Məhkəmə qərarları › İş №2(008)-997/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-997/2025

19.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-997/2025 19.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızınınsədrliyi, Məhkəmə iclas katibi X1katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15000 (on beş min) manat borc məbləğinin, 3358,53 manat vurulmuş maddi zərər məbləğinin, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 146 manat dövlət rüsumunun, kredit müqaviləsinin surətinin notarial qaydada təsdiq edilməsinə görə ödədiyi 4 manat rüsumun və bank hesabından çıxarışın alınması üçün ödədiyi 10 manat rüsumun tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında 4 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisində xx.xx.2022-ci il tarixdə “kredit müqaviləsi” bağlanmışdır. Həmin müqaviləyə əsasən o, Cavabdeh 25000 manat borca pul vermişdir. Müqavilənin şərtinə əsasən Cavabdeh ondan aldığı 25000 manat pulu xx.xx.2023-cü il tarixə kimi qaytarmağı öhdəsinə götürmüşdür. 25000 manat Cavabdeh borca pul verə bilmək üçün o, Cavabdeh xahişinə əsasən "xxxx" ASC-dən 14800 manat kredit götürüb, həmin məbləğin üzərinə özündə olan 10200 manat pulu da əlavə edib, Cavabdeh ümumilikdə 25000 manat borca pul vermişdir. Cavabdeh onu əmin etmişdir ki, xx.xx.2023-cü il tarixə kimi ondan aldığı 25000 manat borcunu tam olaraq qaytaracaqdır və o, da Cavabdeh borc vermək üçün "xxxx" ASC-dən götürdüyü kredit borcunu tez bir zamanda ödəyəcəkdir. Lakin Cavabdeh ondan aldığı 25000 manat puldan hissə-hissə 10000 manatını qaytarsa da, 15000 manat borcunu bu günə kimi qaytarmamışdır. Cavabdeh 25000 manat borcu ona vaxtında və tam olaraq qaytarmadığına görə o, da "xxxx" ASC-dən götürdüyüm kredit məbləğini qısa zaman ərzində ödəyə bilməmişdir və bu səbəbdən də indiyə kimi "xxxx" ASC-yə ümumilikdə 3358,53 manat məbləğində faiz borcu ödəməli olmuşdur. Göründüyü kimi Cavabdeh 25000 manat borcu ona vaxtında və tam olaraq qaytarmamağla, həm də ona 3358,53 manat maddi zərər də vurmuşdur. Cavabdeh bu günə kimi onun borcunu qaytarmaqdan yayınır. Ona pulunu qaytarması barədə dəfələrlə müraciət etsə də müraciətinin heç bir nəticəsi olmamışdır. Bu səbəbdən də o, məcburiyyət qarşısında qalaraq, məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh pretenziya qaydasına əməl edərək rəsmi şəkildə müraciət edib, borcunun qaytarılmasını tələb etmək istəsə də, lakin Cavabdeh qeydiyyatda olduğu ünvanda yaşamadığına görə, pretenziya məktubunun ona çatdırılması mümkün olmamışdır. Cavabdeh ondan aldığı 25000 manat puldan 15000 manatı geri qaytarmaqdan yayındığına görə hesab edir ki, 15000 manat pul vəsaiti və "xxxx" ASC-yə faiz borcu olaraq ödədiyim yəni ona vurulmuş maddi zərər məbləğinin əvəzi olaraq 3358,53 manat pul vasaiti məhkəmə qaydasında Cavabdeh tutularaq ona ödənilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini tam olaraq qəbul edərək bildirmişdir ki, o həqiqətən İddiaçı 25000 manat borc götürmüş və bu barədə aralarında kredit müqaviləsi bağlanmışdır. Qeyd edilən pulun 10.000 manat olan hissəsini qaytarmışdır. Hazırda ona 15000 manat borcu mövcuddur. O iddiaçının ona pul verməsi üçün bankdan kredit götürməsibdən məlumatı olmuşdur, məhz pulu götürməyi o iddiaçıdan xahiş etmişdir. O maddi vəziyyəti yaxşı olmadığı üçün pulu vaxtında ödəmədiyini bildirmişdir. O 15.000 manat pulu və 3358.53 manat faiz borcunu qaytarmağa etiraz etmədiyini bildirmiş və iddia tələbini qəbul etməsinə dair yazılı ərizəsin məhkəməyə təqdim etmişdir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı 25000 manat məbləğində pul vəsaitini xx.xx.2023-cü il tarixədək qaytarmaq şərti ilə borc vermişdir. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixli kredit müqaviləsini natrial qaydada təsdiqlət üçün 4 manat rüsum ödəmişdir. xx.xx.2024-cü il tarixli Bank Respublika ASC tərəfindən təqdim edilən qəbzdən görünür ki, İddiaçı bankdan çıxarış almaq üçün 10 manat xidmət haqqı ödəmişdir. İddiaçı ilə Bank Respublika ASC arasında bağlanılmış xx.xx.2023-cü il tarixli kredit müqailəsindən və ona əlavə edilmiş ödəniş qrafikindən görünür ki, İddiaçı illik 29 faiz olmaqla 14800 manat kredit götürmüşdir. İş materiallarına əlavə edilmiş ********** nömrəli qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən 147 manat dövlət rüsumu ödənilmişdir. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə məhkəmə cavabdehin iddiaçıya 15.000 manat borcunun qalması və kredit müqaviləsi üzrə faiz borcun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsini qəbul etdiyini nəzərər alalarq hesab edir ki, iddia tələbi bu hissələrdə təmin edilməlidir. Məhkəmə bundan sonra iddia tələbinin “məhkəməyə müraciət etmək üçün ödənilmiş 146 manat dövlət rüsumunun, kredit müqaviləsinin surətinin notarial qaydada təsdiq edilməsinə görə ödədiyi 4 manat rüsumun və bank hesabından çıxarışın alınması üçün ödədiyi 10 manat rüsumun tutularaq, ona ödənilməsi” hissəsinə müanaisbət bildirərək qeyd edir ki, sözügedən hüquqpozması cavabdeh tərəfindən törədildiyində iddiaçının məhkəməyə mürqaciət etməsi üçün zərurui olan sənədlərin əldə edilməsi məqsədi ilə çəkilmiş xərcdə cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübutetməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Məcəllənin 217.4-cü maddəsi). Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 15000 (on beş min) manat məbləğində pul, 3358,53 (üç min üç yüz əlli səkkiz manat əlli üç qəpik) maddi zəzər, 14 (on dört) manat xərc olmaqla cəmi 18372.53 (on səkkiz min üç yüz yetmiş iki manat əlli üç qəpik) manat pul və 146 (bir yüz qırx altı) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar