Məhkəmə qərarları › İş №2(009)-1157/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1157/2020

06.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1157/2020 06.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh iştirakı ilə, İddiaçı - Cavabdeh qarşı “pul” tələbinə dair ilkin iddia ərizəsinə, eyni zamanda iddiaçı Cavabdeh – cavabdeh İddiaçı qarşı “pul” tələbi barədə qarşılıqlı iddia ərizəsinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı “pul” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9900 (doqquz min doqquz yüz) manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, o, keçmiş həyat yoldaşı X9 ilə 1988-ci il tarixdə rəsmi nikaha daxil olmuş və 2004-cü il tarixdə rəsmi nikahlarına xitam verilmiş, birgə nikahdan doğulan oğlu X6 onunla qalmaqdan imtina etmiş və atasının yanında qalması məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Həyat yoldaşı X9 xx.xx.2018-ci il tarixdə vəfat etdikdən sonra oğlu onun yanına qayıtmış və ona məxsus ünvan 1 ünvanında yerləşən mənzilə qeydiyyata düşərək yaşamağa başlamışdır. Hazırda oğlu X6 ailəlidir, iki azyaşlı övladı vardır və ona məxsus ünvanda yaşayır. Belə ki, oğlu Cavabdeh bir müddət Rusiya Federasiyasında yəni 2006-cı il tarixdən 2018-ci il tarixədək yaşayandan sonra Azərbaycan Respublikasına qayıtmış qeydiyyat ünvanı olmadığı üçün yuxarıda göstərilən ona məxsus mənzilə qeydiyyata alınmışdır. Bir müddət cavabdeh həmin mənzildə yaşayandan sonra ona və qızına qarşı bir sıra qeyri etik hərəkətlər, yəni onları söyüb təhqir etməyə başlamış, yersiz hədə qorxular gəlməklə pul tələb etmiş, aldığı borc pulları qaytarmaq əvəzinə evdə lüzumsuz söz-söhbət yaratmaqdadır. Əlavə olaraq bildirir ki, oğlu Cavabdeh ondan 2020-ci il mart ayının təxmini 10-dan sonra 1400 manat, sonra 3000 manat və mart ayının təxmini sonuncu günlərində isə 2000 manat və nəhayət axırıncı dəfə isə 3500 manat, toplam olaraq 9900 manat pul alaraq ona qaytarmamışdır. Aralarında olan razılığa əsasən həmin pulu onun ticarət işləri ilə əlaqədar olaraq o, borclu olduğu firmaların hesabına köçürməli idi. Nəticədə isə Gündüz həmin pulları o, tapşırdığı firmaların hesabına köçürmək əvəzinə, öz şəxsi ehtiyacları üçün xərcləmiş, o, bugünkü gündə həmin insanlara olan borcunu özü qaytarmağa məcbur olmuşdur. Nəhayət xx xxxxx 2020-ci il tarixdə ona məxsus xüsusi mülkiyyətdə pulu qaytarmaqdan yayınmaq məqsədlilə dava dalaş salaraq onu və qızını küçə söyüşləri ilə təhqir edərək ona qarşı nalayiq hərəkətlər etməyə başlamışdır. Eyni zamanda iddiaçı Cavabdeh – cavabdeh İddiaçı qarşı “pul” tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 47.000 (qırx yeddi min) ABŞ dolları və 600 (altı yüz) manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki,anasının təsisçisi olduğu “SAB” firması dərman satışı ilə məşğuldur, onun həmin firmaya heç bir aidiyyəti yoxdur, sadəcə olaraq anası 2017-ci ilin dekabr ayında o, X3 şəhərində olduğu müddətdə həmin şirkətə onu hüquqşünas və auditor kimi eyni gündə işə qəbul etmişdir. Bu barədə o, pandemiya dövründə X14 190 manat pul vəsaitinin alınması üçün müraciət etdikdə bilmişdir. Belə ki, hər hansı bir təşkilatın digər bir təşkilata kredit borcu olduqda, həmin firmalar arasında müqavilələr olmalı, həmin müqavilələr əsasında debutor kredit borclarının ödəmələri kassa-məxaric orderi ilə həyata keçirilməlidir. Belə ki, həmin şirkətin adından ona hər hansı bir ödəniş tapşırığı olmamış, onun adına kassa məxaric orderi yazılmamış və yuxarıda göstərilən pul vəsaitinin hər hansı bir təşkilata, şirkətə və ya fiziki şəxsə verilməsi barəsində anası ona həmin pulları verməmiş, yalnız məhkəmə baxışı zamanı o, bu məbləğdən xəbər tutmuşdur. Anasının belə bir qərəzli iddia ilə ona qarşı qaldırdığı iddiası qərəzlidir, çünki ailə-məişət zəminində münasibətlər xx xxxxx 2020-ci il tarixdə pozulduğu üçün anası 102 xidmətinə zəng vuraraq xuliqanlıq barəsində məlumat vermişdir. Lakin 41-ci Polis Bölməsində o, zərərçəkən kimi tanınmış, hal-hazırda Səbail rayon X10 bölməsində istintaq davam edir. Həmçinin anası digər bir iddia ərizəsi ilə ona qarşı “yaşayış sahəsindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, mənzildən çıxarılma və mənzilə köçürülmə tələbinə dair” iddia vermişdir. X1 iddia ərizəsi ilə ona qarşı “pul tələbinə dair” iddia qaldırmışdır. İddia ərizələrinin yazılması tarixindən görünür ki, hər üç iddia ayrı-ayrılıqda xx xxxxx 2020-ci il tarixli istintaqa cəlbedilmə hərəkətlərindən sonrakı tarixlərə təsadüf edir və onlar şər-böhtanla məhkəmənin vaxtını almaqdan başqa bir iddia deyildirlər. Məlumat üçün bildirir ki, 1988-ci ildə atası ilə anası rəsmi nikahda olmuş, həmin nikahdan o və bacısı dünyaya gəlmişdir. 2004-cü ildə atası ilə anasının məhkəmə qaydasında rəsmi nikahları pozulduqda o, məhkəmədə atası ilə qaldığını bildirmiş, məhkəmədə işin xüsusatları araşdırdıqdan sonra onun atası ilə birlikdə qalmağı barəsində qətnamə qəbul edilmişdir. Atası ilə anasının birgə nikahı dövründə ünvan 2 ünvanda onların ailəsinin 2 ədəd ayrı-ayrılıqda iki və üç otaqdan ibarət mənzilləri olmuşdur. Həmin mənzilləri atası öz vəsaiti hesabına alsa da, mənzilin biri atasının, digər mənzil isə ana nənəsi olan X7 adına qeydiyyatdan keçirilmiş, nənəsi də onlarla bir ailə olaraq indiyə kimi onlarla yaşayır. Həmin dövrdə atası vəkillik fəaliyyəti ilə məşğul olmaqla bərabər, həm də “istintaq” qəzetinin təsisçisi və baş redaktoru olmuşdur. Atası ilə anasının rəsmi nikahla ayrılmasına baxmayaraq, onlar birgə yaşamış və birgə təsərrüfat aparmışlar. Təxminən 2005-2006-cı illərdə nənəsinin adına olan iki otaqlı mənzili sataraq yuxarıda göstərilən ünvanda xalası X2 adına 6 sot torpaq sahəsi alınmışdır. Eyni zamanda nənəsi adına olan satılmış mənzilin pulundan digər nəvəsinə Keşlə qəsəbəsində ev alaraq ona “hədiyyə” etmişdir. Atası ilə anası rəsmi nikah pozulduqdan sonra yenə də birlikdə atasının adına olan mənzildə yaşamaqlarını davam etdirmişlər. O, isə gah xalası Natellanın evində və yaxud da başqa qohumlarının evində qalmışdır. Həmin vaxtda atası ilə anasının ailə-məişət zəminində tez-tez mübahisələri düşdüyü üçün o, bunu qəbul edə bilməmişdir. Çünki anası həmin vaxtlar evlərinin yanında olan aptekdə satıcı işləsə də, ona ailə işlərində kömək edərək bəzi hallarda da gecəni onlarda qalmışdır. Bununla əlaqədar atası ilə anası həmişə mübahisə etmişlər. Atası anasını həmin aptekdən uzaqlaşdırmaq məqsədilə onun adına “SAB” şirkəti təsis etmiş və anası başqa aptekdə işləməli olmuşdur. Həmin dövrdə anasının adına açılmış şirkətin bütün hüquqi və maliyyə işlərini atası özü apararaq onun işlərinə nəzarət etmişdir. Hər dəfə anası aptekə dərman preparatlarının alınması üçün müəyyən pul məbləğinin lazım olduğunu bildirir, atası isə dostlarından dəfələrlə 20-30 min dollar pul gətirib anasına versə də, anası həmin pulları dərman alışına verərək, həmin aldığı pulları geri qaytarmadığına görə dəfələrlə belə mübahisələri olmuş, atası dostlarından aldığı pulu özü qaytarmaq məcburiyyətində qalmışdır. Təxminən 2006-cı ilin qış aylarında atasının istintaqla əlaqədar işi olduğu üçün anasına veridiyi etibarnamə əsasında anası atasının adına olan və onların qeydiyyatda oluğu həmin mənzili də sataraq yuxarıda göstərilən ünvanda ev tikintisi üçün həmin pulların müəyyən hissəsini ora xərcləmişdir. 2007-ci ilin yay aylarından isə həmin təmirtikinti işlərini atası özü aparmağa başlamışdır. Belə ki, o, orta məktəbi bitirdikdən sonra ali təhsilini davam etdirmək üçün X3 şəhərinə getmişdir. O, yay-qış tətillərində həmişə valideynləri ilə birlikdə Badamdar qəsəbəsində tikintisi başa çatmamış həmin evdə qalmışdır. Hər dəfə də anası ilə atası evin xalasının adına alınmasını və ana nənəsinin onlarla qalması üstündə mübahisələri olmuşdur. Onun anası ilə bağlı münasibətlərinin çox sərin olduğunu yaxın qohumları da bilmişdir. Hər dəfə o, tətilə gələndə anası ona “yeganə övladsan, Rusiyada qalma, gəl Azərbaycanda yaşa” deyərək yalvarışlar edirdi. Təxminən 2018-ci ilin may aylarında atası ona zəng vuraraq bacısı Fitatın bir nəfərlə ailə qurmaq istədiyini və atası həmin oğlana onu vermək istəmədiyini və bu barədə yenə ailələrində mübahisələrin yarandığını bildirmişdir. O, isə öz növbəsində “hər ikisi gəncdir, əgər birbirlərini sevirlərsə, xeyir-dua ver getsin” demişdir. Lakin atasının səsindən hiss etmişdir ki, anası ilə bacısı atasının bu hərəkətlərindən narazı olaraq yenə atası ilə böyük mübahisələr yaratmışlar. Atası ondan Bakıya gəlməyini xahiş etmişdir. O, isə iyul ayının axırlarında Bakıya gələcəyini bildirmişdir. Atası yay olduğu üçün Quba rayonunun Təngialtı kəndində qaldığını və o, gələnədək bacısı və anası ilə üz-üzə gəlmək istəmədiyini bildirmişdir. 2018-ci ilin iyun ayının 11-də atasının dostlarından biri ona zəng açaraq atasının Bakı-Quba yolunda avtoqəza törətdiyini və həmin hadisə zamanı ailənin yeganə bir oğlu avtoqəza nəticəsində rəhmətə getdiyini bildirmişdir. Ertəsi gün o, Bakıya gəlmiş, həmin hadisədən atasının çox stress keçirmiş, ona görə də atasını yaxın dostlarının birinin evində yerləşdirmiş və avtoqəza nəticəsində rəhmətə gedənin dəfn-yas mərasimləri ilə məşğul olmuşdur. Hər dəfə atası anası ilə bacısının bu hərəkətlərindən, ömür boyu dedi-qodulardan, mübahisələrdən bezdiyini ona danışmışdır. Axır vaxtlar onsuz da ürəyindən və böyrəyindən şikayətlənən atasının aldığı son stresslərdən vəziyyəti pisləşərək xx xxxx 2018-ci ildə ona üçün tutduğu mənzildə rəhmətə getmişdir. O, atasını ertəsi günü qohumlarının iştirakı ilə dəfn etsə də, anasına bu barədə xəbər göndərsə də, həmin dəfn mərasimində anası ilə bacısı iştirak etməmişlər. Bu onsuz da yaranmış münasibətləri daha da gərginləşdirmişdir. Dəfndən sonra anası ona bildirmişdir ki, atasının rəhmətə getməyini bacısı Fitat bilmir və o, da məcbur olaraq onun yanında qalmış, əgər Fitat xəbər tutsaydı özünə qəsd edəcəkdi, o, onun birtəhər başını qatmışdır. Bacısı Fitat uşaqlıqdan epilepsiya xəstəsi olduğuna görə o, anasının bu sözlərinə inanmışdır. Həmin vaxtlar o, atasının və qəza nəticəsində həlak olmuş oğlanın qəbirüstü daşlarının düzəldilməsi ilə məşğul olduğu üçün gecələr evə getməyib bəzi hallarda Şüvəlanda yerləşən qəbirstanlıqda, bəzən də yaxın dostlarının, qohumlarının evində qalmışdır. Sonradan eşidir ki, “Qurd qapısı” deyilən mərasim zalında o və yaxın qohumları atasına “yeddi” mərasimi verən günü, anası ilə bacı bir neçə uzaq qohumlarla bacına nişan və xınayaxdı mərasimi keçirmişlər. Anası ona zəng etsə də, o, onunla çox soyuq danışmış, işlərinin çox olduğunu ona bildirmişdir. Hər dəfə bacısı ona zəng vuraraq evə gəlməyini, onunla yaxından oturaraq dərdləşməyini bildirsə də, o, həmin söhbətdən yayınmaq üçün müxtəlif bəhanələr gətirərək onunla görüşə bilməyəcəyini bildirmişdir. Ancaq qohumlarının danışıqlarından hiss etmişdir ki, bacısı atasının rəhmətə getməyini bilir və özünü guya bilməməzliyə qoymuşdur. 2019-cu ilin yay aylarında bacısı, həyat yoldaşı Fərhad və onun valideynləri ilə birlikdə rayonların birində dincəlmək üçün iki həftəlik getmişlər. 1-2 gündən sonra Fitatın əri ilə birlikdə qayıtdığını və Fitatın əhval-ruhiyyəsinin pis olduğunu görmüşdır. Anası ona bildirmişdir ki, Fərhadın anası bacısı ilə çox pis davranmış, ona dincəlməyə imkan verməmişdir. Ona görə də bacısı evə gəlmək istəmiş, Fərhad isə onu tək buraxmamışdır. Fərhadgilin ailəsini daha yaxın tanıdığı üçün o, anasının bu sözlərinə şübhə ilə yanaşmış və onlardan bu barədə heç bir şey soruşmamışdır. Elə həmin gündən də xx xxxxx 2020-ci ilə kimi onlar bacısıgil onlarla birlikdə qalmış, son hadisələrdə onlar anası ilə birlikdə evdən çıxaraq başqa ünvana köçmüşlər. Belə ki, hələ 2019-cu ilin sentyabr ayında anası ona bildirmişdir ki, dərman ləvazimatları almaq üçün ona 40-50 min ABŞ dolları civarında pul lazımdır, həmin pulları qoyub dərman alsa, ayda qazancları 6-7 min ABŞ dolları olacaq, həmin qazancdan anası ona xərci üçün 2500-3000 ABŞ dolları pul verəcəkdir. Həmin dövrdə o, anasının 2012-2013-cü illərdə Narkomaniyaya qarşı Mübarizə İdarəsində və eləcədə Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsindən lisenziyası olmadığından, psixotrop dərmanların satışı ilə qeyri-qanuni məşğul olduğu üçün həmin idarə tərəfindən tutularaq istintaqa cəlb edilməsini, sonradan atasının və onun yaxın dostlarının himayədarlığı ilə həmin istintaqdan yayınmasını, gənclərə gələcəkdə çox pis təsir edən bu hərəkətlərin bir ali həkim kimi ona yaraşmadığını bildirirərək “əgər istəyirsənsə xüsusi dərmanların satışı üçün atamın dostlarının köməyilə həmin dərmanların satışı üçün sənə xüsusi lisenziya (razılıq) alım, ancaq sən də bir ana kimi mənə söz ver ki, belə qeyri-qanuni dərman satışı ilə məşğul olmayacaqsan” deyərək bildirmişdir. Anası onun boynunu qucaqlayaraq “keçmişin səhvi keçmişdə qaldı” deyərək artıq yaşının o dövr olmadığını, indidən belə halal zəhmətlə dolanmaq istədiyini bildirmiş və onu inandırmışdır. Ona görə də o, qanuni yolla lisenziya alınmasında ona yaxından köməklik göstərmişdir. Hər dəfə dərman vasitələrinin alınmasında anasının atasının vasitəsilə dostlarından borc pul almasını və sonradan onu qaytarmamasını gözünün önünə gətirərək, ona dərman vasitələri almaq üçün və gələcəkdə qazanc əldə etmək üçün bacısının və onun həyat yoldaşının ailəsinin yanında anasına verdiyi 38000 ABŞ dollarını əl telefonu ilə video lentə çəkmişdir. Təxminən 2020-ci ilin yanvar ayında anası onun oğlu İsgəndərin ad gününə hədiyyə olaraq onun adına 3-4 otaqlı mənzil almağını və ancaq həmin mənzil anasının adına olmağını, sonradan isə İsgəndərin adına hədiyyə etməyini bildirmiş və ona “Ağ şəhər”də ev tapmağını, təxminən həmin evin alış qiymətinin 200-250 min manat civarında olmasını bildirmişdir. O, anası, bacısı Fitat, onun həyat yoldaşı Fərhad ayrılıqda “Ağ şəhərdə” həmin evə baxmağa getmişlər. Sonradan ona məlum olmuşdur ki, anasının onun oğlu İsgəndərə alıb hədiyyə vermək istədiyi mənzili Fərhadın vəsaiti hesabına almaq istəmişlər. Ona görə də, o, anasına iradlarını bildirmiş və hər hansı bir evin alınması üçün Fərhadın pulunun ona lazım olmadığını dedikdə, anası ona “mən istəyirəm ki, sən ailənlə birlikdə mənim aldığım evə köçəsən, qızım kürəkənimlə mənim yanımda qalsınlar” demişdir. O, onlara bu barədə bir də söhbət etməməyi, “əgər ana kimi sən kürəkəninlə qalmaq istəyirsənsə, mən ailəmlə birlikdə Bakı şəhərində kirayə qala bilərəm” demişdir. Anası ona “elə şeylər qohumlardan ayıbdır, bir də belə sözlər danışma” deyərək sakitləşdirmişdir. Artıq onların ailəsində soyuq münasibətlər yarandığından, o, gecələr evə bir az gec gəlməyə çalışaraq öz otağına keçib ailəsilə birlikdə dolanmağa başlamışdır. xx xxxxx 2020-ci ildə, saat 11-12 radələrində həyat yoldaşı Alisa ona zəng vuraraq anasının, bacısının, Fərhadın yük taksisi çağıraraq gündəlik tələbat ərzaqlarını, öz geyim əşyalarını həmin taksiyə yüklədiklərini bildirmişdir. O, evə çatanda artıq yük taksisinin fəhlələri maşının arxa hissəsinə ev əşyalarını yığırmışlar və ona aid olan əl çantalarını və orada olan əşyalarını həmin maşına yükləmişlər. O, həmin hadisəni əl telefonu ilə video-lentə aldıqda, anası həyətə çıxaraq qonşular tərəfə uca səslə qışqıraraq «Gündüz bizi evdən qovur, biz artıq burada qala bilmirik» və ona təhqiredici sözlər deməyə başlamışdır. O, onların onu provokasiyaya sürüklədiklərini hiss etmiş, sakit dayanaraq hər bir hadisəni video-lentə almışdır. Fərhad ona 1-2 dəfə zərbələr endirmiş, bacısı daş götürərək onu vurmuşdur. Anası 102 xidmətinə zəng vuraraq “burada bizim üstümüzə cumublar, gəlin bizi bu bəladan qurtarın” demişdir. 102 xidmətinin əməkdaşları göstərilən ünvana gəldikdə onlar Fərhadın maşınına minərək qaçıb getmişlər. Həmin əməkdaşlar onu Səbail rayon Polis İdarəsinin 41-ci bölməsinə dəvət etmişlər, orada onun aldığı xəsarətləri gördükdə, onu Bayılda yerləşən ekspertizaya göndəriş vermişlər. Onun xəsarətləri olduğu üçün 41-ci Polis Bölməsinin Təhqiqat İdarəsində təhqiqat aparıldıqdan sonra Səbail rayon X10 şöbəsində istintaq bu gün də davam edir. Hal-hazırda bu barədə istintaq hərəkətləri aparılır, ondan sonra anası ilə bacısı ayrı-ayrılıqda ona qarşı Bakı şəhəri Səbail Rayon Məhkəməsinə “pul tələbi” ilə bağlı müraciətlər etmişlər. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsini geri qaytarılaraq baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh işə iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını tələb edərək, ilkin iddia tələbinin rədd edilməsini, qarşılıqlı iddia ərizəsini müdafiə edərək tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 259.0.11-ci maddəsinin məzmununu, eləcə də ilk iddiaçı tərəfindən iddia ərizəsinin qaytarılması barəsində ərizə verilməsinə baxmayaraq ilk iddia üzrə cavabdehin işin mahiyyəti üzrə həll olunmasını tələb etdiyini nəzərə alaraq hesab edir ki, hər iki iddiaya baxılaraq hüquqi nəticəyə gəlinməlidir. Məhkəmə ilk iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri rədd edilməlidir. Belə ki, işin araşdırılmış halları ilə (doğum haqqında şəhadətnamənin surəti) müəyyən edilmişdir ki, tərəflər ana – oğul olmaqla birinci dərəcəli yaxın qohumdurlar. İşin materiallarından görünür ki, ilk iddiaçı tərəfindən cavabdeh olan oğluna qarşı 9900 manat pul ilə bağlı qaldırdığı iddiasının əsası kimi istinad edilə biləcək heç bir sənəd və ya sübut növü təqdim edilməmiş, yalnız iddia ərizəsində ilk iddiaçı cavabdeh olan oğlu Cavabdeh ondan 2020-ci il mart ayının təxmini 10-dan sonra 1400 manat, sonra 3000 manat və mart ayının təxmini sonuncu günlərində isə 2000 manat və axırıncı dəfə isə 3500 manat, ümumilikdə 9900 manat pul alaraq ona qaytarmamamasını göstərmiş, tələbinin maddi əsası kimi isə Azərbaycan Respublikasının MülkiMəcəlləsinin 385-ci maddəsinə istinad etmişdir. Həmin normaya görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə ilk iddia tələbinə münasibət bildirərək qeyd edir ki, iddiaçı iddia ərizəsində cavabdehə müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə pul verdiyini göstərsə də, bu halı təsdiq edəcək hər hansı bir sübut növünü məhkəməyə təqdim etməmişdir. Həmin pul məbləğlərinin cavabdehə verilməsi halını təsdiq edən sübutlarla yanaşı, pulun cavabdehə qaytarmaq şərti ilə verilməsini də təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibət bildirərək qeyd edir ki, yuxarıda göstərilən hal ilkin iddia tələbinə olduğu kimi, qarşılıqlı iddia tələbinə də aiddir. Belə ki, hər iki iddia tələbi üzrə iddiaçıların tələblərini heç bir mötəbər sübutla əsaslandırmamaları ilə yanaşı, iddia tələblərinin təmin edilməsi üçün hüquqi əsaslar məhkəmə araşdırması zamanı da müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, hər iki iddia tələbinin mahiyyəti tərəflərin bir-birindən pul tələbləri ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeydedilənmaddədəsadalanmışüç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir. 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyrimaddi əmlak nemətlərinin toplusudur. Beləliklə də, hər iki iddia üzrə iddiaçılar bir-birilərindən tələb etdikləri əşyanın, yəni pulların özlərinə məxsus olmasını, eləcədə, tələb edilən pulların tələb anında tələb etdikləri cavabdehlərdə olmasını və nəhayət hər iki iddia üzrə cavabdehlərin onlarda olan pullara sahiblik hüququnun qanunsuz olmasını sübut etməlidirlər. Məhkəmə qarşılıqlı iddia ilə bağlı təqdim edilərək işmateriallarına əlavə edilmiş Rusiya Fedarasiyasının «Sberbank» bankından X4 İddiaçı xx.xx.2019-cu il tarixdə 1500 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə 1500 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə 1500 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə 1500 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə iki dəfə 450 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə 600 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə 1000 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə 500 ABŞ dolları göndərdiyi ödəniş tapşırıqlarının, eləcə də, tərəflər arasında başqa iddia predmetləri ilə bağlı ərizələrin, məhkəmə qətnamələrinin, hüquq mühafizə orqanlarının Cavabdeh ünvanladığı məktubların, qərarların məzmununa qiymət verərək hesab edir ki, bu sənədlər İddiaçı Cavabdeh qarşısında mülki məsuliyyət daşıması üçün hüquqi əsas kimi qiymətləndirilə bilməz. Beləki, yuxarıdada qeyd edildiyi kimi, qanunvericiliyin tələblərinə əsasən işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdimetmək iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə qeyd edir ki, ilk növbədə hər hansı iddia tələbi üzrə iddiaçının tələbinə uyğun olan iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına zərurət qalmır, belə ki, işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, hər iki iddia üzrə iddiaçıların irəli sürdüyü faktiki halların onların iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamışdır. Məhkəmə ilk və qarşılıqlı iddia üzrə tərəflərin doğma ana–oğul olmalarını bir daha qeyd etməklə vurğulayır ki, onlar ərizələrində bir-birilərindən tələb etdikləri pulların verilməsi halları mövcud olsa da belə, bu hallar ailədaxili münasibətlər əsasında ailə üzvlərinin bir-birinə münasibətdə borc və bununla bağlı öhdəlik münasibətlərinin yaranması kimi qiymətləndirilə bilməz. Təkcə qarşılıqlı iddiaçının izahatı və təqdim etdiyi çoxsaylı sənədlərin məzmunu bu qənaətə gəlməyə kifayət qədər əsas verir ki, qaldırılan iddialar ilk iddiaçının həyat yoldaşı olmuş, qarşılıqlı iddiaçının isə atası X5 xx.xx.2018-ci il tarixdə vəfatından sonra ailədaxili, məişət zəminində yaranan mübahisələr zəminində tərəflərin bir-birinə qarşı yaranmış qərəzli münasibətlərinin nəticəsidir. Məhkəmə bu qənaətə gələrkən nəzərə alır ki, məhkəmənin pozitiv öhdəliyindən biri də iddia ərizəsinə münasibətdə oradakı söz və ifadələrlə bağlı olmayaraq bütünlüklə iddia ərizəsinin məzmununa əsasən tərəfin həqiqi niyyətini müəyyən etməkdən ibarətdir və məhkəmə prinsip etibarilə mülahizə yürütmək üçün daxili inama əsaslanaraq halları müəyyən etmək hüququna malikdir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı - Cavabdeh qarşı “pul” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh – cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizələri rədd edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəh-bər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ilkin iddia ərizəsi rədd edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar