Məhkəmə qərarları › İş №2(009)-1147/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1147/2021

04.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1147/2021 04.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı X7 Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı X10 Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, 10.10.2020-ci il tarixdə Cavabdeh onun qızı X5 “Toyota Rav4” markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı avtomaşını ilə Həzi Aslanovda yerləşən M.Hadi küçəsində vurmuşdur. Hadisə nəticəsində qızı Fidanın hadisənin şokundan ürəyi getmiş, ətrafda olan insanların köməyi ilə qızına su vermiş və onu ayıltmışlar.Ayıldıqdan sonra da ayaq üstə dayana bilməmiş, başı hərlənmiş və ürəyi bulanmışdır. Hadisəyə səbəbkar olan “Toyota Rav4” markalı avtomobilin sürücüsü Cavabdeh dediklərinə görə onun idarə etdiyi avtomaşını kənardan başqa bir maşın sıxmış və o, maşını qaçırdaraq səkidə dayanmış qızı Fidanın başının arxa tərəfində maşının yan güzgüsü ilə vuraraq bir neçə metr sürülmüşdür. Fidan ayıldıqdan sonra onu öz avtomobilinə qoymuş,1 neçə saat maşını lazımsız olaraq sürmüş və daha sonra qızının halının pisləşdiyini görmüş, qızı Fidanın təkidi ilə Neyrocərrahiyyə xəstəxanasına aparmışdır. KT aparatında müayinə və bir neçə əlavə müayinə üçün pul ödəmiş,yüngül pul ödəmiş çıxıb getmişdir. Xəstəxananın qəbul şöbəsi polisə məlumat vermişdir. O, qızı Fidan vurulandan bu günə kimi müalicəsi üçün pul xərcləyir. Xətai rayon ekspert şöbəsinin işçisi Quliyev Ədalət və polis kapitanı X8 çıxartdıqları qərarla o, razı deyil. Ekspert lazım olan dəlilləri işə əlavə etməmişdir. Fidanın maşın qəzasından sonra vəziyyəti çox pisləşmişdir. O, sahə həkiminə müraciət etmiş və yenidən Neyrocərrahiyyə xəstəxanasında müayinə və müalicə etmişdir. İndiyə kimi cərrahın və nevropatoloqun nəzarətindədirlər. Hər ay xırda damarlar partlayıb beyinə qansızma verməsin deyə o, qızı Fidana sistemlər edir. Şəbnəm adlı qadın onun Fidan qızının həyatına ömürlük ziyanlıq gətirmişdir. Onun haqlı iradlarına baxmayaraq ekspert Quliyev Ədalət onu öz övladını vurması ilə böhtanlamışdır. Şəbnəm adlı qadın isə onları ələ salıb gülmüş və demişdir ki, “bu mənim üçün birinci hadisə deyil ki, hara lazımdır pulunu verib canımı qurtaracam”. Bir dəfə də olsun onlara zəng vurub üzürxahlıq etməmişdir. 5 aydır Fidanın müalicəsinə pul töküb, uşağının yaranacaq beyin qansızmasından müalicə edir, amma Şəbnəm kefini çəkir. Onlara maddi yardım göstərməmişdir. Cavabdeh onları bilə-bilə ələ saldığına və onlara vurduğu maddi ziyanı ödəmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 20.10.2017-ci il tarixli 816-VOD nömrəli Qanununa əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsində 2-ci bəndində edilmiş əlavədə göstərilmişdir ki, bu Məcəllənin 263.1 və 263.1-1 maddələrində nəzərdə tutulmuş cinayət törətmiş şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən tamamilə azad edilir. Müəyyən edilmişdir ki, “Toyota Rav4” markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü Cavabdeh YHQ-nın pozduğundan YNH-si baş vermiş hadisə zamanı X6 indiki və gələcək sağlamlığına böyük zərər vuran maddi və bədən xəsarətləri almışdır. İndiyə qədər dəymiş ziyan 900 manat təşkil etmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh X1 vurduğu 900 manat məbləğində olan maddi ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı idda tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin göstərmişdir ki, hadisədən sonra qızının səhhətində baş verən problemlər səbəbindən həkimlərə müraciət olunmuş, müvafiq diaqnostikalar keçirilmiş, dərman preparatları yazılmış və sox çətinliklə uzun müddət müalicədən sonra qızının sağlamlığının bərpasına nail olmuşdur. sağlamlığın bərpası üçün çəkilən xərc ən azı 900 manat olmuşdur. Dəfələrlə cavabdehlə əlaqə saxlanılıb həmin pulun ödənilməsi tələb edilsə də, cavabdeh bundan imtina etmiş, hətta üzürxaqlıq da etməmişdir. Qızı Fidan cavabdehin laqeydliyini görərək məhkəməyə müraciət etməkdən imtina etmişdir. O isə hesab etmişdir ki, qızına çəkilən cavabdehdən tutulmalıdır. Bu səbəbdən məhkəmədə iddianı o qaldırmışdır. Hesab edir ki, bu tələb irəli sürməkdə o haqlıdır. O həmçinin qızının xəsarət dərəcəsinin müəyyən edilməsi ilə bağlı ekspertin gəldiyi rəylə də razı deyil. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh iddianı qəbul etməyərək öz izahatında göstərmişdir ki, həqitətən 10.10.2020-ci il tarixdə onun idarə etdiyi avtomaşın tərəfindən iddiaçının qızı vurulmuşdur. Hadisədən dərhal sonra Fidana müraciət edərkən o əvvəl evə getməsini, sonra isə onu anasının işlədiyi neyrocərrahiyyə xəstəxanasına aparılmasını xahiş etmişdir. Həmin xəstəxanada Fidana Elşən həkim baxmış, kate etdirmiş, 200 manat buna xərc çəkmiş. Həkim bildirmişdtr ki, xəstədə hər hansı problem yoxdur və dərman preparatları yazmamışdır. Səhərisi günü onu polis bölməsinə dəvət etmişlər, orada araşdırma aparılmış, cinayət işinin başlanması rədd edilmiş, o inzibati məsuliyyətə cəlb edilmiş və 40 manat cərimələnmişdir. Qaldırılan iddia ilə razı deyil, hadisədən dərhal sonra aparılan müayinələr hər hansı bir xəsarətin olmamasını təsdiq etmişdir Bundan sonra Fidanda nə problem olmuşdursa, hadisə ilə əlaqədar olmaya bilər. Dəfələrlə iddiaçı və ailəsi zəng edərək onu şantaj etmişlər, hətta 2021-ci ilin fevral ayında İddiaçı polis bölməsinə müraciət edərək guya onun idarə etdiyi avtomaşın tərəfindən onun vurulması barədə məlumat vermişdir. araşdırma zamanı müəyyən edilmişdir ki, qeyd edilən gün o avtomaşını idarə etməmişdir. İddiaçı polisə yalan məlumat vermişdir. Hesab edir ki, hadisə ilə əlaqədar iddiaçının qızına hər hansı xəsarət yetirilmədiyindən sonradan ona çəkilən müalicə xərcləri ilə bağlı ona qarşı olan tələb əsassızdır. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Neyrocərrahlıq Xəstəxanasının qəbul diaqnostik şöbəsi tərəfindən 12.10.2020-ci il tarixdə verilmiş arayışın kserosurətindən görünür ki, xəstə 1991-ci il təvəllüdlü X2-beyin travması, neyrocərrahi patologiya yoxdur, inkar olunur. Vəziyyətini travmadan sonra asteno-nevrotiv vəziyyət kimi qiymətləndirmək olar, yaşadığı yerdə nevropatoloqun müalicəsi məsləhət görülmüşdür. İş üzrə 3 nömrəli şəhər klinik xəstəxanası tərəfindən verilmiş 12.10.2020-ci il tarixli arayışın kserosurətindən görünür ki, 1991-ci il təvəllüdlü X9 travmotoloji yardım şöbəsinə 10.10.2020-ci il tarixdə daxil olmuş, diaqnoz: “başı yumşaq toxumalarının əziyi, baş beyin silkələnməsi, başın boyunun sol yarısının əziyi” göstərilmişdir. İş üzrə Xətai RPİ-nin TŞ-nin baş təhqiqatçısı O.Məmmədovun 23.10.2020-ci il tarixli cinayət işinin başlanlımasının rədd edilməsi qərarına əsasən toplanmış HK-1/591 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş və YNH törətmiş “Toyota Rav4” markalı ** NE *** d.q.n avtomaşının sürücüsü Cavabdeh AR İXM-nın 327.1-ci maddəsində inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün qərarın surəti Xətai RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iddia tələbi İddiaçı tərəfindən qaldırılsa da, iddiaçı məhkəmədən həddi buluğa çatmış 1991-ci il təvəllüdlü X3 mənafeyinə dair tələb irəli sürmüşdür. AR MPM-nin 59.1-ci maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallarda dövlət orqanları, ayrı-ayrı fiziki və hüquqi şəxslər başqa şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün onların xahişi ilə və yaxud digər şəxslərin mənafelərinin müdafiəsi üçün iddia ilə məhkəməyə müraciət edə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan və ya yetkinlik yaşına çatmayan şəxslərin mənafelərinin müdafiəsi üçün maraqlı şəxslərin xahişi olmadan iddia qaldırıla bilər. Göründüyü kimi qanunvericilik mənafelərinin müdafiəsi üçün iddia irəli sürülməsinin hüquqi əsaslarını müəyyən edir. Təqdim olunan sənədlərdən məlum olur ki, Fidan Quliyeva yetkinlik yaşına çatmışdır. Belə olan halda iddiaçı onun mənafeyi naminə iddia qaldırmaq üçün müvafiq səlahiyyətlərə malik olmalıdır (yetkinlik yaşına çatmış şəxsin mənafeyi üçün iddia qaldırılmasının hüquqi əsasları - onun üzərində himayə və ya qəyyum təyin edilməsini təsdiq edən sübutlar). Lakin iddiaçı belə səlahiyyətlərə malik olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının yetkinlik yaşına çatmış övladı - 1991-ci il təvəllüdlü Fidan Quliyevanın mənafeyi üçün iddia qaldırmağa subyektiv hüququ olmadığından, iddia tələbi əsaslı hesab edilə bilməz. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnu həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsini mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququna malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə Cavabdeh 1991-ci il təvəllüdlü X1 vurduğu 900 manat məbləğində maddi ziyanın ödənilməsi barədə iddia tələbini iddiaçının belə bir tələblə çıxış etmək üçün subyektiv hüququ olmadığından təmin edilməməlidir. Məhkəmə izah edir ki, iddiaçının yetkinlik yaşına çatmış övladı müstəqil qaydada pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəmədə iddia qaldıra bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı Cavabdeh X1 vurduğu 900 manat məbləğində olan ziyanın ödənilməsi barədə iddia tələbləri əsassız olduğundan təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar