Məhkəmə qərarları › İş №2(009)-1134/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1134/2021

22.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1134/2021 22.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 - Cavabdehnə qarşı “mənzilə sahiblik, istifadə hüququnun tanınması və mənzilin təhvil verilməsi ” tələbinə dair mülki işə məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 - Cavabdehnə qarşı “mənzilə sahiblik, istifadə hüququnun tanınması və mənzilin təhvil verilməsi ” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "Cavabdeh” Mənzil Tikinti Kooperativi tərəfindən ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 1-ci giriş 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 196.1 kv.m-dən ibarət 4 otaqlı mənzili üzərində iddiaçı X1 və istifadə hüququnun tanınması, cavabdeh tərəfindən həmin mənzilin İddiaçı1 təhvil verilməsi, Cavabdeh tərəfindən ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 1-ci giriş 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 154.8 kv.m dən ibarət 3 otaqlı mənzilin üzərində İddiaçı2 sahiblik və istifadə hüququnun tanınması, cavabdeh tərəfindən həmin mənzilin İddiaçı2 təhvi verilməsi, Cavabdeh tərəfindən ünvan 2 ünvanında inşa edilən yaşayış binasının 1-ci giriş 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 140.0 kv.m-dən ibarət 3 otaqlı mənzilin üzərində İddiaçı3 sahiblik və istifadə hüququnun tanınması, cavabdeh tərəfindən həmin mənzilin İddiaçı3 təhvil verilməsi, Cavabdeh tərəfindən ünvan 2 ünvanında inşa edilən yaşayış binasının 1-ci giriş, 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 140.0 kv.m-dən ibarət 3 otaqlı mənzilin üzərində İddiaçı4 sahiblik və istifadə hüququnun tanınması, cavabdeh tərəfindən həmin mənzilin iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı tərəf ərizənin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdiyindən, ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinə əsasən, işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 170, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 - Cavabdehnə qarşı “mənzilə sahiblik, istifadə hüququnun tanınması və mənzilin təhvil verilməsi ” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar