Məhkəmə qərarları › İş №2(008)-964/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-964/2025

23.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-964/2025 23.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı, Cavabdeh X1 və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “reqres qaydasında pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı “reqres qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5555 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, İddiaçı 1994-cü ildə Bakı Şəhər Məhkəməsində, 2000-ci ildən 2011-ci ilə qədər Ağır Cinayətlərə dair Hərbi Məhkəmədə məsləhətçi vəzifəsində çalışmışdır. Hazırda barəsində şikayət ərizəsilə məhkəməyə müraciət etdiyi Cavabdeh ilə elə həmin məhkəmədə 2007-ci ildən iş yoldaşı olaraq çalışmış. Həmin ildə Cavabdeh, Məhkəmə Nəzarətçiləri şöbəsinin rəisi təyin olunmuşdu. Təxminən 2010-cu ildə Cavabdeh ona bir iş yoldaşı kimi müraciət edib bildirdi ki, övladını polisə işə düzəldir bunu üçün adam tapıb danışmış və pul istəyirlər. Xahiş edir ki, ona bankda sən sadəcə zamin dayan. Fəxrəddin bu söhbətdən bir neçə gün sonra işə gəlib dedi ki, o, “Kapital” Bank və “Silkvey” Bankla danışmış sənədləri hazırlayacaqlar və sən iş arası bir saatlıq gedib imzalayacaqsan. Gec olsa oğlu işi itirəcək. O da eyni məhkəmə də işlədiyi üçün, Fəxrəddinin yaşına, vəzifəsinə hörmət edib onu ciddi adam olaraq qəbu etdi. O da sözünə bütöv adam olduğunu bildirdi, ona təşəkkür etdi ki, bu yaxşılığı oğlunun işə düzəlməsi üçün edirsən. Fəxrəddin dönə-dönə vurğuladı ki, bu kreditin heç bir gecikməsi olmayacaq və sənə heç bir ziyanı, narahatlığı dəyməyəcək. Bu söhbətdən sonra onun pul krediti götürməsinə zaminliyim üçün razılaşdı, elə həmin gün də gedib hər iki bank tərəfindən hazırlanan sənədləri zamin kimi imzaladı və iş yerinə döndü. Çox uzun zaman ona bu kreditə zaminliyi üçün heç bir bank tərəfindən zəng, xəbərdarlıq , məlumat daxil olmadı. Beləcə, o da Fəxrəddindən onun zamin olduğu pul kreditini necə, hansı şəkildə, ödədiyini soruşmurdu. Səbəbi isə bu idi ki, Fəxrəddinə ciddi bir adam kimi inanamışdı və onun verdiyi sözü tutacağına nümunəvi bir ədliyyə işçisi kimi güvənmişdi. 2011-ci ildə çalışdığı məhkəmə ləğv olundu və onların iş yoldaşlığı da elə həmin dövrdə bitdi. 2022-ci ildə Yasamal Məhkəməsinin İcra şöbəsindən Emin və Orxan adlı icra məmurları ona zəng vuraraq məhkəməyə dəvət etdi. O da onların çağrışı ilə ertəsi gün Yasamal Məhkəməsinə gedərək öyrəndi ki, həmin zamin olduğum hər iki bankdan ümumi məbləğ 6000( altı min manat) azn məbləğin bu illər ərzində Fəxrəddin bir manatını belə ödəməyib. O isə bildirdi ki, pulun ödəniş öhdəliyi tam olaraq Fəxrəddindədir, o isə zamindir . İcra məmurları ona dedilər ki, Cavabdeh sənin kimi necə- necə insanı belə aldadaraq tora salıb, güvən qazanıb daha sonra ziyan vurub, aldığı pulları mənimsəyib. Onun barəsində dəfələrlə bu illər ərzində şikayətlər daxil olub və hətta onun barəsində bir neçə dəfə cinayət işi açılıb və o da cinayət məsuliyyətinə cəlb olunub. Ağır Cinayətlərə dair Məhkəmədə onun barəsində hökm də çıxıb. O, İcraçılardan soruşanda ki, bəs bu məsələ necə həll olunacaq. Kredit öhdəliyi Fəxrəddinə aiddir, o sadəcə zamin olaraq kağız imzalayıb bankdan çıxmışdır. Onlar bildilər ki, Fəxrəddin götürdüyü pulları ödəməmək üçün Yasamal qeydiyatından çıxaraq, Sabunçu qeydiyyatına düşüb. Yasamal sakini olaraq sənin pensiyana yönələcək. Çalış sən, Fəxrəddini tap məhkəməyə gətir və biz, ona ərizə yazdıraq ki, könüllü olaraq o, özü ödəsin. Dərhal o da Fəxrəddinə zəng etdim vəziyyəti ona dedi. Bu müddət ərzində niyə ödəmədiyini soruşdu . O da cavabında ona dedi ki, ağlın olaydı vaxtında ona zamin dayanmayadın. Nə olsun ödəməmişəm, pul da mənim üçün silinib. O da ona bildirdi ki, axı sən yüksək məbləğdə pensiya alırsan. Niyə onu belə duruma saldın. İndi onun pensiyasına yönəlsə vəziyyəti çətin olacaq. Övladının biri abituriyentdir, o biri övladı da hərbi xidmətdədir. Hətta çətin bir vəziyyətdə xidmət edir. “ Qisas əməliyyatında “ iştirak edir ( həmin dövrlər üçün), daha sonra da zəng edib bildirirdi ki, Fəxrəddin, oğlu hərbi qospitaldadır, onsuz da stress yaşayırbiraz da sənin belə hərəkətin, pulu ona ödətməyin ailədə gərginlik yaradır. Özün də bilirsən ki, o 2 qrup əlildir, bronxial astmadan əziyyət çəkir. Beləcə, Fəxrəddinin ona qarşı dələduzluğu yenidən səhhətim=ndə kəskin pisləşmə yaratdı və o bu səbəbdən xəstəxanada yatmalı oldu. Amma o, onu saldığı belə bir maddi sıxıntının heç bir şəkildə düzəltmədi. Vəziyyəti belə görüb bir neçə dəfə Cavabdeh yasamaldakı ev ünvanına getdi . Həyat yoldaşı qapını aşıb ona dedi ki, elə bu kimi dələduz hərəkətlərinə görə Fəxrəddini evdən qovulub o, ailəsini biabr edib. Bütün borc aldığı adamlar evınə gəlir. O, hazırda onlarla yaşamır Məhəmmədi kəndində Xalidə adlı qadınla evlənib. Get orada axtar. Təbii ki, onu kortəbii şəkildə axtarmaq ona çox çətin oldu. Amma, Fəxrəddinə müntəzəm şəkildə zəng edirdi. O isə artıq telefonu açmırdı. Cavab verəndə də deyirdi ki, zamin dayanmayandın, bank mənim kredit borcumu bağışlayıb. Soruşmuşdur ki, borcun hansı əsasla bağışlanıb , bunun üçün hansı sənədin var? Əgər varsa , heç olmasa gətir o sənədi Yasamal Məhkəməsinə təqdim et ki, onun puluna yönəlməsin. Amma yenə də icra məmurları Yasamal sakini olduğu üçün, elə həmin iki bankıdan Cavabdeh 6000 ( altı min manat) azn borc pul götürüb ödəmədiyi öhdəliyi onun pensiyasına yönəltdilər. Beləliklə bütün ailəsi, özü, səhhəti , həyat ritmi, dolanışığı maddi sıxıntı ucbatından çox kritik vəziyyətə düşdü. İcra məmuru tərəfindən “Bank Silkvey” hesabına onun pensiyasından 2395 (iki min üç yüz doğsan beş manat) azn , əlavə icra məmuru 7%( yeddi faiz)- 167.65 (yüz altmış yeddi manat altmış beş qəpik) azn , ümumi məbləğ 2562.65 (iki min beş yüz altmış iki manat altmış beş qəpik) azn, “Bank Kapital” hesabına isə 2797 (ikimin yeddi yüz doğsan yeddi manat) azn əlavə icra məmuru 7%( yeddi faiz) - 195.79 (yüz doğsan beş manat yetmiş doqquz qəpik) azn ümumi 2992.79 (iki min doqquz yüz doğsan iki manat yetmiş doqquz qəpik) azn hər iki banka ümumi olaraq icra məmurunun 7%( yeddi faiz) əlavə olaraq 5555.44 ( beş min beş yüz əlli beş manat qırx dörd qəpik) azn pul mənim təqaüdündən tutlaraq Cavabdeh götürdüyü kredit ödənildi. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək “X3” onun pensiyandan tutulan 2395 (iki min üç yüz doxsan beş azn) manat pulu, əlavə olaraq icra məmurunun 7 % -i, 167.65 (yüz altmış yeddi manat altmış beş qəpik azn) manat pul, ümumilikdə 2562.65 (ikimin beş yüz altmış iki manat altmış beş manat) azn pul eləcə ( "xxxx" hesabına 2797 (ikimin yeddi yüz doxsan yeddi manat) azn pul, əlavə olaraq icra məmurunun 7 %-i 195.79 ( yüz doxsan beş manat yetmiş doqquz qəpik manat) azn pulu , ümumi olaraq 2992 (iki min doqquz yüz doxsan iki manat) azn pulu, hər iki bankdan isə ümumi məbləq olaraq 5555.44 ( beş min beş yüz əlli beş manat qırx dörd qəpik ) azn pulu Cavabdeh alınaraq ona qaytarılması barədə Qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, "X3" ASC ilə onun arasında bağlanmış 18 iyun 2010-cu il tarixli kredit müqaviləsinə əsasən 24 ay müddətinə, illik 25% olmaqla 3000 manat məbləğində kredit verilmişdir. İddiaçı ilə zaminlik müqaviləsi bağlanmışdır. Sonralar məlum olmuşdur k, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 24 yanvar 2012-ci il tarixli qətnaməsi ilə 2395 manat məbləğində pulun tutulması qət edilmişdir. O məhkəməyə çağırılmamış, iştirakı olmadan baxılmışdır, iddiaçının iştirak edib-etməməsindən xəbəri yoxdur. Tərəfindən müqavilə üzrə 26 iyul 2010-cu il tarixdən başlayaraq 60 manat , 22 iyul 2010-cu il tarixdə 120 manat, 23 avqust 2010-cu il tarixdə 161 manat, 12 noyabr 2010-cu il tarixdə 180 manat, 03 dekabr 2010-cu il tarixdə 150 manat, 28 fevral 2011-ci il tarixdə 120 manat, 26 yanvar 2011-ci il tarixdə 155 manat və 19 sentyabr 2011-ci il tarixdə 400 manat ödəniş edilmişdir. Qeyd olunmalıdır ki, həmin vaxt işlədiyi Ağır Cinayətlərə Dair işlər üzrə Azərbaycan Respublikası Hərbi Məkəməsi Prezidentin sərəncamı ilə ləğv edildiyindən ödəmələrdə fasilə yaranmışdır, bankda iş yerinin ləğvi haqqında məlumatlı idilər. 2014-cü ildə dəqiq məlumat almaq üçün o "X3" ASC -nə yaxınlaşmış, o, qalıq borcu ödəyəcəyinə söz vermiş və bankın hesabına 10 iyul 2014-cü il tarixdə 200 manat, 10 sentyabr 2014-cü il tarixdə 200 manat, 14 oktyabr 2014-cü il tarixdə 200 manat, 13 noyabr 2014-cü il tarixdə 180 manat ödəniş etmiş, 170 manat borcun qaldığı bildirilmişdir və 11 dekabr 2014-cü il tarixdə 170 manat məbləğində pul ödəmiş və onun banka borcunun tam ödənildiyi deyilmişdir , həmin vaxt mənə bankın əməkdaşı tərəfindən minnətdarlıq bildirilmişdir. Həmçinin Yasamal rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2 (004)- 3336/2012 saylı qətnaməsinə əsasən ondan və İddiaçı "xxxx" ASC-nin xeyrinə ümumilikdə 2815 manat kredit borcunun tutulması qət edilmişdir və icra sənədi icra edilməsi üçün Yasamal rayon İcra Şöbəsinə göndərilmişdir. xx.xx.2010-cu il tarixdə banka tərəfindən 310 manat, xx.xx.2010-cu il tarixdə 310 manat , xx.xx.2010-cu il tarixdə 310 manat, xx.xx.2010-cu il tarixdə 150 manat xx.xx.2011-ci il tarixdə 150 manat ödəniş edilmişdir. 2015ci ildə o, “Kapital Bank" ASC-nin Xətai rayonunda yerləşən, kredit götürdüyüm filialına yaxınlaşmış və ona bildirilmişdir ki, borcun yoxdur . Odur ki, "ASAN kommunal" mərkəzinə AKB-dan çıxarış əldə etmək üçün müraciət etmişdir. xx.xx.2019-cu il tarixdə Azərbaycan Kredit Bürosu MMC tərəfindən kredit bürosundan çıxarış verilmişdir və çıxarışda "xxxx" ASCnə borcun olması göstərilməmişdir. Həmçinin xx.xx.2020-ci il tarixli çıxarışda tam ödənilmiş, xx.xx.2022-ci il tarixli çıxarışda balansdan silinmiş, bağlanmış öhdəliklər hissəsində tam ödənilmiş və xx.xx.2023-cü il tarixli çıxarışda balansdan silinmiş, bağlanmış öhdəlikləri hissəsində tam ödənilməsi qeyd edilmişdir. Göründüyü kimi onun bank qarşısında heç bir öhdəliyim qalmamışdır, borc tam ödənilmişdir, balansdan silinmişdir. O, mən AKB-dən aldığı rəngli 5 ədəd çıxarışı İddiaçı vermiş, bildirmişdir ki, qaynı ona kömək edir, çıxarışları istəyir və borcun olmaması barədə məlumatı olmuşdur və həmin çıxarışları ona geri qaytarmamışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 21 iyun 2012-ci il tarixli 2(004)-3336/2012 nömrəli qətnaməsindən görünür ki, Kabital Bank ASC-nin Tərəqqi filialı ilə Cavabdeh arasında yaşayış sahəsinin təmir etdirilməsi mıəqsədi ilə xx.xx.2010-cu il tarixli 90 nömrəli 12 ay müddətinə illik 24 faiz ödəmək şərti ilə 3000 manat məbləğində kredit verilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 21 iyun 2012-ci il tarixli 2(004)-3336/2012 nömrəli qətnaməsindən görünür ki, 2066 (iki min altmış altı) manat əsas, 731 (yeddi yüz otuz bir) manat faiz borcu olmaqla cəmi 2797 (iki min yeddi yüz doxsan yeddi) manat məbləğində pul vəsaiti və 18 manat dövlət rüsumu Cavabdeh və İddiaçı müştərək qaydada tutularaq "xxxx" ASC-nə ödənilməsi qət edilmişdir. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli 2024/104/20603 nömrəli arayışdan görünür ki, Cavabdeh ilə "xxxx" ASC-nin Tərəqqi filialı (indiki Əhmədli filialı) arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 90 saylı kredit müqaviləsi üzrə 3000 manat məbləğində kredit üzrə zamin durmuş İddiaçı tərəfindən kredit üzrə 2815 manat məbləğində ödəniş edilmiş, xx.xx.2024-cü il tarixə kredit borcu bağlanmış və hazırda qeyd edilən kredit üzrə heç bir öhdəliyi yoxdur. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli 2024/104/20595 nömrəli arayışdan görünür ki, Yasamal rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(004)-3336/2012 saylı icra sənədi üzrə borc ödənilmişdir. Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3336/2012 nömrəli 21.06..2012-ci il tarixli icra sənədinə borclu İddiaçı pensiyasından tutmalar nəticəsində icra sənədində göstərilən tələb tam icra edildiyindən icra işinə xitam verilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 24 yanvar 2012-ci il tarixli 2(004)-401/2012 nömrəli qətnaməsindən görünür ki, cavabdehlər Cavabdeh və İddiaçı müştərək qaydada 1927 (bir min doqquz yüz iyirmi yeddi) manat əsas kredit borcu, 468 (dörd yüz altmış səkkiz) manat hesablanmış faiz borcu cəmi 2395 (iki min üç yüz doxsan beş) manat məbləğində borc və 20 manat ödənilmiş dövlət rüsumu vəsaiti tutularaq “X3” ASC-nə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-401/2012 nömrəli xx.xx.2012-ci il tarixli icra sənədinə borclu İddiaçı pensiyasından tutmalar nəticəsində icra sənədində göstərilən tələb tam icra edildiyindən icra işinə xitam verilmişdir. X2 rayon İcra və Probasiya şöbəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli 03/2024 nömrəli məktubundan görünür ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-401/20152 nömrəli xx.xx.2012-ci il tarixli icra sənədi üzrə borc ödənilmişdir. xx.xx.2024-cü il tarixli 3978/24 nömrəli “A” formatlı ödəniş tapşırığından görünür ki, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin xəzinəsinə 2(004)-401/2012 nömrəli icra işi üzrə 168 manat pul qoymuşdur. xx.xx.2024-cü il tarixli 24750/2015-53-9/1 nömrəli İnkasso sərəncamından görünür ki, İddiaçı Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin xəzinəsinə 2(004)-3336/2012 nömrəli icra işi üzrə 206,96 manat pul qoymuşdur. xx.xx.2024-cü il tarixli 24750/2015-53-9/1 nömrəli İnkasso sərəncamından görünür ki, İddiaçı Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin xəzinəsinə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin xəzinəsinə 2(004)-3336/2012 nömrəli icra işi üzrə 258,49 manat pul qoymuşdur. xx.xx.2024-cü il tarixli 24750/2015-53-9/1 nömrəli İnkasso sərəncamından görünür ki, İddiaçı Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin xəzinəsinə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin xəzinəsinə 2(004)-3336/2012 nömrəli icra işi üzrə 574,89 manat pul qoymuşdur. xx.xx.2024-cü il tarixli 24750/2015-53-9/1 nömrəli İnkasso sərəncamından görünür ki, İddiaçı Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin xəzinəsinə 2(004)-3336/2012 nömrəli icra işi üzrə 574,89 manat pul qoymuşdur. xx.xx.2024-cü il tarixli 24750/2015-53-9/1 nömrəli İnkasso sərəncamından görünür ki, İddiaçı Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin xəzinəsinə 2(004)-3336/2012 nömrəli icra işi üzrə 574,89 manat pul qoymuşdur. xx.xx.2024-cü il tarixli 24750/2015-53-9/1 nömrəli İnkasso sərəncamından görünür ki, İddiaçı Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin xəzinəsinə 2(004)-3336/2012 nömrəli icra işi üzrə 367.93 manat pul qoymuşdur. xx.xx.2024-cü il tarixli 24750/2015-53-9/1 nömrəli İnkasso sərəncamından görünür ki, İddiaçı Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin xəzinəsinə 2(004)-3336/2012 nömrəli icra işi üzrə 379,43 manat pul qoymuşdur. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli çıxarışından görünür ki, Cavabdeh aktiv öhdəliyi Kapital Bank ASC-yə xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə 2,066 manat əsas borcu, 749 manat isə faiz borcu mövcuddur. xx.xx.2010-cu il tarixli mədaxil orderindən görünür ki, Cavabdeh “X4” MMC-nin 5 saylı filialına 180 manat ödəniş etmişdir. xx.xx.2010-cu il tarixli mədaxil orderindən görünür ki, Cavabdeh “X4” MMC-nin 5 saylı filialına 150 manat ödəniş etmişdir. xx.xx.2011-ci il tarixli mədaxil orderindən görünür ki, Cavabdeh “X4” MMC-nin 5 saylı filialına 120 manat ödənuş etmişdir. xx.xx.2014-cü il tarixli mədaxil orderindən görünür ki, Cavabdeh “X4” MMC-nə 200 manat ödənuş etmişdir. xx.xx.2014-cü il tarixli mədaxil orderindən görünür ki, Cavabdeh “X4” MMC-nə 200 manat ödənuş etmişdir. xx.xx.2014-cü il tarixli mədaxil orderindən görünür ki, Cavabdeh “X4” MMC-nə 180 manat ödənuş etmişdir. xx.xx.2011-ci il tarixli mədaxil orderindən görünür ki, Cavabdeh “X4” MMC-nin 5 saylı filialına 155 manat ödənuş etmişdir. xx.xx.2011-ci il tarixli mədaxil orderindən görünür ki, Cavabdeh “X4” MMC-nə 400 manat ödənuş etmişdir. xx.xx.2011-ci il tarixli mədaxil orderindən görünür ki, Cavabdeh “X4” MMC-nə 200 manat ödənuş etmişdir. xx.xx.2014-cü il tarixli mədaxil orderindən görünür ki, Cavabdeh “X4” MMC-nə 170 manat ödənuş etmişdir. xx.xx.2010-cu il tarixli mədaxil orderindən görünür ki, Cavabdeh KapitalBank Tərəqqi Filyalına 151 manat ödənuş etmişdir. xx.xx.2010-cu il tarixli mədaxil orderindən görünür ki, Cavabdeh KapitalBank Tərəqqi Filyalına 310 manat ödəniş etmişdir. xx.xx.2010-cu il tarixli mədaxil orderindən görünür ki, Cavabdeh “X4” MMC-nin 5 saylı filialına 60 manat ödənuş etmişdir. xx.xx.2010-cu il tarixli mədaxil orderindən görünür ki, Cavabdeh “X4” MMC-nin 5 saylı filialına 120 manat ödənuş etmişdir. xx.xx.2010-cu il tarixli mədaxil orderindən görünür ki, Cavabdeh “X4” MMC-nin 5 saylı filialına 161 manat ödənuş etmişdir. 08.092010-cu il tarixli mədaxil orderindən görünür ki, Cavabdeh KapitalBank Tərəqqi Filyalına 310 manat ödənuş etmişdir. xx.xx.2011-ci il tarixli mədaxil orderindən görünür ki, Cavabdeh 50 manat ödənuş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (reqres qaydasında pullu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, reqres qaydasında pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə reqres qaydasında pulludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 425.1-ci maddəsinə əsasən Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.2-ci maddəsinə əsasən Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) reqres qaydasında pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq reqres qaydasında pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 475.1-ci maddəsinə əsasən Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Beləliklə mülki iş matraillarına əlavə edilmiş Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 21 iyun 2012-ci il tarixli 2(004)-3336/2012 nömrəli qətnaməsindən müəyyən edilir ki, Cavabdeh ilə Kapital Bank ASC-nin Tərəqqi filialı ilə aralarında bağlanmış xx.xx.2010-cu il tarixli 90 nömrəli müqavilə ilə bank tərəfindən Cavabdeh 3000 manat məbləğində kredit verilmiş İddiaçı isə sözügedn kredit mqaviləsi üzrə eyni tarixli zaminlik müqaviləsi bağlamışdır. Borcalan və zamin tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilməməsi səbəbindən məhkəməyə müraciət edilmiş və məhkəmənin qətnaməsi ilə tərəflərdən müştərək qaydada 2066 manat əsas borc, 731 manat faiz borcu və 18 manat dövlət rüsumu cəmi 2815 mant pulun tutulması qət edilmişdir. Bundan sonra qətnamə icraya yönəlmişdir. İddiaçı tərəfindən təqdim edilən icra sənədinə xitam verilməsi haqqında qərardan, həmçinin "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli 2024/104/20603 nömrəli arayışdan, həmçinin iddiaçının məhkəməy təqdim etmiş olduğu xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli qəbzlərdən də görünür ki, iddiaçı tərəfindən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 21 iyun 2012-ci il tarixli 2(004)-3336/2012 nömrəli icra vərəqəsi üzrə 2937.48 manat pul ödənmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh onun Kapital bank ASC-yə sözügedən müqavilə üzrə borcunun qalmamasını, həmin borcun onun özü tərəfindən tam şəkildə ödənmiş olduğunu bildirsədə, bunu təsdiq edəcək möhtəbər və təkzib edilməz sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə iddiaçının sözügedən icra vərəqəsi üzrə ödəmiş olduğu pulu cavabdehdən geri tələb etməkdə haqlı olmuşdur. Lakin iddiaçı məhkəməyə müraciət edərək Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 21 iyun 2012-ci il tarixli 2(004)-3336/2012 nömrəli icra vərəqəsi üzrə borc məbləği olan 2797 mant puldan əlavə 7 faiz olmaqla 195.79 manat pulun icra məmuruna ödənilməsini məhkəməyə bildirsədə, mülki iş matraillarına əlavə edilmiş sənədlərdən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 21 iyun 2012-ci il tarixli 2(004)- 3336/2012 nömrəli icra vərəqəsi üzrə əlavə 140.48 manat iddiaçı tərəfindən ödəniş olduğu müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 21 iyun 2012-ci il tarixli 2(004)-3336/2012 nömrəli icra vərəqəsi üzrə iddiaçı tərəfində ödənilmiş 2937.48 manat hissədə təmin edilməlidir. Bundan sonra məhkəmə iddia tələbinin Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 21 iyun 2012-ci il tarixli 2(004)-401/2012 nömrəli icra vərəqəsi üzrə ödənilmiş pulun geri tələb edilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 21 iyun 2012-ci il tarixli 2(004)-401/2012 nömrəli qətnaməsindən müəyyən edilir ki, Cavabdeh ilə X4 ASC arasında bağlanmış xx.xx.2010-cu il tarixli 009/SW nömrəli müqavilə ilə bank tərəfindən Cavabdeh 3000 manat məbləğində kredit verilmiş, İddiaçı isə sözügedn kredit müqaviləsi üzrə eyni tarixli zaminlik müqaviləsi bağlamışdır. Borcalan və zamin tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilməməsi səbəbindən məhkəməyə müraciət edilmiş və məhkəmənin qətnaməsi ilə tərəflərdən müştərək qaydada 1927 (bir min doqquz yüz iyirmi yeddi) manat əsas kredit borcu, 468 (dörd yüz altmış səkkiz) manat hesablanmış faiz borcu cəmi 2395 (iki min üç yüz doxsan beş) manat məbləğində borc və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması qət edilmişdir. Bundan sonra qətnamə icraya yönəlmişdir. İddiaçı tərəfindən təqdim edilən icra sənədinə xitam verilməsi haqqında qərardan görünür ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 21 iyun 2012-ci il tarixli 2(004)-401/2012 nömrəli icra sənədi üzrə tutulmalı olan pul məbləği iddiaçının pensiyasından tutulmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdeh sözügedən banka olan borcun onun tərəfindən tam şəkildə ödənmiş olduğunu və bunu təsdiq etməli olan qəbzləri məhkəməyə təqdim etsədə, sözügedən qəbzlər məhz cavabdehin X4 ASC-də sözügedən kredit müqaviləsi üzrə olan borca görə ödəniş olduğunu sübuta edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 21 iyun 2012-ci il tarixli 2(004)-401/2012 nömrəli icra sənədi üzrə tutlmalı olan pul məbləği iddiaçı tərəfindən ödəndiyindən iddiaçı haqlı olaraq həmin pulu cavabdehdən geri ödənməsini tələb edir. Lakin iddiaçı sözü gedən icra vərəqəsi üzrə əlavə 7 faizdə ödəniş etmiş olduğunu bildrsədə, bunu təsdiq edəcək sübutları məhkəməyə təqdim etmədiyindən məhkəmə hesab edir ki iddia tələbi bu hissədə də yalnız icra vərəqəsi üzrə ödənmiş pulun gerin tələb edilməsi hissəində təmin dilməlidir. Beləliklə məhkəmə hesab edir ki, idia tələbi qismən təmin edilməli, iddiaçı tərəfindən Kapital Bank ASC-yə ödənilmiş 2797 manat pul, əlavə olaarq icra məmuruna ödənmiş 140.48 manat faiz məbləği və X5 ASC-yə ödənilmiş 2395 manat pul cəmi 5332.48 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmaldır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. ″Dövlət rüsumu haqqında″ Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə görə, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi təşkil edir. Həmin Qanunun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumunu ödəməkdən azaddırlar. Hazırkı iddia qismən təmin olunduğundan 73.32 manat iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübutetməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Məcəllənin 217.4-cü maddəsi). Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 5332.48 (beş min üç yüz otuz iki manat qırx səkkiz qəpik) manat məbləğində reqres qaydasında pul vəsaiti və 73.32 (yetmiş üç manat otuz iki qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar