Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1009/2021 06.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı ASC-nin Nəsimi filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli NSNPU-3718 saylı kredit müqaviləsinə əsasən illik 15,9% faiz dərəcəsi olmaqla 12 ay müddətinə 500 manat məbləğində cavabdehə kredit verilmişdir. xx.xx.2020-ci il tarixli NSNPU-3718 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, NSNPU-3718 saylı kredit müqaviləsinə görə cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 2-dən gec olmayaraq hər ay 45,35 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtlı-vaxtında və lazımi qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh xx xxxx 2020-ci il tarixli NSNPU-3718 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 208,03 manat, faiz borcuna görə 15,02 manat, dəbbə borcuna görə 0 manat, cəmi 223,05 manat təşkil edir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh xx.xx.2020-ci il tarixli, NSNPU-3718 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 208,03 manat, faiz borcuna görə 15,02 manat, dəbbə borcuna görə 0 manat, cəmi 223,05 manat məbləğində pulun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki-prosessual məcəllənin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərmiş və Cavabdeh yazılı etiraz məhkəməyə ünvanlayaraq göstərmişdir ki, o, xx.xx.2020-ci il tarixdə İddiaçı ASC-də bağladığı borc müqaviləsinə əsasən iddiaçı tərəfə vaxtı-vaxtında borcu ödəyirdi. xx.xx.2020-ci il tarixdə “kəskin qan dövranının pozulması və beyin insultu” diaqnozu ilə 5 No-li ŞKX-na yerləşdirilmiş, xx.xx.2020-ci il tarixdə həmin xəstəxanadan ambulator müalicə üçün evə buraxılmışdır. Göstərilən xəstəlik üzrə onun sol tərəfi tamamilə iflic vəziyyətindədir. Hazırda o, yataq xəstəsidir, əmək qabiliyyətini itirmişdir. Göstərilənləri nəzərə alaraq cavabdeh əmək qabiliyyətini itirdiyinə görə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə İddiaçı ASC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2020-ci il tarixli NSNPU-3718 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 12 ay müddətinə, illik 15,9% olmaqla 500 manat məbləğində kredit verilmişdir. İş üzrə İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışa əsasən Cavabdeh xx.xx.2020-ci il tarixli NSNPU-3718 saylı kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixinə 208,03 manat əsas, 15,02 manat faiz, cəmi 223,05 manat borcu vardır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh ilə «xxxx» ASC arasında bağlanılmış xx xxxx 2020-ci il tarixli, NSNPU-3718 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh şəxsi istehlak məqsədilə illik 15,9% hesablanmaqla, 12 ay müddətinə 500 manat məbləğində kredit verilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və banka 208,03 manat əsas, 15,02 manat faiz borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, kredit götürən şəxsin xəstələnməsi və xəstəlikdən müalicə alması onun bank qarşıında olan öhdəliklərinə xitam verilməsi üçün əsas ola bilməz. Ona görə də məhkəmə cavabdehin xəstələnəmsi ilə bağlı əmək qabiliyyətini itirdiyi üçün iddianın rədd edilməsi barədə dəlillərini əsaslı hesab etmir. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, iddiaçı yaranmış borcun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən müqavilə üzrə ödənilməmiş qalmış 208,03 manat əsas borc, 15,02 manat faiz, cəmi 223,05 manat məbləğində pul tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, cavabdehdən 20 manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli NSNPU-3718 saylı kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə yaranmış 208,03 manat əsas borc, 15,02 manat faiz borcu, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 manat, cəmi 243,05 (iki yüz qırx üç manat beş qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1009/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1009/2021
06.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver