Məhkəmə qərarları › İş №2(008)-980/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-980/2022

10.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-980/2022 10.03.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdeh AZərbaycan Respublikası Təhsil NAZirliyi Dövlət Neft və Sənaye Universiteti nəzdində Bakı Neft-Energetika Kollecinin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdehlər AZərbaycan Respublikası Təhsil NAZirliyi Dövlət Neft və Sənaye Universiteti və onun nəzdində Bakı Neft-Energetika Kollecinə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə clasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər AZərbaycan Respublikası Təhsil NAZirliyi Dövlət Neft və Sənaye Universiteti və onun nəzdində Bakı Neft-Energetika Kollecinə qarşı məhkəmədə iddia qaldıraraq Kollecin hesabına ödənilmiş 2750 manat məbləğində nağd pulun cavabdehlərdən tutularaq iddiaçının xeyrinə tutulması və 47,50 manat məbləğində dövlət rüsumunun geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmiqşdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 14.09.2015-ci il tarixdə AZərbaycan Respublikası Təhsil NAZirliyi Dövlət Neft və Sənaye Universiteti nəzdində Bakı Neft-Energetika Kollecinə (sonradan – Kollec) daxil olaraq qiyabi təhsil almağa başlamış, 01.09.2019-cu il tarixdə isə Kolleci bitirmişdir. İddiaçının atası X4 1-ci qrup əlildir. İddiaçı bu barədə 2015-ci il tarixdə məlumatı kollecə təqdim etsə də, təhsil haqqından AZad olmamışdır. Hər il 550 manat kollecə ödəniş etmiş, ümumilikdə 2750 manat. Cavabdeh AZərbaycan Respublikası Təhsil NAZirliyi Dövlət Neft və Sənaye Universiteti (sonradan – Universitet) vəkili və nümayəndəsi Nümayəndə məhkəmə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Kollecinin nümayəndəsi X3 iddianı qəbul etməyərək onun rədd edilməsini xahiş etdi. Əvvəllər keçirilmiş məhkəmə iclasında cavabdeh Universitetin vəkili və nümayəndəsi Nümayəndə bu işdə Universitetin hər hansı bir cavabdehlik daşımadığını qeyd etmiş və onlara qarşı iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesb edir ki, iddia rədd edilməlidir. HAZırki işin mübahisəsiz halları aşağıdakılardır. İddiaçı atası X4 1-ci qrup əlildir. İddiaçı 14.09.2015-ci il tarixdən 01.09.2019-cu il tarixədək Kollecdə ödənişli əsaslarla təhsil almışdır. AZərbaycan Respublikası Prezidentinin 18.03.2014-cü il tarixli sərəncamına əsasən iddiaçı təhsil haqqı ödəməkdən AZad olmalı idi, lakin oxuduğu dövrdə 2750 manat məbləğində təhsil haqqı ödəmişdir. Kollec tərəfindən iddiaçıya ünvanlanmış 28.10.2021-ci il tarixli, 134 №-li məktubudan görünür ki, İddiaçı atasının 1-ci dərəcəli əlil olması barədə Kollecə heç bir sənəd təqdim etməmişdir. HAZırda iddiaçı ödədiyi 2750 manat təhsil haqqının ona geri qaytarılmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin rədd edilməsini qanuni və əsaslı hesab etmişdir. AZərbaycan Respublikasının ərAZi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş və AZərbaycan Respublikasının AZadlığı, suverenliyi və ərAZi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında AZərbaycan Respublikası Prezidentinin 18.03.2014-cü il tarixli 347 №-li sərəncamına əsasən AZərbaycan Respublikasının ərAZi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş və AZərbaycan Respublikasının AZadlığı, suverenliyi və ərAZi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların AZərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavriat və magistratura (əsas (bAZa ali) tibb təhsili və rezidentura) təhsil səviyyələrində, AZərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan uşaqlarının təhsil müddəti ərzində təhsil haqqı 2014/2015-ci tədris ilindən etibarən AZərbaycan Respublikası NAZirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Göründüyü kimi, iddiaçını təhsil haqqını ödəməkdən AZad edən nə Kollec, nə də Universitetdir. İddiaçı təhsil haqqı ödəməkdən AZad olduğu təqdirdə, Kollec həmin məbləği dövlət büdcəsindən alacaqdı. Yəni, tələbə təhsil haqqından qanuni əsaslarla AZad olunduqda, orta və ya ali təhsil müəssisi ödənilməli məbləğdən məhrum olmur. Lakin, iddiaçı atasının 1-ci dərəcəli əlil olması barədə Kollecə sənəd təqdim etməsini sübut etməmişdir. AZərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirAZlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı ödədiyi təhsil haqqını təhsil müəssisəsindən istəməli deyil. Odur ki, məhkəmə hesab edir ki, iddia cavab verməli olan cavabdehlərə yönəlmədiyindən rədd edilməlidir. Eyni zamanda iddiaçı məhkəmə xərclərinin də tutulmasını istəyir. AZərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və AZərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar