Məhkəmə qərarları › İş №2(009)-1206/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1206/2021

21.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1206/2021 21.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh qarşı “çıxarışın ləğv edilməsi, mülkiyyət hüququnun tanınması, mənzillərin təhvil verilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh qarşı Azərbaycan Respublikası Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 14.08.2020-ci il tarixli ********** nömrəli çıxarışın ləğv edilməsi və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, ev 2 fərdi yaşayış evinin naturada bölünərək, 2 nömrəli mənzilə-2-ci mərtəbənin 2,3,4,5 nömrəli otaq və 1 nömrəli dəhlizin 9.9 kvm olan hissəsinə - İddiaçı2, 3 nömrəli mənzilə -2ci mərtəbənin 6,7,8,9,10 nömrəli otağı və 1 nömrəli dəhlizin 8.3 kvm olan hissəsinə- İddiaçı1, 4 nömrəli mənzilə-3cü mərtəbədə yerləşən 2,3,4,5 nömrəli otaqlar və 1 nömrəli dəhlizin 9.7 kvm olan hissəsinə-İddiaçı3, 5 nömrəli mənzilə-3-cü mərtəbədə yerləşən 6,7,8,10 nömrəli otaqlar və 1 nömrəli dəhlizin 8.3 kvm olan hissəsinə- İddiaçı4 hüquqlarının tanınması və mənzilin onlara təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, iddiaçılar ailə olaraq Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində Cavabdeh məxsus olan torpmaq sahəsində hər biri üçün yaşayış sahəsi olan müstəqil giriş çıxışı olan 3 mərtəbəli yaşayış evi tikmək barədə razılığa gəlmişdirlər. Eyni zamanda əlavə sənədləşmə işlərinə ehtiyac qalmasın deyə həmin binanın Cavabdeh adına rəsmiləşməsinə və bina hazır olduqdan sonra cavabdeh tərəfindən hər kəsin mənzilinin özünə verilməsi barədə razılığa gəlmişlər. Bina hazır vəziyyətə gətirildikdən sonra həmin yaşayış binası Cavabdeh adına müfaviq qaydada qeydiyyata alınaraq 13.078.2020-ci il tarixdə 1 saylı Bakı Ərazi idarəsi tərəfindən Bakı şəhəri, Səbail rayon, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, ev 2 fərdi yaşayış evinin texniki pasportu və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Cavabdeh adına 14.08.2020-ci il tarixli **********4 nömrəli çıxarış verildi. Bildirirlər ki, razılığa əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, ev 2 fərdi yaşayış evinin 1-ci mərtəbəsi 1 nömrəli mənzil olmaqla cavabdehə, texniki pasportla göstərilmiş 2ci mərtəbənin 2,3,4,5 nömrəli otaq və 1 nömrəli dəhlizin 9.9 kvm olan hissəsi - İddiaçı2 (cavabdehin bacısı), həmin binanın 2-ci mərtəbəsinin 6,7,8,9,10 nömrəli otağı və 1 nömrəli dəhlizin 8.3 kvm olan hissəsi İddiaçı1 (cavabdehin anası), 3-cü mərtəbədə yerləşən 2,3,4,5 nömrəli otaqlar və 1 nömrəli dəhlizin 9.7 kvm olan hissəsi 4 nömrəli m\nzil olmaqla İddiaçı3 (cavabdehin bacısı), -3-cü mərtəbədə yerləşən 6,7,8,10 nömrəli otaqlar və 1 nömrəli dəhlizin 8.3 kvm olan hissəsi 5 nömrəli mənzil olmaqla İddiaçı4 məxsus olmalı idi. Lakin cavadeh onlara məxsus olan mənzilləri adlarına rəsmiləşdirməkdən yayınır və bəhanələr gətirərək işi uzadır. Əlavə olaraq, sözügedən bina birgə razılıq əsasında iddiaçıların birgə vəsaitləri hesabına inşa edilmiş və hər mənzil əvvəlcədən dəqiqləşdirilmiş formada inşa edilmişdir. Cavabdeh 18.06.2021-ci il tarixdə məhkəməyə etirazı daxil olmuşdur. Etirazı onunla əsaslandırmışdır ki, iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4 və anası İddiaçı1 iddiasını qəbul etmir. Hesab edir ki, iddia qaldırmamalıdırlar. Bu ailə içində həll olunan məsələdir. Onların mənzillərini əllərindən almır. Mənzillər onlara məxsusdur. Cari təmir işləri gedir. Bitəndən sonra köçüb yaşaya bilərlər. Ümumi binanın onun adına olması onlara hər hansı bir zərər vurmur. Hesab edir ki, mübahisə yoxdur. Mübahisə olmadığından qaldırılmış iddia da əsassızdır. Məhkəmə iclasında iştirak edən İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərəkk iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmənin 17.05.2021-ci il tarixli baxış iclasında cavabdeh iddia tələbini qəbul etmədiyini, onların arasında mübahisə olmadığını bildirmişdir. Bildirmişdir ki, öz aralarında razılığa gəlmişlər. Birgə razılıq əsasında tikdikləri binanın hər bir mənzilinə görə təxmini 50.000 manat ödəniş almışdır. (ərizə təqdim etdi) Təmir tam bitməyib, amma mənzillər onlarındır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, 18.06.2021-ci il tarixdə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, onun iştirakı olmadan bacıları İddiaçı2, İddiaçı3, İddiaçı4 və anası İddiaçı1 iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçıların nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan AZE No ******** seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı1 xx.xx.1964-cu il tarixdə Azərbaycan Respubliksı Naxçııvan MR-da anadan olmuşdur və qeydiyyatda olduğu yer Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, ev 41, m.70-dir. İş materiallarında olan AZE No******** seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı2 xx.xx.1993-cü il tarixdə Azərbaycan Respublikası, Naxçııvan MR-da anadan olmuşdur və qeydiyyatda olduğu yer Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, ev 41, m.70-dir. İş materiallarında olan AA2520779 seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı3 xx.xx.1995-ci il tarixdə Azərbaycan Respublikasında anadan olmuşdur. İş materiallarında olan AA01566414 seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı4 15.09.1989-cu il tarixdə Azərbaycan Respublikasında anadan olmuşdur. İş materiallarında olan AZE No******** seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, Cavabdeh xx.xx.1991-ci il tarixdə Azərbaycan Respubliksı Naxçııvan MR-da anadan olmuşdur və qeydiyyatda olduğu yer Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, ev 41, m.70-dir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 14.08.2020-ci il tarixli ********** nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, ev 2 fərdi yaşayış evi Cavabdeh adına rəsmiləşdirilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı ərazi idarəsi tərəfindən verilmiş 13.08.2020-ci il tarixli texniki pasportdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, ev 2 fərdi yaşayış evi Cavabdeh adına reyestrdə qeydiyyatdan keçirilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati icraat haqqında” Qanunun 2-ci maddəsində isə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları inzibati orqan, inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxs isə maraqlı şəxs kimi tanınmışdır. Yuxarıda göstərilən qanunvericilik aktlarının tələblərindən göründüyü kimi, iddia tələbinin çıxarışın ləğvi hüquqi təbiətindən, onun inzibati-hüquqi tələb olduğundan şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə dair iddialara inzibati mübahisələrə dair işlər üzrə məhkəmələrdə baxılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Məhkəmə hesab edir ki, nəqədərki Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, ev 2 fərdi yaşayış evinin mülkiyyətçi Cavabdehdur və nəqədər ki, çıxarış ləğv edilməyib hazırkı vəziyyətdə digər iddia tələbləri təmin edilə bilməz. Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin olunmadığı üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 14.08.2020-ci il tarixli, ********** nömrəli çıxarışın ləğv edilməsi hissəsində xitam edilsin. İddia Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, ev 2 fərdi yaşayış evi naturada bölünərək, 2 nömrəli mənzilə 2-ci mərtəbənin 2,3,4,5 nömrəli otaq və 1 nömrəli dəhlizin 9.9 kv.m olan hissəsinə-İddiaçı2, 3 nömrəli mənzilə-2-ci mərtəbənin 6,7,8,9,10 nömrəli otağı və 1 nömrəli dəhlizin 8.3 kv.m olan hissəsinə-İddiaçı1, 4 nömrəli mənzilə-3-cü mərtəbədə yerləşən 2,3,4,5 nömrəli otaqlar və 1 nömrəli dəhlizin 9.7 kv.m olan hissəsinə-İddiaçı3, 5 nömrəli mənzilə-3-cü mərtəbədə yerləşən 6,7,8,9,10 nömrəli otaqlar və 1 nömrəli dəhlizin 8.3 kv.m olan hissəsinə-İddiaçı4 hüquqlarının tanınması və mənzilin onlara təhvil verilməsi hissəsində təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar