Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1003/2022 09.08.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyeva Leyla Mirfazil qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə Cavabdeh 6450.49 (altı min dörd yüz əlli manat qırx doqquz qəpik) manat məbləğində borcun, ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 50 (əlli) manat məbləğində haqqın və 35 (otuz beş) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2019-cu il tarixli 507-K saylı əmrlə administrator vəzifəsinə keçirilmiş, eyni zamanda öhdəlik və vəzifələrinə dair “X1” haqqında müqavilə imzalanmışdır. xx.xx.2021-ci il tarixində öz ərizəsi əsasında 391 - K saylı əmrlə vəzifəsindən azad edilmişdir. Cavabdeh, oğlu iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixlərində cavabdehin çalışdığı və məsul olduğu “OBA-Nizami 1” mağazasında və xx.xx.2021-ci il tarixlərində cavabdehin çalışdığı və məsul olduğu “OBA-28 may 2” mağazasında aparılmış inventarizasiya yoxlaması nəticəsində müəyyən malların çatışmadığı aşkar olunmuşdur. Aparılan yoxlamalara dair yuxarıda qeyd olunan tarixdə “İnventarizasiya Nəticələrinə dair” aktlar tərtib edilmiş, qeyd edilən yoxlamalar üzrə ümumilikdə 8077.86 (səkkiz min yetmiş yeddi manat səksən altı qəpik) manat məbləğində malın çatışmadığı məlum olmuşdur. Maliyyə arayışından da məlum olduğu kimi, çatışmayan malların ümumi dəyəri olan 8077.86 (səkkiz min yetmiş yeddi manat səksən altı qəpik) manat vəsait üzrə keçən dövr ərzində cavabdehə 1627.37 (bir min altı yüz iyirmi yeddi manat otuz yeddi qəpik) manat güzəşt edilmişdir. Yekun olaraq, Cavabdeh iddiaçıya 6450.49 (altı min dörd yüz əlli manat qırx doqquz qəpik) manat borcu yaranmışdır. Uzun müddət keçməsinə baxmayaraq sözügedən borc öhdəliyi cavabdeh tərəfindən icra edilməmişdir. Məhkəmə iclasında tərəflərə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Baxılan mülki iş üzə iddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək mülki işə nümayəndəsinin iştirakı olmadan baxaraq qərar verilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli əmək müqaviləsindən görünür ki, Cavabdeh xx.xx.2019-xx.xx.2020-ci il tarixədək satış departamentinə-satış 6 şöbəsinə satıcı kassir vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli X1 haqqında müqavilədən görünür ki, Cavabdeh ilə tutduğu vəzifə və qurduğu iş üzrə X1 haqqında müqavilə imzalanmışdır. İş materiallarında olan yayınlanma tarixi xx.xx.2016, reviziya tarixi xx.xx.2018-ci il, reviziya nömrəsi 02 olan satış departamenti-vəzifə təlimatında vəzifə funksiyaları qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il əmək müqaviləsindən görünür ki, Cavabdeh administrator vəzifəsinə keçirilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli X1 haqqında müqavilədən görünür ki, Cavabdeh ilə tutduğu vəzifə və qurduğu iş üzrə X1 haqqında müqavilə imzalanmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli “İnventarizasiya Nəticələrinə dair” aktdan, məlum olur ki, 1929.59 əskik manat məbləğində kənarlaşma aşkar edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli “İnventarizasiya Nəticələrinə dair” aktdan, məlum olur ki, 2488.33 AZN məbləğində əskikgəlmə müəyyən aşkar edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “İnventarizasiya Nəticələrinə dair” aktdan, məlum olur ki, 3659.94 AZN əskikgəlmə aşkar edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 391-K saylı əmrdən görünür ki, Cavabdeh administrator vəzifəsindən azad edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli maliyyə arayışından da məlum olduğu kimi, çatışmayan malların ümumi dəyəri olan 8077.86 (səkkiz min yetmiş yeddi manat səksən altı qəpik) manat vəsait üzrə keçən dövr ərzində cavabdehə 1627.37 (bir min altı yüz iyirmi yeddi manat otuz yeddi qəpik) manat güzəşt edilmişdir. İş materiallarında olan cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixində verilən izahatdan görünür ki, müxtəlif tarixlərdə depo tərəfindən qarşılanan məhsulları yoxlamadan qəbul etmiş və bunu bayram ərəfəsi zamanı müştərilərin sıxlığı ilə əlaqələndirmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdeh tutduğu vəzifə və qurduğu iş üzrə X1 haqqında müqavilə imzalamaqla administrator vəzifəsində işləyən zaman aparılmış inventarizasiya yoxlaması nəticəsində 8077.86 manat dəyərində mallar aşkar edilməmişdir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdehə 1627.37 (bir min altı yüz iyirmi yeddi manat otuz yeddi qəpik) manat güzəşt edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 191-ci maddənin 1-ci bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 194-cü maddənin 1-ci bəndinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Həmin Məcəllənin 194-cü maddənin 2-ci bəndinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün ona verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X1 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 202-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə qeyd olunanlara istinadən hesab edir ki, cavabdeh iddiaçı qarşısında vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıdığından iddia təmin edilməli, Cavabdeh vurulmuş ziyana görə 6450.49 (altı min dörd yüz əlli manat qırx doqquz qəpik) manat tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumu haqqında Qanunun 9.1-1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. İş materiallarında olan ********* saylı qəbzdən görünür ki, İddiaçı MMC 35 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan 3537 saylı qəbzdən görünür ki, İddiaçı MMC ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 manat ödəmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh vurulmuş ziyana görə 6450.49 (altı min dörd yüz əlli manat qırx doqquz qəpik) manat, ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 50 (əlli) manat və 35 (otuz beş) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-1003/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1003/2022
09.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver