Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1206/2020 26.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əliyeva Aygün Həsən qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1000 manat borc pulun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində pulun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh ondan ümumilikdə 1000 manat pulu alaraq həmin vaxt (2019-cu ilin sentyabr ayı) dələduzluq yolu ilə zərər vurduğu X10 verəcəyinə boyun oldu. Sözügedən pul məbləği tərəfindən xx.xx.2019-cu il tarixində Beynəlxalq Bank vasitəsi ilə X8 hesabına köçürülsə də (bank xərci çıxdıqdan sonra 995.02 manat) onun tərəfindən qəbul edilməmiş və Cavabdeh tərəfindən sözügedən pul vəsaiti ondan alınaraq X10 təqdim ediləcəyi bildirilmişdir. Məlumat üçün bildirir ki, Cavabdeh X10 dələduzluq etdiyinə görə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Nərimanov rayon Məhkəməsi tərəfindən 2 il 6 ay şərti cəza tətbiq edilməklə barəsində ittiham hökmü elan edilmişdir. Sözügedən pul vəsaitinin tərəfindən Cavabdeh verilməsinə dair səsyazsının CD formatda qoşma hissədə nəzərinizə çatdıracaq. Dəfələrlə ondan borc olaraq aldığı 1000 manat vəsaiti geri tələb etsə də, onun tərəfindən müxtəlif bəhanələrlə boyun qaçırılmışdır. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək. məhkəməyə etirazını təqdim edərək bildirdi ki, ondan 1000 manat pul tələb edən İddiaçı tanımır, onunla da heç bir görüşü və söhbəti olmayıbdır. Əgər o, onu tanıyırsa, onda ona onu X9 göstəribdir. Onun iddia ərizəsində göstərdiyi ünvan X3 evidir. X6 ilə çəkişmənin əsas iştirakçısı və təşkilatçısı X9 olubdur. O, X3 xahişi ilə şəxsiyyət vəsiqəsini notariusa təqdim etməklə X7 xx.xx.2016-cı il tarixdə 7000, xx.xx.2016-cı il tarixdə isə 3000 manat kredit pul götürmüşdür. Pul vaxtında X10 qaytarılmadığına görə X2 Quliyevin diktəsi ilə ondan Nərimanov polisinə şikayət vermiş və bu işə Nərimanov rayon məhkəməsində baxılmışdır. Nərimanov rayon məhkəməsi özünün xx.xx.2019-cu il tarixli hökmü ilə X4 AR CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirkar bilib onu 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmişdir. xx xxxxxx 2019-cu il tarixdə onun işinə Bakı Apellyasiya Məhkəməsində baxılmışdır. Bu məhkəmədə onun barəsində nə hökm çıxarılıbsa, onun ondan məlumatı yoxdur. Bircə onu bilir ki, X8 verdiyi pul ona tam qaytarılmışdır. Ancaq sual olunur ki, İddiaçı kimdir ki, onun yerinə X10 pul ödəyir? Tanımadığı, üzünü görmədiyi adam necə onun yerinə pul ödəyə bilər və ondan bunu kim xahiş edibdir? Bütün bu şər və böhtanı təşkil edən Nazim Quliyevdir. O, sadəcə olaraq ondan qisas almaq istəyir. Qaldı ki, İddiaçı iddia ərizəsində sözü gedən səs yazılarına, onu məhkəmə dövründə onu dolaşdırmaq üçün Nazim Quliyev təşkil etmişdir. Ancaq onun bütün bu çirkin əməlləri onun özünə qarşı çevrildi. İndi də həmin səs yazılarını İddiaçı veribdir ki, o istifadə etsin. O, İddiaçı əməllərindən hüquq-mühafizə orqanlarına şikayət etmişdir. Ona görə də, iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia əsassızdır və təmin edilməməlidir. İşdə olan AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı il tarixdə, Bərdə rayonunda anadan olmuş, Sumqayıt şəhəri, yataqxana-14, Bakı küçəsi, məhəllə 41 ünvanında qeydiyyatdadır. İşdə olan pul köçürməsinin göndərilməsinə dair ərizəsindən görünür ki, İddiaçı tərəfindən 995.02 manat məbləğində pul vəsaiti X11 adına köçürülmüşdür. İşdə olan Nərimanov Rayon Məhkəməsinin 1(005)-343/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əmlinin törədilməsində təqsirli bilinib ona 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək tutma altında saxlanıldığı 1 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə hesablanaraq onun üzərində 2 il 5 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Cavabdeh tətbiq edilmiş şərti məhkum etmə ləğv edilmiş və həmin hökmlə təyin edilmiş 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilməklə Cavabdeh qəti olaraq 3 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq Cavabdeh təyin olunmuş 3 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməklə 2 il sınaq müddəti müəyyən olunmuşdur. X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli binilib və ona 2 il 6 ay maddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İşdə olan Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1560/19 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarından görünür ki, Cavabdeh və X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə məhkum edilmələrinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü X5 aid hissədə dəyişdirilmiş, X3 xx xxxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək həbsdə olduğu 01 ay 07 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinə hesablanmaqla çıxılsın və üzərində qəti olaraq 02 il 04 ay 23 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. X9 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunsun və onun üzərində saxlanılmış 02 il 04 ay 23 gün müddətinə azadlıqdan məhrum etmə cəzası iki il sınaq müddətinə şərti hesab edilmiş, X9 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından azad edilmişdir. Zərərçəkmiş şəxsə vurulmuş ziyan tam ödənildiyindən hökmün mülki iddiaya aid hissəsi ləğv edilsin və həmin hissədə icraata xitam verilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə vurğulayır ki, iddia tələbinin göstərilən hissəsinə məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Qeyd edilən tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”. İddiaçı 1000 manat məbləğində pul ilə bağlı tələbinin əsası kimi istinad etdiyi sübutları təqdim edə bilməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin tələbinə əsasən qeyd edilən halın sübut edilməsi məhz iddiaçının vəzifəsidir. Avropa Məhkəməsinin X1rşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İş üzrə müəyyən olunmuş hallara qiymət verərək, məhkəmə hesab edir ki, cavabdehdən 1000 manat məbləğində pulun alınıb iddiaçıya verilməsi barədə tələb əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-1206/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1206/2020
26.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver