Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1151/2021 28.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının nümayəndələri Nümayəndə2 Firuddin oğlu və X6 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 işə cəlb edilməklə Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 işə cəlb edilməklə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh fiziki şəxs Cavabdeh 7951,50 manat məbləğində dəymiş zərərə və 1000 manat məbləğində isə maddi zərərə görə, ümumilikdə 8951,50 manat məbləğində pulun tutularaq Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, 05 yanvar 2021-ci il tarixində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialın (Bundan sonra-Filial) sürücüsü X3 idarə etdiyi Filiala məxsus, “Hyundai Sonata” minik markalı, **-AR-*** (hal-hazırda **-PT-***) dövlət qeydiyyat nişanlı avtomobil ilə X4 darə etdiyi "xxxx" ASC-də icbari sığorta növü üzrə sığortalanmış “DAF FTXF105.460” yük markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə yol nəqliyyat hadisəsi baş vermişdir. Yol nəqliyyaf hadisəsi baş verən tarixdə “DAF FTXF 105.460” yük markalı, **-TV- *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X8 işəgötürən fiziki şəxs Cavabdeh ilə 1 dekabr 2020-ci il tarixli müddətsiz əmək müqaviləsi əsasında sürücü-yükdaşıyan vəzifəsində çalışıb. Nəqliyyat hadisəsi nəticəsində sürücü, yükdaşıyan vəzifəsində çalışan X8 (AZE ********) barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi X14 İdarəsi tərəfindən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulmaslı ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən inzibati xəta haqqında 5 yanvar 2021-ci il tarixli ******* nömrəli protokol tərtib edilmiş, protokolda Valeh Şirəliyev tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində (Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması) nəzərdə tutulmuş inzibati xətanın törədilməsi faktı qeyd edilmişdir. Tərtib edilmiş protokol əsasında inzibati tənbeh vermə haqqında 5 yanvar 2021-ci il tarixli ******* nömrəli qərara əsasən İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsi rəhbər tutularaq həmin Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə Valeh Şirəliyev barəsində 40 manat məbləğində cərimə edilməsi haqqında tənbeh növü tətbiq edilmişdir. "xxxx" ASC tərəfindən yönləndirilmiş “Avto Box" avtoservisində Filiala məxsus “Hyundai Sonata” minik markalı avtomobilə nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyanın məbləği 10.295,00 manat olaraq dəyərləndirilmişdir. Zərər vuran “DAF FTXF 105.460 yük markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC-də üçüncü şəxslər qarşısında mülki məsuliyyət sığortası üzrə sığortalandığından "xxxx" ASC tərəfindən 27 yanvar 2021-ci il tarixində Filialın Azərbaycan Beynəlxalq Bankının Nərimanov filialındakı hesabına 2.343,50 manat sığorta ödənişi edilmişdir. İcbari sığorta haqqında qanunvericiliyə əsasən sığortaçının ödəməli olduğu maksimal məbləğ olan 5.000,00 manat yol nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş 5 tərəf arasında zərərə mütənasib olaraq bölüşdürülmüşdür. Qalan 7951,50 manat Filiala ödənilməli olan məbləğ isə zərərvuran tərəfindən ödənilməlidir. Bildirir ki, hadisə nəticəsində Filala məxsus “Hyundai Sonata” minik markalı, **-AR-*** (hal-hazırda **-PT-***) dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəyməsi və avtomobilin yararsız hala düşməsi Filalda işlərin icra edilməsində çətinliklər yaratmış, lazımi sənədlərin ünvana vaxtında çatdırılması, Filialın mənafeyi ilə əlaqədar məhkəmələrdə iştirak üçün gediş-gəliş və digər məsələlərlə bağlı əlavə xərclər çəkilmişdir. Bunun nəticəsi olaraq Filialın əmlakdan məhrum olması nəticəsində əlavə çəkdiyi xərclərə görə 1000 manat məbləğində maddi zərərin əvəzini tələb etmə hüququ vardır. Mülki Məcəlləyə əsaslanaraq bildirir ki, fiziki şəxs Cavabdeh əmək müqaviləsi ilə işə götürdüyü Valeh Şirəliyev tərəfindən “Hyundai Sonata” minik markalı, **-AR-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərə görə məsuliyyət daşımalıdır və həmin zərərin əvəzini ödəməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndələri Nümayəndə2 Firuddin oğlu və X11 iddia tələblərini müdafiə edərək və iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək onun təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 məhkəmə iclasına gəlməmişlər. Cavabdeh nümayəndəsi və vəkili Bəxtiyar Hacıyev ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası hüdudlarından kənarda olacağını nəzərə alaraq məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndələri əvvəlki məhkəmə iclasının cavabdehin nümayəndə və vəkilinin eyni məzmunlu ərizəsinə əsasən təxirə salındığını bildirərək, məhkəmə iclasının cavabdehin nümayəndəsi və vəkilinin və 3-cü şəxsin iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və 3-cü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə etiraz ünvanlayaraq, iddianın əsassız olduğundan təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, 05.01.2021-ci il tarixdə Mərkəz Filialın sürücüsü X2 idarə etdiyi filiala məxsus “Hyundai Sonata” minik markalı, 10-AR- 626 (hal-hazırda) dövlət qeydiyyat nişanlı avtomobil ilə X4 idarə etdiyi "xxxx" ASC-də icbari sığorta növü üzrə sığortalanmış “DAF FTXF 105.460” YÜK markalı **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə yolnəqliyyat hadisəsi baş vermiş, Bakı şəhər BPİ DYPİ-nin yol nəqliyyat hadisələrinə baxan səlahiyyətli vəzifəli şəxsi tərəfindən baş vermiş yol-nəqliyyat hadisəsində X8 təqsirli bilinərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllsəinin 327.1 -ci maddəsinə əsasən 40 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş 5 nəfər olduğundan icbari sığortadan verilən 5000 manat pul vəsaiti zərərə mütənasib olaraq tərəflər arasında bölüşdürülmüş, 2.343,50 pul vəsaiti Mərkəz filialın hesabına ödənilmiş, lakin avtomobilə dəymiş ziyan 10.295 manat müəyyən edildiyindən və 2.343,50 ödənildiyindən, 7951,50 manat pul vəsaitinin işəgötürən Cavabdeh ödənilməsi tələb olunur. Fiziki şəxs Cavabdeh əmək müqaviləsi ilə işəgötürdüyü Valeh Şirəliyev tərəfindən “Hyundai Sonata” minik markalı, **-AR-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərə görə məsuliyyət daşımalıdır və həmin zərərin əvəzini ödəməlidir. İddiaçının əsas arqumenti ondan ibarət olmuşdur ki, Mülki Məcəllənin 1099,1 maddəsinə əsasən fiziki şəxs öz işçisinin törətdiyi mülki hüququ pozuntusuna görə məsuliyyət daşıyır və işçinin vəzifələrinin icrası zamanı vurduğu zərərin əvəzini ödəməlidir. Lakin iddia tələbi tam əsassızdır və təmin edilməməlidir. Birincisi, işin faktiki hallarından məlum olur ki, yolnəqliyyat hadisəsi baş vermiş və sürücü Valeh Şirəliyev yol hərəkəti qayda pozuntusuna yol verməkləinzibati xəta törətmiş və bunun nəticəsində digər mexaniki nəqliyyat vasitələrinin sürücülərinə maddi ziyan vurulmuşdur. Belə ki, “DAF FTXF 105.460” YÜK markalı **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehin mülkiyyətində olmasına baxmayaraq, nəqliyyat vasitəsindən istifadə edilməsi üçün onun tərəfindən Valeh Şirəliyevə notariat kontorunda təsdiq edilmiş etibarnamə verilmişdir. Belə ki, hazırkı iddiaya cavab verməli olan şəxs Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun müəyyən edilməlidir, çünki maddi zərər yüksək təhlükə mənbəyi hesab olunan nəqliyyat vasitəsinin fəaliyyəti nəticəsində yaranmışdır.İkincisi, iddiaçı iddia tələbinin əsasını belə göstərmişdir ki, fiziki şəxs Cavabdeh əmək müqaviləsi ilə işəgötürdüyü Valeh Şirəliyev tərəfindən “Hyundai Sonata” minik markalı, **-AR-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərə görə məsuliyyət daşımalıdır və həmin zərərin əvəzini ödəməlidir. Cavabdeh bununla razılaşmayaraq qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 1099-cu maddəsi hüquqi və ya fiziki şəxsin işçisi tərəfindən törədilmiş müxtəlif mülki hüquq pozuntusu hallarında tətbiq edilə bilər, lakin zərərin vurulmasına səbəb ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyət təşkil edirsə birmənalı olaraq Mülki Məcəllənin 1108-ci maddəsi tətbiq edilməlidir. Göründüyü kimi həmin maddə imperativ xarakter daşıyır və onun digər hallara tətbiq edilməsi qeyri-mümkündür. Bundan başqa, hazırkı işdə Mülki Məcəllənin 1099-cu maddəsi cavabdehə münasibətdə tətbiq edilərək iddia təmin edilə bilməz. Məhkəmə iddiaçının nümayəndələrinin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə iddia əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan 05 yanvar 2021-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X8 idarə etdiyi “DAF FTXF 105.460” YÜK markalı **-TV- *** dövlət qeydiyyat nişanlı avtomobillə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə edilməsi haqqında tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan qüsur aktından görünür ki, «Hyandai Sonata» markalı, **-AR- *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan cəmi 10295.00 manat təşkil etmişdir. İş materiallarında olan 26.01.2021-ci il tarixli, 415 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən DSMF SS və FU Üzrə Mərkəzi filialına 2343.5 manat məbləğində ödəniş olunmuşdur. İş materiallarında olan 18.11.2020-ci il tarixli etibarnamədən görünür ki, X1 Teymur Tofiq oğluna 6 il 25 gün müddətinə mülkiyyətində olan “DAF FTXF 105.460” YÜK markalı **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməyə dair səlahiyyət vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüququ şəxslər cavabdeh hesab olunurlar. Cavabdehin düzgün müəyyən olunmaması irəli sürülmüş tələbin sübut olunmamasını təsdiq edir, hazırki iş üzrə cavabdeh isə iddiaçının hüquqularının və qanunla qorunan maraqlarının pozucusu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görə isə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qanunun mənasından müəyyən olunur ki, yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Qanunverici tərəfindən belə fəaliyyyət nəticəsində zərərin ödənilməsindən azad edilməyi yalnız zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəlməsininin sübuta yetirildiyi hallarda mümkün olduğunu müəyyən etmişdir. Eyni zamanda qanunverici yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində dəymiş zərərin əvəzini ödəməli olan şəxslərin dairəsini də müəyyənləşdirərək bu vəzifəni yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə vəi.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoymuşdur. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, yüksək təhlükə mənbəyi olan “DAF FTXF 105.460” yük markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobili X8 idarə etmişdir. Bununla yanaşı, iddia tələbi cavabdeh kimi Cavabdeh qarşı yönəlmişdir. Beləliklə, yuxarıda şərh olunanlardan görünür ki, iddiaçı tərəfindən əsl olmayan cavabdehə qarşı iddia irəli sürülmüşdür ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən tələbin ona cavab verməli olmayan şəxsə verilməsi, irəli sürülən tələbin sübüt edilməməsini təsdiq edir, ona görə də, onun təmin edilməməsinə gətirib çıxarır. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən onun hüquqlarının müdafiəsi inkanları itirilməmişdir, belə ki, o, sürücü X5 qarşı oxşar iddia ilə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 işə cəlb edilməklə Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-1151/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1151/2021
28.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver