Məhkəmə qərarları › İş №2(009)-1215/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1215/2022

17.05.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1215/2022 17.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Mən, Səbail Rayon Məhkəməsinin hakimi Bağırova Mədinə Ağacavad qızı, İddiaçı cavabdeh AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə qarşı ekspert rəyinin ləğv edilməsi barədə ərizəsini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Məhkəmə Ekspertiza Mərkəzinin 26.01.2012-ci il tarixli, 21349 saylı rəyinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizəni nəzərdən keçirərək hesab edirəm ki, ərizə iddianın yolverilməzliyinə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, ərizədən və ona əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçının ləğv edilməsini xahiş etdiyi ekspert rəyi Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaqı aparılmış ********* saylı cinayət işi üzrə təyin olunmuş məhkəmə-xətşünaslıq ekspertizası üzrə verilmiş və qeyd olunan cinayət işi üzrə sübut növü olmuşdur. Belə olduğu təqdirdə, məhkəmə hesab edir ki, iddiaçının ərizəsi iddianın yolverilməzliyinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 261, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı İddiaçı cavabdeh AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə qarşı ekspert rəyinin ləğv edilməsi barədə ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddianın yolverilməzliyinə görə geri qaytarılsın. İddiaçıya izah olunsun ki, o, ********* saylı cinayət işi üzrə qəbul olunmuş məhkəmə qərarlarından şikayət verə bilər. Qərardaddan 10 (on) gün müddətində Səbail rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar