Məhkəmə qərarları › İş №2(009)-1196/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1196/2024

16.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1196/2024 16.07.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Paşazadə Pərvin Kamandar oğlunun katibliyi ilə, İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmı̇ yyətinin Cavabdeh qarşı "borc" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təsviri hissə: İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmı̇ yyəti Cavabdeh qarşı "borc" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 4912 AZN əsas, 601,35 AZN faiz, 3,52 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 5516,87 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 75,17 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 48 ay müddətinə illik 25% ödəmək şərtilə 4912 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh Müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 8 may 2024, çərşənbə tarixinə "xxxx" KB ASC-yə 4912 AZN əsas, 601,35 AZN faiz, 3,52 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 5516,87 AZN borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmədən mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxaraq, iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" KB ASC ilə borcalan Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə bağlanmış 490nkİNSH/23 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh "Unibank” KB ASC-nin rəsmi internet səhifəsində (https://unibank.az) yerləşdirilmiş xx.xx.2021-ci il tarixli, kütləvi ofertanı qəbul etmiş hesab olunur. Müqaviləyə görə «Bank» xx.xx.2027 il tarixinədək, illik 25 (iyirmi beş) faiz ödəmək şərtilə 4912.00 (dörd min doqquz yüz on iki manat) AZN məbləğində krediti “Borcalan”ın mülkiyyətinə verir və ona bank hesabı (cari, kredit) açır, “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə «Bank»a qaytarmağı öhdəsinə götürür. Bu Müqavilə üzrə kreditin faktiki illik faiz dərəcəsi minimum 12 %, maksimum 40 % faiz təşkil edir. Kreditin məqsədli təyinatı: xx.xx.2022 tarixli 5639sİNSHb/22 nömrəli müqaviləsinin bağlanılması,məbləğ 520.79AZN, xx.xx.2022 tarixli 15876nkİNSHb/22 nömrəli müqaviləsinin bağlanılması, məbləğ 4390.34 AZN İş materiallarında olan xx.xx.2023-cü il tarixdə bağlanmış 490nkİNSH/23 saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, "xxxx" KB ASC tərəfindən borcalan Cavabdeh xx.xx.2027-ci il tarixədək, illik 25%-lə 4912 manat məbləğində, aylıq 164 AZN məbləğində ödəniş edilməsi şərtilə kredit verilmişdir. Əlavə qeyd eilmişdir ki, "Kredit alan” kredit ödənişini gecikdirdikdə, gecikdirilmiş kreditə görə, hər gecikdirilən gün üçün (kredit müqaviləsinin şərtlərinə uyğun olaraq), gecikdirilmiş kreditin əsas borc məbləğinin 0,5 faizdən 1 faizədək miqdarında cərimə ödəyir. İş materiallarında olan "xxxx" KB ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, xx.xx.2023-ci il tarixli, 490nkİNSH/23 saylı kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün onun Banka 1 aprel 2024, bazar ertəsi-ci il tarixinə 4912 AZN əsas, 543,28 AZN faiz, 22,61 AZN cərimə, cəmi 5477,89 AZN borcunuz yaranmışdır. Kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımınca və vaxtında icra etmədiyindən gecikdirilmiş borc məbləğinə əlavə olaraq cərimə hesablanmışdır. Yuxarıda qeyd edilənlərə əsasən Banka olan bütün borc məbləğini tam olaraq 3 iş günü müddətində ödəməklə aralarında bağlanmış kredit müqaviləsini 3 iş günü müddətində ləğv etməyi təklif etmiş, əks təqdirdə, vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyinə dair xəbərdarlıq edilmişdir. İş materiallarında olan "xxxx" KB ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, "xxxx" KB ASC-nin müştərisi olan Cavabdeh 490nklNSH/23 saylı kredit müqaviləsi üzrə Banka 4912 (dörd min doqquz yüz on iki) AZN əsas, 601,35 (altı yüz bir manat 35 qəpik) AZN faiz, 3,52 (üç manat 52 qəpik) AZN cərimə, cəmi 5516,87 (beş min beş yüz on altı manat 87 qəpik) AZN borcu yaranmışdır. Əsaslandırıcı hissə: İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 48 (qırx səkkiz) ay müddətinə illik 25 (iyirmi beş) faiz dərəcəsi ilə 4912 (dörd min doqquz yüz on iki) manat məbləğində kredit ayrılmışdır. Cavabdeh müqavilə üzrə öhdəliklərini vaxtında və lazımınca yerinə yetirmədiyindən nəticədə cavabdehin xx.xx.2024-cü il tarixinə "xxxx" KB ASC-yə 4912 (dörd min doqquz yüz on iki) AZN əsas, 601,35 (altı yüz bir manat 35 qəpik) AZN faiz, 3,52 (üç manat 52 qəpik) AZN cərimə, cəmi 5516,87 (beş min beş yüz on altı manat 87 qəpik) AZN borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 746.1-ci maddəsinə əsasən, istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilələr əsasında kredit məbləğini və həmin müqavilələr ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş olsa da, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun, ona hesablanmış faizlərin və müqavilə şərtlərinə uyğun olaraq cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixdə bağlanmış 490nkİNSH/23 saylı kredit müqaviləsi üzrə 4912 (dörd min doqquz yüz on iki) AZN əsas, 601,35 (altı yüz bir manat 35 qəpik) AZN faiz, 3,52 (üç manat 52 qəpik) AZN cərimə, cəmi 5516,87 (beş min beş yüz on altı manat 87 qəpik) AZN borc və 75,17 (yetmiş beş manat on yeddi qəpik) manat ödənilmiş dövlət rüsumu tutulmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli, 490nkİNSH/23 saylı kredit müqaviləsi üzrə 4912 (dörd min doqquz yüz on iki) AZN əsas, 601,35 (altı yüz bir manat 35 qəpik) AZN faiz, 3,52 (üç manat 52 qəpik) AZN cərimə, cəmi 5516,87 (beş min beş yüz on altı manat 87 qəpik) AZN borc və 75,17 (yetmiş beş manat on yeddi qəpik) manat ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar