Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1074/2021 20.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçının nümayəndəsi D.E,Əliyevanın iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc məbləğinin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən “xxxx” Bank Olmayan Kredit Təşkilatından illik 35 faizlə 36 ay müddətinə 2839 manat kredit götürmüşdür. “xxxx” Bank Olmayan Kredit Təşkilatı ilə “xxxx” İKB ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair 479 No-li xx.xx.2018-ci il tarixli 004 No-li müqaviləyə xx.xx.2019-cu il tarixli hüquqların ötürülməsi barədə sazişə əsasən Cavabdeh ilə “xxxx” Bank Olmayan Kredit Təşkilatı arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ “xxxx” İKB ASC-yə ötürülmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. xx.xx.2021-ci il tarixədək Cavabdeh banka xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 1733,21 manat əsas borc, 276,17 manat faiz borcu və 140,32 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 2149,7 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Göstərilənləri nəzərə alaraq iddiaçı xx.xx.2019-cu il tarixli 5-0***-******* No-li kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 1733,21 manat əsas borcun, 276,17 manat faiz borcun və 140,32 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 2149,7 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə əsasında nümayəndəsi X1 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, məhkəməyə yeni hesabdan çıxarış təqdim olunmuşdur. Məhkəməyə müraciət etdikdən sonra cavabdeh banka 119,32 manat ödəniş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə «Hüquq sahibi» qismində «xxxx» Bank Olmayan Kredit Təşkilatı ilə «Bank» qismində «xxxx» İKB ASC arasında bağlanılmış xx.xx.2018-ci il tarixli, 0004 saylı tələbetmə hüquqlarının güzəşt olunmasına dair müqavilədən görünür ki, razılaşdırılmış müqavilələrə əsasən Borc alana qarşı bütün hüquqları, həmçinin qeyd olunmuş öhdəliklərin icrasını təmin edən hüquqları və razılaşdırılmış müqavilələrə əsasən tələbetmə hüquqları ilə əlaqəli digər hüquqları, o cümlədən, tam həcmdə, ödənilməmiş faizləri, həmçinin ödənilməmiş təcili və artırılmış faizləri, cərimə sanksiyalarını Hüquq sahibi güzəşt edir, Hüquq əldə edən isə qeyd edilən hüquqları qəbul etmişdir. İş üzrə «Kreditor» qismində «xxxx» Bank Olmayan Kredit Təşkilatı ilə digər tərəfdən «Borcalan» qismində Cavabdeh arasında bağlanılmış xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən «xxxx» Bank Olmayan Kredit Təşkilatı tərəfindən Cavabdeh 36 ay müddətinə, illik 35%-lə 2839 manat məbləğində kredit verilmişdir. İş üzrə «xxxx» BOKT MMC ilə «xxxx» İKB ASC arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, 479 saylı hüquqların ötürülməsi barədə sazişinə əsasən Cavabdeh ilə «xxxx» BOKT arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ «xxxx» İKB ASC-yə ötürülmüşdür. İş üzrə «xxxx» ASC tərəfindən verilmiş maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2019-cu il tarixli 5-0***-******* saylı kredit müqaviləsi üzrə 1733,21 manat əsas, 276,17 manat faiz və 140,32 manat cərimə borcu təşkil edir. İş üzrə «xxxx» ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2019-cu il tarixli 5-0***-******* saylı kredit müqaviləsi üzrə 1733,21 manat əsas, 266 manat faiz və 52,86 manat cərimə borcu təşkil edir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və.i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. AR Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, «xxxx» BOKT ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə kredit müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən «xxxx» BOKT MMC tərəfindən cavabdehə 36 ay müddətinə, illik 35%-lə 2839 manat məbləğində kredit verilmişdir. «xxxx» BOKT ilə «xxxx» İKB ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair 004 №-li xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən xx.xx.2019-cu il tarixli hüquqların ötürülməsi barədə saziş ilə Cavabdeh ilə «xxxx» BOKT arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ «xxxx» İKB ASC-yə ötürülmüşdür. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və xx.xx.2021-ci il tarixə 1733,21 manat əsas, 266 manat faiz və 52,86 manat cərimə borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, bank kredit müqaviləsinin ləğv edilməsi və yaranmış borcun cavabdehdən tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, Cavabdeh bağlanılmış kredit müqaviləsi üzrə kredit vəsaiti almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə ilə borc məbləğini və müəyyən edilmiş faizləri qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısıdır. Lakin Cavabdeh kredit vəsaitinin və kreditdən yaranan faiz borclarını ödəməli olmasına aid vəzifəsini yerinə yetirmədiyindən, iddia tələbi kredit müqaviləsinin ləğv edilməsi, əsas borcun tutulması hissəsində tam, faiz borcunun tutulması hissəsində isə qismən təmin edilməlidir. Məhkəmə iddia tələbinin 140,32 manat cərimə borcunun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb qismən təmin edilməlidir. Təqdim edilmiş maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2021-ci il tarixə cərimə borcu 52,86 manat təşkil edir. AR Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə Cavabdeh tərəfindən götürülmüş kredit məbləğinin miqdarını, hesablanmış dəbbə borcunun ödənilməmiş qalmış borca münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin cavabdehin digər əmlak və əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, kredit müqaviləsi üzrə tutulacaq dəbbə pulunun miqdarı 20,79 manat məbləğində müəyyən edilməlidir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi ləğv edilməli və cavabdehdən iddiaçının xeyrinə 1733,21 manat əsas, 266 manat faiz, 20,79 manat cərimə, cəmi 2020 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, cavabdehdən ödənilmiş dövlət rüsumunun əvəzi kimi iddiaçının xeyrinə 30 manat məbləğində pul tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. «xxxx» BOKT MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2019-cu il tarixli 5-0***-******* saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli 5-0***-******* saylı kredit müqaviləsi üzrə yaranmış xx.xx.2021-ci il tarixə yaranmış 1733,21 manat əsas borc, 266 manat faiz borcu və 20,79 manat cərimə borcu, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 2050 (iki min əlli) manat məbləğində pul tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhəkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1074/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1074/2021
20.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver