Məhkəmə qərarları › İş №2(009)-1044/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1044/2020

06.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1044/2020 06.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Abbasova Gülnarə Güləli qızının katibliyi, İddiaçı prosessual hüquqi varisi X1 nümayəndəsi və vəkili Vəkil1, cavabdeh və eyni zamanda Cavabdeh3 nümayəndəsi Cavabdeh2, onların vəkili Vəkil2 iştirakları ilə, İddiaçı prosessual hüquqi varisi X1 cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 2017-ci il tarixli kredit müqaviləsi üzrə 250000 manat əsas borcun, 96562 manat faiz məbləğinin birgə cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, onunla cavabdeh borc alan Cavabdeh1 arasında xx xxxx 2017-ci ildə 250.000 manat pulun borc verilməsinə dair kredit müqaviləsi bağlanmışdır. Müqavilənin 2-ci maddəsinə əsasən borc alan krediti xx.xx.2017-ci il tarixədək qaytarmağı öhdəsinə götürsə də, bu günədək borc öhdəliyi icra olunmamışdır. Onda olan məlumata görə, Cavabdeh1 xx xxxx 2017-ci ildə vəfat etmişdir. Cavabdehlərə xx xxxx 2020-ci il tarixli yazılı bildiriş ilə müraciət etsə də, müraciətə cavab verilməmiş, öhdəliyin icrası ilə bağlı heç bir addım atılmamışdır. xx.xx.2010-cu il tarixli, seriya MA № ******* daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Əzizbəyov rayonu, X7, Gülüstan b/y-nın 39/40 saylı bağ sahəsi, xx.xx.2010-cu il tarixli, Seriya MA № ******* daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən, Bakı şəhəri, Əzizbəyov rayonu, X7, Gülüstan b/y-nın 41/42 saylı bağ sahəsi, xx.xx.2010-cu il tarixli, Seriya MA № ******* daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən, Bakı şəhəri, Əzizbəyov rayonu, X7. Gülüstan b/y-nın 43/44 saylı bağ sahəsi, xx.xx.2010-cu il tarixli, Seriya MA № ******* daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Bakı şəhəri, Əzizbəyov rayonu, X7, Gülüstan b/y-nın 45/46 saylı bağ sahəsi Cavabdeh1 mülkiyyəti kimi qeydə alınmışdır. Eləcə də, onun adına müxtəlif yerlərdə, lakin müfəssəl məlumatı onda olmayan daşınmaz əmlakların da olması məlumdur. Öhdəliyin icra olunmaması maddi vəziyyətinə əhəmiyyətli dərəcədə təsir göstərməklə, başqa şəxslər qarşısında borclu qalmağına səbəb olmuşdur. Cavabdehin yaşadığı yaşayış evi ünvan 1 YAT ünvandır. Miras əmlakların kimə keçməsi barədə məlumatları yoxdur. Cavabdehin oğlunu axtarsa da, onu tapa bilməmişdir. Miras əmlakların vərəsələri barədə ondan başqa birisini aşkar etməmişdir. xx xxxx 2020-ci il tarixdə iddiaçı məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, xx xxxx 2017-ci il tarixli kredit müqaviləsi üzrə 250000 manat əsas borcun, 96562 manat faiz məbləğinin birgə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 26 avqust tarixdə 2020-ci il tarixdə X2 ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə xx.xx.1990-cı ildən nikah münasibətində olduğunu, mübahisəli pul vəsaitinin birgə nikah dövründə payları bərabər olan əmlak olduğunu, İddiaçı xx.xx.2020-ci il tarixdə xəstəlik səbəbindən vəfat etdiyini, onun əsas mirasçısı olduğunu bildirmiş, məhkəmədən özünün iddiaçının prosessual hüquqi varisi qismində iştirakının təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 58-ci maddəsinə əsasən X1 iddiaçının prosessual hüquqi varisi qismində iştirakı barədə ərizəsini mümkün hesab etmişdir. xx xxxxxx 2020-ci il tarixdə iddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, xx xxxx 2017-ci il tarixli kredit müqaviləsi üzrə 250000 manat əsas borcun, 107,550 manat faiz məbləğinin birgə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq iddiaçıya ödənilməsi, borc məbləğinin Cavabdeh1 Cavabdeh3 tərəfindən qəbul edilmiş sadalanan əmlaklara yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iddia tələbinin həcminin artırılması barədə ərizəsini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iddiaçının prosessual hüquq varisi X1 nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 və eyni zamanda Cavabdeh3 nümayəndəsi Cavabdeh2 iddia tələbini qismən qəbul edərək bildirdi ki, mərhum İddiaçı ilə onun atası mərhum Cavabdeh1 arasında 250.000 manat pulun borc alınmasına dair bağlanmış xx xxxx 2017-ci il tarixli kredit müqaviləsi barədə onda məlumat olmamış və bu barədə ona yalnız 2020-ci ilin yanvar ayında mərhum İddiaçı ilə görüşərkən məlum olmuşdur. Onun mərhum atası ilə mərhum İddiaçı arasında yaxın dost münasibətləri olmuş və onlar birgə kommersiya fəaliyyəti ilə məşğul olmuşlar. İddia tələbində göstərilən borc da bu kommersiya fəaliyəti ilə bağlı olmuşdur. Ona görə də, iddia tələbini yalnız borc məbləğinin tutulması hissəsində qəbul edir. Məhkəmə işə baxb, tərəflərin izahatlarını dinləyib, təqdim edilmiş sübutları tədqiq edib, irəli sürülən tələblərin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan xx xxxx 2017-ci il tarixli kredit müqaviləsindən görünür ki, “borc verən” İddiaçı ilə “borc alan” Cavabdeh1 arasında borc müqaviləsi bağlanmış, “borc verən” “borc alan”a 250000 manat məbləğində borc verir, “borc alan” krediti xx.xx.2017-ci il tarixədək “borc verən”ə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2010-cu il tarixli, ********** nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Əzizbəyov rayonu,Dübəndi kəndi bağ sahəsi, «Gülüstan» b/y-nın 39/40 saylı bağ sahəsi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri 34 saylı Notariat Ofisi tərəfindən Vəkil1yevə ünvanlanmış 21/2020 saylı, xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 vərəsələri və qalmış miras əmlaklara dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə müraciətlə bağlı bildirilmişdir ki, Cavabdeh1 vərəsəsi – arvadı Cavabdeh3dır və o, miras əmlakdan tam hissədə pay almışdır. Miras əmlakların siyahısı: 1. Bakı şəhəri, Xəzər rayonu, X7, “Arzu" B/Y-nın 3-cü Şimal küçəsi, 193 saylı bağ sahəsi; 2. Bakı şəhəri, Əzizbəyov rayonu, X7, "Gülüstan" B/Y-nın 45/46 saylı bağ sahəsi; 3. Bakı şəhəri, Əzizbəyov rayonu, X7, “Gülüstan" B/Ynin 43/44 saylı bağ sahəsi; 4. Bakı şəhəri, Əzizbəyov rayonu, X7, "Gülüstan" B/Y-nın 41/42 saylı bağ sahəsi; 5. Bakı şəhəri, Əzizbəyov rayonu, X7, “Gülüstan" B/Y-nin 39/40 saylı bağ sahəsi; 6. Bakı şəhəri, Əzizbəyov rayonu, X7, "Gülüstan" B/Y-nin 31/32 saylı bağ sahəsi; 7. Bakı şəhəri, Əzizbəyov rayonu, X7, “Gülüstan" B/Y-nin 29/30 saydı bağ sahəsi; 8. Bakı şəhəri, Əzizbəyov rayonu, X7, “Gülüstan" B/Y-nin 27/28 saylı bağ sahəsi; 9. Bakı şəhəri, Əzizbəyov rayonu, X7, "Gülüstan“ B/Y-nin 23/24 saylı bağ sahəsi; 10. Bakı şəhəri, Əzizbəyov rayonu, X7, “Gülüstan“B/Y-nin 25/26 saylı bağ sahəsi; 11. Bakı şəhəri, Əzizbəyov rayonu, X7, "Gülüstan“B/Yninn 19/20 saylı bağ sahəsi; 12. Bakı şəhəri, Əzizbəyov rayonu, Dübəndi Bağ Sahəsi, "Gülüstan" B/Y-nin 21/22 saylı bağ sahəsi; 13. Bakı şəhəri, Əzizbəyov rayonu, X7, "Gülüstan“B/Ynin 17/18 saylı bağ sahəsi; 14. Bakı şəhəri, Əzizbəyov rayonu, X7, "Gülüstan" B/Y-nin 15/16 saylı bağ sahəsi; 15. Bakı şəhəri, Əzizbəyov rayonu, X7, "Gülüstan" B/Y-nin 13/14 sai li bağ sahəsi; 16. Bakı şəhəri, Əzizbəyovr rayonu, X7, "Gülüstan” B/Y-nin 11/12 saydı bağ sahəsi; 17. Bakı şəhəri, Əzizbəyov rayonu, X7, "Gülüstan" B/Y-nin 9/10 saylı bağ sahəsi; 18. Bakı şəhəri, Əzizbəyov rayonu, X7, "Gülüstan“ B/Y-nin 7/8 saylı bağ sahəsi; 19. Bakı şəhəri, Əzizbəyov rayonu, X7, "Gülüstan" B/Y-nin 5/6 saylı bağ sahəsi; 20. Bakı şəhəri, Əzizbəyov rayonu, X7, "Gülüstan" B/Y-nın 1/2 saylı bağ sahəsi; 21. Bakı şəhəri, Əzizbəyov rayonu, X7, "Gülüstan“B/Ynin 3/4 saylı bağ sahəsi; 22. "ELİNA-A" (VÖEN **********) fırmasındakı Cavabdeh1 məxsus pay;

23. ** UA *** dövlət nömrə nişanlı VOLKSWAGEN PASSAT MİNİK markalı nəqliyyat vasitəsi; 24. ** VH *** dövlət nömrə nişanlı HYUNDAİ SANTA FE MİNİK markalı nəqliyyat vasitəsi. İş materiallarında olan AZ-İİ 079127 saylı, xx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx xxxx 2020-ci il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan V-JQ 334464 saylı, xx.xx.1990-cı il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və X3 xx xxx 1990-cı il tarixdə nikah bağlamışlar. İş materiallarında olan İ-KV 784451 saylı, xx.xx.2017-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 xx xxxx 2017-ci il tarixdə RF-nin Astraxan vilayətinin Astraxan şəhərində ölmüşdür. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür. Digər iştirakçı isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının məmafelərini alnmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən edilmişdir ki, “borc verən” İddiaçı ilə “borc alan” Cavabdeh1 xx xxxx 2017-ci il tarixli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı Cavabdeh1 250000 manat məbləğində borc vermiş, “borc alan” krediti xx.xx.2017-ci il tarixədək “borc verən”ə qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh1 xx xxxx 2017-ci il tarixdə RF-nin Astraxan vilayətinin Astraxan şəhərində, İddiaçı xx xxxx 2020-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Bakı şəhəri 34 saylı Notariat Ofisinin arayışından görünür ki, mərhum Cavabdeh1 vərəsəsi onun arvadı Cavabdeh3dır və o, miras əmlakdan tam hissədə pay almışdır. Məhkəməiclasında eləcə də, müəyyən edildi ki, Cavabdeh1 tərəfindən götürülən borc məbləği nə Cavabdeh1 tərəfindən kredit müqaviləsində göstərilən tarixdə, nə o vəfat etdiyi xx xxxx 2017-ci il tarixədək, nə də, onun ölümündən sonra vərəsələri tərəfindən İddiaçı qaytarılmamışdır. Məhkəmə hesab edir ki, mərhum Cavabdeh1 tərəfindən götürülən 250000 manat məbləğində borcun onun vərəsələri tərəfindən qaytarılması hissəsində iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” xx xxxx 2009-cu il tarixli qərarında gösərmişdir ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-nin bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-nin «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Cavabdehlər tərəfindən borcun qaytarılması üzrə öhdəliklərin lazımi qaydada yerinə yetirlməməsi faktı öz təsdiqini hazırki məhkəmə icraatında tapmışdır. Belə olduğu təqdirdə, iddiaçı ona dəymiş ziyanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən tələb etməkdə haqlıdır. Bununla yanaşı, məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir, belə ki, cavabdehlər məhkəmə iclasında izah etdilər ki, borc müqaviləsi barədə onlara 2020-ci ilin yanvar ayında müəyyən olmuşdur. Belə olduğu təqdirdə, məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbi qismən, yəni 2020-ci ilin yanvaroktyabr ayları üçün bank uçot dərəcəsi ilə 18696 manat məbləğində təmin edilməlidir. Məhkəmə iddia tələbinin borc məbləğinin cavabdehlər tərəfindən qəbul edilmiş miras əmlaklara yönəldilməsi hissəsində qeyd edir ki, tutma yönəldilən əmlaklar mərhum “borc alan” Cavabdeh1 tərəfindən ipoteka ilə yüklü edilmədiyindən həmin hissədə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 iddiaçının prosessual hüquqi varisi X1 xeyrinə 250.000 (iki yüz əlli min) manat əsas borc və 18.696 (on səkkiz min altı yüz doxsan altı) manat faiz məbləği tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar