Məhkəmə qərarları › İş №2(008)-882/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-882/2025

30.06.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-882/2025 30.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə, sahiblik hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə, sahiblik hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmiş "11338” nömrəli, 1975-ci il tarixli texniki pasorta əsasən Malışeva (Protasova) Aleksandra Qriqoryevnaya məxsus olmuş ünvan 4 (köhnə: Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Zabrat küçəsi, ev 5) üzərində sahiblik və istifadə hüququnun tanınması, həmin ünvana köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1987-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X8, anası X7muşdur. İddia ərizəsinə əlavə etdiyi sənədlərdən görünür ki, X11 xx.xx.1987-ci il tarixdə qanitirmədən ölmüşdür. X12 və X15 xx.xx.1970-ci il tarixdə Bakı şəhərində nikahlarını bağlamışlar və bu barədə 206 saylı akt qeydi tərtib edilmişdir. Nikahdan sonra arvada Minoçenko soyadı verilmişdir. X10 xx.xx.1950-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Atası İvan, anası X1. X22 və X4 03 yanvar 1955-ci il tarixdə Bakı şəhərində nikahlarını bağlamışlar və bu barədə 06 saylı akt qeydi tərtib edilmişdir. Nikahdan sonra arvada Malışeva soyadı verilmişdir. Anasının anası (nənəsi) X4 03 oktyabr 1950-ci ildə anadan olmuş, X21 nikaha daxil olduğuna görə babasının soyadı olan “Malışeva” soyadını qəbul etmişdir. Nənəsi X3 1969-cu ildə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Zabrat küçəsindəki 5 saylı evə bitişik öz vəsaiti hesabına 12 kv.metr ölçüdə bir otaqlı otağın tikilməsinə keçmiş Lenin (hazırkı Sabunçu) rayon XDS İcraiyyə Komitəsinin 22 oktyabr 1969-cu il tarixli sərəncamı ilə icazə verilmiş və tikilməsinə icazə verilmiş qeyd olunan bir otaqlı mənzil həmin rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansına verilmişdir. Haqqında söhbət gedən mənzildə yaşadığı dövrdə, yeni, 1970-ci ildə anası X9 rəsmi nikaha daxil olaraq ailə qurduqdan sonra Minoçenko soyadını götürmüş və bundan sonra həmin soyad altında yaşamışdır. Həmin 1 otaqlı yaşayış sahəsi və yanında olan digər sahələr də nəzərə alınmaqla Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən ünvana 11338 nömrəli, 1975-ci il tarixli texniki pasort tərtib olunmuş, ünvana dair 44 saylı MKİS tərəfindən təsərrüfat hesabı açılmaqla tikili MKİS-in balansına götürülmüşdür. O, doğulduqdan 8 ay sonra anası X5 itirmədən vəfat etmiş, bundan sonra o, 1 yaş 10 aylıq olanadək nənəsi Malışeva (Protasova) Aleksandra Qriqoryevnanın himayəsində yaşamış, bundan sonra taleyi yenə üzünə gülməmiş, 1988-ci ilin noyabr ayından nənəsi Malışeva (Protasova) Aleksandra Qriqoryevna xəbərsiz itkin düşmüş, ona görə də qohumlarının himayəsi və köməkliyi ilə böyüyərək yetkinlik yaşına çatmışdır. 28 avqust 2012-ci ilin tarixdə Cavabdehlə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və ərinin soyadı olan Kramer soyadını qəbul etmişdir. Nənəsi Malışeva (Protasova) Aleksandra Qriqoryevna 1988-ci ildə xəbərsiz itkin düşdüyünə görə onun barəsində ərazi üzrə Sabunçu rayon Polis idarəsinin 13-cü Polis Bölməsində xx.xx.1988-ci il tarixli, 1341 saylı axtarış işi açılmış, lakin, 15 il keçməsinə baxmayaraq o, tapılmadığına və ondan heç bir məlumat olmadığına görə, həm də Azərbaycan Respublikası Daxili İşlər Nazirinin müvafiq göstərişinin tələbinə uyğun olaraq icra müddəti bitdiyinə görə nənəsi ölmüş kimi qiymətləndirilərək barəsində açılmış axtarış işinə xx.xx.2003-cü il tarixdə xitam verilmişdir. Lakin, bundan sonra da hazırkı vaxtadək 21 il keçməsinə baxmayaraq da nənəsindən heç bir məlumat olmamışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 avqust 2022-ci il tarixli qətnaməsi ilə nənəsi Malışeva (Protasova) Aleksandra Qriqoryevna ölmüş elan edilmiş və qətnamə qanuni qüvvəsini almışdır. Nənəsinin adına onun öz vəsaiti hesabına tikdirdiyi və qanuni istifadəsində olmuş yuxarıda göstərilən ünvanda yerləşən mənzil qalmışdır. Həmin mənzil 25.01 1987-ci ildən bu günədək onun sahiblik və istifadəsindədir. Uzun illərdir ki, həmin ünvanda yaşayış yeri üzrə qeydiyyatdadır. Bütün kommunal xidmətlər - qaz, işıq və suyun da abonenti onundur, sayğaclar onun adına quraşdırılmışdır. Mənzilin sahibi (icarədarı) olmuş nənəsi vəfat etsə də o onunla birgə bu ünvanda qeyd olunan tarixdən yaşamış, birgə təsərrüfat aparmaqla yaşamışdır. Nənəsi vəfat etdikdən sonra da mənzilə faktiki sahiblik etməklə daimi bu ünvanda yaşamaqda davam etmişdir. 28 avqust 2012-ci ilin tarixdə Cavabdehlə nikaha girdikdən sonra onun da ünvana qeydiyyata düşməsinə və onunla birgə burada yaşamasına razılıq vermişdir. Heç bir pretenziya və mübahisə olmadığından hüququnu qeydə aldırmamışdır. Son dövrlər Cavabdehlə aralarında tez-tez mübahisələr olur və yola gedə bilmirlər. Dəfələrlə ondan mənzili tərk etməsini tələıb etsə də, o mənzildən getməmişdir. Bir neçə dəfə aralaında mübahisə zamanı hətta o mənzili əlindən alacağını, öz adına rəsmiləşdirəcəyini, onu mənzildə buraxmayacağı ilə hədələmişdir. Bir-neçə dəfə o onu mənzilə buraxmamış, ona polis orqanlarına zəng edəcəyini bildirdikdə hazırki mübahisənin polisə aid olmadığını və mənzildə yaşamaq hüququnun olmadığını, tanımadığını bildirmişdir. Bu səbəbdən də hazırki vəziyyətdə mənzil üzərində istifadə və sahiblik hüququnun tanınması və mənzilə köçürülmə barədə qətnamənin qəbul edilməsi vacibdir ki, o, onu mənzildən çıxara bilməsin və mənim mənzildən istifadə hüququmun olduğunu anlayaraq mənzil hüququma toxunmasın. İddia ərizəsinə əlavə etdiyi sənədlərdən mənzilin nənəsi X3 məxsus olması, tikiliyə dair Lenin (hazırkı Sabunçu) rayon XDS İcraiyyə Komitəsinin 22 oktyabr 1969-cu il tarixli sərəncamının, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən ünvana 11338 nömrəli, 1975-ci il tarixli texniki pasortunun olması, icarədar olaraq nənəsinin vəfat etməsi, onun həmin ünvanda 1987-ci ildən yaşamağı, orada qeydiyyatda olmağı, 28 avqust 2012ci ilin tarixdə Cavabdehlə nikaha girməyi, onun da həmin ünvana qeydiyyata düşməsi, onu mənzilə buraxmaması, orada rahat yaşamağına şərait yaratmaması, mənzil üzərində sahiblik və istifadə hüquqlarının tanınmasının zəruri olması öz təsdiqini tapır. Mübahisəli yaşayış sahəsindən istifadə edilməsi ilə bağlı hüquq münasibətləri 1987-ci il tarixdən əvvəl yarandığından bu mübahisə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməklə həll edilməlidir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi və vəkili ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdeh isə bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edərək, bildirdi ki, Texniki Pasportun arxiv sənədlərində olmaması aşkarlansa da, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenum qərarına əsasən Texniki Pasport verilmiş torpaq sahəsindən istifadə edən şəxslərin həmin sənədin arxiv sənədlərində aşkarlanıb aşkarlanmamsından asılı olmayaraq həmin torpaq sahəsinə istifadə və sahiblik hüququ tanınmalıdır. Bundan əlavə Konsitusiya Məhkəməsinin Plenum Qərarına əsasən 2001-ci il oktyabr ayının 1 dək olan X19 əmlakın mülkiyyətinə keçirməsi üçün əsasdır. İş materiallarından da məlum olur ki, iddiaçının anasına Texniki Pasport 2001-ci ildən əvvəlki tarixdə, yəni 1975-ci ilin iyun ayında verilmişdir. Texniki Pasportun arxiv sənədlərində aşkarlanmaması həmin Texniki Pasportun mövcud olmaması deyil, sadəcə olaraq arxiv sənədlərinin saxlanılması, qorunmasında olan problemlər və başqa bu kimi halların olmasına dəlalət edir. Məhkəmə iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, tərəflərin istinad etdiyi halları nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməməlidir. - Bakı şəhəri Sabunçu Rayon Qeydiyya Şöbəsinin AZ İ seriyalı, 636932 nörməli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.1987-ci il tarixdə doğulmuş, X8, anası isə X6. -Sumqayıt şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli arayışdan görünür ki, X13 xx.xx.1950-ci il tarixdə doğulmuş, atası İvan, anası isə X4 qeyd edilmişdir. Bakı şəhəri Sabuçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən arayışdan görünür ki, X14 ilə X15 arasında nikah bağlanmış, xx.xx.1970-ci il tarixdə 206 nömrəl iakt qeydi ilə qeyd edilmişdir. Arvada Minoçenko soyadı verilmişdir. Bakı şəhəri Sabuçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ölüm haqqında AZ-İ 646129 ölüm haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.1987-ci il tarixində vəfat etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5109/2022 nömrəli, xx.xx.2022ci il tarixli qətnaməyə əsasən xx.xx.1923-cü ildə Bakı şəhərində doğulmuş Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Zabrat küçəsindəki 5 saylı evdə yaşamış Malışeva (Protosova) Aleksandra Qriqoryevna ölmüş elan edilməsi qət edilmişdir. Lenin Rayon X2 İcraiyyə Komitəsinin 2414 nömrəli, xx.xx.1969-cu il tarixli müraciətə cavab məktubundan görünür ki, Razin qəsəbəsi, Zabrat küçəsi, ev 5 ünvanında vətəndaş Malışeva A.Q –a əlavə tikiliyə 12 kv.m olmaqla aparılmasına icazə verilərək, xx.xx.1970-ci ilədək tikilinin yekunlaşdırılması tapşırılmışdır. - Bakı şəhəri X2 İcraiyyə Komitəsinin 2414 nömrəli, xx.xx.1969-cu il tarixli müraciətə cavab məktubundan görünür ki, vətəndaş Malışev A.Q-ya Razin qəsəbəsi, Zabrat küçəsi, ev 5 ünvanında tikinti aparmağa o halda icazə verilir ki, həmin mənzil Lenin Rayon İcra Hakimiyyətinin balansına keçsin. Azərbaycan Respublikası Sovet Sosialist Respublikası Kommunal Təsərrrüfat Nazirliyi 11338 nömrəli notarial təsdiq edilmiş Texniki Pasportundan görünür ki, Lenin rayonu, Zabrat küçəsi, ev 5 ünvanında yerləşən mənzil mülkiyyətə keçirilməsi üçün ayrılmışdır. Bakı şəhəri İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Departamentinin Sabunçu Rayon Mənzil X16 44 saylı Mənzil-Kommunal İstismarı Sahəsinin xx.xx.2025-ci il tarixli, 15/1 nömrəli məktubdan görünür ki, Bakı şəhəri, Baklxanov qəsəbəsi, Zabrat küçəsi, ev 5 Azərbaycan Respublikası Sovet Sosialist Respublikası Kommunal Təsərrrüfat Nazirliyi tərəfindən tərtib edilmiş 11338 nömrəli, 1975-ci il tarixli texniki pasport 44 saylı MKİS-də yoxdur. - Bakı şəhəri Sabunçu Rayon Qeydiyya Şöbəsinin AZ İ seriyalı, 781908 nörməli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X17 xx.xx.2012-ci il tarixli, 1009 nömrəli akt qeydi ilə nikaha daxil olmuşlar, Arvada Kramer soyadı verilmişdir. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfat Birliyinin 44 saylı İstismar Sahəsinin xx.xx.2016-ci il tarixli 695 nömrəli arayışının surətindən görünür ki, X11 Bakıxanov qəsəbəsi, Zabrat küçəsi, 5 saylı evin 1 nömrəli mənzilində pasport qeydiyyatında olub, ölümü ilə əlaqədar qeydiyyatına xitam verilmişdir. - Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin 4 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 166 nömrəli, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.1987-ci il tarixdə hal hazırki tarixədək Bakıxanov qəsəbəsi, Zabrat küçəsi, 5 saylı evin 1 nömrəli mənzilində pasport qeydiyyatındadır. Mənzilə aid dövlət fondu üzrə yaşayış sahəsindən istifadə haqqı və məişət tullatılarının daşnması ödənişlərini özü ödəyir. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumatlardan görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 43-cü maddəsinin İ hissəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Konstitusiyada təsbit olunmuş bu hüquq hər kəsin qanunla müəyyən edilmiş şərtlərə əməl etməklə daimi yaşayış sahəsinə malik olmasını və həmin sahədən maneəsiz istifadə edə bilməsini ifadə edir. Mənzil hüququnun əsas xüsusiyyəti mənzil münasibətləri iştirakçılarının bu hüququ öz mülahizələrinə və qanuni mənafelərinə uyğun, azad və sərbəst həyata keçirmələrinin mümkünlüyündən ibarətdir. Göstərilən konstitusiya normasından irəli gələrək mənzil sahəsində yaranan münasibətlərin hüquqi tənzimlənməsi sahəvi (mənzil və mülki) qanunvericilikdə öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsi mənzil hüququnu neqativ formada ifadə edir (heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz). Bu maddənin İİ hissəsi isə mənzil hüququnun reallaşdırılması üçün dövlət hakimiyyəti orqanlarını istiqamətləndirir ki, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac versin, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görsün. Mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədənkənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alğı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. "Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 iyul 2001-ci il tarixli qərarına əsasən 2001-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. İşin faktiki hallarından görünür ki, tərəflər arasında hüquq münasibətləri 2009-cu il tarixədək mövcud olmuşdur. Buna görə hazırki mübahisə üzrə münasibətlərin yarandığı dövrdə, 01 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53, 123-cü maddələri tətbiq edilməlidir. Həmin Məcəllənin 123-cü maddəsinə görə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Həmin Məcəllənin 53-cü maddəsinin mənasına əsasən mülkiyyətçinin ailə üzvləri onun arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Mülkiyyətçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də onun ailə üzvləri hesab edilə bilərlər. Mülki iş matriallarına əlavə edilmiş Lenin Rayon X2 İcraiyyə Komitəsinin 2414 nömrəli, xx.xx.1969-cu il tarixli məktubundan görünür ki, ünvan 3 ünvanında tikinti işlərinin aparılmasını xx.xx.1969-cu il tarixdə iddiaçının nənəsi Malışeva A.Q-ya icazə verilmişdir. Mülki iş matriallarına əlavə edilmiş arayışlardan müəyyən edilir ki, İddiaçı doğulduğu tarixdən xx.xx.1987-ci ildən hazırki mənzildə yaşamışdır. İş matriallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı ilə cavabdeh birgə nikaha daxil olduğdan sonra xx.xx.2012-ci ildən sözügedən mənzildə yaşamağa bağlamışdırlar. Hazılrda iddiaçı məhkəməyə müraciət edərək cavabdehin onun sözügedən mənzilə buraxmadığını bildirərək həmin mənzilə sahiblik və istifadə hüququnun tanınmaqla həmin ünvana köçürülməsini məhkəmədən xahiş etmiş, cavabdeh isə dəfələrlə məhkəmə iclaslarına çağrılsalardan gəlməmiş, iddia tələbinə münasibətini məhkəməyə bildirməmişdir. Beləliklə məhkəmə qeyd edir ki, hazırki mübahisəli mənzil dövlət reystrindən keçən əmlak olmasada nə qədərki onun tikintisi üçün iddiaçının nənəsinə icazə verilmişdir və iddiaçı doğulduğu gündən həmin ünvanda yaşamışdır, iddiaçının həmin mənzil istifadə hüququ müəyyən edilməklə həmin mənzilə köçürülməlidir. Bundan başqa məhkəmə iddia tələbinin iddiaçının sözügedən mənzilə sahiblik hüququnun tanınması hissəsinə münasibət bildirərək qeyd edir ki, nə qədərki mübahisəli mənzil dövlət qeydiyyatından keçməmişdir iddia tələbi həmin hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. ünvan 4 ünvanında yerləşən mənzilə İddiaçı istifadə hüququ müəyyən edilməklə həmin mənzilə köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar