Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1203/2022 24.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə Ərizəçi, onun nümayəndəsi və vəkili A.C.Nəsirlinin iştirakları ilə Ərizəçi keçmiş həyat yoldaşı X2 itkin düşmüş hesab olunması tələbinə dair ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: Ərizəçi keçmiş həyat yoldaşı X2 itkin düşmüş hesab olunması tələbi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Neftçala rayonu, Astanlı kənd sakini X4 ilə 2003-cü il tarixdən rəsmi nikahda olmuşdur. Bu nikahdan iki övladları dünyaya gəlmişdir. Ailə münasibətləri ilk əvvəllər normal olsa da, sonralar münasibətləri pozulmuş və Eldəniz 2012-ci ildə Azərbaycanı tərk edərək, bildirdiyinə görə Türkiyə Respublikasına getmiş, oradan isə Suriyaya keçmişdir. Həmin tarixdən də ondan heç bir xəbər çıxmamışdır. 2015-ci ildə Xətai rayon Məhkəməsinin qətnaməsi ilə nikahları onun tələbi ilə pozulmuşdur. Nikahları pozulsa və onlar faktiki olaraq 2012-ci ildən ayrılsalar da, övladları ilə bağlı müəyyən hüquqların həyata keçirilməsində ciddi maneələr yaranmışdır. Qeyd edir ki, bir il əvvəl xx.xx.2004-cü il təvəllüdlü oğlu X5 yol qəzası nəticəsində rəhmətə getmişdir. Qızı 2008-ci il təvəllüdlü X1 müəyyən hüquqlarının həyata keçirilməsində atasının razılığı tələb olunduğundan hazırda ciddi maneələrə rast gəlmişlər. Eldənizin qohumları və tanıyanları da 2012ci ildən sonra Azərbaycanda onu görmədiklərini təsdiqləyirlər. Qızı 2008-ci il təvəllüdlü X3 atası uzun müddətdir ki, itkin düşməsi səbəbindən onunla birlikdə xarici ölkəyə heç bir səfər edə bilmir. Eyni zamanda onun 17 yaşından xarici ölkə universitetlərində təhsil almaq imkanı olduğu halda, hazırki vəziyyətlə bu da mümkünsüz hala gəlmişdir. Halbuki o, hazırlığını məhz xarici ölkədə təhsil almaq istiqamətində aparır. Göstərilənləri nəzərə alaraq ərizəçi keçmiş həyat yoldaşı X2 itkin düşmüş hesab olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Ərizəçi ərizəni tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi həmçinin izahatında göstərmişdir ki, keçmiş həyat yoldaşı “Bakcell” şirkətində işləmiş, işlədiyi müddətdə dəfələrlə Azərbaycanın rayonlarına ezamiyyətə göndərilmişdir. 2012-ci ildə Eldəniz iş yerindən onu uzunmüddətli ezamiyyətə göndərildiyini deyərək, evdən getmiş, lakin 3-4 gündən sonra iş yerindən ona zəng olunmuş, Eldənizi soruşmuşlar, o, bildirəndə ki, Eldəniz ezamiyyətdədir şirkətdən ona demişlər ki, şirkət onu ezamiyyətə göndərməyib, Eldəniz işə çıxmır. Eldəniz dəfələrlə Suriyada qardaşlarının günahsız incidilməsini deyirdi. O, güman etmişdir ki, Eldəniz Suriyaya keçib. X6 zəng edib Suriyaya keçəcəyini demişdir. 2016, ya da 2017-ci ilin dekabrın sonunda rus dilində ona mesaj göndərilmişdir ki, həyat yoldaşı Eldəniz dekabrın əvvəlində vəfat etmişdir. Məhkəmə iclasında izahatı alınmış ərizəçinin nümayəndəsi və vəkili X9 ərizəni tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə ərizəçinin, onun nümayəndəsinin izahatlarını və şahid ifadəsini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakı əsaslara görə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 öz ifadəsində göstərmişdir ki, o, Eldənizin qardaşıdır. Qardaşı 2012-ci ildə heç kimə xəbər vermədən evdən getmiş, həmin vaxtdan bu günədək harda olması barədə onlara hər hansı bir məlumat verməmişdir. Keçmiş həyat yoldaşı Samirə onlara bildirmişdir ki, Eldəniz Suriyadadır, daha sonra onun vəfat etməsi barədə məlumat verilmişdir. İş üzrə Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2008-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası X4, anası Ərizəçidır. İş üzrə Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X4 və Ərizəçi ilə olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2015-ci il tarixdə, 324 No ilə qeyd edilmişdir. İş üzrə Azərbaycan Respulikası DİN Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022ci il tarixli məktubun surətindən görünür ki, keçmiş əri Neftçala rayonunun Astanlı kəndində qeydiyyatda olmuş xx.xx.1979-cu il təvəllüdlü X2 tapılmasında kömək göstərilməsi ilə bağlı Maraqlı şəxsnə ünvanladığı ərizəsi əsasında araşdırma aparılmışdır. Ərizədən və toplanmış materialdan göründüyü kimi, keçmiş əri E.Eynullayev 2012-ci ildə Türkiyə Respublikasına, oradan isə Suriya dövlətinə gedib bir daha geri qayıtmamışdır. Onun hal-hazırda harada olması barədə hər hansı məlumat əldə etmək mümkün olmamışdır. Odur ki, 2008-ci il təvəllüdlü qız övladı X1 müəyyən hüquqlarının həyata keçirilməsi üçün Ərizəçi mülki qaydada müraciət etmək hüququ vardır. AR Mülki Məcəlləsinin 40.1-ci maddəsinə əsasən əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən itkin düşmə haqqında son məlumatların alındığı günü müəyyənləşdirmək mümkün olmadıqda, xəbərsiz itkin düşmüş sayılma üçün müddətin hesablanması itkin düşmüş haqqında son məlumatların alındığı aydan sonrakı ayın birinci günündən, həmin ayı müəyyənləşdirmək mümkün olmadıqda isə növbəti ilin yanvar ayının 1-dən başlanır. AR MPM-nin 312-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi barədə məhkəmə qətnaməsi, itkin düşənin əmlakının idarə olunması üçün müvafiq icra hakimiyyəti orqanının müqavilə bağladığı şəxsə verilməsi üçün (zəruri halda daimi idarə üçün) əsasdır (maddə 315.1). Məhkəmə iclasında araşdırılan yazılı sübutlarla və şahid ifadəsi ilə X2 2012-ci il tarixdə Türkiyə Respublikasına, oradan isə Suriya dövlətinə getməsi və bir daha geri qayıtmayaraq xəbərsiz itkin düşməsi müəyyən edildiyindən, həmin vaxtdan iki ildən artıq müddət keçdiyindən və göstərilən halın məhkəmə tərəfindən təsdiq edilməsi ərizəçiyə 2008-ci il təvəllüdlü qızı X1 müəyyən hüquqlarının həyata keçirilməsi imkanı verdiyindən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1979-cu il təvəllüdlü Neftçala rayonu, Astanlı kəndində qeydiyyatda olmuş X4 xəbərsiz itkin düşmüş hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1203/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1203/2022
24.06.2022 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver