Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-997/2024 16.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızınınsədrliyi, Məhkəmə iclas katibi X2katibliyi, İddiaçı, Cavabdeh qızınn nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qızına qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qızına qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qızından 5050 (beş min əlli) manat məbləgində pulun və ödənilmiş 71 (yetmiş bir) manat dövlət rüsumumum əvəzinin alınıb ona verilməsinə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2022-ci ilin yanvar ayında tanışı X1 oğlunu işə düzəltmək istədiyini, tanışı varsa kömək etməsini bildirmişdir. Bu zaman V.Fətullayeva tanışının olduğunu və ətrafının geniş olduğunu bildirmiş və Cavabdeh xahiş edəcəyini demişdir. Təqribən 1 ay sonra V.Fətullayeva Cavabdeh ilə görüşməyini bildirmiş və 2022-ci ilin mart ayında "Qış” parkının yanında Vüsalə ilə birlikdə Cavabdeh ilə görüşmüşdür. Cavabdeh vəd vermişdir ki, oğlunu X7 orqanlarında işə düzəldəcək və bunun müqabilində ondan 10.000 manat istəmişdir. O, ona ilkin olaraq 7000 manat məbləğində pul verə bilcəyini bildirmiş və bununla razılaşmşdır. Təqribən iki-üç gün sonra V.Fətullayeva ilə birlikdə cavabdehlə görüşmüşlər və 7000 (yeddi min) manat məbləğində pulu oğluna məxsus sənədlərlə birlikdə cavabdehə vermiş , o isə bank kartını Vüsaləyə vermişdir. Lakin bir müddət sonra o, işin düzəlmədiyini görərək cavabdehlə əlaqə saxladıqda işin uzanacağını bildirmişdir, o artıq ona inanmadığından pulu geri qaytarmasını tələb etmişdir. 2022-ci ilin aprel ayından iyul ayınadək müddətdə cavabdehə məxsus bank kartından öz razılığı ilə 450 manat olmaqla cəmi 1250 manat pul çıxarılmışdır. Lakin qalan 5050 (beş min əlli) manat məbləğində pulu isə qaytarmamışdır. Cavabdeh qeyd edilən məbləği ona ödəyəcəyinə vəd versə də uzun müddət keçməsinə baxmayaraq pulu ödəməmişdir, dəfələrlə müraciət etməyinə baxmayaraq müxtəlif bəhanələrlə pulu qaytarmaqdan yayınmışdır. O, bu barədə Nəsimi rayon Polis İdarəsinin 22 -ci Polis Bölməsinə ərizə ilə müraciət etmiş, Nəsimi rayon Polis İdarəsində araşdırma aparılmışdır və Nəsimi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi O.Vəlixanlı tərəfindən 02 fevral 2023-cü il tarixdə "cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar çıxarılmışdır . Araşdırma zamanı cavabdeh ondan pul almasını etiraf etmişdir etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bildirmişdir ki, cavabdeh ondan cəmi 7000 manat pul almışdır. Qeyd edilən puldan bu vaxtadək 1950 manat ödəniş etmişdir. Ödənişin 1250 manat olan hissəsini cavabdehin ona verdiyi kartdan çıxarılmışdır. 700 manat olan hissəsini isə kart vaistəsi ilə onun öz şəxsi hesabına atmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh qızının nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək bildirdi ki, İddiaçı özünün iddiasının əsası kimi qoyduğu Nəsimi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X3 “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 02 fevral 2023-cti il tarixli Qərarından görünür ki hər hansı işədüzəltmə və ya dələduzluq faktı ortalıqda yoxdur. Cavabdeh tanışı Vüsalə Fətullayeva vasitəsilə Almurad Yaqubovdan borc almış, göstərilən borcu hissə-hissə ödəmiş, lakin iddiaçı cavabdehdən ona verilən pulların faiz olmasını bilidirərək yüklü miqdarda sələm istəməsi, nəticədə istədiyi faizi ala bilməməsi onu məhkəməyə gətirib çıxarmışdır. İddiaçının sadəcə məhkəməyə iddia verməsi onun haqlı çıxması demək deyildir. İddiaçı öz iddiasında qeyd edir ki, Cavabdeh öz maaş kartını ona vermiş, kart dörd ay ərzində (aprel-iyul) onda olmuş, hər ay onun maaşını 450 AZN olmaqla bank kartından çıxarmışdır. İddiaçı iddia ərizəsinin birinci səhifəsinin altıncı abzasında cavabdehin bank kartından 1250 AZN çıxardığını desə də dərin bir riyazi heablama aparmadan da məlum olur ki, cavabdehin əmək haqqısının qalxmadığını düşünsək belə 4 aya görə çıxarılmış məbləğin cəmi 1800 AZN təşkil etməli idi. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 02 fevral 2023-cü il tarixli Qərara baxdıqda şahidlər Nərgiz Quliyevanın və Vüsalə Fətullayevanın izahatlarından aydın olur ki, cavabdehə şəxsi məqsədləri üçün 3000 AZN pul lazım olmuş, həmin pulun alınması üçün şahid Nərgiz Quliyeva Cavabdehi Vüsalə Fətullayevaya yönəltmiş, o isə öz növbəsində İddiaçı yönəltmişdir. Qeyd edilən 3000 AZN borc cavabdeh tərəfindən iddiaçıdan alınmışdır. İzahatlardan və hazırda qüvvədə olan qərardan görünür ki, 3000 manat pulun borc kimi alınması şübhəsizdir. Qərardan göründüyü və iddiaçının öz iddiasında təsdiq etdiyi kimi cavabdehin 4 ay ərizində maaş kartı (əməkhaqqı kartı) İddiaçı olmuş, sonuncu şəxsin 450 AZN maaşını hər ay onun kartından çıxarmışdır. Aydın olur ki cəmi 1800 AZN (Qərarın ikinci səhifəsinin sonuncu abzası) əmək haqqı kartından çıxarılmışdır. Qərarda qeyd edilən watsap yazışmalarından və izahatlardan aydın olur ki bunlardan əlavə 700 AZN cavabdeh tərəfindən İddiaçı bank kartına göndərilmiş, 100 AZN isə Vüsalə Fətullayevaya verilmişdir. Qərarın 5-ci səhifəsinin axırıncı abzasından görünür ki cavabdeh və eyni zamanda Cavabdeh tərəfindən İddiaçıdan Vüsalə Fətullayeva vasitəsilə 3000 AZN alınmış, alınan pulun müqabilində 4000 AZN qaytarılmasına dair öhdəlik götürülmüşdür. Qərarda Cavabdeh izahatına əsasən qeyd edilir ki alınan 3000 AZN məbləğdən 2600 AZN-i həmin tarixə ödənilmişdir. Məbləğin ödənilməsi bu Qərarla öz təsdiqini tapır. Cavabdehin məbləğin yerdə qalan hissəsi də sonrakı tarixlərdə müxtəlif vaxtlarda iddiaçıya ödənilmişdir. Hal-hazırda onun iddiaçıya hər-hansı borcu yoxdur. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 02 fevral 2023-cü il tarixli qərarın surətindən görünür ki, toplanmış materialda cinayət hadisəsi olmadığından material üzrə cinayət işinn başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə 02 fevral 2023-cü il tarixli qərarında Cavabdeh qızı izahatında göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə 22-ci PŞ-də təhqiqatçı Valeh Abdullayevə verdiyi izahatı təsdiq edir. Bundan əlavə onu qeyd etmək istəyir ki, İddiaçı Vüsalə Fətullayeva vasitəsi ilə tanımışdır. Vüsalə İddiaçı faizə pul verdiyini və ona lazım olan 3000 manat pulu tapmaqda ona köməklik göstərəcəyini bildirmişdir. Buna görədə o, unibank kartını İddiaçı .vermişdir. Həmin kartdan İddiaçı ayrıayrı vaxtlarda ümumilikdə 1800 manat pul çıxarmışdır. Bundan başqa o, Yaqubun öz kart hesabına xx.xx.2022-ci il tarixdə 700 manat pul vəsaiti göndərmişdir. Bundan əlavə Vüsalə Fətullayevanın kart hesabına isə 100 manat pul göndərmişdir. O, ümumilikdə onlardan aldığı 3000 manat pulun 2600 manatını onlara geri qaytarmışdır. Yaqub və Vüsalənin izahatlarında qeyd etdikləri işə düzəltmək müqabilində alınan 7000 manat və 4000 manat pulların isə alınması yalandırVüsalənin heç oğluda yoxdur ki, onu işə düzəltsin. Onların dediklərinin hamısı yalandır və şərdir. Bunu sübuta yetirmək üçün o, vaxtında təhqiqatçıya səs yazılarında təqdim etmişdir. Əgər o, Yaqub və Vüsalədən işə düzəltmək adı ilə onlardan xx.xx.2022-ci il tarixdə pul alırdısa onlara nəyə görə aprel ayından pul ödəməyə başlamışdır? O, onlardan işə düzəltmək üçün pul almamışdır. İş materiallarına əlavə edilmiş ********** və K0120012 56590 nömrəli qəbzlərdən görünür ki, iddiaçı tərəfindən 71 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Məhkəmə mülki iş matriallarını araşdıraraq qeyd edir ki, iddiaçı cavbdehə 7000 manat məbləğində pul verdiyini, cavabdehin isə həmin puldan 1950 manat ödəniş etdiyini bildirsədə, mülki iş matriallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsinə dair qərardan, habelə cavabdehin nümayəndəsi və vəkilinin vermiş olduğu izahatdan məlum olur ki, cavabdeh iddiaçıdan 3000 manat məbləğində borc pul almışdır. Cavabdeh tərəf alınmış borcun hamısını iddiaçıya qaytarmış olduğunu bildirsədə, bu halı məhkəmədə təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iclasında yalnız iddiaçının etirafı üzrə müəyyən edilir ki, cavabdehin almış olduğu puldan 1950 manat ödənişi olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.1 və 529.3-cü maddələrinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissəhissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh qızından 1050 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübutetməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, 71 manat məbləğində dövlət rüsumunun 30,5 manat hissəsi cavabdehdən alınıb iddiaçıya verilməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Məcəllənin 217.4-cü maddəsi). Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh qızından 1050 (bir min əlli) manat məbləğində pul, 30,5 (otuz manat əlli qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-997/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-997/2024
16.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver