Məhkəmə qərarları › İş №2(009)-116/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-116/2021

01.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-116/2021 01.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əliyeva Aygün Həsən qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 05R000010742 saylı kredit razılaşması və ona edilmiş əlavə sazişlər üzrə 6775.75 ABŞ dolları məbləğində kredit borcu, 8209.96 ABŞ dolları məbləğində faiz borcu və 4761.05 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 19746,76 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2008-cü il tarixli 05L000000846 saylı X1nə əsasən 60 (altmış) ay müddətinə 20000 (iyirmi min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. xx.xx.2013-cü il tarixli 846 sazişlə X1nə dəyişiklik edilərək 175 (yüz yetmiş beş) ay müddətinə 100000 (yüz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. X1 üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 05R000010742 saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2.25% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 18000 (on səkkiz min) ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 05R000010742SB saylı, xx.xx.2016-cı il tarixli 05R000010742SC saylı, xx.xx.2016-cı il tarixli 05R000010742SD saylı, xx.xx.2016-cı il tarixli 05R000010742SE saylı, xx.xx.2017-ci il tarixli 05R000010742SF saylı, xx.xx.2017-ci il tarixli 05R000010742SG saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2018-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 11224.25 ABŞ dolları ödəmiş, onun 6775.75 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2020-ci il tarixə 630 gün üçün hesablanmış faiz borcu 8209.96 ABŞ dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2020-ci il tarixə 630 gün üçün hesablanmış cərimə 4761.05 ABŞ dolları təşkil edir. X1nin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. X1 üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən X1ndən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və X1 üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələblərini müdafiə edərək iddia ərizəsində qeyd olunanlara uyğun izahat verdi və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qismən qəbul edərək bildirdi ki, o, İddiaçı QSC-dən kreditlə pul götürüb, lakin devalvasiya olduğundan borcu ödəməyə imkanı olmayıb. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qəbul etməyərək bildirdi ki, mübahisə predmeti olan İddiaçı QSC ilə Cavabdeh1 arasında xx.xx.2008-ci il tarixli 05L000000846 saylı kredit müqaviləsinə əsasən 60 ay müddətinə 20000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. xx.xx.2013-cü il tarixli 846 saylı sazişlə X1nə dəyişiklik edilərək 175 ay müddətinə 100000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. O, İddiaçı QSC xx.xx.2014-cü ildə 05S000012086 saylı zaminlik müqaviləsi bağlayaraq, iddiaçı ilə Cavabdeh1 Həsən oğlu arasında xx.xx.2008-ci il tarixində 05L000000846 saylı kredit müqaviləsinin icrasını təmin etmək məqsədilə zamin olmuşdur. Həmin gün iddiaçı ilə cavabdeh arasında bağlanan xx xxxxxxx 2008-ci il tarixli 05L000000846 saylı kredit müqaviləsi üzrə cavabdehin götürdüyü 18.000 ABŞ dollarına zamin olmuşdur. Məhkəmənin nəzərinə çatdırır ki, iddia ərizəsindən müddətin keçməsi ilə əlaqədar imtina edilməlidir. Belə ki, iddiaçı ilə arasında zaminlik müqaviləsi xx.xx.2014-cü il tarixində 18 ay müddətində bağlanmışdır. Həmin müqavilənin müddəti xx.xx.2015-ci ildə başa çatıb. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş müddət qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Belə ki, zamin olduğu müqavilənin müddəti xx.xx.2015-ci ildə başa çatıb. İddiaçı isə bir il ərzində zamin kimi ona qarşı iddia qaldırmayıb. Ona görə də, ona qarşı münasibətdə iddiadan müddətin keçməsi ilə əlaqədar imtina edilməlidir. Cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 məhkəmə baxışı iclaslarının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq onlar, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işə baxıb, iddiaçının nümayəndəsinin, Cavabdeh3 izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2008-ci il tarixli, 05L00000846 saylı kredit müqaviləsinə əsasən “İddiaçı“QSC tərəfindən Cavabdeh1 60 ay müddətinə, xx xxxxxxx 2013-cü il tarixədək 20.000 ABŞ dolları məbləğində pul verilmişdir. İş materiallarında olan xx xxx 2013-cü il tarixli X1nə dəyişiklik və əlavələr edilməsi haqqında 846 saylı sazişə əsasən İddiaçı” QSC tərəfindən Cavabdeh1 oğluna 175 ay müddətinə, x xxx 2023-cü il tarixdən gec olmayaraq verilməlidir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, 05R000010742 saylı kredit razılaşmasından görünür ki, İddiaçı QSC tərəfinən Cavabdeh1 aylıq 2,25 faiz olmaq, 18 ay müddətinə 18000 ABŞ dolları məbləğində kredit vəsaiti verilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli ödəniş planından görünür ki, tərəflər arasında kreditin və ona hesablanmış faizlərin xx.xx.2014-cü il tarixdən başlayıb xx.xx.2015-ci il tarixədək hər ay 1,231 ABŞ dolları ödəməklə bitirməli olmasını göstərən ödəniş qrafiki tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2015, xx.xx.2016, xx.xx.2016, xx.xx.2016, xx.xx.2017 və xx.xx.2017-ci il tarixli sazişlərdən və ödəniş planından görünür ki, Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 05R000010742 saylı kredit razılaşmasına dəyişikliklər edilmişdir. İş materiallarında olan pretenziya məktubunun surətindən görünür ki, cavabdehlərə borcun ödənilməsi, əks halda müvafiq tədbirlər görüləcəyi haqqında xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx xxx 2013-cü il tarixli, 05S000008248 saylı; xx xxxx 2014-cü il tarixli, 05S000012086 saylı; xx xxxxxx 2012-ci il tarixli, 05S000004627 saylı; xx xxxxxxx 2014-cü il tarixli, 005S**********1 saylı, xx xxxxxxx 2014-cü il tarixli,005S**********1 saylı zaminlik müqavilələlərindən görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6İddiaçı QSC qarşısında kredit borcu öhdəlikləri üzrə zamin durmuşlar. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı QSCyə xx.xx.2014-cü il tarixli, 05R000010742 saylı kredit razılaşması üzrə 6775.75 ABŞ dolları məbləğində kredit borcu, 8209.96 ABŞ dolları məbləğində faiz borcu və 4761 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 19746.76 ABŞ dolları məbləğində borcu vardır. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli, 9/4059 nömrəli Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında xx xxxxxxx 2010-cu il tarixli 05L00000846 nömrəli X1 üzrə xx xxxx 2014-cü il tarixli 05R000010742 nömrəli Razılaşmasına əsasən sazişlər üzrə aparılan dəyişikliklərdə qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 banka olan borcu aşağıdakı kimi, müəyyən olunur: o cümlədən; xx.xx.2020-ci il tarixə əsas, faiz və cərimə borcu: əsas borcu üzrə-6760,20 ABŞ dolları, faiz borcu üzrə-7812,41 ABŞ dolları; cərimə borcu üzrə-4761,05 ABŞ dolları təşkil edir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, Cavabdeh1 ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında xx.xx.2008-ci il tarixli, 05L000000846 saylı X1nə əsasən 60 (altmış) ay müddətinə 20000 (iyirmi min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. xx.xx.2013-cü il tarixli 846 sazişlə X1nə dəyişiklik edilərək 175 (yüz yetmiş beş) ay müddətinə 100000 (yüz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. X1 üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 05R000010742 saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2.25% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 18000 (on səkkiz min) ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 05R000010742SB saylı, xx.xx.2016cı il tarixli 05R000010742SC saylı, xx.xx.2016-cı il tarixli 05R000010742SD saylı, xx.xx.2016-cı il tarixli 05R000010742SE saylı, xx.xx.2017-ci il tarixli 05R000010742SF saylı, xx.xx.2017-ci il tarixli 05R000010742SG saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 öhdəliyinin icrasına zamin durmaqla təminat vermişlər. Kredit müqaviləsinə uyğun olaraq iddiaçı tərəfindən öhdəlik yerinə yetirilmiş və cavabdehə kredit vəsaiti verilmişdir. Cavabdeh qeyd olunan kredit müqaviləsi üzrə dövri ödənişlər etməli olduğu halda, müəyyən miqdarda ödəniş etmiş, sonradan öhdəliyini pozaraq borcunu vaxtında qaytarmamışdır. İddiaçı tərəfindən borcun ödənilməsi tələbi ilə bağlı cavabdeh və zaminlərə yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, mübahisənin məhkəmədən kənar qaydada həll olunması cəhdi heç bir nəticə verməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.1-ci və 472.2-ci maddələrinə görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 462-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün ondan kredit razılaşması üzrə və ekspertin rəyi nəzərə alınmaqla 6760,20 ABŞ dolları məbləğində kredit borcu, 7812,41 ABŞ dolları məbləğində faiz borcu tələbi əsaslıdır və təmin edilməlidir. Lakin cavabdehdən 4761,05 ABŞ dolları məbləğində cərimə məbləğinin tutulmasına gəldikdə isə məhkəmə bu iddianı qismən əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Cərimənin dəbbə pulunun bir növü olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı bankın bu məbləğdə dəbbə hesablaması ədalətli deyildir və bu məbləğin kredit müqaviləsi üzrə 677 ABŞ dolları həcmində müəyyənləşdirilməsi tərəflərin əmlak mənafeləri baxımından daha ədalətlidir. Məhkəmə bu qənaətə gələrkən MM-nin 467-ci maddəsinin müddəalarını, həmçinin hüququn ümumi prinsiplərindən biri olan vicdanlılıq prinsipini rəhbər tutur. Belə ki, qanunvericilik dəbbə pulunun miqdarı haqqında razılaşmanın müqavilə tərəfinin iradəsinə buraxarkən hüququn ümumi prinsipinə uyğun olaraq onların vicdanlı olmaları ehtimalından çıxış etmişdir. Bununla yanaşı, məhkəmə hesab edir ki, zaminlərə qarşı iddia tələbi əsassızdır və aşağıdakılara görə təmin olunmamalıdır. Yuxarıda göstərildiyi kimi, cavabdehlər borc müqaviləsi üzrə bank qarşısında Cavabdeh1 zaminidirlər. Bununla əlaqədar olaraq, onlarla iddiaçı arasında yaranmış hüquq münasibətləri mülki qanunvericiliyin xüsusi normaları ilə tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Buradan görünür ki, zaminin məsuliyyəti əsas müqavilənin şərtləri ilə məhdudlaşır. İcra müddəti üzrə və ümumi həcmə görə əsas öhdəlik dəyişdirildikdə zaminliyə xitam verilir, belə ki, bu, zaminin razılıq vermədiyi məsuliyyətinin artmasına gətirib çıxarır. İş materiallarından görünür ki, Cavabdeh1la kredit müqaviləsi xx.xx.2014-cü il tarixdə 18 ay müddətinə (xx.xx.2015-ci il tarixədək) illik faiz dərəcəsi 2.25% olmaqla 18000 manat məbləğinə bağlanmışdır. Buradan görünür ki, zaminlər öz öhdəsinə Cavabdeh1 tərəfindən kredit müqaviləsinin göstərilən müddətdə və borcun şərtləndirilmiş məbləğində icra edilməsinə görə məsuliyyət götürmüşlər. İddiaçı bank borcun məcburi tutulması barədə iddia ilə məhkəməyə 17 iyul 2020-ci il tarixdə, yəni öhdəliklərin icrası müddətinin keçməsindən sonra müraciət etmişdir. Bu halda, Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 470.2, 471-ci maddələrinin şərh edilməsi haqqında” xx xxxxxxxx 2012-ci tarixli qərarının izahına əasən məhkəmələr zaminin məsuliyyətinin yeni şərtlərlə dəyişdirilməsinə razılığının olmasını yoxlamalıdırlar. Əks təqdirdə zaminlik müqaviləsinin qüvvəsi müəyyən olunmuş qaydada xitam olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İş materiallarından görünür ki zaminlər zaminlik müqaviləsinin müddətinin yeni şərtlərlə uzadılmasına dair yazılı razılığı iddia tələbinə əlavə olunmamışdır. Məhkəmə iclasında da belə razılaşma iddiaçı tərəfindən təqdim olunmadı. Şərh olunan hallara və qanunun yuxarıda göstərilən normasının dispozisiyasına əsasən cavabdehlərin zaminlik müqaviləsinin qüvvəsinə xx xxxx 2015-ci il tarixdə xitam verilmişdir və bununla əlaqədar olaraq onlara qarşı müştərək məsuliyyət barədə tələb irəli sürülə bilməz. Bu əsasla onlar kredit müqaviləsi üzrə borcluların sırasından çıxarılmalıdır. Ona görə də, onlara qarşı irəli sürülən iddia təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 ABŞ dolları dövlət rüsumunun cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 İddiaçı QSC-nin xeyrinə 6760,20 (altı min yeddi yüz altmış ABŞ dolları iyirmi sent) ABŞ dolları məbləğində əsas borc, 7812,41 (yeddi min səkkiz yüz on iki ABŞ dolları qırx bir sent) ABŞ dolları məbləğində faiz borrcu, 677 (altı yüz yetmiş yeddi ) ABŞ dolları cərimə borcu (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 120 (yüz əlli) manat Cavabdeh1 tutularaq tutulub AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: Dövlət Xəzinədarlığı Agentliyi, kod 210005, VÖEN:**********, Müxbir hesab:AZ41NABZ********************, SFİFT:BİK CTREAZ22, MEM, VÖEN:**********, Hesab: AZ34CTRE********************. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar