Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1181/2021 06.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Cavabdeh ilə 08.08.2006-cı il tarixdə rəsmi nikaha girərək ailə həyatı qurmuşdur. Cavabdehlə rəsmi nikahdan 08.06.2010-cu il təvəllüdlü X3 və 14.03.2015-ci il təvəllüdlü X5 adlı uşaqlar var. O, ailə daxilində olan söz-söhbətlərə dözə bilmədiyi üçün Səbail rayon Məhkəməsinə “nikahın pozulması, uşaqların ananın yanında saxlanılması və aliment tələbinə dair” iddia ərizəsi ilə müraciət etmişdir. Səbail rayon Məhkəməsi isə öz növbəsində 2(009)- 146/2017 saylı, 05.04.2017-ci il tarixli qətnaməsi əsasında Cavabdeh ilə onun arasında olan münasibətlərinin pozulması, uşaqların onun yanında saxlanılması və 08.06.2010-cu il təvəllüdlü X2 və 14.03.2015-ci il təvəllüdlü X1 üçün hər ay, hər uşağa görə 117 manat olmaqla, cəmi 234 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi qət etmişdir. Sözügedən məhkəmə qətnaməsi əsasında nikahları pozulduğu vaxtdan da bir müddət əvvəldən övladları onun himayəsindədirlər, onların gündəlik məişət xarakterli tələbatlarını o, təmin edir və onlara o, baxır, övladlarının bütün qayğılarını və ehtiyaclarını tamamilə o, çəkir. Böyüdükcə uşaqlarda atalarına qarşı ehtiyac və tələbat artsa da, cavabdeh onlara qarşı heç bir diqqət və qayğı göstərmir. Halhazırda övladlarının təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Onların təhsil, tibbi və digər əlaqədar xərclərinin çəkilməsi onun üçün bir sıra əlavə çətinliklər yaradır ki, buna da maddi rifahı yetmir. Övladının gündəlik xərclərinin təmin edə bilmir. Ona görə də o, “aliment məbləğinin artırılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, məhkəmə Səbail rayon Məhkəməsinin 2(009)-146/2017 saylı, 05.04.2017-ci il tarixli qətnaməsində göstərilmiş aliment məbləğinin artırılması ilə bağlı qətnamə qət edilməlidir. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamış şəxslər üçün yaşayış minimum da dəyişdirilmiş və 2021-ci ildə yetkinlik yaşına çatmayanlar (uşaqlar) üçün 175 manat məbləğində müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan 08.06.2010-cu il təvəllüdlü X2 və 14.03.2015-ci il təvəllüdlü X1 üçün Cavabdeh hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh öz izahatında göstərmişdir ki, iddiaçı uşaqları ona göstərmir, sənədlərini vermir. Eyni zamanda o qardaşının evində qalır ,heç bir yerdə işləmir, işləməməyni təsdiq edən sənədi də məhkəməyə təqdim edir. Hər uşağa görə 175 manat aliment ödəmək iqtidarında deyil. Bu səbəbdən məhkəmədən ididanın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim edilmiş sübutları məcmu halında tam, hərtərəfli, obyektiv araşdıraraq və hüquqi qiymət verib hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə doğum haqqında şəhadətnamələrin kserosurətlərindən görünür ki, tərəflərin birgə nikahdan 08.06.2010-cu il təvəllüdlü X3 və 14.03.2015-ci il təvəllüdlü X5 adlı uşaqları var. İş üzrə Səbail rayon Məhkəməsinin 2(009)-146/2017 saylı, 05.04.2017-ci il tarixli qətnaməsinin kserosurətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 08.08.2006-cı il tarixdə Səbail rayon VVADQ şöbəsində bağlanmış və həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 248 nömrə ilə qeydə alınmış nikahın pozulması, yetkinlik yaşına çatmayan 14.03.2015-ci il təvəllüdlü X4 və 08.06.2010-cu il təvəllüdlü X2 anası İddiaçı yanında saxlanılması, 14.03.2015-ci il təvəllüdlü X5 adlı və 08.06.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması hər ay hər uşaq üçün 117 manat olmaqla, ümumilikdə 234 manat sabit pul məbləğində Cavabdeh tutularaq İddiaçı ödənilməsi, Cavabdeh 30 manat məbləğində pul vəsaitinin tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehin birgə nikahdan yetkinlik yaşına çatmayan 08.06.2010-cu il təvəllüdlü Məhəmməd və 14.03.2015-ci il təvəllüdlü Yusif adlı uşaqları var. Tərəflər arasında olan nikah məhkəmə qaydasında pozulmuş, cavabdehdən uşaqların saxlanılması üçün sabit pul məbləğində hər uşağa görə 117 manat aliment tutulmuşdur. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, məhkəmə qətnaməsi ilə müəyyən olunan aliment miqdarı, yəni hər uşaq üçün 117 manat uşaqların saxlanılması və maddi tələbatlarının ödənilməsi üçün yetərli deyil, yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən olunmuş və bu səbəbdən iddiaçı məhkəmədən uşaqların saxlanılması üçün cavabdehdən hər uşağa görə 175 manat sabit pul məbləği şəklində alimentin tutulmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələb aşağıdakı əsaslara görə əsaslı hesab edilməlidir. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin tələblərindən göründüyü kimi uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bakı şəhər Səbail Rayon Məhkəməsinin 05.04.2017-ci il tarixli qətnaməsindən görünür ki, məhkəmə tərəfindən yetkinlik yaşına çatmayan uşaqlara görə müəyyən edilmiş alimentin məbləği hər uşaq üçün 117 manatdır. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə adambaşına uşaqlar üçün 175 manat məbləğində təsdiq edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27.07.2016-cı il tarixli qərarına əsasən:
1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.
2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyanın və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarlarını və həmin qərarlarda formalaşan hüquqi mövqeyi, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin miqdarını, həmçinin Azərbaycan Respublikasında 2021-ci il üçün uşaqlar üçün yaşayış minimumunun 175 manat məbləğində müəyyən edilməsini nəzərə alaraq hesab edir ki, aliment məbləğinin artırılması barədə iddia təmin edilməli və cavabdehdən uşaqların saxlanılması üçün hər uşağa görə tutulmalı olan sabit pul şəklində aliment məbləği 175 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə cavabdehin heç bir yerdə işləməmə səbəbindən alimentin artırılması barədə iddianın rədd edilməsinə dair dəlilləri üzrə qeyd edir ki, qanunvericilik şəxsin işləmədiyi halda belə alimentin sabit pul məbləği şəklində müəyyən edilməsini nəzərdə tutuduğundan, eyni zamanda AR Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququna malik olduğuna görə cavabdehin bu dəlilləri əsaslı hesab edilə bilməz. Məhkəmə həmçinin hesab edir ki, alimentin artırılması ilə bağlı cavabdehdən hər uşağa görə tutulmalı olan 175 manat məbləğində pul iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan deyil, hazırki məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən sonra başlamalı və həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qararının 8- 2/2016 saylı qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə qeyd edir ki, AR MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələrin dərhal icra olunması nəzərdə tutulsa da, hazırki tələb alimentin artırılması ilə bağlıdır. Bu səbəbdən göstərilən qanunun tələbləri alimentin artırılması ilə bağlı tələbə aid edilə bilməz. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçı dövlət rüsumundan azad edildiyindən, cavabdehdən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul tutulmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə…
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh 08.06.2010-cu il təvəllüdlü X2 və 14.03.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay Bakı şəhər Səbail Rayon Məhkəməsinin 05.04.2017-ci il tarixli 2(009)-146/2017 saylı qətnaməsi ilə tutulması müəyyən edilən aliment miqdarı artırılsın və hər uşağa görə 175 manat, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin artırılması ilə bağlı Cavabdeh hər uşağa görə 175 manat, cəmi 350 (üç yüz əli) manat məbləğində pul məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən tutulmağa başlanılsın və tutma həmin vaxtdan hesablansın. Cavabdeh dövlət nəfinə dövlət rüsmunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Şahin Abdullayev