Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-96/2024 19.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, X5 qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azəriqaz” İstehsalat Birliyi tərəfindən əsassız olaraq hesablanmış 8382,83 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında qeydiyyatdadır. Faktiki olaraq ünvan 2 ünvanında yaşayır. xx.xx.2012-ci il tarixdə Cavabdeh tərəfindən ünvan 2, bina 20, mənzil 1 ünvanına abonentin iştirakı ilə küçədə G- 4 itron-smart tipli, 1202AQ**********6 nömrəli sayğac quraşdırılmış, 01469143 nömrəli plomb vurulmuş və həmin ünvana **********00001 nömrəli abonent kodu verilmişdir. Lakin "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı haqqında" akt tərtib edilməmiş və onunla Cavabdeh arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmamışdır. xx.xx.2012-ci il tarixdə sayğac quraşdırıldıqdan 12 gün sonra hesab koduna 151.20 manat qeyri-qanuni borc yazılmışdır. xx.xx.2015-ci il tarixdə yaşadığı Sabunçu rayonu, Maştağa qəsəbəsi, ünvan 3 ünvanında quraşdırılmış qaz sayğacında sızma baş verdiyindən, Cavabdeh təmir qrupu abonentin iştirakı ilə 1202AQ**********6 nömrəli sayğacın 01469143 nömrəli plombunu qırmış, qaz sızmasını aradan qaldırmış, yeni plomb vurmuş və "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı haqqında" ******* nömrəli akt tərtib edilmişdir. Yenə də iddiaçı ilə Cavabdeh arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” heç bir müqavilə bağlanmamışdır. Qaz sayğaclarının işlək vəziyyətdə olması, sayğacların elektron hissəsinin, kart oxuyucularının, batareya səviyyəsinin, sayğaclarda olan proqram təminatının düzgün işləməsini yoxlamaq məqsədi ilə xx.xx.2018-ci il tarixdən başlayaraq Cavabdeh tərəfindən əhali üçün quraşdırılmış həmin sayğaclara profilaktik baxış keçirilməsi nəzərdə tutulduğundan, iddiaçının iştirakı ilə Sabunçu rayonu, Maştağa qəsəbəsi, ünvan 3 ünvanında quraşdırılmış 1202AQ**********6 №li qaz sayğacına baxış keçirilmiş, heç bir nöqsan aşkar edilməmiş və yeni 05850799 nömrəli plomb vurulmuş, lakin akt tərtib edilməmişdir. xx.xx.2020-ci il tarixdə G-4 itronsmart tipli, 1202AQ**********6 nömrəli sayğacın istismar müddəti bitdiyindən, əvəzetmə adı ilə yeni tipli, Zenner G4T mexaniki, ********** nömrəli sayğac ilə əvəz edilmiş, 10141562 nömrəli plomb vurulmuş, “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı haqqında” ******* nömrəli akt tərtib edilmiş və nəhayət həmin gün iddiaçı ilə Cavabdeh arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə D-4434 nömrəli müqavilə bağlanmışdır. Onun tərəfindən nə sayğaca, nə də küçədəki qaz xəttinə heç bir müdaxilə edilməmiş və heç bir əlavə xətt qoşulmamışdır. Sayğac və qaz xətti küçədə yerləşdiyindən, sayğaca və qaz xəttinə abonent tərəfindən müdaxilə edilmə aşkarlanmamışdır. Əraziyə nəzarət edən Cavabdeh əməkdaşları tərəfindən, təlimata əsasən qaz sayğaclarına və qaz xəttinə hər ay baxış keçirilir və sayğaclarda elektron tablodakı göstəricilər Cavabdeh bazasına ötürülür. Keçirilmiş baxış zamanı nəzarətçinin gözündən yayınmış “müdaxilə" inandırıcı deyildir. Küçədə quraşdırılmış qaz sayğacına və qaz xəttinə abonent nəzarət etmir və sayğacın işlək vəziyyətdə olmasına, qaz xəttinin deşilməsinə abonent cavabdeh deyildir. Ümumiyyətlə, onun və ailə üzvlərinin həmin aktlardan xəbərləri olmamışdır. Aktlar birtərəfli qaydada tərtib edilmiş, həmin aktları imzalamamışdır. İmzalamadığı həmin aktlar əhəmiyyətli sübut sayılmır. Aktlar tərtib olunarkən bir nüsxəsi abonentə verilməli idi. Cavabdeh xx.xx.2017-ci il tarixdən başlayaraq xx.xx.2021-ci il tarixə qədər müəyyən vaxtlarda İddiaçı iştirakı və imzası olmadan 13 ədəd - ******* № li, ******* № li, ******* № li ******* № li, ******* № li, ******* № li, ******* № li, ******* № li, ******* № li ******* № li, ******* № 10274235 № li və ******* № li “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar tərtib etmiş, həmin aktlarda abonentin imza etməsindən imtina olunması qeyd edilmiş və qaz xəttinə sayğacdan kənar qoşulma faktını sübut etmədən xx.xx.2022-ci tarixə qədər iddiaçının hesab koduna 8382.83 manat borc yazmışdır. Abonentə təklif olunmuş və onun iştirakı ilə xx.xx.2015-ci il və xx.xx.2020-ci il tarixlərdə tətib edilmiş "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı haqqında aktlara, həmçinin “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” D-4434 nömrəli müqaviləyə imza etmişdir. Qanunsuz tərtib edilmiş aktlar abonentə heç bir məlumat verilməmişdir. Cavabdeh təqdim etdiyi fotoşəkillər onun ünvanına aid deyildir. Cavabdeh tərtib etdiyi - ******* № li, ******* № li, ******* № li ******* № li, ******* N li, ******* № li, ******* № li, ******* № li, ******* № li ******* № li, ******* № 10274235 № li və ******* № li aktlara əsasən, guya sayğacdankənar qeyri-qanuni təbii qazdan istifadə edilmiş və birliyə külli miqdarda ziyan dəymişdir. Cavabdeh tərəfindən qaz xəttinə məhz iddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edən sübutlar ona təqdim edilməmişdir. İmzası olmayan həmin aktlar qaz xəttinə müdaxilənin onun tərəfindən edildiyini təsdiq etmir. Təbii qazdan sayğacdan kənar hərhansı bir vasitə ilə qeyri-qanuni istifadə edilmişdirsə, küçədəki qaz kəmərinə birləşmə olmalıdır. Həmin birləşmə qaynaq vasitəsilə yarandığından hər bir halda küçədəki qaz xəttində qaynaq izləri qalır. Bu səbəbdən müstəqil məhkəmə ekspertizasının yerində baxış keçirməsi zərurəti yaranmışdır. Bundan əlavə, xx.xx.2022-ci il tarixli GASREP-dən məlum olur ki, iddiaçı sərfiyyata uyğun olaraq hər ay ödənişlər etmişdir. xx.xx.2012-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər 3546 m3 qaz sərfiyyatına görə 528 manat ödəniş edilmiş və qeyri-qanuni yüklənmiş 8382.83 manat borca görə 173.44 manat pul tutulmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X3 iddia tələbini əsassız hesab edərək, iddiaçı tərəfindən ayrı-ayrı vaxtlarda qaz sayğacına qanunsuz qoşulmalar edildiyini, bunu sübut edən fotoçəkilişlərin olduğunu qeyd edib, iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Cavabdeh ilə cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” barədə müqavilənin 1ci maddəsinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü maddəsinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. - Abonent saldosundan görünür ki, iddiaçıya 2015-ci il üzrə akta görə 280,80 manat borc, 2017-ci il üzrə aktlara görə 1097,20 manat borc, 2018-ci il üzrə aktlara görə 1583,40 manat borc, 2019-cu il üzrə akta görə 1053 manat borc, 2020-ci il üzrə aktlara görə 1361,40 manat borc, 2021-ci il üzrə aktlara görə 264,50 manat borc və 2022-ci il üzrə akta görə 1425,60 manat borc olmaqla ümumilikdə 7283,20 manat borc hesablanmışdır. 2012ci ilin noyabr ayı üzrə akta görə 151,20 manat qeyd olunsa da, “ayın sonuna borc” qrafasında həmin məbləğ ödənilməyən borc kimi göstərilməmişdir. Ona görə də, iddiaçının məhkəmədən həmin məbləğin silinməsini tələb etməsi əsassızdır. Məhkəmənin qərardadı əsasında təqdim edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmişdir. Qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsində göstərilir ki, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə alınmış xx.xx.2023-cü il tarixli ekspert rəyi toplanmış mötəbər sübutlarla müəyyən edilən halları özündə əks etdirən məlumatlar əsasında elmi metodlara tam uyğun və prosessual qaydalara riayət olunmaqla aparılmış və işin müəyyən olunmuş halları ilə üst-üstə düşür. Bununla belə, iş materiallarından görünür ki, Cavabdeh əməkdaşları tərəfindən abonentin sayğacdankənar təbii qazdan istifadə etməsi ilə əlaqədar 2015-ci, 2017-ci, 2018-ci, 2019-cu, 2020-ci, 2021-ci və 2022-ci il tarixlərdə aktlar tərtib edilmiş və həmin aktlara uyğun olaraq dəymiş ziyan məbləği olaraq ümumilikdə 7132 manat pul vəsaiti hesablanmışdır. Məhkəmə həmin aktlarla bağlı qeyd edir ki, Cavabdeh aktlar üzrə zərərin tutulması üçün məhkəməyə daha tutarlı sübutlar təqdim etməlidir. Məsələn, dərhal qaz xəttindən ayrılması, qanunsuz qoşulma nəticəsində təkrar hesablanmış zərərə dair cavabdehə akt, dəymiş ziyanın bərpasına dair tələbnamənin təqdim edilməsi, cavabdehə poçt vasitəsi bununla bağlı bildirişin göndərilməsini təsdiq edən sənədləri təqdim etməmiş, yalnız akt tərtib edilməsində maraqlı olan şəxslərin cavabdeh tərəfindən aktın qəbul edilməsindən imtina etməsi kimi qeyd yazılmışlar, bu isə özü-özlüyündə qanunsuz qaz xəttinə qoşulmasına dəlalət edə bilməz. Başqa sözlə, istehlakçının qazpaylayıcısına davamlı zərər vurmasına görə qazpaylayıcının səssiz qalaraq, akt tərtib etməklə kifayətlənməsi inandırıcı görünmür. Belə ki, qanunsuz qaz xəttinə qoşulmasına təkcə vurulmuş zərər deyil, həmçinin əmələ görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində məsuliyyət nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən bu istiqamətdə hər hansı hərəkət edilməsi iş materiallarında müəyyən edilmir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, 2015- 2022-ci illərdə tərtib edilmiş aktlar üzrə hesablanmış cəmi 7132 manat əsassız hesablanmış zərər məbləği iddiaçıya məxsus abonent hesabından silinməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdeh tərəfindən 8382,83 manat məbləğində borcun silinməsini xahiş etsə də, məhkəmə tərəfindən aktlar üzrə cəmi 7132 manat borcun yarandığı müəyyən olunduğundan və iddiaçı qalan 1250,83 manat (8382,83- 7132=1250,83) borcun necə yarandığını və hansı səbəbdən silinməli olduğunu əsaslandıra bilmədiyindən, iddia tələbi həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” Qazpaylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir (1.3). İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir (1.4). Özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır (3.4.1). Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qazpaylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallara adan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarım bəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktlar rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir (6.5-6.7). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə, istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, cavabdeh tərəfindən sonrakı hallar üzrə qanunsuz xəttə qoşulması, cavabdehin təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində müəyyən edilmədiyi halda, cavabdehə əlavə pul hesablanması yolverilməzdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş 91,32 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq, Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda, iş materiallarından görünür ki, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli ekspert təqdiqatlarının dəyəri 165 manat təşkil edir və həmin məbləğ də cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçı istifadəsində olan **********00001 saylı abonent koduna əsassız olaraq hesablanmış 7132 (yeddi min yüz otuz iki) manat məbləğində borcun silinməsi Cavabdehnə həvalə edilsin. Cavabdehndən 91,32 (doxsan bir manat otuz iki qəpik) manat dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İş üzrə çəkilmiş 165 (yüz altmış beş) manat ekspertiza xərci cavabdehə aid edilməklə, ondan tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-96/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-96/2024
19.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver