Məhkəmə qərarları › İş №2(009)-1180/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1180/2022

22.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1180/2022 22.09.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Ağayeva Narqələm Bayram qızının katibliyi İddiaçının, eyni zamanda qarşılıqlı iddia tələbi üzrə cavabdehin nümayəndəsi və vəkili Z.G.Niftəliyevin Cavabdehin, eyni zamanda qarşılıqlı iddia tələbi üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə İddiaçı Cavabdeh1 MMC-yə qarşı pul tələbinə dair ilkin iddia tələbi, iddiaçı Cavabdeh1 MMC cavabdeh İddiaçı qarşı öhdəliyin icrasına məcbur edilməyə dair qarşılıqlı iddia tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 MMC-yə qarşı pul tələbinə dair ilkin iddia tələbi, iddiaçı Cavabdeh1 MMC cavabdeh İddiaçı qarşı öhdəliyin icrasına məcbur edilməyə dair qarşılıqlı iddia tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçı xx.xx.2022-ci il tarixdə teleqram vasitəsilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddiadan imtina etdiyini, bu səbəbdən Cavabdeh1 MMC-yə qarşı pul tələbinə dair iddiadan imtina edilməsinin məhkəmə tərəfindən qəbul edilməsini və həmin hissədə işin icraatına xitam verilməsi barədə qərardad qəbul ediməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X1 eyni məzmunlu ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən səbəbdən Cavabdeh1 MMC-yə qarşı pul tələbinə dair iddia tələblərindən imtina etməsini əsas gətirərək, həmin hissədə işin icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini, həmçinin qarşılıqlı iddia tələinə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Məhkəmə iclasında Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Vəkil1 ilkin İddiaçı tərəfindən iddia tələbindən imtina edilməsi ilə bağlı göndərilmiş teleqrama və onun nümayəndəsinin məhkəməyə təqdim etdiyi ərizəyə münasibət bildirərək məhkəmədən imtinanın qəbul edilməsini və həmin hissədə işin icraatına xitam verilməsini, eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 MMC-nin cavabdeh İddiaçı qarşı öhdəliyin icrasına məcbur edilməyə dair qarşılıqlı iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə İddiaçı Cavabdeh1 MMC-yə qarşı pul tələbinə dair ilkin iddia tələbi üzrə hissədə mülki işin icraata xitam verilməli, qarşılıqlı iddia tələbi üzrə ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Məhkəmə qeyd edir ki, iş üzrə icraata xitam verilməsi hüquq və azadlıqların və ya qanuni mənafeyin müdafiəsi üçün məhkəməyə müraciət etmiş şəxsin həmin iş üzrə məhkəmə müdafiəsi hüququnun olmaması, itirilməsi və ya bu hüquqa xitam verilməsi ilə əlaqədar məhkəmənin mülki işə baxılması üzrə prosessual fəaliyyətinin qətnamə çıxarılmadan başa çatdırılmasıdır. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmədə mülki işin başlanılması üçün əsas olan iddianın verilməsi iddiaçının birtərəfli iradə ifadəsi olduğu üçün, həmin iddia üzrə mülki işin davam etdirilməsi də bir qayda olaraq iddiaçının belə bir arzusunun olmasından asılıdır. İddiaçının iddiadan imtina etməsi onun iddiasına əsasən başlanılmış işin məhkəmə icraatını davam etdirmək arzusunun olmadığını təsdiq edir. İddianın verilməsi kimi iddiadan imtina da iddiaçının hüququdur. İddiaçı iddiadan imtina etməklə irəli sürdüyü tələbin məhkəmədə müdafiəsi hüququndan da imtina edir. Məhz bu səbəbdən qanunvericilik iddiadan imtinanın məhkəmə tərəfindən qəbul olunmasını həmin iddiaya əsasən başlanılmış mülki işin icraatına xitam verilməsini prosessual hüquqi əsası kimi müəyyən edir. Məhkəmə hesab edir ki, ilkin iddia tələbi üzrə iddiaçının iddiadan imtina etməsi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, məhkəmə tərəfindən qəbul edilməli və həmin hissədə işin icraatına xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, qarşılıqlı iddia tələbi üzrə iddiaçının nümayəndəsi və vəkili tərəfindən qarşılıqlı iddia ərizəsinin sənədlərlə birlikdə geri qaytarılmasını barədə ərizə verdiyindən və qarşılıqlı iddia ərizəsi üzrə cavabdehin nümayəndəsi işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə mülki işin baxılmamış saxlanılır. Şərh olunanlara əsasən və AR MPM-nin 261.0.4, 259.0.11 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə… QƏRARA ALDİ: İddiaçı Cavabdeh1 MMC-yə qarşı pul tələbinə dair ilkin iddia tələbi üzrə hissədə mülki işin icraatına iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar xitam verilsin. İddiaçı Cavabdeh1 MMC cavabdeh İddiaçı qarşı öhdəliyin icrasına məcbur edilməyə dair qarşılıqlı iddia iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar