Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-999/2022 21.02.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Rəhmanov Cahid Faiq oğlunun katibliyi, İddiaçı "xxxx"xxxx"xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh X1 dəymiş zərərə görə 1500 manat pulun və ödənilmiş 35.40 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh 23.01.2016-cı il tarixində “Mercedes Benz GL 500” markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törətmiş, nəticədə X1 ağır dərəcəli bədən xəsarətləri yetirmişdir. İddiaçı Sığorta Şirkəti ASC dəymiş ziyanı aradan qaldıraraq, X1 dəymiş ziyanı aradan qaldıraraq, X1 dəymiş zərər görə 1500 manat ödəniş həyata keçirmişdir. Cavabdeh 23.01.2016-cı il tarixdə yol-nəqliyyat hadisəsi zamanı hadisə yerindən yayındığına görə Cavabdeh qarşı subroqasiya hüquqları yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Araz Allakhverdiev iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasında iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsinin surətindən görünür ki, dövlət qeydiyyat nişanı ** BZ ***, markası "Chevrolet Aveo", istehsal ili 2011, sığorta müqaviləsinin qüvvədə olma müddəti 27.04.2012 – 27.04.2015-ci il qeyd edilmişdir. Siğorta məbləği 9990 manat, Avtonəqliyyat vaistəsinə dəyən zərrə üzrə franşiza isə 300 manat müəyyən edilmişdir. - 19 sentyabr 2016-cı il tarixli Cavabdeh Azərbaycan Respublikası CM-nin 263.1 və 264-cü maddələri ilə təqsirləndirilməsi dair ittiham aktının surətindən görünür ki, iş üzrə müəyyən edilmişdir ki, Cavabdeh avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuş və Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulmuş nəticələrin baş verdiyi halda, nəqliyyat vasitəsini idarə edən şəxs olması və yol hərəkəti qaydalarını pozduğu halda yol nəqliyyat hadisə yerindən qaçmışdır. - 19 sentyabr 2016-cı il tarixli Cavabdeh Azərbaycan Respublikası CM-nin 263.1 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham aktının surətindən görünür ki, Cavabdeh ifadəsində bildirmişdir ki, Azərbaycan Respublikasının CM-nin 263.1-ci və 264cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli hesab edir, 23 yanvar 2016-cı il tarixdə 18 radələrində Suraxanı rayonu ərazisində Yeni Günəşli qəsəbəsində tanışı Mehraca məxsus Mercedes Benz markalı avtomaşını götürüb Yeni Günəşli qəsəbəsində Ləziz dönər evi qarşısından keçərkən şosse yolun ortasında iki cavan oğlan dayanmasını görmüş həmin vaxt dayanmış oğlanlardan biri arxaya bir addım atarkən idarə etdiyi avtomaşının qabaq sol hissəsi piyadaya dəymiş, güzgüdən həmin oğlanın yıxılmasını görüb avtomaşını yolu sağ kənarına verib saxlamaq istəyərkən güzgüdən həmin oğlanın ayağa qalxmasını və yanındakı oğlanla yolu keçməsini görüb piyadaya heç nə olmadığını başa düşüb avtomaşını sürüb getmişdir. Atəşgah Sığorta Şirkəti” ASC tərəfindən 20.09.2016-cı il tarixli, 030853 nömrəli sığorta aktının surətindən görünür ki, Pati503739685 saylı siğorta müqaviləsinə əsasən siğortalı Güləhməd Qəmbərova məxsus «Mercedes Benz GL 500” markalı, **-ZE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil 14.07.2016-cı il tarixədək 55000 manat məbləğində Atəşgah Sığorta Şirkəti” ASC-də icbari siğorta ilə siğortalanmışıdr. - "xxxx" ASC tərəfindən 20.09.2016-cı il tarixli, 030853 nömrəli sığorta aktının surətindən görünür ki, 23.01.2016-cı il tarixdə siğortalanmış «Mercedes Benz GL 500” markalı, **-ZE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə yol nəqliyyat hadisəsi zamanı X7 vurmuş, nəticədə o az ağır dərəcəli xəsarətlər almışdır. Maddi ziyanın ümumi məbləği 1500 manat təşkil etmişdir. - 03 sentyabr 2021-ci il tarixli, O-AP-2021 4156 nömrəli pretenziya məktubundan görünür ki, Cavabdeh dəymiş zərər barədə və yol nəqliyyat hadisəsi zamanı hadisə yerindən yayındığına görə ona qarşı subroqasiya hüququ yaranması barədə xəbərdar edilmiş, zərrəin məbləği olan 1500 manat pul 10 gün müddətində ödənilməsi tələb edilmişdir. - Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 16.09.2016-cı il tarixli, 006-20818- 1216 nömrəli Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, 23.01.2016-cı il tarixdə saat 18 radələrində Suraxanı rayonu, Y.Günəşli qəsəbəsində yolnəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsinin növü piyada vurma kimi qeydə alınmışdır. Avtonəqliyyat vəsatəsinin idarə edən Cavabdeh olmuşdur, sürücü avtonəqliyyat vasitəsini idarə edərkən ayıq olmuş, hadisə yerindən qaçdığı müəyyən edilmişdir. - 14 noyabr 2015-ci il tarxili etibarmanədən görünür ki, ilə sürücülük hüququ mülkiyyətçi X4 Mehrac Fəhrad oğluna ona məxsus olan «Mercedes Benz GL 500” markalı, **-ZE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə idarə etmək hüququ verən etibarbanə vermişdir -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X13- Təcrübi və Tədris Birliyinin 24/92 nömrəli ekspetiza rəyinin surəindən görünür ki, 2001-ci il təvəllüdlü azyaşlı X6 adına tərtib edilmiş 92 saylı məhkəmə -tibbi müayinə aktına əsasən və qərarda qoyulan suallara uyğun olaraq “azyaşlı N.E.Vəlizadənin bədən səthində aşkar edilmiş xəsarət – sol aşıq baldır oynağının əzilməsi, hemortrozu, bağların gərilməsi halında küt travması bərk küt əşyanın təsirindən törənmişdir, qərarda göstərilən 23.01.2016-cı il tarixdə piyada qismində yol-nəqliyyat hadisəsi zamanı yetirilə bilərdi, dərəcəsinə görə sağğlalığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az-ağır zərər vurmaya aiddir.” yekun nəticə verilmişdir. -01 avqust 2016-cı il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərarın surətindən görünür ki, faktla əlaqədar sürücü Cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş qəbzin surətindən görünür ki, 35.40 manat dövlət rüsumu ödənilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 81-ci maddəsinə əsasən bu Qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.3-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi hissəsində başqa cür müəyyən edilməmişdirsə, icbari sığorta müqaviləsi 1 il müddətinə bağlanılır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən icbari sığorta şəhadətnaməsi icbari sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəddir. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi sığortaçı tərəfindən müvafiq sığorta şəhadətnaməsinin sığortalıya və ya sığorta olunana verilməsi yolu ilə bağlanır. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. İcbari Sığorta Haqqında Azərbaycan Respublikası qanununu 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, «Mercedes Benz GL 500” markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh 23.01.2016-cı il tarixdə yol nəqliyyat hadisəsi törədərək, X2 az-ağır dərəcəli ziyan vurmuşdur və hadisə yerindən yayınmışdır. Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci və 264-cü maddələrinə əsasən barəsində cinayət işi açılmışdır. X3 ümumilikdə 1500 manat məbləğində ziyan dəymişdir. "xxxx" ASC tərəfindən 1500 manat məbləğində sığorta ödənişi X8 ödənilmişdir. "xxxx" ASC X8 ödənilmiş 1500 manat məbləğində pul vəsaitini Cavabdeh tələb edir. Məhkəmə hesab edir ki, 23.01.2016-cı il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Atəşgah Sığorta ASC-də sığortalanmış «Mercedes Benz GL 500” markalı, **-ZE- *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər Atəşgah Siğorta ASC tərəfindən tam şəkildə icbari siğorta ilə siğortalanmış zərərvurulmuş şəxsə ödənildiyindən, Atəşgah Siğorta ASC həmin yol-nəqliyyat hadisəsini törətməkdə təqsirli hesab edilən və hadisə yerindən yayınan şəxsdən, yəni Cavabdeh sığorta ödənişinin geri tələb etməkdə haqlıdır, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1500 (bir min beş yüz) manat məbləğində pul və 35.40 (otuz beş manat, qırx qəpik) manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-999/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-999/2022
21.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver