Məhkəmə qərarları › İş №2(009)-1033/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1033/2022

18.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1033/2022 18.04.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail rayon Məhkəməsinin hakimi Süleymanova Şəhla Ənvər qızı, İddiaçı Cavabdehnə qarşı “telefonun mağaza tərəfindən geri qaytarılması və cavabdehə cərimə tətbiq edilməsi” barədə iddia ərizəsini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istehlakçı hüququnun bərpa olunması, aldığı telefonun mağaza tərəfindən ona qaytarılması və Cavabdehə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş müvafiq maddələrlə cərimə tətbiq olunmasına dair qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.7-ci maddəsinə əsasən isə, iddia ərizəsindən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Məhkəmə hesab edir ki, iddiaçının istehlakçı hüququnun bərpa olunması, aldığı telefonun mağaza tərəfindən ona qaytarılması və cavabdehə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş müvafiq maddələrlə cərimə tətbiq olunması tələbi bir-biri ilə əlaqədar olmayan tələblərdir və onlara bir icraatda baxılması mümkün deyil. İddia tələbinin cavabdehə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş müvafiq maddələrlə cərimə tətbiq olunması ilə bağlı inzibati xətalara dair işlər üzrə icraat qaydasında məhkəməyə və yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana müraciət edə bilərsiniz. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı istehlakçı hüququnun bərpa olunması, aldığı telefonun mağaza tərəfindən ona qaytarılması və cavabdehə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş müvafiq maddələrlə cərimə tətbiq olunması barədə iddia ərizəsi geri qaytarılsın. İddiaçı izah olunsun ki, istehlakçı hüququnun bərpa olunması, aldığı telefonun mağaza tərəfindən ona qaytarılması tələbi ilə ümumi qaydada təkrarən məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan tərəfə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar