Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1130/2023 03.07.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2006-cı il təvəllüdlü X6, xx.xx.2007-ci il təvəllüdlü X1, xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay tutulan alimentin həcminin artırılaraq, hər ay hər uşağa görə 220 manat, ümumilikdə 660 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Səbail Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(009)-833/2014 saylı qətnaməsi ilə onunla cavabdeh arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan olan övladları onun yanında saxlanılması və xx.xx.2006-cı il təvəllüdlü X6, xx.xx.2007-ci il təvəllüdlü X1 və xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə Cavabdeh 103 manat ümumilikdə 309 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Daha sonra Səbail Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(009)-5468/2016 saylı qətnaməsi ilə cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay hər uşağa görə 130 manat cəmi 390 manat müəyyən edilmişdir. Bundan sonra Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(009)- 1688/2019 saylı qətnaməsi ilə cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay hər uşağa görə 150 manat cəmi 450 manat müəyyən edilmişdir. O özü şəkər xəstəliyindən əziyyət çəkir. Övladı Nihat gözündən əziyyət çəkir, müalicə olunmalıdır. Övladları ilə birlikdə kirayədə yaşayır. Həyat şəraiti çox çətin və acınacaqlıdır. Cavabdeh işləyir və kifayət qədər maddi imkana malikdir. Aylıq gəliri əvvəlki illərə nisbətən daha da yüksəlib, lakin cavabdeh bilərəkdən alimentini vaxtı vaxtında ödəmir ki, elə təsəvvür yaratsın ki, guya onun maddi imkanı zəifdir. Hesab edir ki, alimentin ödənilməsi ilə bağlı cavabdehdən tutulan aliment məbləği artırılmalıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, onun təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, o, İddiaçı ilə 2005-ci ildə rəsmi nikaha daxil omuş və müəyyən müddət valideyinlərinə məxsus evdə yaşamışlar. Birgə nikahlarından 3 övladları anadan olmuşdur: X9 xx.xx.2006-cı il təvəllüdlü, X7 xx.xx.2007-ci il təvəllüdlü, X8 xx.xx.2008-ci il təvəllüdlü. Bir müddətdən sonra cavabdeh İddiaçı kənar şəxslərin təsiri altına düşərək münasibətləri pozulmuşdur. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli Qətnaməsi ilə onunla İddiaçı arasında nikahları pozulmş və azyaşlı uşaqları onun himayəsinə verilmişdir. O zaman o heç yerdə işləmədiyi üçün ondan hər bir övladına verilməsi üçün hər ay 103 (310) manat məbləğində sabit pul məbləği həddində aliment alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Sonradan Bakı şəhəri Səbai rayon məhkəməsinin 2(009)-5468/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi ilə ondan alimentin tutulması məbləği dəyişdirilmiş və hər bir övladına verilməsi üçün hər ay 130 (390) manat məbləğində sabit pul məbləği həddində aliment alınaraq cavabdehə ödənilməsi qət edilmişdir. Baxmayaraq ki, həmin vaxtı o heç yerdə işləməmiş və heç bir gəlir yeri olmamışdır, amma o, övladlarına daimi maddi köməkliklər etmişdir. O, övladları üçün imkanı daxilində maddi köməklik göstərməyə hazırdır. Lakin ondan maddi imkanından çox həddə alimentin tutulması onun vəziyyətini ağırlaşdırır və onun özünün yaşamaq qabiliyyətini azaldır. Lakin buna baxmayaraq, iddiaçı 2019-cu ildə yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, alimentin artırılmasını tələb etmiş və Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(009)-1688/2019 saylı qətnaməsi ilə ondan hər uşağa görə 150 manat, ümumilikdə cəmi 450 manat aliment tutulması qət edilmişdir. Hazırda iddiaçı artıq dördüncü dəfə məhkəməyə müraciət edərək, alimentin artırılaraq hər uşağa görə ayda 220 manat olmaqla, ümumilikdə 660 manat aliment tutulmasını tələb etmiş və öz tələbinin onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasında uşaqların saxlanması üçün minumum məbləğ 220 manat müəyyən edilmişdir. Ona qarşı hər dəfə alimentin qaldırılması ilə əlaqədar iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi hesab edir ki, əsassızdır və onun maddi imkanlarının nəzərə alınmamasıdır. Belə ki, o, başqa şəxslərə məxsus balaca bir yeri icarəyə götürərək fərdi sahibkarlıqla məşğul olur və onun aylıq qazancı 500 manatdan artıq olmayır. Onun başqa gəlir sahəsi yoxdur. Ona görə hazırda onun əmək haqqından daha çox məbləğdə, yəni 660 manat həddində aliment tələb edilməsi əsassızdır. Eyni zamanda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Sosisal Ekspert Komissiyasınam Qərarı ilə onun görmə qabiliyyətinin azalması və digər xəsətəliklərin “Ensial (birinci) və hiperteniya” xəstəliklər müəyyən edilmişdir. Ona görə onun bəzi orqanlarında yaranan xəstəliklər onun fiziki imkanlarını məhdudlaşdırıldığından ona 3cü (üçüncü) qrup əlillik dərəcəsi verilmişdir. Həmçinin o, X10 ilə xx.xx.2019-cu il tarixində rəsmi nikaha daxil olmuş və onların birgə nikahdan ekiz övladları xx.xx.2019-cu il təvəllüdlü Məmmədhəsənova Aydəniz və xx.xx.2019-cu il təvəllüdlü Məmmədhəsənova Aytən adlı uşaqları vardır və o, eyni zamanda iki azyaşlı uşaqlarının qayğısını çəkməlidir. Ona görə də hesab edir ki, İddiaçı 4-cü dəfə ondan aliment məbləğinin artırılması barədə tələbi əsassızdır və övladlarına aliment ödənilməsi onun əmək müqaviləsi ilə müəyyən edilmiş əmək haqqına və pensiyasına uyğun olmalıdır. İddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)- 1688/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh ilə birgə nikahından doğulmuş 13 may 2006-cı il təvəllüdlü X11, 13 sentyabr 2007-ci il təvəllüdlü X7 və 03 sentyabr 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 dekabr' 2016-cı il tarixli, 2(009)-5468/2016 saylı qətnaməsi əsasında cavabdeh X2 hər ay hər uşaq üçün sabit pul məbləğində tutulan 130 manat alimentin həcmi artırılaraq hər uşaq üçün 150 manat sabit pul məbləğində müəyyən edilsin, birgə nikahdan doğulmuş 13 may 2006-cı il təvəllüdlü X11, 13 sentyabr 2007-ci il təvəllüdlü X7 və 03 sentyabr 2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh X2 hər ay, hər uşaq üçün sabit pul məbləğində 150 manat olmaqla, cəmi 450 manat pul vəsaiti bu qətnamə qanuni qüvvəyə mindiyi gündən tutularaq (uşaqlar yetkinlik yaşına çatanadək) İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İ 244344 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı ilə olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2016 ilin oktyabr ayının 01 günündə 170 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Cəbrayıl şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 238 nömrəli arayışından görünür ki, Nuriyeva X14 şəhər sakinidir, hal-hazırda müvəqqəti olaraq ünvan 1 ünvanında m üvəqqəti yaşayır. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1990-cı ildə Sabirabad rayonu, Muğangəncəli kəndində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AA3326412 80QXL73 nömrəli şəxsiyyət vəsi qəsinin surətindən görünür ki, X11 xx.xx.2006-cı ildə doğulmuşdur. İş materiallarında olan AZE 12037408 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Məmmədhəsənov Bəxtiyar xx.xx.2007-ci ildə doğulmuş, atası Cavabdeh, anası İddiaçıdir. İş materiallarında olan AZE 12037409 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Məmmədhəsənov Bürhan xx.xx.2008-ci ildə doğulmuş, atası Cavabdeh, anası İddiaçıdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsində uşaqların saxlanması üçün alimentin sabit pul məbləğində tutulmasının əsasları müəyyən edilmiş və göstərilmişdir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin yetkinlik yaşına çatmayan uşagları iddiaçının himayəsindədir və uşaqların saxlanması üçün artan tələbat Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyənləşdirilən aliment məbləği ilə ödənilə bilmir. Eyni zamanda, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” xx.xx.2022-ci il tarixli Qanunla 2022-ci il üçün yaşayış minimumunun uşaqlar üçün 220 manat müəyyən edildiyini də əsas götürərək, məhkəmə, uşağın təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması üçün iddia tələbinin təmin edilməsini, cavabdehdən tutulan aliment məbləğinin artırılmasını zəruri hesab edir. Qeyd olunanlara əsasən, uşağın saxlanılması üçün zəruri olan maddi təminatın yarısının da iddiaçının vəzifəsi olduğunu, tərəflərin maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları, habelə uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması və yuxarıda göstərilən digər halları nəzərə alaraq, məhkəmə uşağın saxlanılması üçün iddiaçının xeyrinə tutulan aliment məbləğinin 200 manat sabit pul məbləğində müəyyən olunmasını ədalətli hesab edir. Bu qənaətə gələrkən məhkəmə, habelə uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılmasının Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biri olmasını nəzərə almışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1688/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, Cavabdeh xx.xx.2006-cı il təvəllüdlü X6, xx.xx.2007-ci il təvəllüdlü X1, xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Alimentin yeni qaydada tutulması hazırki qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-1130/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1130/2023
03.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver