Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-121/2020 28.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əliyeva Aygün Həsən qızının katibliyi, iddiaçının nümayəndəsi X5, Cavabdeh4 cavabdehlərin vəkili X8 iştirakı ilə İddiaçı Ləğv prosesində olan “xxxxxxxxxx” ASC-nin ləğvedicisi X2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X7 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan daşınmaz əmlakın açıq hərracdan satılması tələblərinədair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi X4 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxxx 2011-ci il tarixli MXD-2011 B-14 nömrəli Kredit müqaviləsi üzrə 10424,17 manat əsas borcun, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 6640,23 manat cərimə borcunun və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1380,40 manat faiz borcunun, cəmi 25126,06 manat məbləğində kredit borcunun, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh1dan tutularaq ləğv prosesində olan İddiaçı X9 ödənilməsi, tutmanın tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus Bakı səhəri, Səbail rayonu, Ö.F.Nemanzadə küçəsində 0,01614 ha torpaq sahəsində yerləşən 167.2 kv.m ümumi, 102.1 kv.m yaşayış və 65.1 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli 5 otaqlı 15 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin hərracdan satılması, satışdan əldə olunacaq pul vəsaitinin Cavabdeh1 xx xxxxxxx 2011-ci il tarixli MXD-2011 B- 14 nömrəli Kredit müqaviləsi üzrə İddiaçı ASC-nə olan kredit borcunun ödənilməsinə yönəldilməsi, fərdi aşayış evi hərracdan satıldıqdan sonra boşaldılması və fərdi yaşayış evində qeydiyyatda olan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 ən geci 1 (bir) ay ərzində fərdi yaşayış evindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, İddiaçı X11 ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxx 2011-ci il tarixli MXD-2011 B-14 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 60 ay müddətinə illik 28% dərəcəsi ilə 17000 manat məbləğində kredit verilmişdir. Kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışa əsasən tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus Bakı səhəri, Səbail rayonu, Ö.F.Nemanzadə küçəsində 0,01614 ha torpaq sahəsində yerləşən 167.2 kv.m ümumi, 102.1 kv.m yaşayış və 65.1 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli 5 otaqlı 15 nömrəli fərdi yaşayış evi banka ipoteka qoyulmuşdur və bu barədə bankla Cavabdeh1 arasında xx xxxxxxx 2011-ci il tarixli MXD-2011 B-14 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Bu müqavilə notariat qaydasında təsdiq edildikdən sonra fərdi yaşayış evinin İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi barədə daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarış verilmişdir. xx xxxxxxx 2011-ci il tarixli MXD-2011 B-14 nömrəli kredit müqaviləsinin 1.1, 2.2, 3.1, 4.2, 4.4 və 7.2.2-ci bəndlərinə və kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə əsasən Cavabdeh1 kreditdən istifadəyə görə əsas və faiz borcu üzrə banka hər ay sabit olaraq 529,31 manat məbləğində ödəniş etmək barədə öhdəlik götürülməsinə baxmayaraq, bu öhdəlikləri lazımınca yerinə yetirilməmiş və kredit götürdükdən sonra banka əsas borc üzrə 6575,83 manat, faiz borcu üzrə isə 10.624,17 manat məbləğində ödəniş edilmişdir. Cavabdeh xx xxxx 2014-cü il tarixdə kredit üzrə banka 900 manat məbləğində sonuncu ödənişini edildikdən sonra kredit üzrə ödənişləri tam dayandırmışdır. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehlərə dəfələrlə şifahi müraciət edilməsinə, xx.xx.2014-cü il tarixli bildirişin və xx.xx.2019-cu il tarixli **********456 nömrəli xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq kredit borcunın banka qaytarılması təmin edilməmişdir. Bu səbəbdən də Cavabdeh1 xx xxxxxxx 2011-ci il tarixli MXD-2011 B-14 nömrəli Kredit müqaviləsi üzrə xx xxxx 2019-cu il tarixə İddiaçı X9 ödənilməmiş 10424,17 manat əsas borcu, müqavilə müddəti üçün hesablanmış 6681,26 manat faiz borcu, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 6640,23 manat cərimə borcu və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1380,40 manat faiz borcu, cəmi 25126,06 manat məbləğində kredit borcu vardır. xx xxxxxx 2019-cu il tarixdə iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx xxxxxxx 2011-ci il tarixli MXD-2011 B-14 nömrəli Kredit müqaviləsi üzrə 10424,17 manat əsas borcun, müqavilə müddəti üçün hesablanmış 6681,26 manat faiz borcunun, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 6640,23 manat cərimə borcunun və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1380,40 manat faiz borcunun, cəmi 25126,06 manat məbləğində kredit borcunun, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh1dan tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, tutmanın tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus Bakı şəhəri, Səbail rayonu, Ö.F.Nemanzadə küçəsində 0,01614 ha torpaq sahəsində yerləşən 167.2 kv.m ümumi, 102.1 kv.m yaşayış və 65.1 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli 5 otaqlı 15 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin hərracdan satılması, satışdan əldə olunacaq pul vəsaitinin Cavabdeh1 xx xxxxxxx 2011-ci il tarixli MXD-2011 B-14 nömrəli Kredit müqaviləsi üzrə İddiaçı X1 borcunun ödənilməsinə yönəldilməsi, fərdi yaşayış evi hərracdan satıldıqdan sonra boşaldılması və fərdi yaşayış evində qeydiyyatda olan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 ən geci 1 (bir) ay ərzində fərdi yaşayış evindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələblərini müdafiə edərək, onların təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh4 iddianı qismən qəbul etdi və bildirdi ki, iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışında əsas qalıq borc və ona uyğun olaraq hesablanmış əlavə faizlər reallığı əks etdirməyən həddə, şişirdilmiş rəqəmlərlə göstərilmişdir, cərimə də, həddindən artıq çox hesablanıb. Digər cavabdehlərə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə, MPM-nin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işə baxıb, tərəflərin izahatlarını, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələblərin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx xxxxxxx 2011-ci il tarixli MXD-2011 B-14 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 60 ay müddətinə illik 28% dərəcəsi ilə 17000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan kredit müqaviləsinə əlavədən görünür ki, kredit borcu xx.xx.2011-ci il tarixdən başlayaraq 529,31 manat aylıq ödəniş etməklə xx.xx.2016-cı il tarixdə bitməli idi. İş materiallarında olan xx.xx.2019 tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 LPO İddiaçı ASC-nin ləğvedicisi X3 xx.xx.2019-cu il tarixə 10424,17 manat əsas borcu, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 6640,23 manat cərimə borcu və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1380,40 manat faiz borcu, cəmi 25126,06 manat məbləğində kredit borcu vardır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinın xx.xx.2011-ci il tarixli, ******* MA seriyalı çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Ö.F.Nemanzadə küçəsində yerləşən 15 saylı fərdi ev Cavabdeh1 adına xüsusi mülkiyyətdədir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinın xx.xx.2011-ci il tarixli, ******* MA seriyalı çıxarışdan görünür ki, Cavabdeh1 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Ö.F.Nemanzadə küçəsində yerləşən 15 saylı fərdi ev İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. İş materiallarında olan Cavabdeh1 arasında xx xxxxxxx 2011-ci il tarixli MXD-2011 B- 14 nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus Bakı səhəri, Səbail rayonu, Ö.F.Nemanzadə küçəsində 0,01614 ha torpaq sahəsində yerləşən 167.2 kv.m ümumi, 102.1 kv.m yaşayış və 65.1 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli 5 otaqlı 15 nömrəli fərdi yaşayış evi banka ipoteka qoyulmuşdur. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 10.08.20-ci il tarixli, 9/2555 saylı ekspert rəyinə əsasən xx xxxxxxx 2011-ci il tarixli, MXD-2011 B-14 saylı kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixə 10424,17 manat əsas borc, 6705,06 manat faiz borcu; xx.xx.2019-cu il tarixə 10424,17 manat əsas borc, 8087,71 manat faiz borcu mövcuddur. İş materiallarında olan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin QXM/322M saylı, xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, aparılmış araşdırmalar, təhlillər və hesablamalar nəticəsində Bakı şəhəri, Səbail rayonu, Ö.F.Nemanzadə küçəsində yerləşən 2 mərtəbəli 15 saylı fərdi yaşayış evinin bazar dəyəri 167200 manat müəyyən edilmişdir. Məhkəmə hazırkı iddia tələbinin hüquqi əsaslarını nəzərdən keçirərək hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci və 741-ci maddələrinə əsasən iddiaçı cavabdehə qarşı iddia ərizəsində göstərilən borcunun ödənilməsi tələblərini irəli sürməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, İddiaçı X11 ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxx 2011-ci il tarixli MXD-2011 B-14 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 60 ay müddətinə illik 28% dərəcəsi ilə 17000 manat məbləğində kredit verilmişdir. Kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus Bakı səhəri, Səbail rayonu, Ö.F.Nemanzadə küçəsində 0,01614 ha torpaq sahəsində yerləşən 167.2 kv.m ümumi, 102.1 kv.m yaşayış və 65.1 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli 5 otaqlı 15 nömrəli fərdi yaşayış evi banka ipoteka qoyulmuş və bu barədə bankla Cavabdeh1 arasında xx xxxxxxx 2011-ci il tarixli MXD-2011 B-14 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliyini pozaraq borcunu vaxtında qaytarmamışdır. İddiaçı tərəfindən borcun ödənilməsi tələbi ilə bağlı cavabdehə yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, mübahisənin məhkəmədən kənar qaydada həll olunması cəhdi heç bir nəticə verməmişdir. Nəticədə cavabdehin banka xx xxxxxxx 2011-ci il tarixli MXD- 2011 B-14 nömrəli Kredit müqaviləsi üzrə 10424,17 manat əsas borcun, müqavilə müddəti üçün hesablanmış 6681,26 manat faiz borcu yaranmışdır ki, həmin borc onlardan iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında vurğulanmışdır ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər Mülki Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (443.1 və 443.2-ci maddələri). İş materiallarında olan maliyyə arayışından görünür ki, kredit müqaviləsi üzrə Cavabdeh1 müqavilənin bitdiyi tarixdən xx.xx.2019-cu il tarixinə 5 faiz dərəcəsi ilə 1380,40 manat faiz borcu yaranmışdır. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bank krediti bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin azaldılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərtilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Qanunun qeyd olunan normasının məzmunundan göründüyü kimi, kredit müəyyən müddətə borc verilən pul vəsaitidir. Yəni kredit müqaviləsi müddətlidir və müəyyən vaxt çərçivəsi ilə məhdudlaşdırılmalıdır. Əks halda bu, hüquqi müəyyənlik prinsipinin pozulması hesab olunmalıdır. Çunki hər bir şəxs müqavilə münasibətlərinə daxil olarkən, bu hərəkətin onun üçün konkret hansı nəticələrə səbəb olacağını görmək imkanına malik olmalıdır. Müqavilədə müddət öz əksini Azərbaycan Respublikası MM-nin müddətlər haqqında müddəalarına (AR Mülki Məcəlləsinin 367.2, 367.3-cü mad.) uyğun olaraq tapmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1-ci və 399.3-cü maddələrinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Göründüyü kimi, qanunun mənasına görə əgər müqavilədə onun qüvvədə olma müddətinin qurtarmasının tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olması barədə şərt nəzərdə tutulmamışdırsa, belə müqavilə, öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Beləliklə, müqavilənin qüvvədə olma müddəti 2 qaydada müəyyən oluna bilər: müqavilənin qüvvədə olduğu konkret müddət təsbit oluna bilər; belə müddət təyin olunmamışdırsa, müqavilə öhdəliyinin icrasının qurtarması müddəti müqavilənin qüvvədə olma müddəti hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.4-cü maddəsinə müvafiq olaraq müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Yəni tərəf müqavilənin qüvvədə olduğu müddət üçün məsuliyyət daşıyır. Müqavilənin qüvvədə olduğu müddət bitdikdən sonrakı dövr üçün müqavilə öhdəliyindən və müqavilə üzrə məsuliyyətdən söhbət gedə bilməz və deməli, bu müddətdən sonrakı dövr üçün iddiaçı müqavilədən irəli gələn tələb hüququna malik deyildir. O, yalnız qanundan irəli gələn tələb irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehlərdən iddiaçının xeyrinə kredit müqaviləsinin icra müddətinin bitdiyi tarıxdən xx.xx.2019-cu il tarixinədək ödənişlərin gecikdirilmiş vaxtı üçün illik 5% olmaqla 1380,40 manat pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Cavabdehdən 6640.23 manat məbləğində cərimə məbləğinin tutulmasına gəldikdə məhkəmə bu iddianı qismən əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Cərimənin dəbbə pulunun bir növü olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı bankın bu məbləğdə dəbbə hesablaması ədalətli deyildir və bu məbləğin kredit müqaviləsi üzrə 1042 manat həcmində müəyyənləşdirilməsi tərəflərin əmlak mənafeləri baxımından daha ədalətlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınça icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini geçikdirirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti acıq hərraçdan satmaq hüququna malikdir. “İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər icra olunmadığından, məhkəmə, tutmanın Cavabdeh1 məxsus Bakı şəhəri, Səbail rayonu, Ö.F.Nemanzadə küçəsində 0,01614 ha torpaq sahəsində yerləşən 167.2 kv.m ümumi, 102.1 kv.m yaşayış və 65.1 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli 5 otaqlı 15 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin hərracdan satılması, satışdan əldə olunacaq pul vəsaitinin Cavabdeh1 xx xxxxxxx 2011-ci il tarixli MXD-2011 B-14 nömrəli Kredit müqaviləsi üzrə İddiaçı X1 borcunun ödənilməsinə yönəldilməsi barədə tələbləri əsaslı hesab edir. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddia tələbi fərdi yaşayış evi hərracdan satıldıqdan sonra boşaldılması və fərdi yaşayış evində qeydiyyatda olan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 ən geci 1 (bir) ay ərzində fərdi yaşayış evindən çıxarılmaları hissəsində əsassızıdr və təmin edilməməlidir. Məhkəmə hesab edir ki, bank iddiaçı kimi mənzildə qeydiyyatda olan şəxslərin mübahisəli mənzildən çıxarılmaları və mənzilin boşaldılması predmeti üzrə iddia qaldırmaq hüququnun subyekti deyildir. Tərəflər arasında yaranmış müqavilə münasibətləri (kredit və ipoteka) çərçivəsində bankın tələb hüququna yalnız kreditin qaytarılması və bununla bağlı zərərin ödənilməsini tələb etmək, ipoteka predmetinə tutma yönəltdilməsi aid ola bilər. Nə Mülki Məcəllədə, nə də «İpoteka haqqında» Qanunda bankın cavabdehə və mənzildə qeydiyyatda olan digər şəxslərə qarşı yaşayış sahəsindən çıxarılması predmeti ilə iddia qaldırmaq hüququ nəzərdə tutulmamışdır. Həmin hüquq ipoteka predmetinə tutma yönəldilərək mənzil özgəninkiləşdiriləcəyi halda yeni mülkiyyətçiyə məxsusdur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 xx xxxxxxx 2011-ci il tarixli, MXD-2011 B-14 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün ondan İddiaçı ASC-nin xeyrinə 10.424,17 manat əsas borc, müqavilə müddəti üçün hesablanmış 6681,26 manat faiz borcu, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 1042 manat cərimə borcu, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 1380,40 manat faiz borcu tutulmalı, tutma mülkiyyət hüquqi üzrə Cavabdeh1 məxsus Bakı şəhəri, Səbail rayonu, Ö.F.Nemanzadə küçəsində 0,01614 ha torpaq sahəsində yerləşən, 167,2 kv.m ümumi, 102,1 kv.m yaşayış və 65,1 kv.m yardımcı sahədən ibarət 2 mərtəbəli 5 otaqlı 15 saylı fərdi yaşayış evinə yönəldilməli, həmin fərdi yaşayış evi açıq hərracdan satılmalı, fərdi yaşayış evinin ilkin satış qiyməti 167.200 manat müəyyən edilməli, fərdi yaşayış evinin satışından əldə olunacaq pul vəsaiti Cavabdeh1 xx.xx.2011-ci il tarixli MXD-2011 B-14 nömrəli kredit müqaviləsi üzrə «xxxxxxxxxx» ASC-nə olan kredit borcunun ödənilməsinə yönəldilməli, qalan hissədə iddia təmin edilməməlidir. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə isə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, həmin xərclər cavabdehlərə aid edilməli. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 10.424,17 (on min dörd yüz iyirmi dörd mianat on yeddi qəpik) manat əsas borc, müqavilə müddəti üçün hesablanmış 6681,26 (altı min altı yüz səksən bir manat iyirmi altı qəpik) manat faiz borcu, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 1042 (bir min qırx iki) manat cərimə borcu, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 1380,40 (bir min üç yüz səksən manat qırx qəpik) manat faiz borcu və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulsun. Tutma mülkiyyət hüquqi üzrə Cavabdeh1 məxsus Bakı şəhəri, Səbail rayonu, Ö.F.Nemanzadə küçəsində 0,01614 ha torpaq sahəsində yerləşən, 167,2 kv.m ümumi, 102,1 kv.m yaşayış və 65,1 kv.m yardımcı sahədən ibarət 2 mərtəbəli 5 otaqlı 15 saylı fərdi yaşayış evinə yönəldilsin, həmin fərdi yaşayış evi açıq hərracdan satılsın. Fərdi yaşayış evinin ilkin satış qiyməti 167.200 (yüz altmış yeddi min iki yüz) manat müəyyən edilsin. Fərdi yaşayış evinin satışından əldə olunacaq pul vəsaiti Cavabdeh1 xx.xx.2011-ci il tarixli MXD-2011 B-14 nömrəli kredit müqaviləsi üzrə «xxxxxxxxxx» ASC-nə olan kredit borcunun ödənilməsinə yönəldilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Cavabdeh1 tutularaq AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: Dövlət Xəzinədarlığı Agentliyi, kod 210005, VÖEN:**********, Müxbir hesab:AZ41NABZ********************, SFİFT:BİK CTREAZ22, MEM, VÖEN:**********, Hesab: AZ34CTRE********************. Ekspertiza tədqiqatının dəyəri 500 (beş yüz) manat Cavabdeh1 tutularaq «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-121/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-121/2020
28.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver