Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-121/2023 18.01.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi, Cavabdeh Mənzil Tikinti Kooperativinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı mənzilin və qeyri-yaşayış sahəsinin təhvil verilməsi, istifadə və sahiblik hüququnun tanınması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında inşa olunan 19 mərtəbəli yaşayış binasının 3-cü giriş, 7-ci mərtəbəsində yerləşən 82,43 kv.m sahəsi olan mənzil və həmin binanın Əlibəyov Qardaşları küçəsinə baxan 3-cü giriş, 1-ci mərtəbəsində yerləşən 40 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi üzərində onun sahiblik və istifadə hüququnu tanımaqla ona təhvil verilməsi öhdəliyinin Cavabdeh Mənzil Tikinti Kooperativinin üzərinə qoyulması, 2022-ci ilin iyul ayından mənzil və qeyri-yaşayış sahəsi təhvil verildiyi günədək ayrı-ayrılıqda aylıq 400 manat hesablanmaqla kompensasiyanın və qeyri-yaşayış sahəsinin təmiri üçün 8000 manat təmir haqqının ödənilməsi, 100 manat dövlət rüsumu və nümayəndə-vəkilə ödənilən 2000 manat haqqın Cavabdeh MTK-dan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi 10 ünvanında yerləşən 69,24 kv.m sahəsi olan mənzil 19 avqust 2008-ci il tarixli, MH № ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən və həmin ünvanda yerləşən, 34,8 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi isə 10 aprel 2018-ci il tarixli, RX № ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən mülkiyyətində olmuşdur. 2018-ci ilin iyun ayında Cavabdeh Mənzil Tikinti Kooperativini təmsil edən şəxslər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarına və Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının 27 oktyabr 2017-ci il tarixli, 138 saylı sərəncamına əsasən həmin ünvanda yerləşən yaşayış binalarının sökülməsinin və yeni yaşayış binalarının tikintisinin həyata keçiriləcəyini bildirərək, mülkiyyətində olan mənzil və qeyri-yaşayış sahəsinin sökülməsi üçün təhvil verilməsini və əvəzində yeni inşa edilən binadan mənzil və qeyri-yaşayış sahəsinin verilməsini təklif etdilər. Cavabdehlə əldə olunmuş razılaşmaya əsasən onunla Kooperativ arasında mülkiyyətinmdə olan mənzil və qeyri-yaşayış sahəsinə dair 04 iyun 2018-ci il tarixli əvəzləşmə müqavilələri bağlanmışdır. 04 iyun 2018-ci il tarixli əvəzləşmə müqavilələrinə əsasən Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi 10 nömrəli evin 9 saylı mənzilinin sökülməsi əvəzində həmin ərazidə Kooperativ tərəfindən inşa olunan 19 mərtəbəli binanın, 3-cü giriş, 7-ci mərtəbəsində yerləşən 82,43 kv.m sahəsi olan mənzil ona təhvil verilməli və mənzilin inşası başa çatdırılaraq təhvil verilənədək hər təqvim ayı üçün 400 manat kompensasiya ödənilməlidir. Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi 10 nömrəli evin qeyri-yaşayış sahəsinin sökülməsi əvəzində həmin ərazidə Kooperativ tərəfindən inşa olunan 19 mərtəbəli binanın Əlibəyov qardaşları küçəsinə baxan, 3-cü giriş, 1-ci mərtəbəsində yerləşən 40 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi ona təhvil verilməli və qeyri-yaşayış sahəsi təhvil verilənədək hər təqvim ayı üçün 400 manat kompensasiya və sahənin təmiri üçün 8000 manat təmir haqqı ödənilməlidir. Yaşayış binasının tikintisi müqavilədə nəzərdə tutulan 24-30 aydan xeyli uzun çəkmiş, nəhayət 4 ildən sonra tikinti başa çatmışdır. Lakin əvəzləşmə müqavilələri üzrə ona təhvil verilməli olan yaşayış və qeyri-yaşayış sahəsi bu günədək təhvil verilməmiş və əmlaklar təhvil verilənədək hər birinə görə aylıq ödənilməli olan 400 manat kompensasiyanın verilməsi 2022-ci ilin iyul ayından dayandırılmışdır. Qeyri-yaşayış sahəsinin təmiri üçün 8000 manat ödənilməsi öhdəliyi də cavabdeh tərəfindən icra olunmamışdır. Cavabdeh Kooperativi təmsil edən şəxslər şifahi olaraq ona müqavilədə razılaşdırılmış yaşayış və qeyri-yaşayış sahəsindən fərqli sahələrin veriləcəyini bildirmişdir. Şifahi və 28 iyul 2022-ci il tarixli yazılı müraciətlə qəti etirazını bildirərək, müqavilədə nəzərdə tutulan yaşayış və qeyri-yaşayış sahələrinin ona təhvil verilməsini və ödənilməmiş kompensasiya və təmir haqqının ödənilməsini xahiş etmişdir. Cavabdehin onun müraciətinə 01 avqust 2022-ci il tarixli, Sİ 13 saylı cavabında mənzil və qeyri-yaşayış sahəsinin təhvil alınması təklif edilsə də, hansı mənzil və qeyri-yaşayış sahəsinin təqdim edilməsini göstərməmiş və ona təkrarən başqa mənzil və qeyri-yaşayış sahəsini qəbul etmək israr olunmuşdur. 09 sentyabr 2022-ci il tarixli Pretenziya ilə bir daha 04 iyun 2018-ci il tarixli əvəzləşmə müqavilələrində nəzərdə tutulmuş şərtlərə cavab verən mənzil və qeyriyaşayış sahəsinin 3 (üç) gün müddətində təhvil verilməsini və cari ilin iyul ayından etibarən ödənilməmiş kompensasiya və təmir haqqının ödənilməsini xahiş etsə də, bu günədək heç bir cavab verilməmiş, tədbir görülməmiş, sahələrin təhvil verilməsi təmin olunmamış, borclar ödənilməmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən, 100 (bir yüz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmədə təmsilçilik üçün nümayəndə-vəkilə 2000 (iki min) manat haqq ödənilmişdir. Yuxarıda göstərilənlərə əsasən ünvan 1 ünvanında inşa olunan 19 mərtəbəli yaşayış binasının 3-cü giriş, 7-ci mərtəbəsində yerləşən 82,43 kv.m sahəsi olan mənzil və həmin binanın Əlibəyov Qardaşları küçəsinə baxan 3-cü giriş, 1-ci mərtəbəsində yerləşən 40 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi üzərində onun sahiblik və istifadə hüququnu tanımaqla ona təhvil verilməsi öhdəliyinin Cavabdeh Mənzil Tikinti Kooperativinin üzərinə qoyulması, 2022-ci ilin iyul ayından mənzil və qeyri-yaşayış sahəsi təhvil verildiyi günədək ayrı-ayrılıqda aylıq 400 manat hesablanmaqla kompensasiyanın və qeyri-yaşayış sahəsinin təmiri üçün 8000 manat təmir haqqının ödənilməsi, 100 manat dövlət rüsumu və nümayəndə-vəkilə ödənilən 2000 manat haqqın Cavabdeh MTK-dan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, ərizəsini onunla əsaslandırmışdır ki, məhkəmədə təmsilçilik üçün nümayəndəvəkilə 2000 manat haqq və əlavə olaraq 120 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində göstərilən əlavə xərcləri çəkməyə məcbur olduğundan nümayəndə-vəkilə ödənilən xidmət haqqının və dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. Yuxarıdakılara əsasən ünvan 1 ünvanında inşa olunan 19 mərtəbəli yaşayış binasının 3-cü giriş, 7-ci mərtəbəsində yerləşən 82,43 kv.m sahəsi olan mənzil və həmin binanın Əlibəyov Qardaşları küçəsinə baxan 3-cü giriş, 1-ci mərtəbəsində yerləşən 40 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi üzərində iddiaçının sahiblik və istifadə hüququnu tanımaqla ona təhvil verilməsi öhdəliyinin Cavabdeh Mənzil Tikinti Kooperativinin üzərinə qoyulması, 2022-ci ilin iyul ayından mənzil və qeyri-yaşayış sahəsi təhvil verildiyi günədək ayrıayrılıqda aylıq 400 manat hesablanmaqla kompensasiyanın və qeyri-yaşayış sahəsinin təmiri üçün 8000 manat təmir haqqının ödənilməsi, 220 manat dövlət rüsumu və nümayəndə-vəkilə ödənilən 2000 manat haqqın Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizəsini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçıya və onun nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi mülki işə iddia tərəfinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə MPM-nin 185.4-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etmiyərək bildirmişdir ki, İddiaçı Cavabdeh MTK qarşı mənzilin və qeyri-yaşayış sahəsinin təhvil verilməsi və istifadə və sahiblik hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ilə Cavabdeh MTK arasında 4 iyun 2018-ci il tarixində notarial qaydada təsdiq edilmiş 2 Əvəzləşmə Müqaviləsi bağlanmışdır. 4 iyun 2018-ci il tarixində Reyestrdə 3M-164 qeydiyyat nömrəli Əvəzləşmə Müqaviləsinin predmetinə əsasən “Mülkiyyətçi” mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, Xanlar küç 10 nömrəli evin 9 saylı mənzilini sökülmək üçün “Kooperativ”ə təhvil verməyi, “Kooperativ” isə bu Müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında mənzili “Mülkiyyətçi”yə təhvil verməyi öhdəsinə götürür. Həmin müqavilənin 6.2.1-ci maddəsində “Kooperativ” tərəfindən inşa ediləcək binanın və mənzilin xüsusiyyətləri aşağıdakı kimi göstərilmişdir: Binanın mərtəbələrin sayı: 19; Mənzilin ümumi sahəsi: 82.43 kv.m; Giriş: 3; Mənzilin mərtəbəsi: 7. İlkin olaraq qeyd edir ki, Sabah Residence yaşayış kompleksi 5 binadan ibarətdir. A , B , C , E və G bloklarından ibarət olan binanın hər bir bloku ümumi olaraq 19 mərtəbədən ibarətdir. 3 mərtəbə yalnız qeyri-yaşayış sahəsindən, 4-cü mərtəbə isə həm yaşayış, həm qeyri-yaşayış sahəsindən, 5-ci mərtəbədən 19-cu mərtəbə də daxil olmaqla isə yalnız yaşayış sahəsindən ibarətdir. İddiaçıya müqavilə üzrə verilən mənzil də 3-cü girişdən, yəni C blokundan verilmişdir. Müqavilədə qeyd edilən mənzilə iddiaçının oğlu Nümayəndə3 tərəfindən tikinti müddətində baxış keçirilmiş, hər hansı bir etirazı olmamışdır. Mənzilin tam olaraq təmirli şəkildə inşası başa çatdırılmış, 01 avqust 2022-ci il tarixli məktubla İddiaçı mənzilin təmir olunaraq, tam olaraq hazır olduğu bildirilmiş və müqavilənin 6.4-cü maddəsinin tələblərinə uyğun olaraq 3 gün müddətində mənzilin təhvil alınması xahiş edilmişdir. Daha sonra 08 və 11 avqust 2022-ci il tarixlərində də müqavilənin 15-ci maddəsində iddiaçıya aid olan və qeyd edilən ********** nömrəsinə mənzilin 3 gün müddətinə təhvil alınmasına dair sms bildiriş göndərilmişdir. Lakin iddiaçı mənzili təhvil almaq üçün yaxınlaşmamışdır. Müqavilənin 14.2-ci maddəsinin tələblərinə əsasən “Bu müqavilənin 7.4.6-cı bənddə göstərilmiş ünvanlara göndərilmiş və ya göstərilən telefon nömrələri üzrə təqdim edilmiş bütün bildiriş və digər yazışmalar “Mülkiyyətçi”yə çatdırılmış kimi qəbul olunur.” Məhkəmənin iştirakı ilə mənzilə və qeyri-yaşayış sahəsinə yerində baxış keçirilərkən də müəyyən edilmişdir ki, binaya hər iki tərəfdən, yəni ön hissə Ziya Yusifzadə küçəsi (Keçmiş Xanlar küçəsi), arxa hissəsi Əlibəyov Qardaşları küçəsindən giriş mümkündur. Bina ərazinin relyefinə uyğun olaraq ön hissədən, yəni Ziya Yusifzadə küçəsindən 19 mərtəbə, arxa hissədən, yəni Əlibəyov Qardaşları küçəsindən isə 16 mərtəbədən ibarətdir. İddiaçı ilə bağlanmış müqavilədə də, buna uyğun olaraq binanın ümumi mərtəbələrinin sayı 19 göstərilmişdir. Yəni ön hissədən Ziya Yusifzadə küçəsindən sayılmağa başlanılmışdır. 4 iyun 2018-ci il tarixində Reyestrdə 3M-165 qeydiyyat nömrəli Əvəzləşmə Müqaviləsinin predmetinə əsasən “Mülkiyyətçi” mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi 10 nömrəli evin qeyri-yaşayış sahəsini sökülmək üçün “Kooperativ”ə təhvil verməyi, “Kooperativ” isə bu Müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında Əlibəyov Qardaşları küçəsinə baxan qeyri-yaşayış sahəsini “Mülkiyyətçi”yə təhvil verməyi öhdəsinə götürür. Həmin müqavilənin 6.2.1-ci maddəsində “Kooperativ” tərəfindən inşa ediləcək binanın və qeyri-yaşayış sahəsinin xüsusiyyətləri aşağıdakı kimi göstərilmişdir: Binanın mərtəbələrin sayı: 19; Mənzilin ümumi sahəsi: 40 kv.m; Giriş: 3; Mənzilin mərtəbəsi: 1. Yuxarıda da qeyd olunduğu kimi, inşa edilən bina ümumi olaraq 19 mərtəbədən ibarətdir. 3 mərtəbə yalnız qeyri-yaşayış sahəsindən, 4-cü mərtəbə isə həm yaşayış, həm qeyri-yaşayış sahəsindən, 5-ci mərtəbədən 19-cu mərtəbə də daxil olmaqla isə yalnız yaşayış sahəsindən ibarətdir. Müqavilənin predmetində və əlavə olaraq müqavilənin 6.2-ci maddəsində qeyd edilir ki, Əlibəyov Qardaşlarına baxan küçədə qeyri-yaşayış sahəsinin verilməsi nəzərdə tutulmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin 14 noyabr 2022-ci il tarixli təqdim etdiyi ünvan arayışına əsasən Binanın ön hisssəsinin Ziya Yusifzadə küçəsi, arxa hissəsinin isə Əlibəyov Qardaşları olduğu öz əksini tapmışdır. Buradan da aydın olur ki, qeyri-yaşayış sahəsi binanın arxa hissəsində Əlibəyov Qardaşlarına baxan küçədə 1-ci mərtəbədə iddiaçıya verilməsi nəzərdə tutulmuşdur. Qeyri-yaşayış sahəsi tam olaraq təmirli şəkildə inşası başa çatdırılmış, 01 avqust 2022-ci il tarixli məktubla İddiaçı qeyri-yaşayış sahəsinin tam olaraq hazır olduğu bildirilmiş və müqavilənin 6.4-cü maddəsinin tələblərinə uyğun olaraq 3 gün müddətində təhvil alınması xahiş edilmişdir. Daha sonra 08 və 11 avqust 2022-ci il tarixlərində də müqavilənin 15-ci maddəsində iddiaçıya aid olan və qeyd edilən ********** nömrəsinə qeyri-yaşayış sahəsinin 3 gün müddətinə təhvil alınmasına dair sms bildiriş göndərilmişdir. Lakin iddiaçı qeyri-yaşayış sahəsinin təhvil almaq üçün yaxınlaşmamışdır. Müqavilənin 14.2-ci maddəsinin tələblərinə əsasən “Bu müqavilənin 7.4.6-cı bənddə göstərilmiş ünvanlara göndərilmiş və ya göstərilən telefon nömrələri üzrə təqdim edilmiş bütün bildiriş və digər yazışmalar “Mülkiyyətçi”yə çatdırılmış kimi qəbul olunur.” Beləliklə qeyd edir ki, müqavilədə nəzərdə tutulmuş qeyri-yaşayış sahəsi təmirli vəziyyətdə tam olaraq hazırdır. Əlavə olaraq qeyd edir ki, iddiaçının mənzil üçün verilməli olan aylıq kirayə haqqını da tələb etmək hüququ bitmişdir. Belə ki, müqavilənin 6.3-cü maddəsində qeyd edilir ki, mənzil inşa edilərək təhvil verilənə kimi iddiaçıya aylıq kompensasiya ödənilir. Müqavilənin 6.4-cü maddəsində isə qeyd edilir ki, mənzil hazır olduqda Kooperativ tərəfindən Mülkiyyətçiyə bildiriş göndərilir və Mülkiyyətçi mənzili 5 gün müddətində qəbul edir. Eyni zamanda Mülkiyyətçinin müqavilə üzrə 7.4-cü maddəsində öhdəlikləri sadalanarkən də qeyd edilir ki, müqavilənin 6.4-cü maddəsinin tələblərinə uyğun olaraq mənzili təhvil almaq Mülkiyyətçinin öhdəliyidir. Odur ki, yuxarıda qeyd olunan maddələrə əsasən mənzil və qeyri-yaşayış sahəsi üçün kompensasiyanın ödənilməsi dayandırılmışdır. Bundan əlavə, qeyri-yaşayış sahəsinin təmiri üçün ödənilməsi tələb olunan 8000 manat məbləğə gəldikdə isə, qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 6.3-cü maddəsində göstərilir ki, qeyri-yaşayış sahəsi Kooperativ tərəfindən təmir olunduqda, Kooperativ tərəfindən mülkiyyətçiyə 8000 manat təmir haqqı ödənilmir. Yerində baxış zamanı da məlum olmuşdur ki, qeyri-yaşayış sahəsi təmir edilmişdir, buna görə də, cavabdeh tərəfindən bu məbləğ ödənilməməlidir. Yuxarıda göstərilənlərə əsasən iddia tələbinin əsassız olduğundan rədd olunmasını xahiş etmişdir. Məhkəmə işə baxb, cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, təqdim edilmiş sübutları tədqiq edib, irəli sürülən tələblərin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının “Qəzalı vəziyyətdə olan binaların sökülməsinə və yerində çoxmərtəbəli yaşayış evinin layihələndirilməsinə və tikintisinə icazə verilmiş xx.xx.2017-ci il tarixli, 127 saylı sərəncama dəyişiklik edilməsi haqqında” 27 oktyabr 2017-ci il tarixli, 138 saylı Sərəncamından görünür ki, “Bakı şəhərinin rayonlarında, o cümlədən Səbail rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli, 86 saylı qərarını və “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 6.8 maddəsini rəhbər tutaraq, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin, “Azərdövləttikintilayihə” Dövlət Layihə İnstitutunun Səbail rayon, Bayıl qəsəbəsi, Xanlar küçəsi 10, 12, 14, 16, 18, 20; Əlibəyov Qardaşları küçəsi 15, 17, 17A, 17B, 19 və Əlibəy Hüseynzadə küçəsi 8 saylı ünvanlarda yerləşən 1-4 mərtəbəli yaşayış binalarının uzun müddətli istismar nəticəsində yararsız hala düşərək qəzalı vəziyyətdə olması barədə xx.xx.2017-ci il tarixli aktı, xx.xx.2017-ci il tarixli, xx/xx-03495 saylı məktubu, "xxxx" MMC-nin xx.xx.2017-ci il tarixli, Q-280 saylı razılıq məktubu və Cavabdeh MTK-nın S-101 saylı, xx.xx.2017-ci il tarixli müraciəti nəzərə alınaraq: 1. Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 127 saylı sərəncamının ləğv edilməsi; 2. Səbail rayon, Bayıl qəsəbəsi ərazisində yerləşən, uzun müddətli istismar nəticəsində yararsız hala düşərək, hazırda qəzalı vəziyyətdə olan Xanlar küçəsi 10, 12, 14, 16, 18, 20; Əlibəyov Qardaşları küçəsi 15, 17, 17A, 17B, 19 ünvanlarda və Əlibəy Hüseynzadə küçəsi 8 saylı ünvanlarda yerləşən 1-4 mərtəbəli yaşayış binalarının söküntüsünün Sabah Residence MTK tərəfindən yerinə yetirilməsi və həmin cəmiyyətə torpaq sahəsi 1.3 ha olan ərazidə çoxmərtəbəli yaşayış binasının layihələndirilməsi və tikintisinə icazə verilməsi; 3. Ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, eyni zamanda qanunvericiliyin tələblərinə uyğun olaraq, yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq qaydada mənzillərin ayrılmasının Cavabdeh MTK-nın vəsaiti hesabına həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri 2 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş Cavabdeh MTK (“Kooperativ”) ilə X2 (“Mülkiyyətçi”) arasında bağlanmış 04 iyun 2018-ci il tarixli, 3M-164 reyestr nömrəli Əvəzləşmə Müqaviləsinin 2.1-ci bəndindən görünür ki, “Mülkiyyətçi” mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, 10 nömrəli evin 9 saylı mənzilinin sökülmək üçün “Kooperativ”ə təhvil verməyi, “Kooperativ” isə bu Müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında mənzili “Mülkiyyətçiyə təhvil verməyi öhdəsinə götürür. Həmin Müqavilənin 6.2-ci bəndinə əsasən təmir əvəzi olaraq 16.486 manat “Kooperativ” tərəfindən mənzil təhvil verildikdə “Mülkiyyətçi”yə ödənilir və ya “Mülkiyyətçi”nin istəyi ilə mənzilin təmiri “Kooperativ” tərəfindən həyata keçirilir. Təmir “Kooperativ” tərəfindən həyata keçirildiyi halda “Kooperativ” tərəfindən “Mülkiyyətçi”yə 16.486 manat təmir haqqı ödənilmir. Həmin Müqavilənin 6.2.1-ci bəndinə əsasən “Kooperativ” tərəfindən inşa ediləcək binanın və mənzilin xüsusiyyətləri: Binanın mərtəbələrin sayı: 19; Mənzilin ümumi sahəsi: 82.43 kv.m; Giriş: 3; Mənzilin mərtəbəsi: 7. Həmin Müqavilənin 6.3-cü bəndinə əsasən “Mülkiyyətçi” yaşayış sahəsini “Kooperativ”ə təhvil verdiyi tarixdən mənzilin inşası başa çatdırılaraq “Mülkiyyətçi”yə təhvil verilənə qədər “Mülkiyyətçi”nin müvəqqəti yaşayış sahəsi ilə təmin edilməsi məqsədi ilə hər təqvim ayı üçün 400 manat olmaqla kompensasiya “Kooperativ” tərəfindən “Mülkiyyətçi”yə ödənilir. Həmin Müqavilənin 6.4-cü bəndinə əsasən yaşayış binasında mənzil inşa olunduqdan sonra “Kooperativ” mənzilin qəbul edilməsi üçün “Mülkiyyətçi”yə yazılı bildiriş göndərir. “Mülkiyyətçi” yazılı bildirişi aldıqdan sonra 5 gün müddətində mənzili qəbul edir. Həmin Müqavilənin 14.2-ci bəndinə əsasən bu müqavilənin 7.4.6-cı bənddə göstərilmiş ünvanlara göndərilmiş və ya göstərilən telefon nömrələri üzrə təqdim edilmiş bütün bildiriş və digər yazışmalar “Mülkiyyətçi”yə çatdırılmış kimi qəbul olunur. İş materiallarında olan Bakı şəhəri 2 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş Cavabdeh MTK (“Kooperativ”) ilə X2 (“Mülkiyyətçi”) arasında bağlanmış 04 iyun 2018-ci il tarixli, 3M-165 reyestr nömrəli Əvəzləşmə Müqaviləsinin 2.1-ci bəndindən görünür ki, “Mülkiyyətçi” mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, 10 nömrəli evin qeyri-yaşayış sahəsini sökülmək üçün “Kooperativ”ə təhvil verməyi, “Kooperativ” isə bu Müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında Əlibəyov Qardaşları küçəsinə baxan qeyri-yaşayış sahəsini “Mülkiyyətçi”yə təhvil verməyi öhdəsinə götürür. Həmin Müqavilənin 6.2-ci bəndinə əsasən təmir əvəzi olaraq 8000 manat “Kooperativ” tərəfindən mənzil təhvil verildikdə “Mülkiyyətçi”yə ödənilir və ya “Mülkiyyətçi”nin istəyi ilə qeyri-yaşayış sahəsinin təmiri “Kooperativ” tərəfindən həyata keçirilir. Təmir “Kooperativ” tərəfindən həyata keçirildiyi halda “Kooperativ” tərəfindən “Mülkiyyətçi”yə 8000 manat təmir haqqı ödənilmir. Həmin Müqavilənin 6.2.1-ci bəndinə əsasən “Kooperativ” tərəfindən inşa ediləcək binanın və qeyri-yaşayış sahəsinin xüsusiyyətləri: Binanın mərtəbələrin sayı: 19; Qeyriyaşayış sahəsinin ümumi sahəsi: 40 kv.m; Giriş: 3; Qeyri-yaşayış sahəsinin mərtəbəsi: 1. Həmin Müqavilənin 6.3-cü bəndinə əsasən “Mülkiyyətçi” qeyri-yaşayış sahəsini “Kooperativ”ə təhvil verdiyi tarixdən qeyri-yaşayış sahəsinin inşası başa çatdırılaraq “Mülkiyyətçi”yə təhvil verilənə qədər “Mülkiyyətçi”nin müvəqqəti qeyri-yaşayış sahəsi ilə təmin edilməsi məqsədi ilə hər təqvim ayı üçün 400 manat olmaqla kompensasiya “Kooperativ” tərəfindən “Mülkiyyətçi”yə ödənilir. Həmin Müqavilənin 6.4-cü bəndinə əsasən yaşayış binasında qeyri-yaşayış sahəsi inşa olunduqdan sonra “Kooperativ” qeyri-yaşayış sahəsinin qəbul edilməsi üçün “Mülkiyyətçi”yə yazılı bildiriş göndərir. “Mülkiyyətçi” yazılı bildirişi aldıqdan sonra 5 gün müddətində qeyri-yaşayış sahəsini qəbul edir. Həmin Müqavilənin 14.2-ci bəndinə əsasən bu müqavilənin 7.4.6-cı bənddə göstərilmiş ünvanlara göndərilmiş və ya göstərilən telefon nömrələri üzrə təqdim edilmiş bütün bildiriş və digər yazışmalar “Mülkiyyətçi”yə çatdırılmış kimi qəbul olunur. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh MTK-ya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Cavabdeh MTK ilə onun arasında bağlanılmış xx.xx.2018-ci il tarixli mənzil əvəzləşmə müqaviləsi və xx.xx.2018-ci il tarixli qeyri-yaşayış sahəsi üçün əvəzləşmə müqaviləsinə əsasən ona məxsus mülklərin sökülərək yerində inşa edilən çoxmərtəbəli yaşayış binasının 3-cü girişinin 7-ci mərtəbəsinə təmirli 82,43 kv.m. və 3-cü girişin 1-ci mərtəbəsində yerləşən təmirli 40 kv.m. sahədən ibarət qeyri-yaşayış sahəsi verilməli idi. Müvəqqəti yerinin dəyişdirilməsi ilə əlaqədar yeni mənzil və qeyri-yaşayış sahələri təhvil verilməsi üçün müvafiq təhvil təslim aktı imzalanacaq günədək isə mənzil sahəsi üçün 400 və qeyri-yaşayış sahəsi üçün 400, ümumilikdə hər ay üçün 800 AZN kompensasiya nəzərdə tutulub. Lakin Kooperativin əməkdaşları tərəfindən ona məxsus mənzilin mərtəbəsinin 4-cü mərtəbə olduğu iddia edilir, qeyri-yaşayış sahəsi haqqında isə heç bir məlumat belə verilmir. Müvəqqəti yaşayış üçün nəzərdə tutulan kompensasiya heç bir təhvil təslim aktı imzalanmadan 2022-ci ilin iyul ayından etibarən ödənilmir. Aşağıda qeyd edilən müqavilə şərtlərinin həyata keçirilməsi üçün göstəriş verilməsini və bununla əlaqədar 3 iş günü ərzində onu yazılı şəkildə məlumatlandırmalarını xahiş edir: Aralarında bağlanan xx.xx.2018-ci il tarixli mənzil əvəzləşmə müqaviləsinin 6.3-cü bəndinin şərtlərinə əsasən mənzil üçün aylıq 400 AZN kompensasiyanın ödənilməsini; 6.2.1-ci bəndinə əsasən qeyd edilən mənzilin razılaşdırılmış qaydada 7-ci mərtəbədə verilməsini; xx.xx.2018-ci il tarixli qeyri-yaşayış sahəsi üçün əvəzləşmə müqaviləsinin 6.2-ci bəndinə əsasən öz istəyi ilə təmirdən imtina etdiyini və qeyri-yaşayış sahəsinin təmiri üçün nəzərdə tutulan 8000 AZN kompensasiyanın ona ödənilməsini; Müqavilənin 6.2.1-ci bəndinə əsasən ona məxsus qeyri-yaşayış sahəsinin razılaşdırılmış qaydada 1-ci mərtəbədə verilməsini; Müqavilənin 6.3-cü bəndinin şərtlərinə əsasən mənzil üçün aylıq 400 AZN kompensasiyanın ödənilməsini. İş materiallarında olan Cavabdeh MTK tərəfindən İddiaçı ünvanlanmış S 113 saylı, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, aralarında bağlanmış xx.xx.2018-ci il tarixli mənzilin əvəzləşmə müqaviləsi və xx.xx.2018-ci il tarixli qeyri-yaşayış sahəsi üçün əvəzləşmə müqaviləsinə əsasən veriləcək olan “C” bloku (3-cü blok), 7-ci mərtəbə (yaşayışın 4-cü mərtəbəsi), 82,43 kv.m mənzil və “C” bloku (3-cü blok), yaşayışın 1-ci mərtəbəsində yerləşən 40 kv.m qeyri-yaşayış sahəsinin verilməsi nəzərdə tutulub. Bildirilir ki, daha öncə o və oğlu Nümayəndə3 dəfələrlə inşa olunan binaya yaxmlaşmıs, daha dəqiq olaraq sonuncu dəfə xx.xx.2022-ci il tarixində baxış keçirilmişdir. Həmçinin qeyd edilir ki, Cavabdeh MTK-nın nümayəndələri tərəfindən onlara ətraflı şəkildə məlumat verilərək, onlar “C” bloku (3-cü blok), 7-ci mərtəbə (yaşayışın 4-cü mərtəbəsi), 82,43 kv.m mənzil və “C” bloku (3-cü blok), yaşayışın 1-ci mərtəbəsində yerləşən 40 kv.m qeyri-yaşayış sahəsinə baxış keçirmislər. Bununla bağlı o və oğlu tərəfindən indiyədək heç bir problem və narazıçılıq bildirilməmişdir. Həmçinin qeyd edilir ki, yuxarıda qeyd olunan sahələr artıq təmir olunaraq, tam olaraq hazırdır və bununla əlaqədar olaraq kirayə haqqı dayandırılmışdır. Bununla bağlı onlara bildiriş göndərilmişdir. 3 gün ərzində onlara məxsus mənzili və qeyri-yaşayış sahəsini təhvil almaları xahiş olunur. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh Mənzil Tikinti Kooperativinə ünvanlanmış 09 sentyabr 2022-ci il tarixli pretenziya məktubundan görünür ki, o, xx.xx.2022-ci il tarixli müraciətində MTK ilə bağlanılmış 04 iyun 2018-ci il tarixli əvəzləşmə müqavilələrinə əsasən mülkiyyətində olan mənzil və qeyri-yaşayış sahəsinin sökülməsi əvəzində ona təhvil verilməli olan mənzil və qeyri-yaşayış sahəsinin təqdim edilməsini və ödənilməmiş kirayə və təmir haqqının ödənilməsini xahiş etmişdir. Kooperativin 01 avqust 2022-ci il tarixli, S 113 saylı cavab məktubunda mənzil və qeyri-yaşayış sahəsinin təhvil alınması təklif edilsə də, hansı mənzil və qeyri-yaşayış sahəsinin təqdim edilməsi dəqiq olaraq göstərilməmişdir. Son günlərdə olan şifahi danışıqlar zamanı ona müqavilədə nəzərdə tutulan mənzil və qeyri-yaşayış sahəsindən fərqli əmlakların təqdim edilməsi təklif edilmişdir. Kooperativin nəzərinə çatdırır ki, 04 iyun 2018-ci il tarixli əvəzləşmə müqavilələrinə əsasən: Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi 10 nömrəli evin 9 saylı mənzilinin sökülməsi əvəzində həmin ərazidə Kooperativ tələfindən inşa olunan 19 mərtəbəli binanın, 3-cü giriş, 7-ci mərtəbəsində yerləşən 82,43 kv.m sahəsi olan mənzil təhvil verilməli və mənzilin inşası başa çatdırılanadək hər təqvim ayı üçün 400 manat kompensasiya ödənilməlidir. Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi 10 nömrəli evin qeyri-yaşayış sahəsinin sökülməsi əvəzində həmin ərazidə Kooperativ tərəfindən inşa olunan 19 mərtəbəli binanın, 3-cü giriş, 1-ci mərtəbəsində yerləşən 40 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi təhvil verilməli və qeyri-yaşayış sahəsinin təmiri üçün 8000 manat təmir haqqı ödənilməlidir. Göstərilənlərə əsasən, 04 iyun 2018-ci il tarixli əvəzləşmə müqavilələrində nəzərdə tutulmuş şərtlərə cavab verən mənzil və qeyri-yaşayış sahəsinin 3 (üç) gün müddətində təhvil verilməsi və cari ilin iyul ayından etibarən ödənilməmiş kompensasiya və təmir haqqının ödənilməsinin təmin edilməsi, əks halda hüquqi müdafiə tədbirlərindən istifadə etmək məcburiyyətində qalacağının nəzərə alınması xahiş olunmuşdur. İş materiallarında olan BPM**********98 №-li, xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, X3 tərəfindən AAA Vəkil Bürosuna 2000 manat məbləğində pul ödənilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 387.2-ci mad.). Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, “Bakı şəhərinin rayonlarında, o cümlədən Səbail rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli, 86 saylı qərarını rəhbər tutaraq, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının “Qəzalı vəziyyətdə olan binaların sökülməsinə və yerində çoxmərtəbəli yaşayış evinin layihələndirilməsinə və tikintisinə icazə verilmiş xx.xx.2017-ci il tarixli, 127 saylı sərəncama dəyişiklik edilməsi haqqında” 27 oktyabr 2017-ci il tarixli, 138 saylı Sərəncamı ilə Səbail rayon, Bayıl qəsəbəsi ərazisində yerləşən, uzun müddətli istismar nəticəsində yararsız hala düşərək, hazırda qəzalı vəziyyətdə olan Xanlar küçəsi 10, 12, 14, 16, 18, 20; Əlibəyov Qardaşları küçəsi 15, 17, 17A, 17B, 19 ünvanlarda və Əlibəy Hüseynzadə küçəsi 8 saylı ünvanlarda yerləşən 1-4 mərtəbəli yaşayış binalarının söküntüsünün Cavabdeh MTK tərəfindən yerinə yetirilməsi və həmin cəmiyyətə torpaq sahəsi 1.3 ha olan ərazidə çoxmərtəbəli yaşayış binasının layihələndirilməsi və tikintisinə icazə verilməsi; Ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, eyni zamanda qanunvericiliyin tələblərinə uyğun olaraq, yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq qaydada mənzillərin ayrılmasının Cavabdeh MTK-nın vəsaiti hesabına həyata keçirilməsi qərara alınmışdır. Məhkəmə iclasında sübutların tədqiqi ilə eləcə də müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh MTK arasında 4 iyun 2018-ci il tarixində notarial qaydada təsdiq edilmiş 2 Əvəzləşmə Müqaviləsi bağlanmışdır. 04 iyun 2018-ci il tarixli, 3M-164 reyestr nömrəli Əvəzləşmə Müqaviləsinə əsasən İddiaçı mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, 10 nömrəli evin 9 saylı mənzilinin sökülmək üçün cavabdeh MTK-ya təhvil verməyi, cavabdeh isə bu Müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada həmin ərazidə yeni inşa ediləcək 19 mərtəbəli yaşayış binasının 3-cü giriş, 7-ci mərtəbəsində ümumi sahəsi 82.43 kv.m. olan mənzili “Mülkiyyətçi”yə təhvil verməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış 04 iyun 2018-ci il tarixli, 3M-165 reyestr nömrəli Əvəzləşmə Müqaviləsinə əsasən İddiaçı mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, 10 nömrəli evin qeyri-yaşayış sahəsini sökülmək üçün cavabdeh MTK-ya təhvil verməyi, cavabdeh isə bu Müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada həmin ərazidə yeni inşa ediləcək 19 mərtəbəli yaşayış binasında Əlibəyov Qardaşları küçəsinə baxan 3-cü giriş, 1-ci mərtəbəsində ümumi sahəsi 40 kv.m. olan qeyri-yaşayış sahəsini iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. Mənzillə bağlı əvəzləşmə müqaviləsində mənzilin təmir əvəzi olaraq 16.486 manat, qeyri-yaşayış sahəsi ilə bağlı əvəzləşmə müqaviləsində qeyri-yaşayış sahəsinin təmir əvəzi olaraq 8000 manat cavabdeh tərəfindən həmin sahələr təhvil verildikdə iddiaçıya ödənilməsi, təmir cavabdeh tərəfindən həyata keçirildiyi halda hər hansı təmir haqqının ödənilməməsi nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən ünvan 3 ünvanında inşa olunmuş 19 mərtəbəli yaşayış binasının 3-cü giriş, 7-ci mərtəbəsində yerləşən, 82,43 kv.m. sahəsi olan mənzilə və həmin binanın Əlbəyov qardaşları küçəsinə baxan 3-cü giriş, 1-ci mərtəbəsində yerləşən 40 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsinə keçirilən baxış zamanı müəyyən edilmişdir ki, binaya hər iki tərəfdən, yəni ön hissə Ziya Yusifzadə küçəsi (Keçmiş Xanlar küçəsi), arxa hissəsi Əlibəyov Qardaşları küçəsindən giriş mümkündur. Bina ərazinin relyefinə uyğun olaraq ön hissədən, yəni Ziya Yusifzadə küçəsindən 19 mərtəbə, arxa hissədən, yəni Əlibəyov Qardaşları küçəsindən isə 16 mərtəbədən ibarətdir. Müqavilə üzrə iddiaçıya ayrılmış qeyriyaşayış sahəsi binanın Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsinə baxan hissəsində birinci mərtəbədə yerləşir və təmirlidir. İddiaçıya müqavilə üzrə ayrılmış mənzil də binanın Əlibəyov Qardaşları küçəsinə baxan hissəsində 7-ci mərtəbədə yerləşir və mənzil tam təmirlidir. Məhkəmə iclasında sübutların tədqiqi ilə həmçinin müəyyən olundu ki, iddiaçıya əvəzləşmə müqavilələrinə əsasən veriləcək olan “C” bloku (3-cü blok), 7-ci mərtəbə (yaşayışın 4-cü mərtəbəsi), 82,43 kv.m mənzilə və “C” bloku (3-cü blok), yaşayışın 1-ci mərtəbəsində yerləşən 40 kv.m qeyri-yaşayış sahəsinə iddiaçı və onun oğlu Nümayəndə3 tərəfindən xx.xx.2022-ci il tarixində baxış keçirilmiş və Cavabdeh MTK-nın nümayəndələri tərəfindən onlara ətraflı şəkildə məlumat verilmiş, bununla bağlı iddiaçı və onun oğlu tərəfindən heç bir problem və narazıçılıq bildirilməmişdir. Cavabdeh MTK tərəfindən iddiaçıya S 113 saylı, xx.xx.2022-ci il tarixli məktubla iddiaçıya təhvil veriləcək mənzil və qeyri-yaşayış sahəsinin artıq təmir olunaraq, tam olaraq hazır olmaları, bununla əlaqədar olaraq kirayə haqqının dayandırıldığı barədə bildiriş göndərilərək, 3 gün ərzində iddiaçıya məxsus mənzilin və qeyri-yaşayış sahəsinin təhvil alınması xahiş olunmuşdur. Daha sonra 08 və 11 avqust 2022-ci il tarixlərində də iddiaçıya aid olan və qeyd edilən ********** nömrəsinə mənzilin və qeyri-yaşayış sahəsinin 3 gün müddətinə təhvil alınmasına dair sms bildiriş göndərilmişdir. Lakin iddiaçı mənzili təhvil almaq üçün yaxınlaşmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə mülki hüququ münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Beləliklə, məhkəmə iclasında kifayət qədər müəyyən olundu ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmiş, iddiaçı isə tərəflər arasında bağlanmış müqavilənin şərtlərini pozmuş, mənzil və qeyri-yaşayış sahəsi istismara hazır olduğu halda, onları təhvil almamış, müqavilələrdə nəzərdə tutulmayan şərtlər irəli sürərək, üzərinə düşən öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçının mənzilin və qeyri-yaşayış sahəsinin təhvil verilməsi, istifadə və sahiblik hüququnun tanınması tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə eyni zamanda hesab edir ki, iddia tələbi təmin olunduğundan, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən iddiaçıların xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı mənzilin və qeyri-yaşayış sahəsinin təhvil verilməsi, istifadə və sahiblik hüququnun tanınması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-121/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-121/2023
18.01.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver