Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-905/2024 11.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Səlimzadə Şərif Hümbət oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1000 manat pulun, 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 1030 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırmışdır ki, 2008-ci ildən etibarən “Ər-Riyad” ticarət mərkəzində ailəsinə məxsus mağaza olmuşdur. Həmin mağaza ticarət mərkəzinin rəhbəri tərəfindən icarəyə verilmiş, qarşılığında isə pul ödənilmişdir. Ödənilən pul qane etmədiyi üçün həmin mağazaya məxsus məbləği almaq üçün hüquqşünas yardımı almaq qərarına gəlmişdir. Bu məqsədlə Cavabdeh ilə tanış olub. Cavabdeh ona bildirmişdir ki, mübahisə ilə bağlı məhkəmədə iddia qaldıracaq və hüquqi müstəvidə məsələni onun xeyrinə həll edəcəkdir. xx.xx.2022-ci il tarixdə göstəriləcək hüquqi yardıma görə 2000 manat ödənilməsi ilə bağlı onunla razılaşmış və 2000 manat pulu Reyhana vermişdir. Daha sonra Reyhan Soltanəli qızına onun adından bütün işləri görməsi üçün etibarnamə vermişdir. Razılıqdan və pulun ödənilməsindən xeyli müddət keçəndən sonra məhkəmədən heç bir xəbər çıxmayıb. Reyhanla tez-tez məhkəmə işinin nə yerdə qaldığını soruşduqda hər dəfə narahat olmamağı, hər şey onun xeyrinə olacağını bildirmişdir. Nəhayət heç bir iddia qaldırılmadığını, Reyhanın onu aldatdığı başa düşüb ondan ödədiyi pulu geri tələb etməyə başlamış və verdiyi etibarnaməni ləğv etdirmişdir. Əvvəllər pulu qaytarmaqdan imtina etsə də, sonradan aldığı 2000 manat puldan 1000 manatını geri qaytarmış, qalan 1000 manatı isə ödəməkdən boyun qaçırmışdır. Reyhanın hərəkətlərindən polisə şikayət edərək, onun cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etsə də, müsbət nəticə olmamışdır. Hər ikisinin izahatları alındıqdan sonra xx.xx.2022-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilərək mülki mübahisənin həlli ilə bağlı məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianı müdafiə etdiyini, hazırlıq iclaslarında cavabdehin ondan 2000 manat alması bundan 1000 manat qaytardığını və hazırda qalan 1000 manatı pulu tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək, hüzr yerində iddiaçının vəziyyəti pis olduğundan 1000 manatı geri qaytardığını, onunla aralarında hüquqi xidmət haqqında müqavilə bağladığını, hazırki vaxta kimi 14 xidmət göstərdiyini və bunun qarşılığında isə qalan 1000 manat bu xidmətlərin göstərilməsi üçün götürdüyünü bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Bakı şəhər Nizami Rayon Polis İdarəsinin 03 noyabr 2022-ci il tarixli qərardan görünür ki, araşdırma zamanı izahatı alınmış X2 izahatında 2005-ci ildə “Ram” Hüquq Servisi təsis edərək hüquqşunas kimi fəaliyyətə başladığını, 2021-ci ilin dekabr ayından İddiaçı tanıdığını və ona hüquqi xidmət göstərməsi üçün 2000 manat pul aldığını bildirmişdir. Pulun ödənilməsi barədə o, İddiaçı qəbz təqdim etmişdir. 2022-ci ilin avqust ayında Aybənizin əri vəfat etdiyindən ona 1000 manat geri qaytarmış qalan 1000 manataı isə ona göstərdiyi hüquqi xidmətə hesabladığını demişdir. Məhkəmə iclasında X2 izahatında, X3 ilə 16 mart 2022-ci il tarixində ona məxsus “Ram” Hüquq Servisi arasında hüquqi xidmət göstərməsi ilə bağlı müqavilə bağlanmış, xidmət haqqı olaraq 2000 manat ödəniş qəbul edilmiş, bununla bağlı iddiaçıya qəbz təqdim edilmişdir. Daha sonra aralarında mübahisə yaranmış 2000 manat puldan 1000 manat İddiaçı qaytarılsa da, qalan 1000 manat məbləği isə ona bu günə kimi göstərilmiş hüquqi xidmətə hesabladığını bildirmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edilməli 1000 manat pul cavabdeh X1 tutularaq, İddiaçı qaytarılmalıdır. Belə ki, 16 mart 2022-ci il tarixli müqavilədən görünür ki, cavabdehin qeyd etdiyi kimi “Ram” Hüquq Servisi ilə deyil, X2 ilə X3 arasında müqavilə imzalanmış və göstəriləcək xidmətə görə İddiaçı tərəfindən 2000 manat pul ödənilmişdir. Cavabdeh izahatında “Ram” Hüquq Servisi ilə İddiaçı arasında müqavilə bağlandığını desə də, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Həmçinin cavabdeh məhkəmə iclasında və 03 noyabr 2022-ci il tarixdə Cinayət işinin başlanmasının rədd olunması bardədə qərarda da etiraf etmişdir ki, iddiaçıdan 2000 manat pul almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Qanunun tələbindən də göründüyü kimi 2000 manatın cavabdeh tərəfindən qəbul edilməsi işin mübahisəsiz halıdır. Eyni zamanda cavabdeh tərəfindən 1000 manat pulun qaytarılması iddiaçı tərəfindən də öz təstiqini tapmışdır. Qalan 1000 manat pul ilə bağlı cavabdeh tərəfindən iddiaçıya 14 adda xidmət göstərilməsi deyilsə də, bu barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qanunun tələbindən də göründüyü kimi tərəflər arasında 16 mart 2022-ci il tarixində hüquqi xidmət göstərilməsi ilə bağlı müqavilə imzalansa da, cavabdeh X2 müqavilə üzrə hansı xidmət göstərməsi və bu xidmətin dəyəri olaraq 1000 manat pulun pesablanması ilə bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qanunun tələblərinə uyğun olaraq cavabdeh tərəfindən müqavilə üzrə götürülmüş öhdəliklər icra edilmədiyindən ödənilmiş 1000 manat pul cavabdehdən tutularaq İddiaçı ödənilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1000 (min) manat pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 107, 115, 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 1000 (min) manat pul və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-905/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-905/2024
11.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver