Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1015/2022 15.04.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı Cavabdeh QSC BOKT-a qarşı evin ipoteka müqaviləsi üzrə girovluqdan azad edilməsi tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq…… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh QSC BOKT-a qarşı evin ipoteka müqaviləsi üzrə girovluqdan azad edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hakim iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. AR MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. AR MPM-nin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Mülki-prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi hüquqi şəxsə qarşı iddia onun hüquqi ünvanı üzrə məhkəməyə verilir. İddiaçı hazırki tələblə qeydiyyatda olduğu və ipoteka premetinin yerlşdiyi yer üzrə Səbail rayon Məhkəməsinə müraciət etmişdir. Hakim qeyd edir ki, AR MPM-nin 36-cı madəsi iddiaçının seçim aidiyyətinə görə, 39-cu maddəsi isə iddiaçının müstəsna aidiyyət qaydalarına görə məhkəməyə müariət etməsinin hüquqi əsaslarını müəyyən edir. Hakim həmçinin qeyd edir ki, hazırki tələb müqavilə münasibətlərindən irəli gələn mübahisə ilə bağlıdır. Belə tələb üzrə iddia ərizəsi yalnız irəli sürülmüş tələbə qarşı cavabdehlik daşıyan hüquqi şəxsin hüquqi ünvanı üzrə verilməlidir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin çıxarışına əsasən Cavabdeh QSC BOKT-un hüquqi ünvanı ünvan 1 aidiyyət qaydalarına uyğun olmayaraq Səbail rayon Məhkəməsinə verildiyindən, onun məhkəmə icraatı mümkün deyil. AR MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Beləliklə, hakim hesab edir ki, hazırkı tələbə aidiyyatı üzrə Səbail rayon Məhkəməsində baxılmalı olmadığı üçün, iddia ərizəsi sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 152.1. -ci maddəsini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı Cavabdeh QSC BOKT-a qarşı evin ipoteka müqaviləsi üzrə girovluqdan azad edilməsi tələbinə dair iddia ərizəsi ərazi aidiyyatı üzrə Səbail rayon Məhkəməsində baxılmalı olmadığından iddiaçıya geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyat qaydalarına riaəyət edikməklə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1015/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1015/2022
15.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver