Məhkəmə qərarları › İş №2(009)-1178/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1178/2021

30.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1178/2021 30.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X5 Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı «dəymiş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı «dəymiş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona vurulan maddi ziyanın əvəzi kimi 735 manat pul vəsaitinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2019-cu il tarixdə gecə saatlarında sahibsiz mal-qara qəfildən yola çıxmış və nəticədə Goranboy rayonu, A.Ağcakənd qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisə nəticəsində iddiaçıya məxsus olan “VAZ 21099” markalı, ** BB *** dövlət nömrə nişanlı avtomobilə ziyan dəymiş və X1 mal-qarası tələf olmuşdur. İddiaçı ona dəymiş ziyanı cavabdehdən tələb etsə də ona bildirmişdirlər ki, protokol yalnız onun barəsində tərtib olunduğu üçün dəymiş ziyanın ödənilməsi mümkün deyildir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsini qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını nəzərdən keçirib, təqdim olunmuş sübutları məcmu halında qiymətləndirilməklə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. İşdə olan: AP № ******* saylı İnzibati xəta haqqında protokolun surətindən görünür ki, İddiaçı 26.06.2019-cu il tarixdə saat 22:50 radələrində nəqliyyat vasitəsini idarə edərkən manevr qaydasına düzgün əməl etmədiyi üçün yol-nəqliyyat hadisəsi törətmişdir. Goranboy rayon Məhkəməsinin 11 iyun 2020-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə dəymiş zərərin əvəzi olaraq 501 manat məbləğində pul vəsaitinin İddiaçı alınaraq X3 verilməsi qət edilmişdir. Gəncə şəhər avtoservis müəssisəi tərəfindən verilmiş rəydə qeyd olunmuşdur ki, “VAZ 21099” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün ehtiyyat hissələrinin və təmir xidmətinin dəyəri daxil olmaqla ümumilikdə 735 manat məbləğində pul vəsaiti tələb olunur “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. Qanununun 7-ci maddəsinə əsasən, mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər – fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar. Qanunun 20.2-ci maddəsinə əsasən, həmin Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. Qanunun 20.5-ci maddəsinə əsasən üçüncü şəxs onun əmlakına dəymiş zərərin əvəzinin ödənilməsini sığortalıdan, sığorta olunandan, yaxud bu Qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçıdan tələb edə bilər. Onlardan biri zərərin əvəzini tam ödədikdə, üçüncü şəxsin iddiası təmin edilmiş hesab olunur. Qanunun 20.6-cı maddəsinə əsasən sığorta hadisəsi nəticəsində üçüncü şəxsin əmlakına vurulan zərərin əvəzi sığortalı və ya sığorta olunan, həmçinin üçüncü şəxsin bağlamış olduğu digər müvafiq sığorta müqaviləsinin tərəfi olan sığortaçı tərəfindən tam ödənildikdə, sığortaçı sığorta ödənişini sığorta məbləği həddində sığortalıya və ya sığorta olunana, yaxud da subroqasiya qaydasında tələb irəli sürmüş digər sığortaçıya verir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı idarə etdiyi “VAZ 21099” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobillə 26 iyun 2019-cu il tarixdə yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə X3 maddi ziyan vurmuşdur. Bundan sonra X4 məhkəməyə müraciət etmiş və məhkəmə qətnaməsi ilə 501 manat məbləğində dəymiş zərərin İddiaçı tutulub S.Kazımova ödənilməsi qət edilmişdir. “VAZ 21099” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobil “xxxx” ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növündə sığortalanmışdır. Məhkəmə qanunvericiliyin tələblərini iş materialları ilə yanaşı yoxlayaraq qeyd edir ki, İddiaçı onun avtomobilinə dəymiş ziyanı cavabdehdən tələb etməyə əsası yoxdur. Belə ki, qanunvericiliyin tələblərindən də göründüyü kimi, İddiaçı idarə etdiyi “VAZ 21099” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobil yalnız avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növündə sığortalanmışdır. Belə ki, sığorta şirkəti məhz üçüncü şəxsə dəymiş ziyanın ödənilməsi öhdəliyini daşıyır. Belə olan halda İddiaçı hazırki sığorta müqaviləsi üzrə sığortaçıdan öz avtomobilinə dəymiş ziyanı deyil, məhkəmə qətnaməsinə əsasən üçüncü şəxsə (X4) ödəmiş olduğu ziyanın əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı «dəymiş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən 1 ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar