Məhkəmə qərarları › İş №2(008)-913/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-913/2023

19.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-913/2023 19.06.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı iştirakları ilə İddiaçı Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə clasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı məhkəmədə iddia qaldıraraq cavabdehlər cavabdehlərdən müştərək qaydada 2797,96 manat əmlakıma dəyən zərərin əvəzi, 47,98 manat dövlət rüsumu, ümumilikdə 2845,94 manatın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisisidir. Cəmiyyət fəaliyyətini Abşeron rayonu Məmmədli kəndində yerləşən mağazada tikinti materialları satışı ilə həyata keçirir. Həmin mağaza Məmmədli kəndinə gedən istiqamətdə yolun sag tərəfindən yerləşir. xx.xx.2022-ci il tarixdə saat təxminən 13.00 radələrində mağazanın qarşısından keçən yolda “Toyota Prius” markalı avtomobillə yük avtomobilinin toqquşması nəticəsində yol- nəqliyyat hadisəsi baş vermiş, toqquşmadan sonra yük avtomobili idarəetməni itirərərək tikinti materiallarının satışı mağazasına girmiş və nəticədə əmlakına ciddi ziyan dəymişdir. Belə ki, hadisə nəticəsində mülkiyyətində olan “Tufan” markalı 99-C-736 dövlət qeydiyyat nişanlı motosikl yararsız hala düşmüşdür. Bundan əlavə onun mülkiyyətində olmayan əmlaka da ziyan dəymişdir. Məsələ ilə bağlı Abşeron rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru X5 tərəfindən araşdırma aparılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında yaşayan X10 oglu etibarnamə ilə idarə etdiyi Toyota Prius markalı **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sabunçu rayonundan Xırdalan şəhəri istiqamətinə gedərkən Abşeron rayonu Məmmədli-Digah yolu ilə Digah qəsəbəsi istiqamətinə saatda 50 km sürətlə hərəkətdə olan zaman sükan arxasında yuxulamış, idarə etdiyi avtomobil yolun əks hərəkət zolağına çixaraq Məmmədli qəsəbəsi istiqamətinə hərəkətdə olan ünvan 2 ünvanında yaşayan vətəndaş X1 etibarnamə əsasında idarə etdiyi iri tonnajlı X9 markalı **-XJ-*** yarımqoşqulu yük avtomobili ilə toqquşmuş, hadisə nəticəsində yalnız özü sağlamlığa zərərvurmayan bədən xəsarətləri almışdır. Eyni zamanda hadisə nəticəsində iri tonnajlı X9 markalı **-XJ-*** dövlət qeydiyyat nişanlı, **-ZB-*** yarımqoşqulu yük avtomobili idarə etmədən çıxaraq yolun kənarında olan tikiliyə və tikinti materialları satışı mağazasına çırpılmış, nəticədə mağazanın qarşısında dayanmış ona məxsus “Tufan” markalı 99-C-736 dövlət qeydiyyat nişanlı motosikl yararsız hala düşmüşdür. Cavabdeh X10 oglu izahat verərək bildirmişdir ki, Toyota Prius markalı 90- CY-479 dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir, həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2022-ci il tarixdə idarə etdiyi həmin avtomobillə Sabunçu rayonundan Xırdalan şəhər istiqamətinə hərəkət edərkən Abşeron rayonu Məmmədli-Digah yolu ilə Digah qəsəbəsi istiqamətinə saatda 50 km surətlə hərəkətdə olan zaman həddindən artıq yorğun və yuxusuz olduğu üçün sükan arxasında yuxulamış, isarə etdiyi avtomobil yolun əks hərəkət zolağına çıxaraq Məmmədli qəsəbəsi istaqamətində hərəkətdə olan iri tonnajlı avtomobillə toqquşmuşdur. Toqquşmadan sonra yük avtomobili idarə etmədən çıxaraq yolun kənarındakı obyektə çırpılmış və öz idarə etdiyi avtomobil isə dərəyə aşmışdır. Hadisə vaxtı avtomobildə tək olmuş, ondan başqa heç kim olmamışdır. İdarə etdiyi avtomobil yüksüz və saz vəziyyətdə olmuş, hadisədən əvvəl spirtli içki istifadə etməmişdir. Sükan arxasında ani yuxuladıgı üçün əks hərəkət zolağına çıxmış və yük avtomobilini 2-3 metr məsafədən görmüşdür. Bununla da, cavabdeh X6 barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutlmuş inzibati tənbeh tədbirlərinin tətbiq edilməsi üçün qəbul edilmiş qərarın surəti aidiyyatı üzrə Abşeron RPİ-nin DYPŞ-nə göndərilmişdir. Göstərilən yol-nəqliyyat hadisəsi Toyota Prius markalı **-CY-*** dövlət nömrə nişanlı avtomaşının sürücüsü X6 AR İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta törətməsi nəticəsində baş vermişdir. Qeyd olunan inzibati xəta ilə yol-nəqliyyat hadisəsi arasında əlaqənin olması DYP əməkdaşının tərtib etdiyi Yol-nəqliyat hadisəsinin sxemi ilə təsdiq olunur. Yol-nəqliyyat hadisəsi nəticəsində mülkiyyətimdə olan motosiklinə 3160 manat məbləğində maddi ziyan dəymişdir. Həmin ziyanın 362,04 manat hissəsi zərərvuranın mülki məsuliyyətini icbari qaydada sığortalamış "xxxx" ASC-dən alınmışdır. Amma yerdə qalan zərər məbləğini ala bilməmişdir. Bu səbəbdən cavabdehlərin ona 2797,96 manat borcu vardır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, cavabdehlər məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onarın iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Qeyd olunanlara əsasən məhkəmə cavabdehlərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Əvvəl keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul etməyərək qeyd etmişdir ki, o, heç bir şey xatırlamır, qəza yerindən o, xəstəxanaya aparılmışdır, hesab edir ki, ona qarşı iddia rədd edilməlidir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. “Tufan” markalı 99-C-736 dövlət qeydiyyat nişanlı motosikl İddiaçı sahibliyindədir (nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi). Toyota Prius markalı **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 sahibliyindədir (nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi). Cavabdeh2 həmin avtomobilin idarə edilməsinə dair digər Cavabdeh1 xx.xx.2022-ci il tarixdə xx.xx.2025-ci il tarixədək etibarnamə vermişdir. xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında yaşayan X10 oglu etibarnamə ilə idarə etdiyi Toyota Prius markalı 90- CY-479 dövlət qeydiyyat nişanlı avtomobillə Sabunçu rayonundan Xırdalan şəhəri istiqamətinə gedərkən Abşeron rayonu Məmmədli-Digah yolu ilə Digah qəsəbəsi istiqamətinə saatda 50 km sürətlə hərəkətdə olan zaman sükan arxasında yuxulamış, idarə etdiyi avtomobil yolun əks hərəkət zolağına çixaraq Məmmədli qəsəbəsi istiqamətinə hərəkətdə olan ünvan 2 ünvanında yaşayan vətəndaş X1 etibarnamə əsasında idarə etdiyi iri tonnajlı X9 markalı **-XJ-*** yarımqoşqulu yük avtomobili ilə toqquşmuş, hadisə nəticəsində yalnız özü sağlamlığa zərərvurmayan bədən xəsarətləri almışdır. Eyni zamanda hadisə nəticəsində iri tonnajlı X9 markalı **-XJ-*** dövlət qeydiyyat nişanlı, **-ZB-*** yarımqoşqulu yük avtomobili idarə etmədən çıxaraq yolun kənarında olan tikiliyə və tikinti materialları satışı mağazasına çırpılmış, nəticədə digər şəxslərlə yanaşı iddiaçıya maddi ziyan dəymiş, ona ziyanın ödənilməsi ilə əlaqədar mülki qaydada iddia qaldırmaq hüquq izah edilmişdir (Abşeron rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı R.T.Əskərov tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar). Abşeron RPİ-nin DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* №li qərarla cavabdeh inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirkar hesab edilmiş, barəsində 60 manat məbləğində cərimə tətdbiq edilmişdir. «Fides» şirkəti tərəfindən iddiaçıya məxsus motosiklə dəymiş ziyan 3160 manat məbləğində müəyyən edilmişdir. CML-4588/2022-AKT5145/22 №-li sığorta aktından görünür ki, Toyota Prius markalı **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobilinin sahibinin mülki məsuliyytinin icbari sığorta müqaviləsi əsasında İddiaçı məxsus “Tufan” markalı 99-C-736 dövlət qeydiyyat nişanlı motosiklə "xxxx" ASC tərəfindən 3160 manat dəyərində ziyanın dəyməsi müəyyən edilmiş, 362,04 manat sığorta ödənişi hesablanmışdır. Həmin 362,04 manat sığorta ödənişi xx.xx.2022-ci il tarixdə "xxxx" ASC tərəfindən «Paşa Bank» vasitəsilə İddiaçı ödənilmişdir. Məhkəmənin təşəbbüsü ilə məhkəmə iqtisad ekspertizası təyin edilmişdir. Azərbycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli 9/634 №-li ekspert rəyinə əsasən də motosiklə dəymiş ziyan 3160 manat məbləğində qiymətləndirilmişdir. Hazırda iddiaçı 2797,96 manat əmlakına dəyən zərərin (3160 - 362,04) və məhkəmə xərclərinin hər iki cavabdehdən tutulmasını iəstəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qismən qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göründüyü kimi, qanunun mənasına görə zərərin əvəzini ödəmək vəzifəsi mülki hüquq pozuntusu törətmiş, yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Yəni, məhkəmə hesab edir ki, nə qədər ki delikt törətmiş şəxs Cavabdeh1 qanuni əsasla (etibarnamə əsasında) avtomobili idarə etmişdir, zərərin əvəzi də məhz ondan tutulmalıdır. Belə ki, Cavabdeh1 tərəfindən delikt törədilmiş, bu hal qanuni qüvvəsini almış məhkəmə qərarı ilə təsdiq edilmiş, sığorta şirkəti tərəfindən hadisə rəsmiləşdirilmiş, sığorta aktı tərtib edilmiş, iddiaçının əmlakına dəyən zərər müəyyən edilmiş və ona müəyyən məbləğdə sığorta ödənişi edilmişdir. Hazırda iddiaçı qalan məbləğin cavabdehlərdən tutulmasını istəyir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, vurulmuş maddi zərərə görə 2797,96 manat məbləğində pul Cavabdeh1 iddiaçının xeyrinə tutulmalı, iddia digər Cavabdeh2 qarşı hissədə rədd edilməlidır. Eyni zamanda iddiaçı məhkəmə xərclərinin də tutulmasını istəyir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı iddianın verilməsi üçün 47,98 manat məbləğində dövlət rüsumu ödəmişdir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş həmin məbləğ Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda məhkəmənin təşəbbüsü ilə iş üzrə ekspertiza təyin olunmuşdur, ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101-1.2-cü maddəsinə əsasən işdə iştirak edən şəxsin sifarişi ilə ekspertiza həmin şəxslə məhkəmə ekspertizası idarəsinin rəhbəri və ya özəl məhkəmə eksperti arasında bağlanan müqavilə əsasında ekspertizanı sifariş edən şəxsin hesabına həyata keçirilir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 25 manat iddiaçıdan, 25 manat Cavabdeh1 tutulub X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, məhkəmə ekspertiza mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 2797,96 manat vurulmuş zərərin əvəzi və 47,98 manat məbləğində dövlət rüsumu tutulub İddiaçı xeyrinə ödənilsin. İddia Cavabdeh2 qarşı rədd edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manatin 25 manat hissəsi İddiaçı, 25 manat hissəsi isə Cavabdeh1 tutulub X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, məhkəmə ekspertiza mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar