Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1119/2021 26.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdeh “xxxx” MMC ilə xx.xx.2018-ci il tarixli və xx.xx.2020-ci il tarixli müqavilələrinə əsasən İMEİ kodu **********46891 olan “Samsung Galaxy A6” markalı telefon və İMEİ kodu **********60952 olan “Samsung Galaxy S10+Dual” markalı telefon almış və nəticədə 1718 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1080 manat (24 ay x 45 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********46891 olan “Samsung Galaxy A6” markalı telefon üçün ümumilikdə 171 manat olmaqla, ondan 156 manat ödənilməmiş məbləğ, 15 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 2310,8 manat (12 ay x 160,9 manat + 380 manat ilkin ödəniş) olan İMEİ kodu **********60952 olan “Samsung Galaxy S10+Dual” markalı telefon üçün 1547 manat olmaqla, ondan 1406,8 manat ödənilməmiş məbləğ, müştəriyə güzəşt olunaraq 140,2 manat cərimə miqdarında borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1828 manat təşkil edir. Göstərilənlərə əsasən iddiaçı “Samsung Galaxy A6” markalı telefon üçün 156 manat əsas borc, 15 manat cərimə, “Samsung Galaxy S10+ Dual” markalı telefon üçün 1406,8 manat əsas borc, 140,2 manat cərimə, ümumilikdə 1718 manat borc, 30 manat dövlət rüsumu, cəmi 1748 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki-prosessual məcəllənin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, lakin cavabdeh tərəfindən 10 gün müddətində iddiaya qarşı əsaslandırılmış etiraz məhkəmə icraatına daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə «xxxx» MMC ilə Cavabdeh arasında bağlanılmış xx xxxxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən «xxxx» MMC Cavabdeh “Samsung Galaxy A6” markalı mobil telefonu 24 ay müddətinə ödənilmək şərti ilə (ayda 45 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 1080 manat təşkil edir. İş üzrə «xxxx» MMC ilə Cavabdeh arasında bağlanılmış xx xxxxxx 2020-ci il tarixli müqaviləyə əsasən «xxxx» MMC Cavabdeh “Samsung Galaxy S10+ Dual” markalı mobil telefonu 12 ay müddətinə ödənilmək şərti ilə (ayda 160,9 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 2310,8 manat təşkil edir. İş üzrə «xxxx» tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2018-ci il tarixli müqavilə üzrə 156 manat əsas, 15 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 1406,8 manat əsas, 140,2 manat cərimə, cəmi 1547 manat borcu var. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. AR Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə və xx.xx.2020-ci il tarixdə müqavilələr bağlanılmış və həmin müqavilələrə əsasən alqı-satqı qiyməti 1080 manat olan “Samsung Galaxy A6” markalı mobil telefon və alqı-satqı qiyməti 2310,8 manat olan “Samsung Galaxy S10+ Dual” markalı mobil telefon pulu hissə-hissə ödənilməklə cavabdehə nisyə satılmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı tərəfindən müqavilələr ilə nəzərdə tutulmuş öhdəliklər yerinə yetirilsə də, yəni alınmış mobil telefonlar Cavabdeh təhvil verilsə də, cavabdeh tərəfindən hər ay ödənilməli olan pul məbləği ödənilməmişdir və bununla da müqavilələrin şərtləri pozulmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh müqavilələr üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, iddiaçı yaranmış borcun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və cavabdehdən xx.xx.2018ci il tarixli müqavilə üzrə ödənilməmiş qalmış 156 manat əsas borc, 15 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə ödənilməmiş qalmış 1406,8 manat əsas borc, 140,2 manat cərimə, cəmi 1718 manat məbləğində pul tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi dövlət rüsumunun tutulması hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh «xxxx» MMC-nin xeyrinə xx.xx.2018-ci il tarixli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar xx.xx.2021-ci il tarixə yaranmış 156 manat borc, 15 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar xx.xx.2021-ci il tarixə yaranmış 1406,8 manat borc, 140,2 manat cərimə, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 1748 (bir min yeddi yüz qırx səkkiz) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1119/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1119/2021
26.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver