Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1083/2021 03.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, X2 oglunun katibliyi, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Məhdud Məsliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Samir oğluna qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Məhdud Məsliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Samir oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nə məxsus olan «Khazar LX» markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpası üçün tələb olunan 3150.59 manat məbləğində pulun və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Samir oğlundan birgə qaydada tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələblərini belə əsaslandırmışdır ki, Cavabdeh1 31 oktyabr 2020-ci il tarixdə təxminən saat 21 radələrində etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan, faktiki olaraq Cavabdeh2 Samir oğlunun mülkiyyətində olan «İnfiniti G35»markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Səbail rayonu, Salyan yolu, Lökbatan qəsəbəsi istiqamətində hərəkətdə olduğu zaman yolun sağında dayanmış İddiaçı MMC-nin mülkiyyətində olan «Khazar LX» markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Səbail RPİ-nin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Cavabdeh1 inzibati qaydada cərimə olunmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı MMC-yə məxsus «Khazar LX» markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. «Servis Mərkəzi»tərəfindən tərtib olunmuş qüsur aktına əsasən «Khazar LX» markalı, **- PR-*** dövlət qeydiyyat nişanlı avtomobilə 7930 manat məbləğində maddi ziyan hesablanmışdır. Cavabdeh1 idarə etdiyi «İnfiniti G35» markalı, **-LL-*** qeydiyyat nişanlı avtomobili sığortalayan «xxxx» ASC tərəfindən “İddiaçı» MMC-yə dəymiş ziyana görə 4779,41 manat məbləğində pul ödənilmiş, lakin ödənilmiş vəsait «Khazar LX» markalı, **- PR-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunmasına kifayət etməmişdir. Buna görə də, qeyd olunan avtomobilin istifadəyə yararlı vəziyyətə gətirmək üçün 3150,59 manat məbləğində pul İddiaçı MMC-yə ödənilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Samir oğlu lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlmədiyindən, məhkəmə MPM-nin 185.5-ci maddəsinə uyğun olaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, iddia tələbi əsaslıdır və aşağıdakılara görə qismən təmin edilməlidir. İş materiallarında olan Səbail RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X1 20 noyabr 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirkar sürücü Cavabdeh1 barəsində cinayət işinin başlanmasının rədd edilməsi, qərarın surətinin hadisənin baş verməsində təqsirkar sürücü Cavabdeh1 barəsində AR İXM-nin 327.1-ci maddəsinə əsasən inzibati tənbeh tədbirlərinin görülməsi üçün Səbail RPİ-nin DYPŞ-yə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan İddiaçı MMC-nin İddiaçı Servisin 25.02.2021-ci il tarixli Qüsur Aktından görünür ki, «Samand» minik markalı ** PR *** dövlət nömrə nişanlı avtomobilə servis mərkəzində ilkin texniki baxış zamanı aşkir olunmuşdur ki, göstərilən avtomobilə 7930 manat məbləğində ziyan dəymişdir, o cümlədən ehtiyat hissələri 5850 manat, xidmət 2080 manat. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi, iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 1096.1-ci və 1097.1-ci maddələrinin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Həmin şərtlərdən biri aşkar edilmədiyi təqdirdə şəxsin delikt normaları çərçivəsində məsuliyyəti istisna edilir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, Cavabdeh1 31 oktyabr 2020-ci il tarixdə təxminən saat 21 radələrində etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan, faktiki olaraq Cavabdeh2 Samir oğlunun mülkiyyətində olan «İnfiniti G35»markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Səbail rayonu, Salyan yolu, Lökbatan qəsəbəsi istiqamətində hərəkətdə olduğu zaman yolun sağında dayanmış İddiaçı MMC-nin mülkiyyətində olan «Khazar LX» markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə «Khazar LX» markalı, **-PR- *** dövlət qeydiyyat nişanlı avtomobillə ziyan dəymişdir. İddiaçıya məxsus «İnfiniti G35» markalı, **-LL-*** qeydiyyat nişanlı avtomobili sığortalayan «xxxx» ASC tərəfindən İddiaçı MMC-yə dəymiş ziyana görə 4779,41 manat məbləğində pul ödənilmiş, lakin ödənilmiş vəsait «Khazar LX» markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunmasına kifayət etməmişdir. Ona görə də, iddiaçı qalan 3150.59 manat ziyanın ödənilməsi üçün tələb irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, hadisə zamanı Cavabdeh1 tərəfindən idarə edilən «İnfiniti G35»markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ əsasında Cavabdeh2 Samir oğluna məxsus olmuş və Cavabdeh1 həmin avtomobili etibarnamə əsasında idarə etmişdir. Belə olduğu təqdirdə, yəni hadisə baş verən zaman avtomobil Cavabdeh1 tərəfindən qanuni əsaslarla idarə edildiyindən, zərərin əvəzini ödəmək vəzifəsi məhz onun üzərinə qoyulmalıdır. Məhkəmə hesab edir ki, nəqliyyat vasitələrinin toqquşması Cavabdeh1 hüquqa zidd hərəkətləri nəticəsində baş verdiyindən və qanunvericiliyin tələbinə görə cavabdeh məsuliyyət daşıdığından, İddiaçı MMC mülkiyyətində olan «Khazar LX» markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün qalan pul vəsaitini cavabdehdən tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, iddia qismən təmin edilməklə, Cavabdeh1 vurulmuş maddi ziyana görə 3150,59 manat məbləğində pul tutularaq İddiaçıə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 3150,59 (üç min yüz əlli manat əlli doqquz qəpik) manat və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-1083/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1083/2021
03.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver