6 təhvil almışdır. İş materiallarında olan "xxxx" MMC-dən tərəfindən X4 ünvanlanmış 07 oktyabr 2021ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdeh müqavilələr üzrə öhdəliklərin icrasını gecikdirdiyindən, yəni “ödəniş cədvəlində nəzərdə tutulan vaxt və qaydaya əməl etmədiyindən əşyanın tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış penya məbləğini qısa bir zamanda ödəməyəcəyi təqdirdə Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. İş materiallarında olan 02 noyabr 2021-ci il tarixli maliyyə arayışından görünür ki, 09.10.2020-ci il tarixli müqaviləyə əsasən X3 "xxxx" MMC-nə 09.10.2020-ci il tarixli müqaviləyə əsasən 356 (üç yüz əlli altı) manat ödənilməmiş hissə, 35 (otuz beş)manat cərimə borcu, 23.09.2020-ci il tarixli müqaviləsinə əsasən 1164.8 (bir min bir yüz altmış dörd manat, səksən qəpik) manat ödənilməmiş hissə, 116 (bir yüz on altı) manat cərimə borcu, 18.09.2020-ci il tarixli müqaviləsinə əsasən 497.4 (dörd yüz doxsan yeddid manat, qırx qəpik) manat ödənilməmiş hissə, 49 (qırx doqquz) manat cərimə, 18.09.2020-ci il tarixli müqaviləyə əsasən 452.2 (dörd yüz əlli iki manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 45.6 (qırx beş manat, altmış qəpik) manat cərimə borcu olmaqla, cəmi 2716 (iki min yeddi yüz on altı) manat məbləğində borcu müəyyən edilir. İş materiallarında olan mədaxil qəbzinin surətindən görünür ki, 47.16 (qırx yeddi manat, on altı qəpik) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə nisyə alqı-satqı müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin, 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata kecirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Göründüyü kimi, cavabdeh X6 09.10.2020-ciil tarixli, 23.09.2020-ci il tarixli, 18.09.2020-ci il tarixli, 18.09.2020-ci il tarixli müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu sazişlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da sazişin şərtlərini pozmuşdur. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, sadələşdirilmiş icraat üzrə iddia təmin edilməli, cavabdeh X2 09.10.2020-ci il tarixli müqaviləyə əsasən 356 (üç yüz əlli altı) manat ödənilməmiş hissə, 35 (otuz beş)manat cərimə borcu, 23.09.2020-ci il tarixli müqaviləsinə əsasən 1164.8 (bir min bir yüz altmış dörd manat, səksən qəpik) manat ödənilməmiş hissə, 116 (bir yüz on altı) manat cərimə borcu, 18.09.2020-ci il tarixli müqaviləsinə əsasən 497.4 (dörd yüz doxsan yeddid manat, qırx qəpik) manat ödənilməmiş hissə, 49 (qırx doqquz) manat cərimə, 18.09.2020-ci il tarixli müqaviləyə əsasən 452.2 (dörd yüz əlli iki manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 45.6 (qırx beş manat, altmış qəpik) manat cərimə borcu olmaqla, cəmi 2716 (iki min yeddi yüz on altı) manat məbləğində pul və 47.16 (qırx yeddi manat, on altı qəpik) manat dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-5, 284-6, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D i: İddia tələbi təmin edilsin. Cavabdeh X2 09.10.2020-ci il tarixli müqaviləyə əsasən 356 (üç yüz əlli altı) manat ödənilməmiş hissə, 35 (otuz beş)manat cərimə borcu, 23.09.2020-ci il tarixli müqaviləsinə əsasən 1164.8 (bir min bir yüz altmış dörd manat, səksən qəpik) manat ödənilməmiş hissə, 116 (bir yüz on altı) manat cərimə borcu, 18.09.2020-ci il tarixli müqaviləsinə əsasən 497.4 (dörd yüz doxsan yeddid manat, qırx qəpik) manat ödənilməmiş hissə, 49 (qırx doqquz) manat cərimə, 18.09.2020-ci il tarixli müqaviləyə əsasən 452.2 (dörd yüz əlli iki manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 45.6 (qırx beş manat, altmış qəpik) manat cərimə borcu olmaqla, cəmi 2716 (iki min yeddi yüz on altı) manat məbləğində pul və 47.16 (qırx yeddi manat, on altı qəpik) manat dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada alındığı gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar