Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-111/2022 13.01.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh İddiaçı Azərbaycan Futbol Federasiyaları Assosasiyasının (X3 İctimai Birliyi müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb olunmaqla) Cavabdeh qarşı həqiqətə uyğun olmayan məlumatların təkzib edilməsi və işgüzar nüfuza xələl gətirən məlumatların yayılması ilə əlaqədar vurulmuş zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Futbol Federasiyaları Assosasiyası Cavabdeh qarşı iddia ərizəsi iləməhkəməyə müraciət edərək, Cavabdeh məxsus facebook səhifəsində 20 sentyabr 2021-ci il tarixdə AFFA-nm fəaliyyəti ilə bağlı yayılmış məlumatların həqiqətə uyğun olmayan, AFFA-nın və onun rəhbərliyinin işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməsi, həmin yazının facebook səhifəsindən çıxarılması vəzifəsinin Cavabdeh üzərinə qoyulması, Cavabdeh özünə məxsus facebook səhifəsində dərc etdiyi məqalələrdəki məlumatları təkzib edərək həmin səhifədə heç bir əlavə qeyd, şərh yazmadan təkzib verilməsinin tapşırılması, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının və onun rəhbərliyinin işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi kimi Cavabdeh 10000 manat tutularaq, "YAŞAT" Fondunun hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ona məxsus facebook səhifəsində 20 sentyabr 2021-ci il tarixdə aşağıdakı məzmunda yazı dərc etmişdir. “Artıq 2 ildir ki, KEŞLƏ FK İnter stadionuna (keçmiş Şəfa) 5 min 800 manat icarə pulunu ödəmir. Buna görə də stadion əməkdaşlarına əmək haqları və sosial müdafiə fonduna vergi ödəyə bilmir. Bu barədə mənə müraciət olunduqdan sonra dəfələrlə problemi ictimailəşdirmədən həll etmək istəmişəm. Buna görə Keşlə FK prezidenti Zaur Axundov adlı birisi ilə bir neçə danışmışam. Borcu etiraf edib ödəcəyini bildirib. Bu kəs özünü SOCAR-ın X1 adamı kimi təqdim etdiyindən oranın məsul şəxslərinə müraciət etmişəm. Bu dəfə də həll olmayanda Z.Axundovun dostu AFFA-nın Baş Katibi Elxan Məmmədova bir neçə dəfə zəng etmişəm. Bu “Boss” telefonumu qaldırmayıb. SMS yazmışam və tanışları vasitəsilə fəhlələr əmək haqlarsız qaldığını bildirmişəm. Bu zənglər, yazışmalar, xahişlər təxminən 3 aydır ki, davam edir və bu günə qədər heç bir nəticə yoxdur. Bu isə ölkədə tam dərəbəylikdən xəbər verir. Hərənin özü üçün bir boss olduğunu, heç kimi saymadıqlarından xəbər verir. İndi Siz sıravi vətəndaşların bu bosslardan çəkdiklərini təsəvvür edin. Buradan ölkənin Baş Prokuroru Kamran Əliyevə müraciət edirəm. Siz gündə bir elan verib, bir neçə min oğurlandığını bildirib korrupsiyaya qarşı mübarizə apardığınızı elan edirsiniz. Mən sizə yüz milyonun oğurlandığı ünvanı deyirəm. Gedin #AFFA-da olan yeyintiləri araşdırın, yüz milyonu müəyyən edin və futbolumuzun bu rəzil durumda nədən olduğunu bilin. Bilirəm ki, Baş Prokuror mənim ərizələrimi araşdırmamağı tapşırıb. Zakir Qaralov belə, bir az fərqli göstərişi vermişdi ki, araşdırın, ancaq təmin etməyin. Mən isə inanıram ki, bir gün bir qanun adamı çıxıb yazdığım bütün ərizələri araşdıracaq və qanunsuzluq edənlərdən cavabını soruşacaqlar.” Həmin yazıda Cavabdeh Azərbaycan Futbol Federasiyaları Assosiasiyası rəhbərliyinin fəaliyyəti barədə oxucularda qəsdən mənfi fikir yaratmış, bundan əlavə, AFFA-nın vəzifəli şəxsləri barəsində xüsusilə külli miqdar pul vəsaitlərinin mənimsənilməsi barədə həqiqətə uyğun olmayan məlumat yaymaqla xüsusilə ağır cinayətdə ittiham etmişdir. Bunun nəticəsində iddiaçının işgüzar nüfuzuna böyük zərər dəymişdir. 26 sentyabr 2021-ci il tarixə həmin məlumatı 592 nəfər oxumuşdur. "X3" İctimai Birliyi (VÖEN: **********) ayrıca hüquqi şəxs olmaqla öz təsərrüfat fəaliyyəti ilə bağlı digər hüquqi şəxs olan AFFA-ya heç bir tabeliyi yoxdur. Yəni AFFA "X3" İctimai Birliyinə icarə haqqının ödənilməsi və ya hər hansı təsərrüfat fəaliyyəti ilə bağlı heç bir göstəriş verə bilməz. Qeyd edilən hal hüquqşünas olan yazı müəllifi Cavabdeh yaxşı məlumdur. Bundan əlavə, Cavabdeh öz yazısında “yüz milyonun oğurlandığı ünvan” kimi AFFA-nı qeyd edir və “#AFFA-da olan yeyintiləri araşdırın, yüz milyonu müəyyən edin və futbolumuzun bu rəzil durumda nədən olduğunu bilin” yazmaqla həmin qurumun rəhbərliyini cinayət (xüsusilə külli miqdar ziyan vurmaqla mənimsəmə və ya israf etmə) törətməkdə ittiham edir. Cavabdeh məlumdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü maddəsinə əsasən, bu Məcəllənin 179.1-179.3-cü maddələrində nəzərdə tutulmuş əməllər (Mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə on ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 15.5-ci maddəsinə əsasən, belə əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Cavabdeh həmin yazısı tamamilə əsassız olmaqla, Mülki Məcəllənin 21 və 23-cü maddələrində nəzərdə tutulmuş məsuliyyətin yaranmasına əsas verir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 və iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddianı müdafiə edib iddianın məzmununa uyğun izahat verərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək onun təmin edilmədən saxlanılmasını xahiş etmiş və izah etmişdir ki, həqiqətən onun tərəfindən 20 sentyabr 2021-ci ildə səhər saatlarında aşağıdakı status “Facebook” səhifəsində yazılıb: “Artıq 2 ildir ki, KEŞLƏ FK İnter stadionuna (keçmiş Şəfa) 5 min 800 manat icarə pulunu ödəmir. Buna görə də stadion əməkdaşlarına əmək haqları və sosial müdafiə fonduna vergi ödəyə bilmir. Bu barədə mənə müraciət olunduqdan sonra dəfələrlə problemi ictimailəşdirmədən həll etmək istəmişəm. Buna görə Keşlə FK prezidenti Zaur Axundov adlı birisi ilə bir neçə danışmışam. Borcu etiraf edib ödəcəyini bildirib. Bu kəs özünü SOCAR-ın X1 adamı kimi təqdim etdiyindən oranın məsul şəxslərinə müraciət etmişəm. Bu dəfə də həll olmayanda Z.Axundovun dostu AFFA-nın Baş Katibi Elxan Məmmədova bir neçə dəfə zəng etmişəm. Bu “Boss” telefonumu qaldırmayıb. SMS yazmışam və tanışları vasitəsilə fəhlələr əmək haqlarsız qaldığını bildirmişəm. Bu zənglər, yazışmalar, xahişlər təxminən 3 aydır ki, davam edir və bu günə qədər heç bir nəticə yoxdur. Bu isə ölkədə tam dərəbəylikdən xəbər verir. Hərənin özü üçün bir boss olduğunu, heç kimi saymadıqlarından xəbər verir. İndi Siz sıravi vətəndaşların bu bosslardan çəkdiklərini təsəvvür edin. Buradan ölkənin Baş Prokuroru Kamran Əliyevə müraciət edirəm. Siz gündə bir elan verib, bir neçə min oğurlandığını bildirib korrupsiyaya qarşı mübarizə apardığınızı elan edirsiniz. Mən sizə yüz milyonun oğurlandığı ünvanı deyirəm. Gedin #AFFA-da olan yeyintiləri araşdırın, yüz milyonu müəyyən edin və futbolumuzun bu rəzil durumda nədən olduğunu bilin. Bilirəm ki, Baş Prokuror mənim ərizələrimi araşdırmamağı tapşırıb. Zakir Qaralov belə, bir az fərqli göstərişi vermişdi ki, araşdırın, ancaq təmin etməyin. Mən isə inanıram ki, bir gün bir qanun adamı çıxıb yazdığım bütün ərizələri araşdıracaq və qanunsuzluq edənlərdən cavabını soruşacaqlar.” Yazısı “Facebook” səhifəsində paylaşılandan təxminən 2 saat sonra AFFA rəsmiləri onu məhkəmə ilə hədələyib. Ondan sonra 2-ci status yazıb paylaşmışdır. Təxminən həmin günün ikinci yarısında Keşlə FK bəyanat yayaraq onu yalan danışmaqda ittiham edib və guya pulların ödənildiyi barədə sənədlər yayıb. Həmin yayılan sənədlərə baxış zamanı aydın görünür ki, bu borc pulların alınması, yaxud ödənilməsi barədə yox, borcun ödənilməsi üçün Paşa Banka verilən tapşırıqdır. Həmin köçürmənin icra haqqında bank qeydində isə yazılıb ki, təcili icra edilsin. Bu isə o deməkdir ki, o, status yazdığı vaxt həmin borc olub və ancaq statusdan, ictimai qınaqdan sonra pulun təcili köçürülməsi barədə göstəriş verilib. Yalnız bundan sonra Paşa Bank pulun borcalana köçürülməsini həyata keçirə bilərdi. Həmin statusda qaldırdığı əsas məsələ - Keşlə FK-nın 2 il ərzində fəhlələrin pulunu ödəməməsi elə onların özlərinin yaydıqları sənədlərlə təsdiq edilir. Nədənsə AFFA bu məsələnin üstündən sükutla keçir. 12.10.2021-ci il tarixdə o, qaldırılmış iddia ilə bağlı AFFA-ya aşağıdakı məzmunda məktub imzalamışdır: ”Sizin mənə qarşı Səbail rayon Məhkəməsində baxılan iddianız üzrə obyektiv nəticənin əldə edilməsi üçün açağıdakı sualların tərəfinizdən cavablandırılıb (cavabların əsasını təşkil edən sənədlərin surətini sübut qismində əlavə etməklə) bizə təqdim etməyinizi xahiş edirəm. 1. Ölkədəki futbol klublarının Nizamnamə və ya əsasnamələrini (eləcə də fəaliyyət istiqamətlərini formalaşdıran digər sənədlər); 2. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına: 2.1. Son 10 il ərizində Azərbaycan dövlət büdcəsindən hər il üçün ayrılan pul vəsaitinə dair məlumatları (sübut edən müvafiq sənədlər əlavə edilməklə); 2.2. Son 10 il ərzində FİFA-dan (AFFA-ya) hansı məbləğdə pul vəsaitinin ayrılmasına dair məlumatları (sübut edən müvafiq sənədlər əlavə edilməklə); 2.3. Son 10 ildə hər il üçün ayrılıqda reklamlardan əldə edilən (daxil olan) vəsaitlərə dair məlumatları (sübut edən müvafiq sənədlər əlavə edilməklə); 2.4. Son 10 ildə futbol oyunlarının yayımlarından hər il üçün ayrılıqda əldə edilən gəlirə dair məlumatları (sübut edən müvafiq sənədlər əlavə edilməklə); 2.5. Son 10 ildə futbol oyunlarının bilet satışından hər il üçün əldə edilən gəlirə dair məlumatları (sübut edən müvafiq sənədlər əlavə edilməklə); 2.6. Son 10 ildə ümumilikdə hər il üçün nə qədər və kimlər (hansı hüquqi və fiziki şəxslər, eləcə də digər sponsorlar) tərəfindən ianələr edilməsinə dair məlumatları (sübut edən müvafiq sənədlər əlavə edilməklə); 3. AFFA-nın son 10 ildə bu müraciətin 2-ci maddəsində göstərilən əsaslarla (eləcə də varsa digər əsaslarla) əldə edilmiş bütün vəsaitlərin hara (hansı istiqamətlərdə) dəqiq məbləği və təyinatları göstərilməklə xərclənməsinə dair detallı məlumatları (sübut edən sənədlərlə); 4. Ümumilikdə Azərbaycanda neçə futbol (kişi, qadınlar, uşaqlar, eləcə də çimərlik olmaqla) klubunun olması barədə məlumatları; 5. Mövöud olan bütün klublara son 10 ildə (hər il üçün məbləğlər göstərilməklə) hər birini ayrı, təyinatı göstərməklə ayrılan vəsaitlərə dair məlumatları; 6. AFFA-nın Almaniyada yaratdığı Futbol Məktəbinə yarandığı gündən bu günədək hansı məbləğdə pul vəsaitinin ayrılması və həmin futbol məktəbinin hazırda balansında hansı əmlakların olması barədə məlumatları; 7. Son 10 ildə (milli və klublar üzrə) hansı baş məşqçilər, məşqçilər və mütəxəssislərlə müqavilələrin bağlanması (əməkdaşlıq edilməsi) və onlara illik hansı məbləğdə pul vəsaitinin ödənilməsinə dair (onlarla bağlanmış müqavilələri və pul vəsaitinin ödənilməsini təsdiq edən sənədləri əlavə etməklə) məlumatları; 8. Son 10 ildə hansı (adları, soyadları göstərilməklə, eləcə də bu cavab məktubuna müvafiq müqavilələri əlavə etməklə) legioner futbolçuların alınması və onların hər birinə ödənilmiş vəsaitlərə dair məlumatları; 9. Son 10 ildə AFFA tərəfindən milliləşdirilmiş (naturallaşdırılmış) əcnəbi futbolçular və onlara sərf olunan vəsaitlər (konkret adlar və xərclənmiş vəsaitlər göstərilməklə) barədə məlumatları; 10. Son 10 ildə İran İslam Respublikasından ölkəyə gətirilmiş futbolçular (legiofterlər və milliləşdirilmişlər daxil olmaqla) və onlara xərclənmiş vəsaitlər barədə məlumatları; 11. Son 10 ildə hər il üçün keçirilmiş Audit rəylərinin təsdiq edilmiş surətlərinin. Göstərilən sualların cavablandırılması və sənədlərin bizə təcili verilməsi məhkəmədə mübahisənin ədalətli araşdırılması üçün vacib və qaçılmazdır”. AFFA 12.10.2021-ci il tarixli 5 səhifəlik cavab məktubunda sualları sadalayıb və bütün suallara təxminən 2 məzmunda cavab verib. Birincisi odur ki, onun istədiyi cavablar kommersiya sirri olduğundan verə bilmirlər. İkincisi isə, istədiyi məlumatlarla AFFA-nın rəsmi saytından tanış ola bilər. Birinci məzmunla bağlı bildirir ki, AFFA hansısa şəxsin biznes strukturu olmadığından ona daxil olan və xərclənən pullar barədə məlumatlar kommersiya sirri ola bilməz. Həmçinin qeyd olunmalıdır ki, “Kommersiya sirri haqqında” Azərbaycan respublikasının Qanununun 4-cü maddəsinə əsasən təsis sənədlərində əksini tapan məlumatlar (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla), qanunvericilikdə nəzərdə tutulan hallarda auditor rəyi daxil olmaqla maliyyə hesabatlarında olan məlumatlar, əməyin ödənilməsi formaları və məbləği barədə, əmək haqqı və sosial ödənişlər üzrə borclar, işçilərin say tərkibini, boş iş yerlərinin mövcudluğunu əks etdirən məlumatlar, qeyri-kommersiya təşkilatlarının fəaliyyəti barədə məlumatlar, özəlləşdirmənin dövlət proqramının həyata keçirilməsi və konkret obyektlərin özəlləşdirmə şərtləri barədə məlumatlar kommersiya sirri sayılmır (Qanunun 4.1.2, 4.1.4, 4.1.6, 4.1.9, 4.1.10-cu maddələri). İkinci məzmunlu cavabla bağlı isə istənilən şəxs sayta daxil olub AFFA-ya daxil olan və xərclənən pullarla bağlı maraqlansa görər ki, orada olan məlumatlar heç bir suala aydınlıq gətirmir və gözə kül üfürməkdən, şəffaflıq mənzərəsi yaratmaq cəhdindən başqa bir şey deyil. İndi isə ona qarşı irəli sürülən iddia ilə bağlı elə iddia ərizəsində əsas kimi göstərilən Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 may 1999-cu il tarixli Plenum Qərarı ilə cavab verir. Həmin qərarın 3-cü bəndində göstərilir ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması”. Bu 3 haldan ancaq 3-cü hal mövcuddur və onu da özü etiraf edir. Qalan 2 hal isə yoxdur. 1-ci hal onun yazısının AFFA və ona rəhbərlik edənlərin şərəf və ləyaqətini ləkələməsi nəticəsində baş verə bilərdi. Yəni bu halda ola bilərdi ki, AFFA bir təşkilat olaraq və ona rəhbərlik edənlər şəxs olaraq ictimaiyyətdə çox hörmətlə qarşılansınlar, hörmət və nüfuza sahib olsunlar. Qeyd edir ki, ölkənin qanunvericiliyində "işgüzar nüfuz" termininin dəqiq bir tərifi yoxdur. Buna görə "şirkətin işgüzar nüfuzu" altında bir hüquqi şəxsin peşə keyfiyyətlərinin ictimai qiymətləndirilməsini anlamaq adətdir. FİFA-nın bu günə olan reytinq cədvəlində sıralama üzrə Azərbaycan Zimbabvedən sonra, Malavi, Nigeriya və Mozambikdən əvvəl 119-cu yerdədir. İflic vəziyyətdə olan Ermənistan isə reytinqdə 89cudur. Bu isə Azərbaycan üçün bir təhqirdir və futbol ictimaiyyəti də bunu o cür qəbul edir. Onu da qeyd edir ki, təkcə bu ay ərzində ölkənin Milli Futbol komandası 2 pillə geriləyib. İştirak etdiyi bütün turnirlərdə isə qrupun ən sonuncu yerini tutur. Bundan başqa, ikinci statusu yazanda səhifəsində AFFA-nın onu məhkəmə ilə hədələməsi barədə aşağıdakı bəyanatını qeyd etmişdir: “Hüquqşünas Cavabdeh facebook sosial şəbəkəsində Azərbaycan Futbol Federasiyaları Assosiasiyası barədə böhtan xarakterli məlumatlar yayıb, AFFA-nı korrupsiyada ittiham edib. İlk növbədə, onu qeyd edək ki, AFFA azsaylı ictimai-idman təşkilatlarından biridir ki, hər il hesabat Konfransında futbol ictimaiyyətinin, mətbuat nümayəndələrinin və dövlət strukturları təmsilçilərinin, həmçinin üzvü olduğu FİFA və UEFA kimi beynəlxalq təşkilatların rəsmilərinin qarşısında fəaliyyəti ilə bağlı hesabat verir və həmin hesabata AFFA-nın gəlirləri və xərcləri ilə bağlı maliyyə hesabatları da daxildir. 2010-cu ildən bu ilə qədər AFFA-nın bütün hesabatları assosiasiyanın saytında yerləşdirilib və maraqlanan hər kəs həmin hesabatlarla tanış ola bilər. Özünü hüquqşünas adlandıran istənilən şəxs bu cür ittihamları səsləndirən zaman konkret hüquqi sənədlərə istinad etməli, populizm ilə məşğul olmamalıdır. Cavabdeh qeyd olunan facebook paylaşımı ilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının işgüzar nüfuzuna xələl gətirdiyi üçün onun barəsində müvafiq strukturlara müraciət etmək hüququnu özümüzdə saxlayırıq”. Əgər AFFA-nın bəyanatını öz səhifəsində qeyd edənə qədər və ondan sonra bütün ölkə futbolunu təmsil edən bu səhifədəki bütün yazılara münasibət bildirənlərin (Facebook reaksiyaları - bəyənmək, sevmək, qayğı göstərmək, gülmək-lağa qoymaq, təəccüblənmək, kədərlənmək və əsəbləşmək) sayı ortalama 100-150 idisə, AFFA-nın onun haqqında yaydığı bəyanatı səhifəsində qeyd etdiyinə görə həmin yazıya 1489 münasibət bildirən olub. Bu 1489 münasibətdən də 1076-sı gülmək-lağa qoymaq, 31-i isə əsəbləşmək olub, yəni münasibət bildirən, şərh yazan vətəndaşların mütləq əksəriyyəti AFFA-ya və ona başçılıq edənlərə nifrətini açıq şəkildə ifadə ediblər. Bu isə sosial şəbəkələr tarixində istisna hallardandır və cəmiyyətin AFFA-ya mənfi münasibətinin ən dəqiq göstəricisidir. Yenə əgər AFFA-nın rəsmi səhifəsində bütün yazılara ortalama 30-40 rəy yazılırdısa, onun səhifəsində paylaşdığı AFFA-nın bəyanatına 986 izləyici rəy yazıbdır. Onların içində heç 10 nəfər AFFA-nı müdafiə edən yoxdur. Müdafiə edənlərin də AFFA-nın trolları olduğunu elə izləyicilər özləri şərhlərində qeyd ediblər və cavablarını veriblər. Vaxtını itirib rəylərlə tanış oldu. Normal insanlar bu rəylərdən sonra səslərini çıxartmaz, insan içinə çıxmaqdan utanardı. İnsanlarda AFFA-ya, ona başçılıq edən şəxslərə o qədər qəzəb, nifrət var ki, öz hisslərini cilovlaya bilməyib burada yazılması mümkün olmayan ifadələrə yol veriblər. Belə olan halda hansısa işgüzar nüfuzdan, cəmiyyətdə olan hörmətdən, şərəf, ləyaqətdən danışmaq ən azı yersizdir. Adı çəkilən Plenum qərarının 3cü bəndinin 2-ci hissəsində “həmin məlumatların doğru olmaması” göstərilir. Yüzlərlə vətəndaşın yazdıqları rəy onun statusda göstərdiklərinin yalan olmamasının sübutudur və həmin yüzlərlə vətəndaşı məhkəmə iclasında şahid qismində dindirmək olar. İddia ərizəsində göstərilir ki, Keşlə FK ayrıca hüquqi şəxsdir, onun AFFA-ya heç bir tabeçiliyi yoxdur və AFFA ona heç bir göstəriş verə bilməz. Bunu yazanların görünür ki, AFFA-nın Nizamnaməsindən xəbərləri yoxdur. Olsa idi bilərdilər ki, Keşlə FK formal olaraq hüquqi şəxsdir, faktiki olaraq isə Nizamnaməyə görə Keşlə FK AFFA-nın icazəsi olmadan bir addım belə ata bilməz. Bunları sübut edəcək onlarla bənd AFFA-nın Nizamnaməsində var. O sadəcə bir neçəsini təqdim edəcək. Bundan başqa, AFFA-nın sonuncu dəfə 6-cı redaksiyada 8 yanvar 2020-ci ildə təsdiq olunmuş Nizamnaməsinin 14-cü maddəsi Tabelik adlanır. Bu bəndə əsasən də Keşlə FK-nın AFFA-ya birbaşa tabe olduğu göstərilir. Nizamnamənin 16-cı maddəsinin b bəndinə əsasən AFFA üzvlərinin (Keşlə FK AFFA-nın üzvlərindən biridir) bütün maliyyə öhdəliklərinin vaxtında və lazımi qaydada icra edilməsinə nəzarət edir. Nizamnamənin 38-ci maddəsində göstərilmiş səlahiyyətinə əsasən İcraiyyə Komitəsi AFFA-nın bütün işlərini idarə edir və əsas icraçı orqandır. Keşlə FK-nın prezidenti Rauf Axundov isə həmin Komitənin üzvüdür. Yenə 38-ci maddənin ç bəndinə əsasən İcraiyyə Komitəsi AFFA-nın və onun üzvlərinin bütün fəaliyyət sahələrinə nəzarət edir. Şərəf və ləyaqətin nə olduğunu bilənlər heç olmasa başçılıq etdikləri təşkilatın Nizamnaməsində nəzərdə tutulan 72-ci maddənin və ona aid olan yüzlərlə bəndin heç olmasa bir neçəsini icra etsə, əmindir ki, Azərbaycan Futbolu bu günkü rəzil durumda olmazdı. Təkcə bir faktı diqqəə çatdırır. İddia tələbinə etirazını hazırlayarkən AFFA-nın fəaliyyətini araşdırdıqda çox maraqlı faktla rastlaşdı. Bu ilin 1 yanvarından 20 sentyabra qədər, yəni 9 ay ərzində AFFA rəhbərliyində təmsil olunan şəxslərdən bir nəfərinin belə hansısa regionda olub futbolla maraqlanması ilə bağlı saytlarında heç bir material yoxdur. Onun yazısından sonra 22 sentyabr - 8 oktyabrda, yəni 17 gün ərzində isə AFFA-nın icraçı vitse prezidenti Elxan Məmmədov 12 rayon və şəhərdə - Naxçıvan, Tovuz, Mingəçevir, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Lənkəran, Masallı, Cəlilabad, Siyəzən, Qusarda olub və yerli futbol təşkilatları, uşaq futbolu ilə maraqlanıb. Məhkəmə araşdırması zamanı xüsusilə bu məsələyə diqqət yetirib soruşmaq lazımdır ki, nə üçün onun məlum yazısı olana qədər 9 ay ərzində bir nəfər də olsun AFFA rəsmisi regionlara səfər etməyib və yerlərdə futbolun vəziyyəti ilə maraqlanmayıblar. Bundan başqa, AFFA-nın Nizamnaməsinin 2-ci maddəsinin a bəndində qeyd edilir ki, AFFA-nın vəzifələrindən bir də Azərbaycan Respublikası ərazisində futbolu kompleks şəkildə inkişaf etdirmək, yarışların təşkilinə nəzarət etmək və onları tənzimləmək daxildir. Reallıqda isə Azərbaycanda keçirilən futbol çempionatını ölkə çempionatı adlandırmaq düzgün deyil, çünki tək Qəbələ FK-dan başqa regionları təmsil edən futbol klubu yoxdur. Məhz bu günkü AFFA rəfbərliyi tərəfindən Azərbaycanın regionlarını təmsil edən Lənkəranın Xəzər-Lənkəran, Gəncənin Kəpəz, Tovuzun Turan, Masallının Viləş və digər region futbol klubları məhv edildi. Bu gün ölkə çempionatı adı altında faktiki Bakı çempionatı keçirilir. Məhkəmənin nəticəsindən asılı olmayaraq bir yazısının AFFA rəhbərliyinin yerlərə gedib futbolla məşğul olmalarına səbəb olmasına çox sevindi, çünki Milli yığmanın, beynəlxalq yarışlarda iştirak edən klubların uğuru yerlərdə futbolun inkişafından asılıdır. AFFA-nın ölkədəki nüfuzu, fəaliyyətlərində yol verdikləri korrupsiya halları ilə bağlı məhkəməyə təqdim ediləcək yüzlərlə sübutu və şahidləri var. Ancaq hələlik bir şahidin məhkəmədə dindirilməsini xahiş edir. Bu şəxs Azərbaycan futbolunda öz imzası olan, futbol azərkeşlərinin sevimlisi, Neftçinin əfsanəvi simalarından olan, keçmiş SSRİ Olimpiya Futbol yığmasında çıxış etmiş Asəf Namazovdur. Elə onun ifadəsindən AFFA və ona başçılıq edənlərin nəinki yarıtmaz, Azərbaycan futboluna qarşı cinayətə bərabər hərəkətlərə yol verdiklərini görəcəklər. Görəcəklər ki, İran Hakimiyyəti 1990-cı illərin əvvəllərində Azərbaycan Dövlətinə müraciət edib İranda futbolun inkişafı üçün mütəxəssis göndərmələrini xahiş etmişdir. Azərbaycan Hakimiyyəti isə mütəxəssis kimi Asəf Namazovu göndərir. A.Namazov İranda futbolun inkişafında müstəsna rolu olan şəxslərdəndir. O, bu gün tam fəaliyyət qabiliyyətli olsa da, AFFA tərəfindən ədalətli, qanunu sevən və peşəsini bilən olduğuna görə arzuedilməz şəxs elan edilib. Əvəzində AFFA bu gün külli miqdarda vəsait hesabına İrandan Azərbaycana mütəxəssislər, futbolçular dəvət edir. İran vətəndaşı olan gənc futbolçulara Azərbaycan vətəndaşlığını verdirib onlardan istifadə edir. Bu isə Azərbaycan futboluna, onun tarixinə hörmətsizlik və futbolu məhv etməkdir. İddiaçı iddia ərizəsinin təkzib hissəsində “Bu səəbəbdən AFFA-nın rəhbərliyində olan bütün şəxslərdən üzr istəyirəm” dedikdə konkret olaraq hansı vəzifəli şəxsləri nəzərdə tutduğunu ad və familiya göstərilməklə konkret olaraq kimləri nəzərdə tutduqlarını dəqiqləşdirmir. Göstərilənlərə əsasən İddia tələbinin rədd olunmasını məhkəmədə xahiş etmişdir. 24.11.2021-ci il tarixdə keçirilmiş məhkəmənin iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb olunmuş X3 İctimai Birliyinin nümayəndəsi Nümayəndə2 bildirmişdir ki, "xxxx" MMC ilə “X3” MMC arasında 23.10.2017-ci il tarixində “İnter Arena”-nın əvəzsiz istifadəsi ilə bağlı müqavilə bağlanmış, müqavilədə istifadə olunan ərazinin kommunal ödənişləri və əmlak vergisi “X3” MMC tərəfindən ödəniləcəyi qeyd edilmişdir. 01 Fevral 2018-ci ildə müqaviləyə 1 saylı dəyişiklik edilmiş, “İnter Arena”-da sahələrdən isifadə üçün 13.000,0 manat ödəniləcəyi razılaşdırılmışdır. (Kommunal ödənişlər və əmlak vergisi əlavə olaraq ödəniləcəkdir). 01 mart 2019-cu ildən isə “X3 İctimai Birliyi” rəhbərliyi, “X3” MMC-nin "xxxx" MMC-yə olan 27.890 manat borcunu ödəməyi öz üzərinə görürmüşdür. Bu öhdəliklər aşağıda qeyd olunan tarixlərdə hissə-hissə icra edilmişdir: 01.03.2019 - 3000 manat, 24.07.2019 - 5000 manat, 21.10.2019 - 3000 manat, 26.11.2019 - 3000 manat, 15.04.2020 - 2000 manat, 10.09.2020 - 1000 manat, 05.08.2021 - 2000 manat, 02.09.2021 - 3000 manat, 20.09.2021 - 3000 manat, 20.09.2021 - 2,890.00 manat. Cavabdeh qeyd etdiyi kimi 2 il əvvəlki borc 5800 manat olmamışdır. Cavabdeh sosial şəbəkələrdən istifadə edərək ictimaiyyətə əskik məlumat verir və çaşqınlıq yaradır. “X3 İctimai Birliyi” sanki 2 ildir ki, heç bir ödəniş etməmişdir kimi davranır. Cavabdeh statusda bu haqda yazarkən “formalaşdırdığı imicinə” uyğun olaraq ictimaiyyətə dolğun məlumat verməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq müstəqil tələb irəli sürməyən 3-cü şəxs X3 İctimai Birliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə X3 İctimai Birliyi nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işə baxıb, tərəflərin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək, hesab edir ki, aşağıdakılara görə iddia qismən təmin edilməlidir. İş materiallarında olan “Facebook” sosial şəbəkəsində Cavabdeh məxsus səhifədə 20 sentyabr 2021-ci il tarixdə dərc edilən yazıda görstərilmişdir ki, “Artıq 2 ildir ki, KEŞLƏ FK İnter stadionuna (keçmiş Şəfa) 5 min 800 manat icarə pulunu ödəmir. Buna görə də stadion əməkdaşlarına əmək haqları və sosial müdafiə fonduna vergi ödəyə bilmir. Bu barədə mənə müraciət olunduqdan sonra dəfələrlə problemi ictimailəşdirmədən həll etmək istəmişəm. Buna görə Keşlə FK prezidenti Zaur Axundov adlı birisi ilə bir neçə danışmışam. Borcu etiraf edib ödəcəyini bildirib. Bu kəs özünü SOCAR-ın X1 adamı kimi təqdim etdiyindən oranın məsul şəxslərinə müraciət etmişəm. Bu dəfə də həll olmayanda Z.Axundovun dostu AFFA-nın Baş Katibi Elxan Məmmədova bir neçə dəfə zəng etmişəm. Bu “Boss” telefonumu qaldırmayıb. SMS yazmışam və tanışları vasitəsilə fəhlələr əmək haqlarsız qaldığını bildirmişəm. Bu zənglər, yazışmalar, xahişlər təxminən 3 aydır ki, davam edir və bu günə qədər heç bir nəticə yoxdur. Bu isə ölkədə tam dərəbəylikdən xəbər verir. Hərənin özü üçün bir boss olduğunu, heç kimi saymadıqlarından xəbər verir. İndi Siz sıravi vətəndaşların bu bosslardan çəkdiklərini təsəvvür edin. Buradan ölkənin Baş Prokuroru Kamran Əliyevə müraciət edirəm. Siz gündə bir elan verib, bir neçə min oğurlandığını bildirib korrupsiyaya qarşı mübarizə apardığınızı elan edirsiniz. Mən sizə yüz milyonun oğurlandığı ünvanı deyirəm. Gedin #AFFA-da olan yeyintiləri araşdırın, yüz milyonu müəyyən edin və futbolumuzun bu rəzil durumda nədən olduğunu bilin. Bilirəm ki, Baş Prokuror mənim ərizələrimi araşdırmamağı tapşırıb. Zakir Qaralov belə, bir az fərqli göstərişi vermişdi ki, araşdırın, ancaq təmin etməyin. Mən isə inanıram ki, bir gün bir qanun adamı çıxıb yazdığım bütün ərizələri araşdıracaq və qanunsuzluq edənlərdən cavabını soruşacaqlar.” “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin üçüncü hissəsinə əsasən kütləvi informasiya vasitələri - dövri mətbu nəşrlər, teleradio proqramları, informasiya agentlikləri, internet informasiya ehtiyatı, kinoxronika proqramları və digər yayım formalarıdır. Həmin Qanunun 44-cü maddəsinə əsasən kütləvi informasiya vasitəsində fiziki və hüquqi şəxslərin şərəf və ləyaqətini ləkələyən, böhtan və təhqir xarakterli məlumatlar verildikdə, fikirlər təhrif olunduqda fiziki şəxsin özünün və ya nümayəndəsinin, hüquqi şəxsin rəhbərlərinin, yaxud səlahiyyətli nümayəndəsinin həmin kütləvi informasiya vasitəsində bir ay müddətində cavab vermək, həqiqətə uyğun olmayan məlumatın təkzib olunmasını, düzəliş verilməsini, habelə üzr istənilməsini tələb etmək, yaxud birbaşa məhkəməyə müraciət etmək hüququ vardır. Həmin Qanunun 45-ci maddəsinə əsasən təkzibdə hansı məlumatın həqiqətə uyğun olmadığı, həmin kütləvi informasiya vasitəsində nə vaxt və necə dərc olunduğu göstərilir. Dövri mətbu nəşrdə təkzib, bir qayda olaraq, məlumatın və ya materialın verildiyi səhifədə həmin şriftlə yığılır və «Təkzib» başlığı altında dərc olunur. Gündəlik və həftəlik yayılan mətbu nəşrlər təkzib, cavab və ya düzəliş haqqında tələbin daxil olduğu gündən sonrakı nömrədə, digər dövri nəşrlər isə hazırlanan və ya yaxın günlər üçün planlaşdırılan buraxılışda təkzibi, cavabı və ya düzəlişi dərc etməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxununlmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Mülki Məcəllənin 23.2-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Həmin Məcəllənin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Mülki Məcəllənin 23.6-cı maddəsinə əsasən bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 14 may 1999-cu il tarixli, 7 saylı qərarının 1-ci bəndinin ikinci hissəsində məhkəmələrə izah edilmişdir ki, Mülki Məcəllənin 7-ci maddəsində müəyyən olunmuş qaydada təşkilatların və vətəndaşların işgüzar nüfuzu da müdafiə oluna bilər. Ali Məhkəmənin Plenumu həmin Qərarın 3-cü bəndində izah etmişdir ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Hazırkı halda məqalənin internet vasitəsi ilə yayımlanması, məlumatın yayılması sayılmalıdır ki, məhkəmə iclasında Cavabdeh mübahisə predmeti olan yazının “Facebook” sosial şəbəkəsində ona məxsus səhifədə yayımlandığını mübahisələndirməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin “Facebook” sosial şəbəkəsində ona məxsus səhifədə Keşlə FK-nın İnter stadionuna icarə pulunu ödəməməkdə Azərbaycan Futbol Federasiyaları Assosasiyasının və onun rəhbərliyinin təqsiri olduğu barədə həqiqətə uyğun olmayan məlumatlar, AFFA-da yeyinti, yəni mənimsəmə olması barədə böhtan xarakterli məlumatlar yayması iddiaçının işgüzar nüfuzunun ləkələnməsinə səbəb olan haldır. Həmin məlumatlar işlədilmə məqsədlərinə görə iddiaçının işgüzar nüfuzunu ləkələyən məlumatlar olmaqla, həmçinin kütləvilik dərəcəsində yayılmış olmaqla cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında iddiaçı barəsində mənfi rəy yaradan məlumat kimi qiymətləndirilməlidir. Yuxarıda qeyd olunduğu kimi qanun işgüzar nüfuzun ləkələnməsinə yönəlmiş məlumatların həqiqətə uyğun olmasını sübut etmək vəzifəsini həmin məlumatları yaymış şəxsin üzərinə qoyur. Məhkəmə iclasında müəyyən olundu ki, cavabdeh iddiaçı barəsində yuxarıda göstərilən məlumatları heç bir əsas olmadan yaymış, həmin məlumatların həqiqətə uyğun olması barədə isə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Cavabdeh “Facebook” sosial şəbəkəsində ona məxsus səhifədə iddiaçının işgüzar nüfuzunu ləkələyən həqiqətə uyğun olmayan və böhtan xarakterli məlumatlar yaydığına görə məhkəmə hesab edir ki, cavabdehə həmin sosial şəbəkədə ona məxsus səhifədə həmin məlumatların həqiqətə uyğun olmadığı barədə təkzib verməsi tapşırılmalıdır. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddia tələbi Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının və onun rəhbərliyinin işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi kimi Cavabdeh 10000 manat tutulması hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarında izah etmişdir ki, mənəvi zərərin əvəzi, bir qayda olaraq, pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. “Kletsova Rusiyaya qarşı” iş üzrə 12.04.2007-ci il tarixli X2 Hüquqları Məhkəməsi də mübahisənin mahiyyətini, pozuntunun xarakterini nəzərə alaraq iddiaçının iddiasının təmin edilməsi barədə məhkəmə aktının qəbul edilməsini mənəvi zərərin ödənilməsinin ədalətli kompensasiyası hesab etmişdir. Məhkəmə, cavabdeh tərəfindən qanun pozuntusuna yol verilməsi faktının müəyyən edilməsini və bu əsasla üzərinə təkzib verməsi vəzifəsinin tapşırılması, iddiaçıya dəymiş mənəvi ziyanın ədalətli kompensasiyası olduğunu hesab edir və göstərilən səbəbdən həmin hissədə iddianın təmin edilməməli olması qənaətinə gəlir. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh məxsus fasebook səhifəsində 20 sentyabr 2021-ci il tarixdə dərc edilən yazıda Keşlə FK İnter stadionuna icarə pulunu ödəməməkdə Azərbaycan Futbol Federasiyaları Assosasiyasının rəhbərliyinin təqsiri olduğu barədə, AFFA-da yeyinti, yəni mənimsəmə olması barədə məlumatlar həqiqətə uyğun olmayan məlumatlar hesab edilsin. Həmin yazının facebook səhifəsindən çıxarılması vəzifəsi Cavabdeh üzərinə qoyulsun. Cavabdeh öz fasebook səhifəsində 20 sentyabr 2021-ci il tarixdə dərc edilən yazıda Keşlə FK İnter stadionuna icarə pulunu ödəməməkdə Azərbaycan Futbol Federasiyaları Assosasiyasının rəhbərliyinin təqsiri olduğu barədə, Azərbaycan Futbol Federasiyaları Assosasiyasında yeyinti, yəni mənimsəmə olması barədə məlumatların həqiqətə uyğun olmadığı barədə təkzib verilməsi tapşırılsın. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-111/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-111/2022
13.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver