Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1218/2022 13.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 02.11.2019-cu il tarixli kredit üzrə müqavilələrə əsasən İddiaçı MMC Cavabdeh kredit müqaviləsinə əsasən 544 manat məbləğində Petlas 215/55/16 ölçüsündə avtomobil təkərini 6 ay müddətində hissələrlə ödəmək şərti ilə kreditə vermişdir. Hazırda borclu ödənişlərin aparılması üçün istifadə edilmiş müvafiq məbləğləri istifadə zamanı seçilmiş ödəniş növünə uyğun olaraq 6 ay ərzində kredit xəttindən istifadə edilmə tarixindən sonrakı növbəti təqvim ayının ilk 10 günü müddətində bərabər hissələrlə olmaqla ödəməli olduğu krediti ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Borclunun İddiaçı MMC-yə olan borcu hələ də ödənilməmiş qalır. Müqaviləyə əsasən müəyyən edilən müddətlər kredit alan tərəfindən gecikdirildikdə, habelə icra edilmədikdə və ya lazımınca icra edilmədikdə İddiaçı MMC pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Aralarında bağlanmış müqavilənin 3.6 və 3.7-ci bəndinə əsasən müştəri ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətə yerinə yetirmədikdə, İddiaçı malın qiymətinin ödənilməmiş hissəsinin iki qatını (200%) və malın qiymətinin 10%-nə bərabər cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir. Borclu Cavabdeh həmin müqaviləyə əsasən İddiaçı MMC qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün məsuliyyət daşıyır və kreditin qaytarılması ilə bağlı bütün öhdəlikləri icra etməlidir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh İddiaçı MMC-nin xeyrinə kredit müqaviləsi üzrə 1142 manat (faiz və cərimələrlə birlikdə) borcun və məhkəmə üçün ödənilmiş 32 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə mülki-prosessual məcəllənin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, lakin cavabdeh tərəfindən 10 gün müddətində iddiaya qarşı əsaslandırılmış etiraz məhkəmə icraatına daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış 02 noyabr 2019-cu il tarixli 24 saylı müqaviləyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh «Petlas 215/55/16» ölçüsündə avtomobil təkərləri 6 ay müddətinə, aylıq 76 manat ödəmək şərti ilə nisyə satılmışdır. Əşyanın alqı-satqı qiyməti 544 manat təşkil edir. Müqavilənin 3.6-cı və 3.7-ci bəndlərinə əsasən müştəri ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətə yerinə yetirmədikdə, İddiaçı malın qiymətinin ödənilməmiş hissəsinin iki qatını (200%) və malın qiymətinin 10%-nə bərabər cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir. İş üzrə İddiaçı MMC tərəfindən verilmiş 07.05.2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 02.11.2019-cu il tarixli müqavilə üzrə cavabdehin əsas borcu kredit müqaviləsinə əsasən 544 manat ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətə yerinə yetirmədiyinə görə malın dəyərinin ödənilməmiş hissəsinin iki qatı kredit müqaviləsinə əsasən 544 manat, malın qiymətinin 10%-nə bərabər kredit müqaviləsinə əsasən 54 manat təşkil edir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş materiallarından müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 02.11.2019-cu il tarixdə nisyə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən cavabdeh aldığı «Petlas 215/55/16» ölçüsündə avtomobil təkərlərə görə 6 ay ərzində hər ay 76 manat pulu iddiaçıya ödənilməsi barədə öhdəlik götürmüşdür. İş materiallarından həmçinin müəyyən edilmişdir ki, iddiaçı tərəfindən müqavilə üzrə öhdəlik yerinə yetirilmiş, yəni əmlakı cavabdehə təhvil verilmiş, lakin cavabdeh üzərinə düşən öhdəliyi, yəni hər ay ödəməli olduğu pulu iddiaçıya ödəməmişdir. Nəticədə cavabdehin müqavilə üzrə ödənilməmiş cəmi 1142 (544x2=1088+54 (544 manatın 10%) manat borcu yaranmışdır. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, iddiaçı yaranmış borcun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və cavabdehdən müqavilə üzrə ödənilməmiş qalmış cəmi 1142 manat məbləğində pul tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi dövlət rüsumunun tutulması hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin xeyrinə 02.11.2019-cu il tarixli, 24 saylı müqaviləsi üzrə 07.05.2022-ci il tarixə müqavilə şərtələrinin yerinə yetirilməməsi ilə bağlı yaranmış və müavilə şərtinə uyğun hesablanmış 1142 manat (faiz və cərimələrlə birlikdə), həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 32 manat, cəmi 1174 (bir min yüz qırx iki) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1218/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1218/2022
13.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver