Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1134/2020 27.08.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçının nümayəndəsi Ş.M.Quliyevin iştirakı ilə , İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X1 Cavabdeh MMC-yə qarşı təbiətə vurulmuş zərərin ödənilməsi tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X5 Cavabdeh MMC-yə qarşı təbiətə vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh MMC tərəfindən Nizami rayonu, M.Abbasov küçəsi, 2538-ci məhəllə ünvanında 1 ədəd diametri 4 sm.olan köküstə yaş Alça ağacı və 1 ədəd diametri 8 sm. olan köküstə yaş Sərv ağacı qanunsuz olaraq kəsilmişdir. Həmin ağacın qanunsuz kəsilməsi və məhv edilməsi nəticəsində təbiətə 960 manat məbləğində ziyan vurulmuşdur. Vurulmuş ziyanın qanunvericiliyə əsasən X3 üzrə Dövlət Fonduna ödənilməsi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 421 saylı qərarı ilə təsdiq edilmiş “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi qaydası”nın 3-cü hissəsinə əsasən yaşıllıqlara dəymiş ziyana görə hesablanmış məbləğin təqsirkar fiziki, vəzifəli və hüquqi şəxslər tərəfindən ödənilməsi üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaşıllıqlara dəymiş maddi ziyanın miqdarının hesabat sənədi rəsmi qaydada təqsirkar olan fiziki, vəzifəsi və hüquqi şəxslərə göndərilir. Həmin qaydanın 4.2-ci bəndinə əsasən yaşıllıqlara dəymiş ziyan məbləği təqsirkar olan fiziki, vəzifəli və hüquqi şəxslər tərəfindən 30 gün müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 41 nömrəli qərarı ilə təsdiq edilmiş “X6 üzrə Dövlət Fondu haqqında Əsasnamə”yə uyğun olaraq X3 üzrə Dövlət Fondunun müvafiq bank hesabına Dövlət Xəzinadarlığı Agentliyi VÖEN **********, KOD 210005, Müxbir Hesab AZ41NABZ ********************, BİK CTREAZ 22, Hesab AZ67CTRE********************, VÖEN **********, Büdcə təsnifatının kodu 142582, büdcə səfiyyəsinin kodu 3 ödənilməli və ödənişi təsdiq edən sənəd Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X2 təqdim edilməlidir. xx.xx.2019-cu il tarixdə barəsində inzibati tənbeh haqqında qərar çıxarılan Cavabdeh MMC tərəfindən 960 manat məbləğində ziyanın X3 üzrə Dövlət Fonduna ödənilməsi təmin edilməmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı iddia ərizəsini təmin edib təbiətə vurulmuş 960 manat məbləğində ziyanın X3 üzrə Dövlət Fonduna ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi X4 iddianı tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə bildirişi cavabdehin hüquqi ünvanı üzrə göndərilsə də, “həmin ünvandan köçüb, fəaliyyət göstərmir” qeydi ilə məhkəməyə geri qaytarılmışdır. Bu səbbədən məhkəmə AR MPMnin 147-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib və toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir İş üzrə 11 saylı Regional Ekologiya və X5 tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli aktın kserosurətinə əsasən Cavabdeh MMC tərəfindən Nizami rayonu, M.Abbasov küçəsi, 2538-ci məhəllə ünvanında 1 ədəd diametri 4 sm.olan köküstə yaş Alça ağacı və 1 ədəd diametri 8 sm. olan köküstə yaş Sərv ağacı qanunsuz olaraq kəsilmişdir. İş üzrə 11 saylı Regional Ekologiya və X5 tərəfindən tərtib edilmiş təbiətə dəymiş əlavə ziyanın hesablanması cədvəlinin kserosurətinə əsasən Alça və Sərv ağacların qanunsuz kəsilməsi və məhv edilməsi nəticəsində təbiətə 960 manat məbləğində ziyan vurulmuşdur. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 3(103)-2458/2019 saylı inzibati xəta haqqında iş üzrə qərarın kserosurətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, 2538-ci məhəllədə diametri 4 sm olan 1 ədəd alça ağacı, diameti 8 sm olan 1 ədəd sərv ağacının məhv edilərək ərazidən götürüldüyü müəyyən edilmişdir.Bu barədə xx.xx.2019-cu il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə ”Cavabdeh” MMC Azərbaycan Respublikası İXM-nin 253.3.1-ci maddəsi ilə təqsirli bilinib 35.000 manat məbləğində cərimə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri, Nizami rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı barəsində inzibati tənbeh tətbiq edilmiş Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, qanuni qüvvəyə minmiş Nizami rayon Məhkəməsinin 3(007)-1085/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarla ”Cavabdeh” MMC Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, 2538-ci məhəllədə diametri 4 sm olan 1 ədəd alça və diametri 8 sm olan 1 ədəd sərv ağacını məhv etdiyinə görə AR İXM-nın 253.3.1-ci maddəsi ilə təqsirli bilinib 35.000 manat cərimə edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, iddiaçı cavabdehin təbiətə vurduğu ziyana görə 960 manat məbləğində ziyanın ödənilməsini tələb edir. “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 421 saylı Qərarının 2.1-ci bəndinə əsasən yaşıllıqların mühafizəsi sahəsində qanunvericiliyin pozulmasında təqsirkar olan fiziki, vəzifəli və hüquqi şəxslər yaşıllıqlara dəymiş ziyanla bağlı maddi məsuliyyətə cəlb edilirlər. Həmin Qaydalara “fiziki, vəzifəli və hüquqi şəxslər tərəfindən yaşıllıqların mühafizəsi sahəsində qanunvericiliyin tələbləri pozulmaqla ağacların və kolların götürülməsi (kəsilməsi), zədələnməsi (boy artımının dayandırılması dərəcəsinədək) və ya məhv edilməsi nəticəsində dəymiş ziyanın hesablanması üçün” 1 saylı Əlavədən görünür ki, 4-8 sm-lik ağac üçün dəymiş ziyan məbləği 160 manat təşkil edir. Həmin Əlavənin qeyd hissəsinin 1-ci bəndinə əsasən Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ağac və kolların, yaşıllıqların mühafizəsi sahəsində qanunvericiliyin tələbləri pozulmaqla götürülməsi (kəsilməsi), zədələnməsi (boy artımının dayandırılması dərəcəsinədək) və ya məhv edilməsi nəticəsində dəymiş ziyan yuxarıdakı cədvəldə verilən miqdar üç dəfə artırılmaqla hesablanır. Beləliklə qanunvericiliyin yuxarıda göstərilən tələblərinə görə cavabdeh bir ədəd, diametri 4 sm olan alça və bir ədəd diametri 8 sm olan sərv ağaclarını məhv etdiyinə görə təbiətə 960 manat məbləğində ziyan vurmuşdur (hər ağaca görə 480 manat (160 x3), iki ağaca görə 960 manat). AR Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə cavabdehin iki ağacın məhvinə görə təbiətə 960 manat ziyan vurması öz təsdiqini tapdığından, iddia tələbi əsaslı hesab edilməli və təmin edilməlidir. Məhkəmə həmçinin vurulmuş ziyanın X3 üzrə dövlət fonduna ödənilməsi ilə bağlı qeyd edir ki, həmin tələb də tam əsaslıdır. Yuxarıda göstərilən Qaydaların 4.2-ci bəndinə əsasən yaşıllıqlara dəymiş ziyanın məbləği təqsirkar fiziki, vəzifəli və ya hüquqi şəxslər tərəfindən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 22 fevral tarixli 41 nömrəli qərarı ilə təsdiq edilmiş “X3 üzrə dövlət fondu haqqında Əsasnamə”yə uyğun olaraq X3 üzrə dövlət fondunun müvafiq bank hesabına ödənilməli və ödənişi təsdiq edən sənəd Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı büdcə təşkilatı olduğu üçün və dövlət rüsumu ödəməkdən azad olduğu üçün, cavabdehdən dövlət nəfinə 30 manat dövlət rüsumu tutulmalıdır. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azaddır. AR MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən təbiətə vurulmuş ziyanın əvəzi kimi 960 (doqquz yüz altmış) manat məbləğində pul tutulsun və həmin pul məbləği X3 üzrə Dövlət Fondunun müvafiq bank hesabına ödənilsin. Cavabdeh MMC-dən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul tutulsun . Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1134/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1134/2020
27.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver