Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1062/2021 14.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Məhkəmə iclas katibi Rüstəmova Çinarə Mübariz qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(037)-147/2012 saylı qətnaməsinə əsasən təyin edilmiş cavabdehin aylıq qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin miqdarının artırılaraq bir uşağa görə aydı 175 manağ məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, onun xx.xx.2010-cu ildə Cavabdeh ilə toyları olub və Cavabdehlə el adəti ilə evlənmişlər. Cavabdehlə birgə nikahlarından xx.xx.2011-ci ildə Fidan adlı qızları doğulmuşdur. Cavabdehlə ayrıldıqdan sonra rəsmi nikahları olmadığı üçün onun tələbinə əsasən İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2012ci il tarixli, 2(037)-147/2012 saylı qətnaməsi ilə uşağın atası Cavabdeh müəyyən olunmuş və həmin qətnamə ilə qızı Fidanın yetkinlik yaşına çatanadək maddi təminatı üçün xx.xx.2012-ci il tarixdən başlayaraq hər ay Cavabdeh aylıq qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsi qət olunmuşdur. Cavabdehlə faktiki ayrıldıqdan sonra cavabdeh təyin edilmiş alimenti gecikmələrlə 130 manat ödəməklə kifayətlənmiş, polis işləməsinə baxmayaraq heç vaxt əmək haqqının 1/4 hissəsi tutularaq ona ödənilməmişdir. Ayrıldıqdan sonra Cavabdeh heç vaxt qızları, onun yaşayış şəraiti ilə maraqlanmamışdır. Qızı böyüdükcə onun maddi təlabatı daha da artır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək göstərdi ki, o, aliment ödəməkdən imtina etmir, lakin hazırda işləmir və hər ay 175 manat aliment ödəməsinə imkanı yoxdur. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarına əlavə edilmiş İsmayıllı Rayon Məhkəməsinin 2(009)- 146/2012 saylı, xx xxxxx 2012-ci il tarixli qətnaməsindən görünür ki, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi əsasında Cavabdeh xx xxxxxx 2011-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək maddi təminatı üçün xx xxxx 2012-ci il tarixdən başlayaraq hər ay aylıq qazancının və başqa gəlirlərin 1/4 dörddə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İİ 903936 nömrəli doğum haqqında şəhadtənamənin surətindən görünür ki, X4 xx xxxxxx 2011-ci ildə anadan olmuşdur, atası Cavabdeh oğlu, anası İddiaçı qızıdır. İş materiallarında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı, xx.xx.1987-ci ildə İsmayıllı rayonu Aşıqbayram kəndində anadan olmuş, İsmayıllı rayonu, Aşıqbayramlı kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsində uşaqların saxlanması üçün alimentin sabit pul məbləğində tutulmasının əsasları müəyyən edilmiş və göstərilmişdir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin yetkinlik yaşına çatmayan uşaqları X4 iddiaçının himayəsindədir və uşağın saxlanması üçün artan tələbat İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi ilə müəyyənləşdirilən aliment məbləği ilə ödənilə bilmir. Eyni zamanda, “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” xx.xx.2021-ci il tarixli Qanunla 2021-ci il üçün yaşayış minimumunun uşaqlar üçün 175 manat müəyyən edildiyini də əsas götürərək, məhkəmə, uşağın təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması üçün iddia tələbinin təmin edilməsini, cavabdehdən tutulan aliment məbləğinin artırılmasını zəruri hesab edir. Qeyd olunanlara əsasən, uşağın saxlanılması üçün zəruri olan maddi təminatın yarısının da iddiaçının vəzifəsi olduğunu, tərəflərin maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları, habelə uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması və yuxarıda göstərilən digər halları nəzərə alaraq, məhkəmə X1 üçün iddiaçının xeyrinə tutulan aliment məbləğinin 175 manat sabit pul məbləğində müəyyən olunmasını ədalətli hesab edir. Bu qənaətə gələrkən məhkəmə, habelə uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılmasının Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biri olmasını nəzərə almışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxx 2012-ci il tarixli, 2(037)-146/2012 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh oğlundan xx.xx.2011-ci il təvəllüdlü X1 üçün hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin yeni qaydada tutulması hazırki qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-1062/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1062/2021
14.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver