Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1134/2022 04.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi X2, Ərizəçi “şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi” barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: Ərizəçi “şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 14.05.1992-ci il tarixdə anadan olmuş X1 xəbərsiz itkin düşmüş hesab edilməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Ərizəni yoxlayaraq hesab edirəm ki, Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə uyğun olaraq ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Belə ki, xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılmaqla maraqlı şəxsin iştirakı ilə baxılması nəzərə tutulsa da, ərizəçi ərizəsində maraqlı şəxsi qeyd etməmişdir. Azərbaycan Respublikası MPM-nin 305.1.2-ci maddəsinə əsasən, şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. (MPM 306.2) Bundan əlavə, ərizəçi ərizəsində şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsinin ona nə məqsəd üçün lazım olduğunu göstərməmişdir. Azərbaycan Respublikasının MPM-nin 313-cü maddəsinə əsasən ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. Qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Ərizəçi “şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi” barədə ərizəsi qanunvericilikdə nəzərdə tutulmuş müəyyən olunmuş formaya və məzmuna riayət edilməməklə tərtib edildiyindən, həmçinin şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilmədiyindən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və ona Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü madəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 266-268 maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi “şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi” barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1134/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1134/2022
04.05.2022 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver