Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1138/2021 26.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, İddiaçı1, Cavabdeh ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh ASC-yə qarşı “kredit müqaviləsi üzrə borcun azaldılması və ipoteka predmetinə yönəlmənin məhkəmə qaydasında aparılması” tələbinə dair iddiası üzrə iddianın təmini tədbiri haqqında ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC ilə bağlanmış kredit müqaviləsi üzrə borcun dəqiqləşdirilməklə azaldılması və ipoteka predmetinə yönəlmənin məhkəmə qaydasında aparılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar məhkəməyə iddianı təmin etmə tədbiri barədə ərizə ünvanlayaraq, mülki iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər Cavabdeh ASC-nin tələbi əsasında icra qeydi üzrə hər hansı hərəkətlərinin edilməsinin Qaradağ rayon icra şöbəsinə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Səbail rayon Məhkəməsinin 2(009)-1138/2021 saylı, 29.04.2021-ci il tarixli qərardadı ilə iddianın təmini tədbiri haqqında ərizənin təmin edilməməsi qərara alınmışdır. Qərardaddan İddiaçı1 tərəfindən verilmiş şikayət Səbail rayon məhkəməsinin 08.05.2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş və şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5752/2021 saylı, 11.06.2021-ci il tarixli qərardadı ilə İddiaçı1 şikayəti təmin edilərək, iş üzrə Səbail rayon Məhkəməsinin 2(009)-1138/2021 saylı, 29.04.2021-ci il tarixli qərardadının ləğv edilməsi və mübahisəyə baxılması üçün sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü mülki işin Səbail rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Məhkəmə Kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən bu tələbə məhkəmədə baxılmalı olub-olmaması araşdırılmalıdır. Məhkəmə iclasında iddiaçı iddianın təmini tədbiri barədə ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın təmini tədbiri barədə ərizənin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri tədqiq edib, hesab edir ki, aşağıdakılara görə iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Bakı şəhəri 8 saylı notariat ofisinin xüsusi notariusunun ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 02.03.2021-ci il tarixli İcra qeydindən görünür ki, ipoteka saxlayan Cavabdeh ASC-nin tələbi ilə ipoteka qoyan İddiaçı2 məxsus ipoteka predmeti olan ünvan 1 ünvanda yerləşən 0.0538 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 402.7 kv.m. olan fərdi yaşayış evinə cəmi 45286,05 manat borc üzrə tutma yönəldilmişdir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, yuxarıda qeyd olunan ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 02.03.2021-ci il tarixli notariusun İcra qeydi qüvvədə olduğu və mübahisələndirilmədiyi halda, iddiaçılar tərəfindən kredit müqaviləsi üzrə borcun dəqiqləşdirilməklə azaldılması və ipoteka predmetinə yönəlmənin məhkəmə qaydasında aparılmasına dair iddia qaldırılmışdır. Məhkəmə hesab edir ki, hazırki iddiaya məhkəmədə baxıla bilməz və ona görə də, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh ASC-yə qarşı “kredit müqaviləsi üzrə borcun azaldılması və ipoteka predmetinə yönəlmənin məhkəmə qaydasında aparılması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-1138/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1138/2021
26.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver