Məhkəmə qərarları › İş №2(009)-1020/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1020/2023

14.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1020/2023 14.06.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı ASC-nin (ləğv prosesindədir) (X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı ASC əmr icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, borclular Cavabdeh1 və Cavabdeh2 4643 (dörd min altı yüz qırx üç) ABŞ dolları məbləğində əsas borc, 2714 (iki min yeddi yüz on dörd) ABŞ dolları məbləğində faiz borcu, ümumilikdə 7357 (yeddi min üç yüz əlli yeddi) ABŞ dolları məbləğində kredit borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu və 12 manat notariat xərclərin tutulub kreditor İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə əmr çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri, kreditor İddiaçı ASC-nin “Nərimanov” filialı ilə borclu Cavabdeh1 arasında bağlanılmış xx.xx.2015-ci il tarixli, 4945 NF N:li «Kredit müqaviləsi»nə əsasən, borcluya şəxsi məqsədlər üçün 36 (otuz altı) ay müddətinə, 4740 (dörd min yeddi yüz qırx) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 3.3. bəndinə əsasən, kredit məbləği kreditin “Kredit alan” üçün açılan ssuda hesabına köçürüldüyü tarixdən başlayaraq hər 30 (otuz) gün müddətin bitdiyi sonuncu gün «Kredit alan» tərəfindən «Kredit verən»in hesabına nağd və ya köçürülmə yolu ilə 4.1. bəndi ilə müəyyən olunan müddət ərzində bərabər hissələrlə qaytarılır. Qeyd olunan «Kredit müqaviləsi»nin 3.4. bəndinə əsasən, «Kredit alan» kreditdən istifadəyə görə «Kredit verən»ə illik 24 (iyirmi dörd) % faiz ödəyir. Həmin müqavilənin 3.6. bəndinə əsasən, faizlər kreditin ssuda hesabına daxil olduğu gündən etibarən hər 30 (otuz) təqvim günün bitdiyi sonuncu gün «Kredit alan» tərəfindən «Kredit verən»in hesabına nağd və ya köçürülmə yolu ilə ödənilir. Faizlərin son ödənişi kreditin son ödənişi ilə birlikdə ödənilir. Həmin müqavilənin 5.2. bəndinə əsasən, müqavilənin 3.3. bəndində göstərilən vəzifənin icra müddəti «Kredit alan» tərəfindən gecikdirildiyi halda, o, hər gecikdirilən gün üçün müqavilənin 3.4. bəndi ilə müəyyənləşdirilən faizlərin iki misli miqdarında cərimə ödəyir. Cavabdeh1 arasında bağlanılmış xx.xx.2015-ci il tarixli, 4945 NF N:li «Kredit müqaviləsi»nin təminatı qismində, həmin müqavilədən irəli gələn bütün pul tələblərinə Cavabdeh2 zamin durmuşdur. Bu məqsədlə Cavabdeh2 ilə xx.xx.2015-ci il tarixli “Zaminlik” müqaviləsi bağlanmışdır. Borclu Cavabdeh1 bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmşdir. Belə ki, borclunun hazırda banka olan əsas borcu 4643 (dörd min altı yüz qırx üç) ABŞ dolları məbləğində əsas borc, 2714 (iki min yeddi yüz on dörd) ABŞ dolları məbləğində faiz borcu, ümumilikdə 7357 (yeddi min üç yüz əlli yeddi) ABŞ dolları məbləğində kredit borcu təşkil edir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli məhkəmə əmrinə əsasən, (Şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE 0*******) xx.xx.1957-ci il tarixdə İsmayıllı rayonunda anadan olmuş, ünvan 1 ünvanda qeydiyyatda olan Cavabdeh1 və (Şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE 0*******) xx.xx.1966-cı il tarixdə İsmayıllı rayonunda anadan olmuş, ünvan 2 ünvanda qeydiyyatda olan Cavabdeh2 4643 ABŞ dolları əsas. 2714 ABŞ dolları faiz, 12.00 manat notarial xərc borcu (ödəniş giinü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə pul vəsaiti) və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumunun əvəzi müştərək qaydada tutularaq ünvan 3 ünvanda yerləşən İddiaçı ASC-yə ödənilməsi müəyyən edilmişdir. Məhkəmə əmri ilə razı olmayan borclu Cavabdeh2 etirazla məhkəməyə müraciət edərək, məhkəmə əmrinin ləğv edilməsini və işə iddia icraatı qaydasında baxılmasını xahiş etmiş və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə qeyd edilən məhkəmə əmri ləğv edilərək, iş ümumi iddia icraatına keçirilmişdir. İddiaçı sonradan iddia tələbinin artırılması barədə ərizə verərək, cəmi 8548.89 (səkkiz min beş yüz qırx səkkiz dollar, 89 sent) ABŞ dollar - bundan 4642.71 (dörd min altı yüz qırx iki dollar, 71 sent) ABŞ dolları əsas, 2658.75 (iki min altı yüz əlli səkkiz dollar, 75 sent) ABŞ dolları faiz, 73.67 (yetmiş üç dollar, 67 sent) ABŞ dollar cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1173.76 (bir min bir yüz yetmiş üç dollar, 76 sent) ABŞ dollar faiz borcunun, 12.00 (on iki) manat notarial xərcinin və iş üzrə ödənilmiş 133.60 (bir yüz otuz üç manat 60 qəpik) manat dövlət rüsumunun Cavabdeh2 tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Kreditor İddiaçı ASC məhkəməyə ərizə ilə müraciət edərək, borclular Cavabdeh1 və Cavabdeh2 4643 (dörd min altı yüz qırx üç) ABŞ dolları məbləğində əsas borc, 2714 (iki min yeddi yüz on dörd) ABŞ dolları məbləğində faiz borcu, ümumilikdə 7357 (yeddi min üç yüz əlli yeddi) ABŞ dolları məbləğində kredit borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun və 12 manat notariat xərcinin tutulub kreditor İddiaçı ASC- nin xeyrinə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 sentyabr 2017-ci il tarixli 2(009)- 4528/2017 saylı məhkəmə əmri ilə (Şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE 0*******) xx.xx.1957-ci il tarixdə İsmayıllı rayonunda anadan olmuş, ünvan 4 ünvanda qeydiyyatda olan Cavabdeh1 və (Şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE 0*******) xx.xx.1966-cı il tarixdə İsmayıllı rayonunda anadan olmuş, ünvan 2 ünvanda qeydiyyatda olan Cavabdeh2 4643ABŞ dolları əsas, 2714 ABŞ dolları faiz borcu, 12.00 manat notarial xərcinin (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə pul vəsaiti) və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumunun əvəzi müştərək qaydada tutularaq ünvan 3 ünvanda yerləşən İddiaçı ASC-yə ödənilməsi əmr edilmişdir. Bundan sonra borclu Cavabdeh2 Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 yanvar 2017-ci il tarixli 2(009)-4528/2017 saylı məhkəmə əmrinə etiraz ərizəsini məhkəməyə ünvanlayaraq, əmrin ləğv edilməsini və mülki işin ümumi iddia icraatına keçirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdi. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 aprel 2023-cü il tarixli 2(009)-4528/2017 saylı qərardadı ilə Səbail Rayon Məhkəməsinin 21 yanvar 2017-ci il tarixli 2(009)-4528/2017 saylı məhkəmə əmri ləğv edilmiş və işin iddia icraatına keçirilməsi qərara alınmışdır. Hazırki iddia tələbi üzrə işə hazırlıq məhkəmə iclasında baxılarkən müəyyən edilmişdir ki, borclu Cavabdeh1 xx.xx.2018-ci ildə ölmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 04 iyun 2018-ci il tarixli Qərarında qeyd edilir ki, borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Bundan əlavə 24 may 2023-cü il tarixli **********575 saylı malyyə arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 4945NF saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə yaranmış tələb - əsas borc üzrə 4642.71 (dörd min altı yüz qırx iki dollar, 71 sent) ABŞ dolları, faiz borcu üzrə 2658.75 (iki min altı yüz əlli səkkiz dollar, 75 sent) ABŞ dolları, cərimə borcu üzrə 73.67 (yetmiş üç dollar, 67 sent) ABŞ dolları və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1173.76 (bir min bir yüz yetmiş üç dollar, 76 sent) ABŞ dollar faiz borcu təşkil edir. Odur ki, qeyd edilənlərə əsasən hazırki iddia tələbinin dəqiqləşdirilməsinə zərurəti yaranmışdır İddiaçı ASC məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini, iştirakları olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul etməyərək Cavabdeh1 tərəfindən bankdan pul götürülüb X2 verildiyini göstərmiş və iddianın ona münasibətdə rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 ərizə verərək bildirmişdir ki, vətəndaş Cavabdeh1 ilə kreditor İddiaçı ASC-nin "Nərimanov" filialı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 4945 NF saylı kredit müqaviləsinə əsasən kreditor İddiaçı ASC 36 ay müddətinə, illik 24% faiz ödəmək şərtilə Cavabdeh1 4740 ABŞ dolları məbləğində kredit vermişdir. Lakin kreditin ödənişi vaxtı-vaxtında həyata keçirilmədiyindən İddiaçı ASC Səbail rayon məhkəməsinə müraciət etmişdir. Səbail Rayon Məhkəməsinin 2(009)-4528/2017 saylı, 21 sentyabr 2017-ci il tarixli məhkəmə əmrinə əsasən kredit müqaviləsi üzrə borclunun İddiaçı ASC-yə 4643 ABŞ dolları əsas, 2714 ABŞ dolları faiz borcu yarandığı müəyyən edilmişdir. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2015-ci il tarixli, 4945 NF saylı "Kredit müqaviləsinin təminatı qismində, həmin müqavilədən irəli gələn bütün pul tələblərinə Cavabdeh2 zamin durmuşdur. Bu məqsədlə Cavabdeh2 ilə xx.xx.2015-ci il tarixli "Zaminlik" müqaviləsi bağlanmışdır Bildirmək istəyir ki, əsas borclu Cavabdeh1 vəfat etmişdir. Onunla birgə zaminlik müqaviləsinə imza Cavabdeh2 başqa-başqa banklara özünün şəxsi kredit borcu olduğundan, öhdəliyi icra edə bilmir. Bundan başqa, həmin dövrdə İddiaçı ASC-dən həmin pul vəsaiti onun xahişi ilə götürülmüşdür və o könüllü olaraq əsas borc olan 4663 ABŞ dolları pulun ödənilməsini öz öhdəsinə götürmüşdür. Cavabdeh2 əvəzindən həmin pul vəsaitinin banka ödəməyi üçün zamin qismində tanınmağı barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, belə hesab edir ki, iddia əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC-nin 15 sentyabr 2017-ci il tarixli, MD11- 01399 saylı arayışından görünür ki, Cavabdeh1 ilə bank arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 4945 NF nömrəli “kredit müqaviləsinə”nə əsasən, cavabdehin hal-hazırda banka 4643 (dörd min altı yüz qırx üç) ABŞ dolları məbləğində əsas borc, 2714 (iki min yeddi yüz on dörd) ABŞ dolları məbləğində faiz borcu, ümumilikdə 7357 (yeddi min üç yüz əlli yeddi) ABŞ dolları təşkil edir. İş materiallarında olan İddiaçı ASC-nin 24 may 2023-cü il tarixli, **********575 saylı arayışından görünür ki, Cavabdeh1 ilə bank arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 4945 NF nömrəli “kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə yaranmış borcu banka 4642.71 (dörd min altı yüz qırx iki dollar, yetmiş bir sent) ABŞ dolları məbləğində əsas borc, 2658.75 (iki min altı yüz əlli səkkiz dollar, yetmiş beş sent) ABŞ dolları məbləğində faiz borcu, 73.67 (yetmiş üç dollar altmış yeddi sent) ABŞ dollar cərimə borcu, 1173.76 (min yüz yetmiş üç dollar yetmiş altı sent) ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə 8548.89 (səkkiz min beş yüz qırx səkkiz dollar, səksən doqquz sent) ABŞ dolları təşkil edir. İş materiallarında olan 13 aprel 2015-ci il tarixli, 4945 NF saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 36 ay müddətinə, illik 24 faiz hesablanmaqla 4740 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqavilənin 5.2. bəndinə əsasən, müqavilənin 3.3. bəndində göstərilən vəzifənin icra müddəti «Kredit alan» tərəfindən gecikdirildiyi halda, o, hər gecikdirilən gün üçün müqavilənin 3.4. bəndi ilə müəyyənləşdirilən faizlərin iki misli miqdarında cərimə ödəyir. İş materiallarında olan 13 aprel 2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 13 aprel 2015-ci il tarixli, 4945 NF nömrəli kredit müqaviləsi üzrə Borcalanla birgə kreditor qarşısında kredit müqaviləsinə dair borcalanın daşıdığı öhdəliklər üzrə məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh1, Cavabdeh2 ünvanlanmış xx.xx.2016-cı, xx.xx.2016-cı, xx.xx.2016-cı il tarixli xəbərdarlıqlardan görünür ki, cavabdehlər Banka olan borcunu ödəməyəcəkləri təqdirdə məhkəməyə müraciət olunacağı haqqında xəbərdar olunmuşdur. İş materiallarında olan Cavabdeh2 xx.xx.2023-cü il tarixli etirazından görünür ki, xx.xx.2017-ci il tarixdə Səbail rayon məhkəməsi kreditor İddiaçı ASC-nin borclular: Cavabdeh1 və ona qarşı borcun tutulması barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsinə baxaraq, (Şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE JSb0*******) xx.xx.1957ci il tarixdə İsmayıllı rayonunda anadan olmuş, ünvan 4 ünvanda qeydiyyatda olan Cavabdeh1 və (Şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE JNb 0*******) xx.xx.1966-cı il tarixdə İsmayıllı rayonunda anadan olmuş, ünvan 5 ünvanda qeydiyyatda olan Cavabdeh2 Vasıb oğlundan 4643 ABŞ dolları əsas, 2714 ABŞdolları faiz, 12.00 manat notarial xərc borcu ('ödəniş günü üçün Azərbaycan Respubİikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə pul vəsaiti) və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumunun əvəzi müştərək qavdada tutularaq ünvan 3 ünvanda yerləşən İddiaçı ASC-yə ödənilməsi» barədə məhkəmə əmri çıxarılmışdır. Qeyd etdiyi məhkəmə əmrinə etirazı aşağıdakılardan ibarətdir. Əvvəla onu qeyd etmək istəyir ki, əmrdə qeyd edilmiş zamanlik müqaviləsini o sadəcə imza etmiş və borclu Cavabdeh1 ona bildirib ki, kredit müqaviləsi üzrə aldığı pulu özü ödəyəcək. Lakin ona hazırda məlum olmuşdur ki, Cavabdeh1 həmin kreditlə əlaqədar cəmisi iki ay ödəniş edib, sonradan ödənişi dayandırıb, İddiaçı ASC isə onun barəsində kreditin ödənilməsi ilə əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görməyib. Əmrdə qeyd edilən zaminlik müqaviləsini imzalayarkən onun İddiaçı ASC olmaqla üç Banka 2013-cü ildən kredit müqavilələri əsasında borcu olub. Hazırda həmin müqavilələr rekonstruksiya edildiyindən o həmin Banklara kredit borcumu ödəyir. Boclu Cavabdeh1 vəfat edib, lakin onun hansı tarixdə vəfat etməsi mənə məlum deyildir. Etiraz etdiyi məhkəmə əmri ilə əlaqədar ödənişlə bağlı onu ərazi üzrə Sumqayıt İcra Şöbəsi xx.xx.2023-cü il tarixdə məlumatlandırıb və bundan sonra o Səbail rayon məhkəməsinə gedərək xx.xx.2023-cü ildə həmin məhkəmə əmrini götürmüş, bu barədə imza etmiş və həmin məhkəmə əmrində müvafiq qeydiyyat aparılmışdır. Bakı Şəhər Səbail Rayon Məhkəməsinin 2(009)- 4528/2017 saylı xx.xx.2017-ci il tarixli məhkəmə əmrini ləğv edib iddia icraatına keçirilməsini, xx.xx.1957-ci il tarixdə İsmayıllı rayonunda anadan olmuş Cavabdeh1 nə vaxt ödəməsi barədə arayış verilməsindən ötrü aidiyyəti üzrə sorğu verilməsini, borclu Cavabdeh1 hüquqi varisi müəyyən edilənə kimi işin icraatını dayandırılmasını xahiş etmişdir. İş materiallarında olan Səbail Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli, 3- 16-/8-501-13/23 saylı məktubuna əlavə edilmiş ölüm haqqında akt qeydindən görünür ki, Cavabdeh1 xx.xx.2018-ci il tarixində ölmüşdür. İş materiallarında olan vərəsəlik işlərinin açılıb-açılmaması barədə məlumatdan görünür ki, Cavabdeh1 öldükdən sonra vərəsəlik işi aşkar edilməmişdir. Əsaslandırıcı hissə: İş materialları ilə müəyyən olunur ki, 13 aprel 2015-ci il tarixli, 4945 NF saylı kredit müqaviləsinə əsasən, Cavabdeh1 36 ay müddətinə, illik 24 faiz hesablanmaqla 4740 ABŞ dolları məbləğində kredit verilmişdir. 13 aprel 2015-ci il tarixli zaminlik müqaviləsinə əsasən, zamin Cavabdeh2 13 aprel 2015-ci il tarixli, 4945 NF nömrəli kredit müqaviləsi üzrə Borcalanla birgə kreditor qarşısında kredit müqaviləsinə dair borcalanın daşıdığı öhdəliklər üzrə məsuliyyət daşıyır. Səbail Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-16-/8-501-13/23 saylı məktubuna əlavə edilmiş ölüm haqqında akt qeydindən görünür ki, Cavabdeh1 xx.xx.2018-ci il tarixində ölmüşdür. Həmçinin müəyyən edilir ki, Cavabdeh1 öldükdən sonra vərəsəlik işi aşkar edilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (MM-739.2.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminlik müqaviləsinə xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 iyun 2018-ci il tarixli Qərarında qeyd edilmişdir ki, borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. İş materiallarında olan 13 aprel 2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 13 aprel 2015-ci il tarixli, 4945 NF nömrəli kredit müqaviləsi üzrə Borcalanla birgə kreditor qarşısında kredit müqaviləsinə dair borcalanın daşıdığı öhdəliklər üzrə məsuliyyət daşıyır. Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək məhkəmə qeyd edir ki, Cavabdeh1 İddiaçı ASC ilə kredit müqaviləsi bağlayaraq, üzərinə götürülmüş öhdəlikləri icra etmədiyinə görə, yəni müqavilə şərtlərinə əsasən ödənişlərini vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən Bank qarşısında məsuliyyət-cavabdehlik daşımışdır. Eyni zamanda digər Cavabdeh2 da zaminlik müqaviləsindən irəli gələn öhdəliyi yerinə yetirməmişdir. Cavabdeh1 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir, vəfatından sonra adına vərəsəlik işi açılmamışdır. Belə olan halda Bankın məhkəmə qaydasında Cavabdeh2 4642.71 (dörd min altı yüz qırx iki dollar, 71 sent) ABŞ dolları əsas, 2658.75 (iki min altı yüz əlli səkkiz dollar, 75 sent) ABŞ dolları faiz, 73.67 (yetmiş üç dollar, 67 sent) ABŞ dollar cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1173.76 (bir min bir yüz yetmiş üç dollar, 76 sent) ABŞ dollar faiz borcunun, ümumilikdə 8548.89 (səkkiz min beş yüz qırx səkkiz dollar, 89 sent) ABŞ dollar və 12.00 (on iki) manat notarial xərcinin ödənilməsini tələb etməsi tam əsaslıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, 4642.71 (dörd min altı yüz qırx iki dollar, 71 sent) ABŞ dolları əsas, 2658.75 (iki min altı yüz əlli səkkiz dollar, 75 sent) ABŞ dolları faiz, 73.67 (yetmiş üç dollar, 67 sent) ABŞ dollar cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1173.76 (bir min bir yüz yetmiş üç dollar, 76 sent) ABŞ dollar faiz borcunun, ümumilikdə 8548.89 (səkkiz min beş yüz qırx səkkiz dollar, 89 sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borc, 12.00 (on iki) manat notarial xərci və ödənilmiş 133.60 (bir yüz otuz üç manat 60 qəpik) manat dövlət rüsumu Cavabdeh2 tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 4642.71 (dörd min altı yüz qırx iki dollar, 71 sent) ABŞ dolları əsas, 2658.75 (iki min altı yüz əlli səkkiz dollar, 75 sent) ABŞ dolları faiz, 73.67 (yetmiş üç dollar, 67 sent) ABŞ dollar cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1173.76 (bir min bir yüz yetmiş üç dollar, 76 sent) ABŞ dollar faiz borcunun, ümumilikdə 8548.89 (səkkiz min beş yüz qırx səkkiz dollar, 89 sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borc, 12.00 (on iki) manat notariat xərci və ödənilmiş 133.60 (bir yüz otuz üç manat 60 qəpik) manat dövlət rüsumu Cavabdeh2 tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar