Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1177/2024 16.07.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı Hüseynov Şahı̇ smayıl Hüseyn oğlunun, Cavabdeḣ oğlunun iştirakları ilə, İddiaçı Hüseynov Vüqar Şahı̇ smayıl oğlunun Cavabdeḣ oğluna qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təsviri hissə: İddiaçı Hüseynov Vüqar Şahı̇ smayıl oğlu Cavabdeḣ oğluna qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh avtomobilinə vurulmuş 4326 (dörd min üç yüz iyirmi altı) manatdan ödənilməyən (Xalq Sığorta ASC tərəfindən 1727,27 manat ödənilmişdir) 2598.73 manat maddi ziyanın tutularaq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: mülkiyyətində "xxxx" markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı atomobili vardır, avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş və istifadə edir. Həmişə olduğu kimi avtomobili yaşadıqları, Salyan yolu, Bibiheybət qəsəbəsi, Ə.Yaqubov küçəsində yerləşən evin yanında, ümumi həyətyanı sahənin daş divarına bitişik saxlamışdır. Onlardan başqa digər qonşular da istifadələrində olan avtomobili ümumi həyətyanı sahədə saxlayırdılar. Mülkiyyətində olan "xxxx" markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobili Xalq Sığorta ASC-də sığortalanmış, PXA********** №-li sığorta şəhadətnaməsi verilmişdir. xx.xx.2022-ci il tarixdə, saat 20:00 radələrində işdən evə gəlmiş və idarə etdiyi "xxxx" markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı atomobili yaşadığı evin yanında, ümumi həyətyanı sahənin daş hasarına bitişik saxlayaraq evinə getmişdir. Evdə olan zaman, təxminən saat 22:30 radələrində küçədən atəş və onun və digər avtomobillərə güclü zərbənin dəyməsi səsini eşitmişdir. Atəş və avtomobillərə güclü zərbənin dəyməsi səsinə küçəyə çıxmışdır. Küçəyə çıxdığı zamanı “X6 1844 LS yük” markalı, **-JR-*** dövlət qeydiyyat avtomobilin istifadəsində olan avtomobili vuraraq divara sıxmasını görmüşdür.Yük avtomobilinin sürücüsünün Cavabdeh olmasını öyrənmişdir. Hadisə yerinə Səbail Rayon Dövlət X9 Yol patrul xidmətinin əməkdaşları gəlmiş, xx.xx.2022-ci ildə Cavabdeh barəsində Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən inzibati xəta haqqında İXR seriyalı, ******* №-li protokol tərtib edilmişdir. Zərər dəymiş "xxxx" markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsininin qiymətləndirilməsinə dair 5 saylı avtoservizin xx.xx.2022-ci il tarixli aktla avtomobilin sol arxa qapının,sol qabaq qapının, ön sol qanadın (krılonun), ön kapotun, qabaq bufer salaskanın, sağ-sol güzgünün, sol padnoşkanın, knopkalarını, sol qanad nikelin, sol güzgü plastmasının, qabaq setkanın bığının qırılması nəticəsində avtomobilə 4326 manat məbləğində zərər dəymişdir. Xalq Sığorta ASC-nin xx.xx.2023-cü il tarixi, PXA seriyalı, 124589 №-li sığorta aktına əsasən ona vurulmuş maddi ziyandan 1727.27 manat ödənilmişdir. Cavabdeh Azərbaycan Respublikası CM-nin 221.2.2-ci və 234.1-ci maddələri ilə təqsirli bilinərək məhkəməyə verilmişdir. Bakı şəhəri, Səbail Rayon Məkəməsinin xx.xx.2023-cü il tarixli, 1(009)-100/2023 saylı hökmü ilə CM-nin 221.2.2-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 4 (dörd) ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 234.1 -ci maddəsi ilə təqsirliliyi sübuta yetmədiyindən bəraət verilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1177/2023 saylı, 16 iyul 2024-cü il tarixli qərardadına əsasən iddiaçı X1 əsl İddiaçı ilə əvəz edilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeḣ oğlu iddia tələbinə etiraz edərək, onun yalnız avtomobilin qapəlarına zərər vura biləcəyini, avtomobilin digər hissələrinə onun tərəfindən heç bir zərər vurulmadığını və zərər məbləğinin şişirdilmiş məbləğ olduğunu bildirərək iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşə əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Bakı şəhəri Səbail rayon məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli, 1(009)-100/2023 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 04 (dörd) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. - Həmin hökmdə qeyd edilmişdir ki, Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməəmtəəşünaslıq ekspertizasının 03 noyabr 2022-ci il tarixli, 9/7568 saylı ekspert rəyinə əsasən təqdim olunmuş qüsur aktı məlumatlarına əsasən 2020-ci il buraxılışla “Changan CS85” markalı 99PU794 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 2697 manat, “Mercedes-Benz” E220CDİ markalı 99XS833 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 470 manat, "xxxx" markalı 99LE265 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 2906 manat müəyyən edilmişdir. - Səğorta aktının surətindən görünür ki, İddiaçı avtomobilinə vurulmuş zərərin 1727,27 manat hisssəsi "xxxx" ASC tərəfindən İddiaçı ödənilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qanuni qüvvəsini almış Bakı şəhəri Səbail rayon məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli, 1(009)-100/2023 saylı hökmünə əsasən Cavabdeh 29 sentyabr 2022-ci il tarixdə saat 22 radələrində orta dərəcəli alkoqol, eləcə də MOP, OPİ və THC tərkibli narkotik vasitələrinin təsiri altında sərxoş halda, etibarnamə əsasında idarə etdiyi «X7 1844 LS yük» markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Səbail rayonu Salyan yolu ilə 20-ci sahə qəsəbəsi istiqamətində hərəkətdə olarkən yol hərəkət qaydalarını pozduğuna görə ərazidə xidmət aparan Səbail Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin yol patrul xidmətinin əməkdaşlarının tələbi ilə Salyan yolunda Bibiheybət qəsəbəsinin yaxınlığında saxlanılmış, ona törətdiyi qayda pozuntusu izah edilib sənədlərinin yoxlanılması zamanı anidən avtomobili hərəkətə gətirərək polis əməkdaşlarının hərəkətlərini dayandırılmasını tələb etmələrinə baxmayaraq idarə etdiyi nəqliyyat vasitəsi ilə ardıcıl olaraq qeyd olunan küçədə dayanmış vəziyyətdə olan X2 məxsus "xxxx" markalı **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobili zədələməklə Vüqar Hüseynova 2906 manat maddi ziyan vurulması, daha sonra hadisə yerində ictimai qaydanın pozulmasının qarşısını almağa çalışan hakimiyyət nümayəndələri olan DİN-nin X8 Alayının 4-cü Patrul Bölüyünün əməkdaşları tərəfindən məcburi qaydada avtomobilinin saxlanılması təmin edildikdən sonra sonuncular tərəfindən yaxalanarkən xuliqanlıq hərəkətlərinin davamı olaraq hakimiyyət nümayəndəsi olan polis nəfəri, polis serjantı X3 qarşı müqavimət göstərilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. İddia ərizəsindən və iş materiallarımdan görünür ki, İddiaçı avtomobilinə vurulmuş zərərin 1727,27 manat hisssəsi "xxxx" ASC tərəfindən İddiaçı ödənilmişdir. İddiaçı cavabdehin qanunsuz və hüquqazidd əməlləri nəticəsində ona maddi zərər yetirilməsinə baxmayaraq istər cinayət işi üzrə məhkəməyədək icraat zamanı, istərsə də, məhkəmə icraatı dövründə zərəri ödəmədiyi üçün hazırki iddia tələbi ilə müraciət edərək cavabdehin qanunazidd əməlləri ilə ona məxsus "xxxx" markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobilə yetirilmiş maddi zərərin əzəvinin ödənilməsini tələb edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (MM-nin 21.2-ci maddəsi). Məhkəmə hesab edir ki, hazırki iş üzrə preyudisial əhəmiyyət kəsb edən Bakı şəhəri Səbail rayon məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli, 1(009)-100/2023 saylı hökmü ilə müəyyən edilmiş hallara əsasən, iddiaçının avtomobilinə məhz cavabdeh tərəfindən vurulmuş maddi zərərin məbləği 2906 manat müəyyən edildiyindən iddiaçıya dəymiş zərər həmin həcmdə müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayətinə dair xx.xx.2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarında göstərilmişdir ki, işə baxan bütün məhkəmələr tərəfindən hər hansı bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş hallar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır. Məhkəmə hesab edir ki, avtomobillə bağlı maddi ziyanın 1727,27 manat hissəsi "xxxx" ASC tərəfindən ödənildiyindən ödənilməmiş 1178.73 (bir min yüz yetmiş səkkiz manat yetmiş üç qəpik) manat hissəsi Cavabdeḣ oğlundan alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddiaçının əsas iddia tələbinin həcmi 2598.73 manat olsa da, iddiaçı tərəfindən dövlət büdcəsinə 30 manat məbləğində rüsum ödənilmiş, bununla da 16 manat dövlət rüsumu kəsiri yaranmışdır. Azərbaycan Respublikası MPM-in 113-cü maddəsinə əsasən, iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. İddia tələbləri artırıldıqda, rüsumun kəsir məbləği artırılmış iddia qiymətinə müvafiq olaraq ödənilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, vurulmuş maddi zərərin əvəzi olaraq 1178.73 (bir min yüz yetmiş səkkiz manat yetmiş üç qəpik) manat məbləğində pul vəsaiti Cavabdeḣ oğlundan tutulub İddiaçı ödənilməli, həmçinin dövlət rüsumunun 31 (otuz bir) manat hissəsi Cavabdeḣ oğlundan tutulub İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Dövlət rüsumu kəsiri olan 15 (on beş) manat İddiaçı tutulub dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeḣ oğlundan 1178.73 (bir min bir yüz yetmiş səkkiz manat yetmiş üç qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Dövlət rüsumunun kəsiri olan 15 (on beş) manat İddiaçı tutulub dövlət büdcəsinə köçürülsün. Ödənilmiş dövlət rüsumunun 31 (otuz bir) manat hissəsi Cavabdeḣ oğlundan tutulub İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1177/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1177/2024
16.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver