Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1006/2021 25.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi X2, iddiaçının vəkili X3 və cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı – Cavabdeh ASC-yə qarşı “kredit müqaviləsinə edilən əlavənin ləğv edilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı – Cavabdeh ASC-yə qarşı “kredit müqaviləsinə edilən əlavənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC ilə onun arasında bağlanan 12 iyun 2014-cü il tarixli, 14032-1986/456104 saylı kredit müqaviləsinə 2 saylı əlavənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ASC-nin “Neftçilər” filialı tərəfindən 12 iyun 2014-cü il tarixli müqavilənin şərtləri pozularaq ona verilən ilkin ödəniş cədvəli müqavilədə göstərilən illik 27 faizlə deyil, 27,22 faizlə hesablanmışdır. Müqavilənin şərtlərinə uyğun olaraq illik 27 faiz olmaqla 10.800 ABŞ dolların 30 ay nisbətində aylıq ödəniş 498,95 ABŞ dolları təşkil etdiyi halda bankın ona təqdim etdiyi ilkin ödəniş cədvəli (ödənişi 15.07.2015-ci ildən başlayan) üzrə aylıq ödəniş 500,17 ABŞ dolları göstərilir. Bu cədvəl üzrə faiz və əsas borcun tutulması müqavilənin şərtinə uyğun olaraq hər ay 27 faizlə yox ayrı-ayrı yüksək faizlərlə hesablanmışdır. Bunu 10.11.2016-cı il tarixli, 16060 saylı ekspertiza rəyindəki ekspert tərəfindən təqdim olunmuş müqavilənin şərtlərinə uyğun olaraq tərtib edilmiş cədvəl ilə bankın ona təqdim etdiyi cədvəli müqayisələndirsək bu filialın müdiri Pərviz Bəşirovun dələduzluğu özünü göstərir. Həmin rəydə ekspert göstərir ki, tərəflər arasında razılaşdırılmış müqavilə şərtlərinə və razılaşdırılmış 30 aylıq ödəniş cədvəlinə əsasən götürülmüş 10.800 ABŞ dolları məbləğində kreditin aylıq ödəniş məbləği 498,95 ABŞ dolları, ümumilikdə 14.968,50 ABŞ dolları məbləğində müəyyən edilir. Bundan əlavə 10.800 ABŞ dolları olan kredit məbləğinə 30 ay müddətində 27 faizlə hesablanmalı faiz məbləği 4168,50 ABŞ dolları məbləğində təşkil edir. Bank tərəfindən təqdim edilmiş ödəniş cədvəli üzrə 30 ay müddətinə aylıq ödəniş 500.17 ABŞ dolları olmaq ümumi faiz məbləği 4205,10 ABŞ dolları məbləğində nəzərdə tutulmuşdur. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 12 iyun 2014-cü il tarixli, 14032-1986/456104 nömrəli kredit müqaviləsi üzrə ödəniş cədvəlində aylıq ödənişlər düzgün bölünməmiş və cədvəl üzrə faiz borcunun və əsas borcun silinməsi hər ay müqavilə şərtlərinə uyğun olaraq 27 faizlə aparılmamışdır. Tədqiqatla müəyyən edilmiş ödəniş cədvəli ilə bank tərəfindən tərtib edilmiş ödəniş cədvəli arasında fərq müəyyən edilir. Belə ki, aylıq ödəniş cədvəlini xüsusi proqramlı ödəniş kalkulyatoru hesablanmalı olduğu təqdirdə bank filialının müdürü dələduzluq edərək, həmin sistemə müdaxilə etmiş və faizi onun ziyanına dəyişmiş və cədvəli saxtalaşdırmışdır. Bunu heç bir bank işçisinin etməyə hüququ yoxdur. Ekspertin rəyinə əsasən təqdim edilmiş hesabdan çıxarış məlumatlarına əsasən 09.04.2015-ci il tarixdə ona bank müştərisi olaraq 8299,98 ABŞ dolları məbləğində kredit verilmiş məbləğ düzgün olaraq hesablanmamış, çünki ilkin ödəniş cədvəli üzrə aylıq ödəniş düzgün verilməmiş, faiz və əsas borcun tutulması düzgün hesablanmamışdır. Bankın ona təqdim etdiyi hesabdan çıxarışa əsasən onun ödənişləri üzrə son əsas borcun tutulması 2015-ci il mart ayında olmuşdur. 12 aprel 2015-ci il tarixdə (bankdan pulu götürüldüyü tarix) əsas borcun qalıq hissəsi 8277,87 ABŞ dolları təşkil etməlidir, bank isə ondan 8299,98 ABŞ dolları pul tələb edir. Tələb etdiyi pul məbləğinin mənbəyi barədə heç bir hüquqi sənəd mövcud deyildir. Bu cədvəl üzrə 78.24 ABŞ dolları artıq pul vəsaiti mənimsənilmişdir. 09.04.2015-ci il tarixdə filialın müdiri Pərviz Bəşirov ona 295 ABŞ dolları pulu ödətdirmiş və aprel ayının hesablanmasını tam şəkildə başa çatdırmadan, may ayının 13-nə ona 8475,10 ABŞ dolları məbləğində faiz və əsas borcu hesablanmışdır. Əslində əsas və faiz borcu aprel ayının 12-dək hesablanmalıdır. Yuxarıda istinad etdiyi müqavilənin 3.05 b bəndinə əsasən əgər borcalan ötən ay üçün hər hansı bir ödənilməyən borcu yaranarsa, o zaman borcalanın cari hesabına mədaxil edilən vəsaitlərdən ilk növbədə ötən ay üzrə yaranmış borc, bu maddədə a bəndində qeyd edilmiş qaydada tam silindikdən sonra növbəti ayın ödənişlərin silinməsi kredit verən tərəfindən həyata keçiriləcək və eyni zamanda bu maddənin a bəndinə əsasən vəsaitlər borcalanın hesabına mədaxil edildikdən sonra kreditverən tərəfindən aşağıdakı qaydada silinir. Bu isə Bank tərəfindən faiz ödənişlərinin bilərəkdən saxtalaşdırıldığını bir daha sübut edir. O, isə bankın ona təqdim etdiyi saxta cədvəl üzrə vaxtlı vaxtında ödənişlərini yerinə yetirmiş və ona 09 aprel 2015-ci ildə restruktarizasiya olunduqdan sonra bank tərəfindən təqdim olunmuş 2-ci ödəniş cədvəlindən (ödənişi 15.05.2015-ci il tarixdən başlayan düzgün olmadığı üçün 25.05.2015ci il tarixli məktubla imtina etmişdir). Belə ki bu cədvəlin müqaviləyə əlavə olunmuş 1 və 2 saylı əlavələr üzrə 14032-1986/456104 saylı 12 iyun 2014-cü il tarixli kredit müqaviləsi üzrə verilmiş kreditin kreditverənə qaytarılması üçün son müddət 09.04.2018-ci il tarixli müəyyən olunur. Belə olan halda 14032-1986/456104 saylı 12 iyun 2014-cü il tarixli kredit müqaviləsi öz qüvvəsini itirilmiş hesab olunur. Həmin müqavilənin 2 nömrəli əlavəsinə əsasən 12 iyun 2014-cü il tarixli, 14032-1986/456104 saylı kredit müqaviləsinin zaminlik haqqında bəndləri dəyişdirilmiş və 12 iyun 2014-cü il tarixli 14032-1986/456104 saylı kredit müqaviləsinin digər bəndləri qüvvədə qalmışdır. Bu bəndə əsasən faiz dəyişdirilə bilməz, lakin Bankın restruktarizasiyadan sonra ona təqdim etdiyi ödəniş cədvəli (15.05.2015-ci il tarixdən başlayan) illik 27 faizlə yox bu dəfə illik 27,35 faizlə hesablanmışdır. Bu ikinci cədvəl məhkəmə proseslərində mubahisələndirilməmişdir. 2-ci bəndinə əsasən 14032- 1986/456104 saylı, 12 iyun 2014-cü il tarixli kredit müqaviləsinin bu əlavə ilə ziddiyət təşkil edən şərtləri istisna olmaqla, qalan şərtləri mövcud vəziyyətdə qüvvədə qalır və ona təqdim etdiyi cədvəl müqavilədə göstərilən 27 faizlə deyil, illik 27.35 faizlə hesablanmışdır. Bu cədvəl üzrə yenədə faiz və əsas borcun silinməsi hər ay müqavilədə göstərilən illik 27 faizlə deyil, yenə ayrı-ayrı yüksək faizlərlə aparılır. Bu səbəbdən də o, düzgün cədvəl almayınca ödənişdən imtina etmişdir. Əgər onların ondan tələb etdiyi 8299,98 ABŞ dolları düzgün məbləğ olmuş olsa belə, restruktarizasiyadan sonra bankın ona təqdim etdiyi 2-ci ödəniş cədvəli üzrə göstərilən aylıq ödəniş 340.42 ABŞ dolları düzgün məbləğ deyildir. Əgər ekseprt bu cədvəlin müqavilənin şərtinə uyğun olaraq illik 27 faiz olmaqla 8299,98 ABŞ dollarının 36 ay nisbətində düzgün formasını çıxartmış olsa idi, bu cədvəl üzrə aylıq ödəniş 338.85 ABŞ dolları təşkil etməlidir. Bu şəbədən də o, bu cədvəl üzrə 25.05.2015-ci il tarixli müraciəti ilə ödənişlərdən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı, iddiaçının nümayəndəsi X4 və iddiaçının vəkili X6 ayrı-ayrılıqda iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etmiş və təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi X10 iddia tələbinə etiraz təqdim edərək göstərmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 108/2016 saylı, 08 dekabr 2016-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdehçıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 12 iyun 2014-cü il tarixli, 14032-1986/456104 nömrəli kredit müqaviləsi ləğv olunmuş, 12 iyun 2014-cü il tarixli, 14032-1986/456104 nömrəli kredit müqaviləsi üzrə 8338.91 ABŞ dolları əsas borc, 612.91 ABŞ dolları faiz borcu olmaqla, cəmi 8951.82 ABŞ dolları borcun qətnamənin icra olunduğu günə manat məzənnəsi ilə və ödənilmiş 30.00 manat dövlət rüsumunun əvəzinin cavabdehlərdən müştərək qaydada CavabdehSC-nin xeyrinə tutulması qət olunmuş, iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 fevral 2018-ci il tarixli, 2(103)-1885/18 saylı qətnaməsi ilə cavabdehlər İddiaçı, R.Hüseynov və M.Əliyev tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-108/2016 saylı 08 dekabr 2016-cı il tarixli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçı Cavabdeh ASC-nin cavabdehlər İddiaçı, X5 və Əliyev Mürsəl İsa oğluna qarşı “kredit müqaviləsinin ləğvi və borcun ödənilməsi”nə dair iddiasının rədd edilməsi, iddiaçı CavabdehSC-dən dövlət büdcəsinə 150 manat ekspertiza xərci tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4649/18 saylı 06 iyul 2018-ci il tarixli qərarı ilə CavabdehSC-nin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 08 fevral 2018-ci il tarixli 2(103)- 1885/18 saylı qətnaməsi ləğv edilmiş, iş apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 oktyabr 2018-ci il tarixli, 2(103)-9261/2018 saylı qətnaməsi ilə cavabdehlər İddiaçı, X8 və Əliyev Mürsəl İsa oğlunun birgə apellyasiya şikayəti qismən təmin edilərək hazırki iş üzrə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-108/2016 saylı, 08 dekabr 2016-cı il tarixli qətnaməsi əsas və faiz borcunun məbləği hissəsində dəyişdirilməsi, əsac borcun məbləğinin 8299.98 ABŞ dolları, faiz borcunun məbləği 175.12 ABŞ dolları, əsas və faiz borcunun cəmi isə 8475.10 ABŞ dolları (məzənnə üzrə manatla) müəyyən edilməsi, qətnamənin cavabdehlər İddiaçı, X8 və Əliyev Mürsəl İsa oğlunun birgə verdiyi apellyasiya şikayətinə münasibətdə, mübahisələndirdikləri qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1471/2019 saylı 13 sentyabr 2019-cu il tarixli qərarı ilə İddiaçı, X8 və Əliyev Mürsəl İsa oğlunun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 oktyabr 2018-ci il tarixli, 2(103)- 9261/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi İddiaçı Cavabdeh ASC-yə qarşı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin icraatında olan iddia tələbindəki göstərilənlərə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13.09.2019-cu il tarixli qərarı ilə artıq hüquqi qiymət verilmişdir. Bundan başqa əgər məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə Cavabdeh ASC ilə D.H.Əliyev arasında bağlanmış 12.06.2014-cü il tarixli kredit müqaviləsi ləğv edilibsə, predmeti qeyd olunan müqavilənin və bu müqaviləyə edilən bütün əlavələrin ləğvi olan iddiaların digər məhkəmələr tərəfindən təmin edilməsi qanunvericilik baxımından yolverilməzdir. Qeyd edilənləri nəzərə alaraq, İddiaçı Cavabdeh ASC-yə qarşı “12 iyun 2014-cü il tarixli 14032- 1986/456104 saylı kredit müqaviləsinə 2 saylı əlavənin ləğv edilməsinə dair” iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış 12.06.2014-cü il tarixli, 14032-1986/456104 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı Cavabdeh ASC-dən illik faiz dərəcəsi 27% olmaqla 30 ay müddətinə 10800 ABŞ dolları məbləğində kredit götürmüşdür. İş materiallarına əlavə olunmuş Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış 12 iyun 2014-cü il tarixli, 14032-1986/456104 nömrəli kredit müqaviləsinə dair 09 aprel 2015-ci il tarixli 1 nömrəli əlavədən görünür ki, kreditin kreditverənə qaytarılması üçün son müddət 09 aprel 2018-ci il tarixi müəyyən olunmuş, qalan şərtlər qüvvədə saxlanılmışdır. İş materiallarına əlavə olunmuş Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış 12 iyun 2014-cü il tarixli 14032-1986/456104 nömrəli kredit müqaviləsinə dair 09 aprel 2015-ci il tarixli 2 nömrəli əlavədən görünür ki, kredit müqaviləsinin bəzi bəndləri dəyişdirilmiş, həmin müqavilədən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədi ilə X8 və Əliyev Mürsəl İsa oğlu ilə bağlanmış zaminlik müqavilələrinin bu müqaviləyə əsasən verilən kreditin faizi ilə birlikdə qaytarılmasına dair öhdəliyin vaxtında və lazımi qaydada icrasının təmin edilməsi üsulu olduğu, eləcə də kredit müqaviləsinin digər bəndlərinin qüvvədə qalması müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08.12.2016cı il tarixli, 2(007)-108/2016 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 12 iyun 2014-cü il tarixli, 14032-1986/456104 nömrəli kredit müqaviləsi ləğv olunması, 12 iyun 2014-cü il tarixli 14032-1986/456104 nömrəli kredit müqaviləsi üzrə 8338.91 (səkkiz min üç yüz otuz səkkiz dollar doxsan bir sent) ABŞ dolları əsas borc, 612.91 (altı yüz on iki dollar doxsan bir sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 8951.82 (səkkiz min doqquz yüz əlli bir dollar səksən iki sent) ABŞ dolları borc qətnamənin icra olunduğu günə manat məzənnəsi ilə və ödənilmiş 30,00 (otuz) manat dövlət rüsumunun əvəzi İddiaçı, X8 və Əliyev Mürsəl İsa oğlundan müştərək qaydada "Cavabdeh" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə-mühasibatlıq ekspertizalarının keçirilməsinə sərf edilmiş cəmi 100.00 (bir yüz) manat məbləğində pulun İddiaçı, X8 və Əliyev Mürsəl İsa oğlundan müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13.09.2019-cu il tarixli, 2(102)-1471/2019 saylı qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 05.10.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarın təsviri hissəsindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 08 fevral 2018-ci il tarixli, 2(103)-1885/18 saylı qətnaməsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-108/2016 saylı, 08 dekabr 2016-cı il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər İddiaçı, X8 və Əliyev Mürsəl İsa oğluna qarşı “kredit müqaviləsinin ləğvi və borcun ödənilməsi”nə dair iddiasının rədd edilməsi, iddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən dövlət büdcəsinə 150 manat ekspertiza xərci tutulması qət edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4649/18 saylı 06 iyul 2018-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 08 fevral 2018-ci il tarixli 2(103)-1885/18 saylı qətnaməsi ləğv edilmiş, iş apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 oktyabr 2018-ci il tarixli, 2(103)-9261/2018 saylı qətnaməsi ilə cavabdehlər İddiaçı, X8 və Əliyev Mürsəl İsa oğlunun birgə apellyasiya şikayəti qismən təmin edilərək hazırki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-108/2016 saylı, 08 dekabr 2016-cı il tarixli qətnaməsi əsas və faiz borcunun məbləği hissəsində dəyişdirilmiş, əsas borcunun məbləği 8299,98 (səkkiz min iki yüz doxsan doqquz ABŞ dolları, doxsan səkkiz sent) ABŞ dolları, faiz borcunun məbləği 175,12 (yüz yetmiş beş ABŞ dolları, on iki sent) ABŞ dolları, əsas və faiz borcunun cəmi isə 8475,10 (səkkiz min dörd yüz yetmiş beş ABŞ dolları, on sent) ABŞ dolları (məzənnə üzrə manatla) müəyyən edilməsi, qətnamənin cavabdehlər İddiaçı, X8 və Əliyev Mürsəl isa oğlunun birgə verdiyi apellyasiya şikayətinə münasibətdə, mübahisələndirdikləri qalan hissədə dəyişdirilmədən saxlanılması, iş üzrə keçirilmiş ekspertiza xərci - 50 (əlli) manat, cavabdehlər İddiaçı, X8 və Əliyev Mürsəl oğlundan müştərək qaydada alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Hazırda İddiaçı 12 iyun 2014-cü il tarixli 14032-1986/456104 saylı kredit müqaviləsin edilmiş 2 saylı əlavənin digər məhkəmə proseslərində mubahisələndirilməməsinə istinad edərək, Cavabdeh ASC ilə onun arasında bağlanan 12 iyun 2014-cü il tarixli, 14032- 1986/456104 saylı kredit müqaviləsinə 2 saylı əlavənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin məhkəmə araşdırması zamanı iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı ləğv edilməsini xahiş etdiyi “12 iyun 2014-cü il tarixli, 14032- 1986/456104 saylı kredit müqaviləsinə 2 saylı əlavə” Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08.12.2016-cı il tarixli, 2(007)-108/2016 saylı qətnaməsində öz əksini tapmış və qətnamənin həmin hissəsi nəticə etibarilə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Belə ki, işə əlavə edilmiş məhkəmə qərarlarından görünür ki, Cavabdeh ASC İddiaçı və qeyrilərinə qarşı borcun ödənilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət edərkən iddia ərizəsində kredit müqaviləsi ilə yanaşı müqaviləyə edilmiş 1 və 2 saylı əlavələrə də istinad etmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08.12.2016-cı il tarixli, 2(007)- 108/2016 saylı qətnaməsinin təsviri-əsaslandırıcı hissəsində kredit müqaviləsi ilə yanaşı müqaviləyə edilmiş 1 və 2 saylı əlavələrə də münasibət bildirilmiş və iddia qismən təmin edilmişdir. Yuxarı instansiya məhkəmələri tərəfindən bir neçə dəfə iş üzrə qərar qəbul edilsə də, sonuncu dəfə işə baxan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 oktyabr 2018-ci il tarixli, 2(103)-9261/2018 saylı qətnaməsi ilə cavabdehlər İddiaçı, X8 və Əliyev Mürsəl İsa oğlunun birgə apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-108/2016 saylı, 08 dekabr 2016-cı il tarixli qətnaməsi əsas və faiz borcunun məbləği hissəsində dəyişdirilmiş, əsas borcun məbləği 8299,98 (səkkiz min iki yüz doxsan doqquz ABŞ dolları, doxsan səkkiz sent) ABŞ dolları, faiz borcunun məbləği 175,12 (yüz yetmiş beş ABŞ dolları, on iki sent) ABŞ dolları, cəmi isə 8475,10 (səkkiz min dörd yüz yetmiş beş ABŞ dolları, on sent) ABŞ dolları (məzənnə üzrə manatla) müəyyən edilməsi, qətnamənin cavabdehlər İddiaçı, X8 və Əliyev Mürsəl isa oğlunun birgə verdiyi apellyasiya şikayətinə münasibətdə mübahisələndirdikləri qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13.09.2019-cu il tarixli, 2(102)-1471/2019 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 05 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə vurğulamağı vacib hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarında göstərilmişdir ki, qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir. “X1 şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13.02.2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktının təkzibolunmazlığı müvafiq şərt və tələblərə məhəl qoyulmadan ondan yuxarı instansiya məhkəmələrinə şikayət verilməsini, həmçinin yuxarı instansiya məhkəmələrində belə şikayətin baxılmasını qeyri-mümkün edir. Məhkəmə aktının müstəsnalığı isə artıq bir dəfə həll olunmuş məsələnin yenidən hər hansı formada mübahisələndirilməsinə və məhkəmələrdə yenidən baxılmasına yol vermir. Təsadüfi deyildir ki, MPM-nin 233.3-cü maddəsinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Məhkəmə qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının preyudisiallığı işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşdırılır və MPM-nin 82.3-cü maddəsinin məzmununa əsasən, yalnız aşağıdakı şərtlər daxilində mövcud olur: - konkret fakt işdə iştirak edən şəxsin iştirak etdiyi başqa bir mülki iş üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş olmalıdır; - bu fakt həmin işdə iştirak edən şəxsin iştirak etdiyi başqa bir iş üzrə də sübutetmə predmetinə aid olmalıdır. Yəni qətnamə ilə müəyyən edilən faktın preyudisiallığı yalnız qətnamənin çıxarıldığı iş üzrə iştirak etmiş şəxslərə aiddir və sonrakı məhkəmə proseslərində həmin şəxslər tərəfindən mübahisələndirilə bilməz. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə üzrə tərəflər (İddiaçı və Cavabdeh ASC) əvvəlki mülki işdə iştirak etmiş şəxslər olduğundan, yuxarıda göstərilən qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 oktyabr 2018-ci il tarixli, 2(103)-9261/2018 saylı qətnaməsi ilə hazırkı iddia tələbi ilə mübahisələndirilən məsələyə hüquqi qiymət verildiyindən, həmin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi hazırkı iş üzrə preyudisial əhəmiyyətə malik olan akt kimi qəbul edilməlidir. Belə olan halda həmin qətnamə ilə müəyyən edilmiş hallar hazırkı işdə mübahisələndirilə bilməz və həmin halların təkrarən sübut edilməsinə heç bir əsas yoxdur. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, İddiaçı – Cavabdeh ASC-yə qarşı “kredit müqaviləsinə edilən əlavənin ləğv edilməsi” tələbi ilə əsassız olaraq məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı – Cavabdeh ASC-yə qarşı “kredit müqaviləsinə edilən əlavənin ləğv edilməsi” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı – Cavabdeh ASC-yə qarşı “kredit müqaviləsinə edilən əlavənin ləğv edilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1006/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1006/2021
25.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver