Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-934/2024 12.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 1320 manat pul vəsaitinin və 33.20 manat dövlət rüsumunun alınaraq, ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, o, Cavabdeh öz mülkiyyətində olan dəyəri 4000 manat “Renault Megane” minik markalı, buraxılış ili 2005-ci il olan nəqliyyat vasitəsini alqı-satqı müqaviləsi ilə satmışdır. Cavabdeh həmin məbləğin 3830 manatını ödəsə də, qalan 170 manat ödənilməmişdir. Eləcə də, cavabdeh ona “Dacia Logan” minik markalı, buraxılış ili 2009-cu il olan nəqliyyat vasitəsini 19.000 manata satmışdır. Satışın şərtlərinə əsasən, iddiaçı tərəfindən cavabdehə 1000 manat ilkin ödəniş edilməli, daha sonra isə ayda 900 manat olmaqla, 20 ay ərzində qalıq ödəniş edilməli idi. Cavabdeh nəqliyyat vasitəsinin sənəd üzərində başqasının (X3) mülkiyyətində olmasına baxmayaraq, faktiki mülkiyyətçisinin özü olduğunu və ödənişlərin ona edilməli olduğunu bildirmişdir. xx.xx.2023-cü il tarixdə “Kapital Bank" ASC-yə məxsus bank kartından cavabdehə məxsus bank kartına 1000 manat ilkin ödəniş həyata keçirmiş və eyni tarixdə göstərilən nəqliyyat vasitəsini idarə etmək üçün X3 tərəfindən ona notarial qaydada təsdiq olunmuş “Nəqliyyat vasitəsindən istifadə edilməsi dair” etibarnamə verilmişdir. xx.xx.2023-cü il tarixdən nəqliyyat vasitəsini istifadə və istismar etməyə başlamış və həmin tarixdən də nəqliyyat vasitəsinin mühərrikinin nasaz olmasını aşkar etmişdir. Bununla bağlı cavabdehə məlumat verilmiş və onun istəyi ilə nəqliyyat vasitəsi ustaya baxış üçün aparılmışdır. Ustaya çəkilən 150 manat xərc də onun tərəfindən qarşılansa da, yenə də nasazlıq aradan qalxmamışdır, cavabdehdən verdiyi ilkin ödənişi və usta xərcini (1150 manat) geri qaytarmasını və nəqliyyat vasitəsini götürməsini tələb etsə də, cavabdeh vəsaiti geri qaytarmamışdır. Bundan sonra şikayət ərizəsi ilə Daxili İşlər Nazirliyinin 102 Qaynar Xəttinə müraciət olunmuş və müraciət araşdırılması üçün Abşeron Rayon Polis idarəsinin X5 göndərilmişdir. Həmin bölmənin xx.xx.2023-cü il tarixli məktubu ilə ona mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Göründüyü kimi, cavabdeh həm ondan aldığı nəqliyyat vasitəsinə görə borclu qaldığı 170 manatı, həmçinin satdığı nasaz nəqliyyat vasitəsinə görə aldığı 1000 manat ilkin ödənişi və 150 manat usta xərcini qaytarmaqdan imtina edir. O, həmçinin bildirdi ki, cavabdehə satdığı nəqliyyat vasitəsinin ümumilikdə 70 manat cəriməsi olmuşdur. Tələb etdiyi məbləğdən cavabdeh cərimənin pulunu çıxıb qalan pulu qaytarmalıdır. Qeyd olunanlara əsasən, iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı ilə aralarında razılıq olmuşdur ki, iddiaçı “Dacia Logan” minik markalı nəqliyyat vasitəsinə görə ilkin ödəniş olaraq ona 1000 manat pul ödəməli və bundan sonra hər ay ödəniş etdiyi halda avtomobil 20 aydan sonra onda qalmalı idi. Qəbul edir ki, iddiaçı ona aid bank kartına 1000 manat pul göndərmişdir, lakin razılığa əsasən, o, həmin pulu iddiaçıya geri qaytarmalı deyil. Avtomobili iddiaçıya verərkən, heçbir nasazlığı olmamışdır. O, iddiaçının ödədiyi 1000 manata iddiaçının ona satdığı “Renault Megane” minik markalı avtomobilin motorunu yığdırmış, “qranat”ını dəyişdirmiş, onun adına olan cərimələri ödəmişdir. Digər tərəfdən, iddiaçıdan “Renault Megane” minik markalı avtomobili alan zaman dəyərini tam şəkildə ödəmiş, borcu qalmamışdır. Qeyd olunanlara əsasən, cavabdeh iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, buraxılış ili 2005-ci il olan “Renault Megane” minik markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı mülkiyyətindədir. İş materiallarında olan nəqliyyat vasitəsindən istifadə edilməsinə dair xx.xx.2023-cü il tarixli etibarnamənin surətindən görünür ki, nəqliyyat vasitəsinin mülkiyyətçisi X3 buraxılış ili 2009-cu il olan “Dacia Logan” minik markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı vasitəsini idarə etmək nəqliyyat üçün İddiaçı etibar etmişdir. İş materiallarında olan ********** nömrəli qəbzin surətindən görünür ki, xx.xx.2023cü il tarixdə 1000 manat ödəniş edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 581.1-ci maddəsinə əsasən, satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 581.2-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. 582.1-ci maddəsinə əsasən, satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alğı-satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır. 587.1-ci maddəsinə əsasən, əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. 587.3.-cü maddəsinə əsasən, bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər. 587.5-ci maddəsinə əsasən, əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 588.1-ci maddəsinə əsasən, əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. 588.2-ci maddəsinə əsasən, satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. 589.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsi ilə ayrı qayda müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri bu şərtlə irəli sürə bilər ki, həmin qüsurlar bu maddədə müəyyənləşdirilmiş müddətdə aşkar edilsin. 589.2-ci maddəsinə əsasən, əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alğı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Daşınmalı və ya poçtla göndərilməli əşyanın qüsurlarının aşkar edilməsi müddəti əşyanın təyinat yerinə çatdırıldığı gündən hesablanır. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, tərəflər arasında şifahi formada bağlanmış alqı-satqı müqaviləsinə əsasən, cavabdeh Baldari X1 Aqşin Vidadi oğlunun mülkiyyətində olan “Dacia Logan” minik markalı nəqliyyat vasitəsini ilkin 1000 manat ödəniş edilməklə, daha sonra hər ay 900 manat olmaqla, 20 ay ərzində ödəniş edilməsi şərtilə (cəmi 19.000 manata) iddiaçıya satmışdır. Razılığın şərtlərinə uyğun olaraq, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə cavabdehə məxsus bank kartına 1000 manat ilkin ödəniş həyata keçirilmişdir (cavabdeh özü də bu faktı etiraf edir). İddiaçı nəqliyyat vasitəsini istifadə etməyə başladığı həmin tarixdən nəqliyyat vasitəsində nasazlıqların olmasını aşkar etmişdir. Cavabdehdən pulunu tələb edən zaman sonuncu, qaytarmaqdan imtina etdiyindən, iddiaçı Daxili İşlər Nazirliyinin 102 Xidmətinə müraciət etmiş, müvafiq polis bölməsində araşdırma aparılarkən, müraciətinin mülki xarakterli olması ona izah edilmişdir. Məhkəmə, “Dacia Logan” minik markalı nəqliyyat vasitəsinin nasazlığını iddiaçının onu idarə etməyə başladığı ilk gündə aşkara çıxardığını nəzərə alaraq hesab edir ki, həmin nasazlıq iddiaçının təqsiri ucbatından yarana bilməzdi. Ona görə də, iddiaçı Mülki Məcəllənin 587.2, 587.2.1-ci maddəsinə əsaslanaraq, cavabdehə ilkin ödəniş kimi ödədiyi 1000 manat məbləğində pulun qaytarılmasını tələb etməkdə haqlıdır. Lakin iddiaçı cavabdeh tərəfindən “Renault Megane minik" markalı nəqliyyat vasitəsinin satışından 170 manatın ödənilməmiş qalmasına, həmçinin “Dacia Logan” minik markalı nəqliyyat vasitəsinin nasazlığı ilə bağlı ustaya 150 manat xərc çəkməsinə dair hər hansı təsdiqedici sübutu məhkəməyə təqdim etməmişdir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, hazırkı iddia qismən, 1000 manat pulun Cavabdeh tərəfindən İddiaçı qaytarılması hissəsində təmin edilməli, qalan hissədə isə rədd edilməlidir. Məhkəmə, eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, cavabdeh iddiaçının ona satdığı avtomobilin ehtiyat hissələrinin təmirinə, həmin avtomobilin üzərindəki cərimələrin ödənilməsinə vəsait sərf etmişdirsə, iddiaçıya qarşı bununla bağlı iddia qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin 1000 manat hissədə təmin edildiyini nəzərə alaraq, hesab edir ki, təmin edilmiş məbləğə mütənasib olaraq 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməli və ondan iddiaçının xeyrinə tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrində iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 1000 (min) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-934/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-934/2024
12.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver