Məhkəmə qərarları › İş №2(009)-109/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-109/2021

02.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-109/2021 02.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Cavabdeh ilə birgə nikahda olan zaman 08.09.2019-cu il tarixdə Atilla və Dina adlı əkiz övladları dünyaya gəlmişdir. Bakı şəhər Səbail rayon Məhkəməsinin 2(009)- 195/2020 saylı 24.01.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh ondan 08.09.2019-cu il tarixdə doğulmuş uşaqların atası olması müəyyən edilmiş, uşaqların onun yanında qalması müəyyən edilmiş və uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 30.09.2019-cu il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment hər ay alınaraq ona verilməsi qət edilmişdir. Hazırda uşaqların saxlanılmasına maddi imkanında çətinliklər yaranıb, uşaqlara baxa bilmir. Hər məhsulun qiyməti qalxıb, əkiz uşaqlara baxmaq olduqca çətindir. Cavabdeh isə ona hər hansı köməklik göstərmir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh ilə birgə nikahlardan anadan olmuş övladların saxlanılması üçün Bakı şəhər Səbail rayon Məhkəməsinin 2(009)-195/2020 saylı, 24.01.2020-ci il tarixli qətnaməsi ilə təyin edilmiş hər uşağa görə 160 manat, ümumilikdə 320 manat alimentin dəyişdirilərək sabit pul məbləğində hər uşağa görə 170 manat, ümumilikdə 340 manat aliment məbləğinin və uşaqların üç yaşına çatanadək saxlanılması üçün 100 manat aliment məbləğinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Səbail rayon Məhkəməsinin 2(009)-1361/2020 saylı, 30.07.2020-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması və cavabdehin uşaqlar üçün üç yaşına çatanadək əlavə xərclərə cəlb edilməsi tələbinə dair mülki işin icraatı Bakı Apellyasiya Məhkəməsinin icraatında olan Səbail rayon Məhkəməsinin 24.01.2020-ci il tarixli 2(009)-195/2020 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinə baxılıb müvafiq qərar qəbul edilib qanuni qüvvəsini alanadək dayandırılmışdır. Səbail rayon Məhkəməsinin 2(009)-109/2021 saylı, 21.06.2021-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması və cavabdehin əlavə xərclərə cəlb edilməsi tələbinə dair mülki işin icraatı təzələnmişdir. İddiaçı AR MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh övladları 08.09.2019-cu il təvəllüdlü X6 və X1 üçün hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 350 manat məbləğində sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, o həkimdir, lakin işləmir. Cavabdehin kifayət qədər maddi gəliri və qazancı var. Hər uşağa görə 15 manat alimentin artırılmasını istəyir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, o, müstəqil ekspertdir, hazırki vəziyyətdə maddi gəlirləri çox azdır. İddiaçının övladları üçün hər ay 320 manat, digər uşaqları üçün isə hər ay 340 manat aliment ödəyir. Bu səbəbdən hesab edir ki, alimentin artırılması ilə bağlı tələb təmin edilməməlidir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim edilmiş sübutları məcmu halında tam, hərtərəfli, obyektiv araşdıraraq və hüquqi qiymət verib hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş üzrə Səbail rayon Məhkəməsinin 2(009)-195/2020 saylı, 24.01.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki,Cavabdeh İddiaçı 08.09.2019-cu il tarixdə doğulmuş uşaqların atası olmasının müəyyən edilməsi, 08.09.2019-cu il təvəllüdlü uşaqların doğum qeydi kitabının “ata adı” qrafasında “Şükür”, “soyadı” qrafasında müvafiq olaraq “Hüseynov” və “Hüseynova” kimi qeydiyyatın aparılması, 08.09.2019-cu il tarixdə İddiaçı doğulmuş uşaqların İddiaçı yanında qalması müəyyən edilməsi və uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 30.09.2019-cu il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment hər ay alınaraq İddiaçı verilməsi, Cavabdeh Rza oğlundan ödənilmiş 10 manat dövlət rüsumunun 5 manat hissəsi alınaraq İddiaçı verilməsi qət edilmişdir. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 18.05.2021-ci il tarixli, 2(102)-2293/2021 saylı qərarın surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 21.10.2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 24.01.2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18.05.2021-ci il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21.10.2020ci il tarixli 2(103)-4104/2020 saylı qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İş üzrə Nəsimi rayon Məhkəməsinin 2(006)-7403/2017 saylı, 28.12.2017-ci il tarixli qətnaməsinin kserosurətindən görünür ki, Cavabdeh ilə X4 arasında 09.12.2007-ci il tarixdə bağlanmış və İmişli rayon Qeydiyyat şöbəsi tərəfindən həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 607 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından olan 26.06.2011-ci il təvəllüdlü X10 və 24.03.2013-cü il təvəllüdlü X8 anaları X2 yanında qalması, Cavabdeh 28.12.2017-ci il tarixdən başlayaraq 26.06.2011-ci il təvəllüdlü X10 və 24.03.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində hər bir uşaq üçün 150 manat olmaqla, cəmi 300 mnat məbləğində pul tutularaq cavabdeh X3 verilməsi qət edilmişdir. İş üzrə əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh 29.05.2019-cu il tarixdən “X12 və Hüquq Şirkəti” MMC-nin direktor vəzifəsində işləyir və aylıq əmək haqqı 400 manat təşkil etmişdir. İş üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dayanıqlı və Operativ Sosial Təminatı Agentliyi publik hüquqi şəxsi 1 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş 18 iyun 2021-ci il tarixli arayışından görünür ki, İddiaçı (FİN xxxxxxx) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirpişi” altsisteminə əsasən hazırda qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehin yetkinlik yaşına çatmayan 08.09.2019-cu il təvəllüdlü Atilla və 08.09.2019-cu il təvəllüdlü Diana adlı uşaqları var. Səbail rayon Məhkəməsinin 24.01.2020-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə Cavabdeh iddiaçıdan 08.09.2019-cu il tarixdə doğulmuş uşaqların atası olması müəyyən edilmişdir və Cavabdeh Rza oğlundan uşaqların saxlanılması üçün sabit pul məbləğində hər uşaqa 160 manat, cəmi 320 manat aliment tutulmuşdur. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, məhkəmə qətnaməsi ilə müəyyən olunan aliment miqdarı əkiz uşaqların saxlanılması və maddi tələbatlarının ödənilməsi üçün yetərli deyil, yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən olunmuş və bu səbəbdən iddiaçı məhkəmədən uşaqların saxlanılması üçün cavabdehdən hər uşaq üçün 175 manat sabit pul məbləği şəklində alimentin tutulmasını xahiş etmişdir. Məhkəmə araşdırılması zamanı cavabdehin əvvəlki nikahdan 2 uşağın saxlanılması üçün hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit məbləğində alimentin tutulması müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, alimentin tutulması ilə bağlı mübahisələr davam edən xarakter daşıdığı üçün, həmin tələblə yenidən məhkəməyə müraciət edilməsinə yol verilir. Lakin məhkəmə qeyd edir ki, mövcud qətnamə qəbul edildikdən sonra cavabdehin maddi vəziyyətində hər hansı dəyişiklik olmamışdır. Bununla bağlı hər hansı mötəbər sübut da məhkəməyə təqdim olunmamışdır. Əksinə məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdehin digər övladları barəsində aliment öhdəliyi var və 340 manat həddindədir. AR Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarına əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi alimentin artırılmasına o halda yol verilir ki, tərəflərdən birinin maddi vəziyyətində hər hansı dəyişiklik olsun. İddiaçı aliment miqdarının artırılmasını tələb etsə də, cavabdehin maddi vəziyyətində hər hansı dəyişikliyin olması ilə bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Yəni cavabdehin maddi vəziyyətində dəyişikliyin olması, onun qazancının və gəlirlərinin daha da yaxşılaşması və artması məhkəmə tərəfindən müəyyən olunmadığından, iddiaçının yalnız yaşayış minimumunun artırılmasına istinad edərək aliment məbləğinin artırılmasını tələb etməsi əsaslı hesab oluna bilməz. Eyni zamanda cavabdehdən tutulan aliment miqdarı da 2021-ci il üçün nəzərdə tutulan yaşayış minimumuna yaxın həddədir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı 18.09.2019-cu il təvəllüdlü X6 və 18.09.2019-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24.01.2020-ci il tarixli 2(009)-195/2021 saylı qətnaməsi ilə tutulması müəyyən edilən aliment miqdarının artırılaraq hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində müəyyən edilməsi barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar