Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-100/2021 25.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Məhkəmə iclas katibi Abbasova Gülnarə Güləli qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2 Madər oğlunun, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh2 qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “xxxx” ASC-yə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC-dən və Cavabdeh2 iddiaçının mülkiyyətində olan minik avtomobilinin yararsız vəziyyətə salınması ilə bağlı ona dəymiş maddi ziyanın əvəzi olaraq 19480 manat, hüquqi xidmətə çəkdiyi xərcin əvəzi olaraq 211 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, cəmi 19721 manat məbləğində pulun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Günay Lizinq” MMM arasında bağlanmış xx xxxx 2018-ci il tarixli. 37 №-li Daxili Lizinq müqaviləsinin 1.1-ci bəndinə əsasən “Volkswagen Polo” minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobili 36 ay müddətinə, illik 22 %-lə cəmi 25.700 manata onun sahibliyinə və istifadəsinə verilmişdir. Lizinq müqaviləsi üzrə ödənişləri o, tam olaraq ödəmişdir və minik avtomobili onun mülkiyyətinə keçmişdir. “Volkswagen Polo” minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı xx xxxx 2018-ci il tarixdən, yol nəqliyyat hadisəsi baş verən günə kimi yəni, xx xxxx 2020-ci il tarixə kimi onun sahibliyində və istifadəsində olmuşdur. O cümlədən, “Volkswagen Polo” minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil “Nəqliyyat vasitələrinin tam sığortası” üzrə xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci tarixinədək Mİ0218/19 saylı şəhadətnamə üzrə “xxxx” Açıq Səhmdar Cəmiyyətində sığortalanmışdır. xx xxxx 2020-ci il tarixdə oğlu Səlimli Hüseynin dostu Məmmədov Rüfətin əmisi oğlu Cavabdeh2 onların xəbəri və məlumatları olmadan avtomobili içkili vəziyyətdə qaçırtmış, yol hərəkəti qaydalarını kobudcasına pozub idarəetməni itirərək ona məxsus avtomobili yararsız vəziyyətə salmışdır. Hadisə ilə əlaqədar Cavabdeh2 barəsində xx xxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələri ilə X1 ******* №-li Protokol tərtib olunmuşdur. Cavabdeh2 xx xxxx 2020-ci il tarixli, TP ******* №-li qərarla təqsiri bilinərək 40 (qırx) manat məbləğində cərimə olunmuşdur. “EURO STYLE LTD” tərəfindən xx xxxxx 2020-ci il tarixdə tərtib olunmuş və iddia ərizəsinə əlavə olunmuş Qüsur Aktından göründüyü kimi, ona məxsus avtomobillə Cavabdeh2 tərəfindən törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobil yararsız vəziyyətə düşmüş və “VOLKSWAGEN POLO” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilin istismara yararlı vəziyyətə gətirilməsi üçün 19480 manat məbləğində pul tələb olunur. Yol nəqliyyat hadisəsindən sonra iş üzrə Cavabdeh2 dəymiş ziyanı tez bir zamanda aradan qaldıracağını bildirmiş, lakin verdiyi sözə əməl etməmiş və dəymiş maddi ziyanı ödəməmişdir. xx.xx.2020-ci il tarixində iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh2 iddiaçının mülkiyyətində olan minik avtomobilinin yararsız vəziyyətə salınması ilə bağlı ona dəymiş maddi ziyanın əvəzi olaraq 19480 manat, hüquqi xidmətə çəkdiyi xərcin əvəzi olaraq 211 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, cəmi 19721 manat məbləğində pulun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinə dəqiqləşdirilməsi barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil2 Madər oğlu iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini qismən qəbul edərək bildirdi ki, dəyən ziyan şişirdilib, avtomaşının sol tərəfinə ziyan toxunmayıb, bununla yanaşı qüsur aktında avtomobilin sol stop, sol fara və ön sol oturaçaq korpusunun zədələnməsi də qeyd edilmişdir. Hesab edir ki, qətnamə qəbul edilərkən bu hallara fikir verilməlidir. Məhkəmə işə baxıb, tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək, hesab edir ki, iddia tələbi qismən əsaslıdır və aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında olan “xxxx” ASC tərəfindən «Günay-Lizinq» MMM-ə və Cavabdeh2 ünvanlanmış 1207/20 nömrəli, xx.xx.2020-ci il tarixli sığorta ödənişinin verilməsindən imtina olunmasına dair bildirişdən görünür ki, yol nəqliyyat hadisəsi 20.031.2020-ci il tarixində «Günay-Lizinq» MMM-yə məxsus olan «Volkswagen Polo» markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 tərəfindən idarə olunarkən yol nəqliyyat hadisəsi baş vermişdir. Müvafiq yol nəqliyyat hadisəsi üzrə araşdırılma aparılmış və Cəmiyyətləri tərəfindən sizə sığorta ödənişinin verilməsindən imtina olunmasına dair qərar qəbul edilmişdir. Belə ki, baş vermiş yol nəqliyyat hadisəsi üzrə Bakı şəhər DÜPİ YPX-nin baş inspektoru, polis baş leytenantı Rəsulov Anar Rövşən oğlu tərəfindən tərtib olunmuş ******* saylı X1 protokolda Cavabdeh2 müvafiq nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etdiyi qeyd edilmişdir. Həmçinin Cavabdeh2 öz izahatında yol nəqliyyat hadisəsi baş vermədən öncə spirtli içki qəbul etdiyini bildirmişdir. Beləliklə qeyd olunanları nəzərə alaraq bildirilmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı onlara hər hansı bir sığorta ödənişinin verilməsi mümkün deyildir. İş materiallarında olan «Evro Style» LTD tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli qüsur aktından görünür ki, «Volkswagen Polo» markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomaşının cəmi təmir xərcləri 19480 manat məbləğində təşkil edir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, 37 № daxili lizinq müqaviləsindən görünür ki, iddiaçı ilə “Günay Lizinq” MMM arasında bağlanmış xx xxxx 2018-ci il tarixli. 37 №-li Daxili Lizinq müqaviləsinin 1.1 -ci bəndinə əsasən “Volkswagen Polo” minik markalı, **-PS- *** dövlət qeydiyyat nişanlı avtomobili 36 ay müddətinə, illik 22 %-lə cəmi 25.700 manata onun sahibliynə və istifadəsinə verilmişdir. Lizinq müqaviləsi üzrə ödənişləri iddiaçı tam olaraq ödəmiş və minik avtomobili onun mülkiyyətinə keçmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, İXP ******* nömrəli X1 protokoldan görünür ki, Cavabdeh2 barəsində xx xxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələri ilə X1 ******* №-li Protokol tərtib olunmuşdur. xx xxxx 2020-ci il tarixli. TP ******* №-li qərarla təqsiri bilinərək 40 (qırx) manat məbləğində cərimə olunmuşdur. Məhkəmə tərəfindən təyin olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 9/4060 saylı rəyindən görünür ki, «Evro Style» LTD tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alıqmaqla 2018-ci il buraxılışlı “Volkswagen Polo” minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobili təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 17582,0 manat müəyyən edilir. Yuxarıda göstərildiyi kimi, hazırki iş üzrə tərəflərin hüquq münasibətləri xx xxxx 2020-ci il tarixdə baş vermiş hadisəsi nəticəsində dəymiş ziyanın ödənilməsi ilə bağlı yaranmışdır. Mülki qanunvericilikdə sığorta hadisəsinin anlayışı verilməklə yanaşı, həmçinin sığorta hadisəsi baş verdiyi təqdirdə sığortalı və sığortaçının vəzifələri, habelə sığorta ödənişlərinin verilməsindən imtina əsasları da göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında göstərilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçıya zərər dəyməsi arasında səbəbli əlaqə vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən iş üzrə iddia qismən təmin olunmalıdır. Belə ki, iddia tələbinin hüquqi əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında, bir tərəfə digər tərəfdən icranı, yəni nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası MPM-nın 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalı, iddiaçı tərəfindən ödənilmiş 30 manat pul vəsaiti də cavabdehdən tutulmalıdır. Belə olduğu təqdirdə, məhkəmə hesab edir ki, avtomobilə dəymiş ziyanın ödənilməsində iddiaçının tələbi qismən əsaslıdır. Ekspertin rəyindən görünür ki, «Evro Style» LTD tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2018-ci il buraxılışlı “Volkswagen Polo” minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobili təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 17582,0 manat müəyyən edilir. Məhkəmə hesab edir ki, ekspertin rəyi nəzərə alınmaqla dəymiş maddi ziyanla bağlı iddia tələbi qismən təmin edilməli və Cavabdeh2 17582 manat tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, iş üzrə toplanmış sübutlara qiymət verərək, həmçinin ekspertizanın rəyini nəzərə alaraq məhkəmə belə bir nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməklə cavabdehin təqsirli hərəkəti nəticəsində iddiaçıya dəymiş 17582 manat, hüquqi xidmətə çəkilmiş xərcin əvəzi olaraq 211 manat və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 maddi ziyanın əvəzi olaraq 17582 (on yeddi min beş yüz səksən iki) manat, hüquqi xidmətə çəkilmiş xərcin əvəzi olaraq 211 (iki yüz on bir) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Cavabdeh2 tutularaq AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: Dövlət Xəzinədarlığı Agentliyi, kod 210005, VÖEN:**********, Müxbir hesab:AZ41NABZ**********0000003944, SFİFT:BİK CTREAZ22, MEM, VÖEN:**********, Hesab: AZ34CTRE********************. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-100/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-100/2021
25.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver